AzTehsil.com


Xəbərlər / Abituriyent
26 iyul 2020
1 515


DİM imtahan verəcək abituriyentlərə MÜRACİƏT ETDİ



DİM imtahan verəcək abituriyentlərə MÜRACİƏT ETDİ

 

Dövlət İmtahan Mərkəzi (DİM) 29 və ya 30 iyul tarixlərində keçiriləcək buraxılış (qəbul) imtahanlarında iştirak edəcək şəxslərə müraciət edib. 

 Dövlət İmtahan Mərkəzindən  verilən məlumata görə, iştirakçılar imtahana gələrkən şəxsiyyəti təsdiq edən sənəd və "İmtahana buraxılış vərəqəsi” ilə yanaşı "İmtahan iştirakçısının sağlamlığı haqqında bəyannamə”ni də çap edib özləri ilə gətirməlidirlər.

"İmtahan iştirakçısının sağlamlığı haqqında bəyannamə” DİM-in saytında "İmtahana buraxılış vərəqəsi” ilə bir yerdə çap olunur və abituriyentin özü tərəfindən imzalanır.

Bundan əlavə, imtahana buraxılış vərəqəsi şagirdin (abituriyentin) özündə saxlanıldığı, sağlamlıq haqqında bəyannamə isə imtahan nəzarətçisinə təhvil verildiyi üçün hər iki sənəd ayrıca vərəqdə çap olunmalıdır.


Xatırladaq ki, kütləviliyin və təmas hallarının qarşısının alınması məqsədilə imtahan iştirakçıları üçün imtahan binasına müxtəlif daxilolma vaxtları müəyyən edilib və imtahan iştirakçısının buraxılış vərəqəsində həmin vaxt göstərilib. Ona görə də imtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək lazımdır.

29 və ya 30 iyul tarixlərində (Qrafik) imtahan verən şəxslər DİM-in saytında yerləşdirilmiş müvafiq keçidlər vasitəsilə "İmtahana buraxılış vərəqəsi” və "İmtahan iştirakçısının sağlamlığı haqqında bəyannaməni” çap edə bilərlər:

–     9 və 11-ci sinif üzrə buraxılış (qəbul) imtahanları;

–    əvvəlki illərin məzunları üçün I-IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanının 1-ci mərhələsi, həmçinin V ixtisas qrupu və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanı;
–   Azərbaycan dilindən fərqli dildə təhsil alan 11-ci sinif (cari və əvvəlki illər) məzunları və 9-cu sinif cari ilin məzunları, həmçinin kollecə sənəd verən 9-cu sinif (cari və əvvəlki illər) məzunları üçün Azərbaycan dili (dövlət dili) imtahanları;

–     Ümumi (9 illik) orta təhsil bazasında kolleclərə qəbul olmaq istəyən cari və əvvəlki illərin məzunları üçün qəbul imtahanları;

- Naxçıvanski adına Hərbi Liseyə qəbul imtahanı.

Qeyd edək ki, imtahan keçiriləcək tarixlərdə sərtləşdirilmiş karantin rejimi tətbiq olunan bölgələrdəki imtahan iştirakçıları haqqında məlumat bazası aidiyyəti qurumlara təqdim ediləcək, imtahan iştirakçılarının və ehtiyac olarsa, iştirakçını müşayiət edən bir nəfərin imtahan binasına gedib və imtahandan sonra qayıtmasına icazə veriləcək. 

İmtahan iştirakçısı "İmtahana buraxılış vərəqəsi” ilə bir yerdə onu müşayiət edəcək 1 nəfər üçün arayış da çap edə bilər. Arayış imtahan iştirakçısı tərəfindən doldurulmalı və imzası ilə təsdiqlənməlidir. Arayış yoxlama zamanı şəxsiyyət vəsiqəsi ilə birlikdə təqdim edilir və imtahan iştirakçısının özü iştirak etdikdə (imtahan binasının yaxınlığında gözləmək istisna olmaqla) və onun müvafiq sənədləri (şəxsiyyət vəsiqəsi, imtahana buraxılış vərəqəsi) təqdim edildikdə etibarlıdır. Yoxlama zamanı zərurət yarandıqda QR kodundan istifadə olunur. 

Diqqət! Bir imtahan iştirakçısını birdən artıq şəxs müşayiət edə bilməz.



Загрузка...
Həmçinin oxuyun:
2 və ya 3 iyul tarixlərində iştirak edəcək şagirdlərin nəzərinə!

2 və ya 3 iyul tarixlərində iştirak edəcək şagirdlərin nəzərinə!

Rezidenturaya qəbul imtahanının vaxtı və yeri AÇIQLANDI

Rezidenturaya qəbul imtahanının vaxtı və yeri AÇIQLANDI

Bu gün daha 13483 abituriyent imtahan verir

Bu gün daha 13483 abituriyent imtahan verir

İmtahan iştirakçısını birdən artıq şəxs müşayiət edə bilməz – RƏSMI

İmtahan iştirakçısını birdən artıq şəxs müşayiət edə bilməz – RƏSMI

İyulun 23-24-də keçiriləcək buraxılış imtahanlarının qrafiki elan edildi

İyulun 23-24-də keçiriləcək buraxılış imtahanlarının qrafiki elan edildi

Bu gün 17021 abituriyent üçün buraxılış imtahanı KEÇİRİLİR

Bu gün 17021 abituriyent üçün buraxılış imtahanı KEÇİRİLİR

“İmtahan iştirakçısının sağlamlığı” haqqında bəyannamənin DETALLARI

“İmtahan iştirakçısının sağlamlığı” haqqında bəyannamənin DETALLARI

Bu gün 10 mindən çox şagird buraxılış imtahanı verir

Bu gün 10 mindən çox şagird buraxılış imtahanı verir

İyulun 10-da qəbul imtahanları keçiriləcək

İyulun 10-da qəbul imtahanları keçiriləcək

DİM növbəti imtahanlar üçün şagirdlərə XƏBƏRDARLIQ ETDİ

DİM növbəti imtahanlar üçün şagirdlərə XƏBƏRDARLIQ ETDİ

Dövlət İmtahan Mərkəzi abituriyentlərə XƏBƏRDARLIQ ETDİ

Dövlət İmtahan Mərkəzi abituriyentlərə XƏBƏRDARLIQ ETDİ

Bu tarixdə sərtləşdirilmiş karantin rejimi tətbiq olunan şəhər və rayonlarda imtahan KEÇİRİLƏCƏK

Bu tarixdə sərtləşdirilmiş karantin rejimi tətbiq olunan şəhər və rayonlarda imtahan KEÇİRİLƏCƏK

Bu gün növbəti buraxılış imtahanları keçiriləcək

Bu gün növbəti buraxılış imtahanları keçiriləcək

DİM imtahanlarda iştirak edəcək şəxslərə müraciət edib

DİM imtahanlarda iştirak edəcək şəxslərə müraciət edib

Bu gün növbəti buraxılış imtahanları keçiriləcək

Bu gün növbəti buraxılış imtahanları keçiriləcək

38 şəhər və rayonunda buraxılış imtahanları keçiriləcək

38 şəhər və rayonunda buraxılış imtahanları keçiriləcək

DİM iyulun 14-ü imtahan verən abituriyentlərə müraciət etdi

DİM iyulun 14-ü imtahan verən abituriyentlərə müraciət etdi

DİM 29-30 iyulda keçiriləcək qəbul imtahanlarının qrafikini elan etdi

DİM 29-30 iyulda keçiriləcək qəbul imtahanlarının qrafikini elan etdi

Sabah 16 mindən çox şagird buraxılış imtahanı verəcək

Sabah 16 mindən çox şagird buraxılış imtahanı verəcək

Sabah 5-ci qruplara və kolleclərə qəbul imtahanaı keçiriləcək

Sabah 5-ci qruplara və kolleclərə qəbul imtahanaı keçiriləcək

Sabah ali məktəblərə qəbul imtahanı keçiriləcək - I mərhələ

Sabah ali məktəblərə qəbul imtahanı keçiriləcək - I mərhələ

10 iyul tarixində əvvəlki illərin məzunları üçün ali və orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanı keçiriləcək

10 iyul tarixində əvvəlki illərin məzunları üçün ali və orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanı keçiriləcək

Bu gün növbəti qəbul imtahanları keçirilir

Bu gün növbəti qəbul imtahanları keçirilir

DİM iyulun 5-i 26709 nəfərlik imtahan keçirəcək

DİM iyulun 5-i 26709 nəfərlik imtahan keçirəcək