Xəbərlər
05 aprel 2024
259


Aprelin 7-də 55 min 887 şagird buraxılış imtahanı verəcək


Aprelin 7-də Bakı şəhərinin Xəzər - 1, Qaradağ, Yasamal, Suraxanı, Binəqədi rayonlarında, Sumqayıt - 1, Abşeron - 1, Gəncə - 2, Mingəçevir, Şəmkir - 1, Tovuz, Qəbələ, Oğuz, Lənkəran - 2, Cəlilabad - 1, Masallı - 1, Yardımlı, Beyləqan, Füzuli (o cümlədən M.Uluqbəy adına 1 №-li məktəb), Laçın (şəhər 2 №-li və Zabux kənd tam orta məktəbləri), Zəngilan (Ağalı kənd tam orta məktəbi), Ucar, İsmayıllı, Şamaxı, Sabirabad, Neftçala, Hacıqabul, Xaçmaz - 1 və Quba - 1 rayonlarında Dövlət İmtahan Mərkəzi tərəfindən ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanları keçiriləcək.


Bu barədə Oxu.Az-a Dövlət İmtahan Mərkəzindən (DİM) məlumat verilib.


İmtahan saat 11:00-da başlayır.


İmtahanın başlamasına 15 dəqiqə qalmış - saat 10:45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmır.


İştirakçıların imtahan binasına rahat şəkildə daxil olması üçün binaya müxtəlif gəlmə vaxtları müəyyən edilib və imtahan iştirakçısının buraxılış vərəqəsində həmin vaxt göstərilib. Ona görə də imtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək tövsiyə olunur.


Şagirdlər imtahana aşağıdakı sənədləri gətirməlidirlər:


- İmtahana buraxılış vərəqəsi;


- Şəxsiyyəti təsdiq edən sənədin əsli:


a) Azərbaycan Respublikasının vətəndaşları (16 yaşı tamam olmayan iştirakçılar da daxil olmaqla) şəxsiyyət vəsiqəsini;


b) əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş icazə vəsiqələrini, qaçqın statusu almış xarici vətəndaşlar və onların ailə üzvləri isə qaçqın vəsiqələrini;


- Şəxsiyyət vəsiqəsində şəkli olmayan iştirakçılar digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı (arayışa iştirakçının 3x4sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir).


Şəxsiyyəti təsdiq edən sənədində şəkli olmayan şagirdlər buraxılış imtahanı üçün təhsil müəssisəsi tərəfindən verilməli olan arayışı DİM-in saytından yükləyə bilərlər.


İmtahanda iştirak edəcək şagirdlər “İmtahana buraxılış vərəqəsi”ni internet vasitəsilə DİM-in saytından martın 27-dən etibarən çap edib götürə bilirlər.


İmtahan keçirilən şəhər və rayonlarda ümumilikdə 233 imtahan binası, 4 158 imtahan zalı ayrılıb. İmtahanların idarə olunmasına 674 imtahan rəhbəri və ümumi rəhbər, 5 193 nəzarətçi, 757 buraxılış rejimi əməkdaşı (mühafizə), 233 bina nümayəndəsi ayrılıb.


İmtahanda 55 min 887 şagirdin iştirakı nəzərdə tutulur.


İmtahanda 25 nəfər sağlamlıq imkanları məhdud (gözdən əlil, serebral iflic, eşitmə əngəlli və digər) şagirdlər də iştirak edəcək. Bu şagirdlərin rahat şəkildə imtahan verməsi üçün imtahan binalarında xüsusi zallar ayrılıb, orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə gözdən əlilliyi müəyyən edilmiş şəxslərə isə fərdi nəzarətçilər təyin edilib.


Hazırda imtahanlarda iştirak edəcək nəzarətçilər, imtahan rəhbərləri, mühafizə əməkdaşları ilə onlayn şəkildə təlim-seminarlar keçirilir. Bütün imtahan binalarına baxış keçirilib, imtahan zallarında şagirdlərin rahat şəkildə imtahan verməsi üçün zəruri şərait yaradılıb.


İmtahana bir gün qalmış təhlükəsizliyin təmin edilməsi məqsədilə imtahan mərkəzlərinə təkrar baxış da keçirilir və imtahan zalları, giriş-çıxış qapıları, binalar möhürlənməklə Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinin əməkdaşlarının mühafizəsinə verilir.

Məqalə Göndər








Загрузка...
Həmçinin oxuyun:
"Məcburi köçkün məktəblərinə yerdəyişmə avqustun 26-dan etibarən mümkün olacaq"

"Məcburi köçkün məktəblərinə yerdəyişmə avqustun 26-dan etibarən mümkün olacaq"

Buraxılış imtahanlarının keçirilmə qrafiki - CƏDVƏL

Buraxılış imtahanlarının keçirilmə qrafiki - CƏDVƏL

Buraxılış imtahanlarının şəhər və rayonlar üzrə keçirilmə qrafiki müəyyən olunub

Buraxılış imtahanlarının şəhər və rayonlar üzrə keçirilmə qrafiki müəyyən olunub

Vətəndaşların nəzərinə: Nazirlərin qəbuluna düşmək üçün CƏDVƏL AÇIQLANDI

Vətəndaşların nəzərinə: Nazirlərin qəbuluna düşmək üçün CƏDVƏL AÇIQLANDI

İyunun 24-25-də növbəti buraxılış imtahanı keçiriləcək

İyunun 24-25-də növbəti buraxılış imtahanı keçiriləcək

Bu gün 52 mindən çox şagird buraxılış imtahanı verib - VİDEO

Bu gün 52 mindən çox şagird buraxılış imtahanı verib - VİDEO

DİM qəbul imtahanlarının ikinci mərhələsinin qrafikini elan etdi

DİM qəbul imtahanlarının ikinci mərhələsinin qrafikini elan etdi

IX sinif üçün buraxılış imtahanlarının cədvəli

IX sinif üçün buraxılış imtahanlarının cədvəli

Vətəndaşların nəzərinə: Apreldə nazirlərin qəbuluna düşmək üçün CƏDVƏL AÇIQLANDI

Vətəndaşların nəzərinə: Apreldə nazirlərin qəbuluna düşmək üçün CƏDVƏL AÇIQLANDI

Dövlət İmtahan Mərkəzi tərəfindən ümumi (9 illik) və tam (11illik) orta təhsil səviyyəsi üzrə buraxılış (qəbul) imtahanlarının keçirilməsinə başlanılır

Dövlət İmtahan Mərkəzi tərəfindən ümumi (9 illik) və tam (11illik) orta təhsil səviyyəsi üzrə buraxılış (qəbul) imtahanlarının keçirilməsinə başlanılır

Vətəndaşların nəzərinə: Nazirlərin qəbuluna düşmək üçün CƏDVƏL AÇIQLANDI

Vətəndaşların nəzərinə: Nazirlərin qəbuluna düşmək üçün CƏDVƏL AÇIQLANDI

Direktor vəzifəsinə növbəti yerləşdirmənin nəticələri

Direktor vəzifəsinə növbəti yerləşdirmənin nəticələri

20 və 21 avqustda keçiriləcək qəbul imtahanlarının ikinci mərhələsinin qrafiki elan olunub

20 və 21 avqustda keçiriləcək qəbul imtahanlarının ikinci mərhələsinin qrafiki elan olunub

Ağdərədə ilk dəfə buraxılış imtahanı keçiriləcək

Ağdərədə ilk dəfə buraxılış imtahanı keçiriləcək

Buraxılış imtahanlarının qrafiki açıqlandı

Buraxılış imtahanlarının qrafiki açıqlandı

Məleykə Abbaszadə DİM-in yaradılmasının 5-ci ildönümü ilə bağlı fikirlərini bölüşüb

Məleykə Abbaszadə DİM-in yaradılmasının 5-ci ildönümü ilə bağlı fikirlərini bölüşüb

Paytaxt təhsili 2021-ci təqvim ilində

Paytaxt təhsili 2021-ci təqvim ilində

“Ümumi təhsil pilləsində təhsilalanların yekun qiymətləndirilməsinin (attestasiyasının) aparılması Qaydaları təsdiq edilmişdir”.

“Ümumi təhsil pilləsində təhsilalanların yekun qiymətləndirilməsinin (attestasiyasının) aparılması Qaydaları təsdiq edilmişdir”.

Laçınsız 27 il

Laçınsız 27 il

Şəki məktəblərinin son 3 illik göstəriciləri – Bölgə təhsili

Şəki məktəblərinin son 3 illik göstəriciləri – Bölgə təhsili

23 şəhər və rayonda buraxılış imtahanı keçirildi

23 şəhər və rayonda buraxılış imtahanı keçirildi

Sabah 9 minə yaxın şagird buraxılış imtahanı verəcək

Sabah 9 minə yaxın şagird buraxılış imtahanı verəcək

Bu gün 46 mindən çox şagird üçün buraxılış imtahanı keçirilib - VİDEO

Bu gün 46 mindən çox şagird üçün buraxılış imtahanı keçirilib - VİDEO

Bakı təhsili: təqvim ilinin təhsil mənzərəsi

Bakı təhsili: təqvim ilinin təhsil mənzərəsi