AzTehsil.com


Xəbərlər / Ekspert
19 fevral 2018
8 499


Orta məktəblərlə bağlı növbəti həyəcan təbili çalınır



 

Son dövrlər Azərbaycanın bəzi orta məktəblərində baş verən biabırçılıqlar təhsil ocaqlarında problemin daha dərin olduğunu üzə çıxarıb. Direktorların müəllim və valideynlərə münasibəti, məktəblərdə təhlükəsizlik boşluqları, son günlər isə bəzi şagirdlərin əxlaqsız durumda yaxalanmaları vəziyyətin daha kritik olduğunu göstərir.

Bəs görəsən, orta təhsil müəssisələrində biabırçı vəziyyətin yaranmasına səbəb nədir? Məktəb rəhbərliyinin bu vəziyyətin formalaşmasında rolu nə qədərdir? 
 

 

Elşən Qafarov: "İdarəetmə təcrübəsi və ya səriştəsi olmayan kadrların rəhbər vəzifələrə təyin olunması...”

Karyera Tədris və Araşdırmalar Mərkəzinin direktoru, təhsil üzrə ekspert Elşən Qafarov da təhsil müəssisələrində artan neqativ hallardan narahatdır. E. Qafarovun sözlərinə görə, bu problemlərin hər birini ayrıca müzakirə mövzusu olan bir neçə səbəblə izah etmək olar. Onun fikrincə, ümumtəhsil məktəblərində tədris mühitinin aradan qalxmasının səbəblərindən biri də Tərbiyə Konsepsiyasının olmamasıdır:

"Düşünürəm ki, Milli Məclis ilk növbədə ölkə üçün Tərbiyə Konsepsiyasını qəbul etməlidir. Həmin Konsepsiyaya uyğun olaraq, ümumtəhsil məktəblərində tərbiyə prosesinin təkili ilə bağlı normativ aktlar tərtib olunmalıdır. 

Təhsilimizin sistem daxilində və ya hüquq çərçivəsində idarə olunmaması da mühüm çatışmazlıqdır. Ümumtəhsil müəssisələrinin fəaliyyətini əsaslandıran məktəb nizamnamələri belə yoxdur. 

Kadr amilini də gözardı edə bilmərik. Son illərdə təhsil sahəsində kütləvi şəkildə kadr dəyişikliyi, təhsilə bağlı olmayan kadrların təhsili idarəetmə orqanlarında yüksək vəzifələrə, idarəetmədə təcrübəsi və ya səriştəsi olmayan kadrların məktəblərə rəhbər vəzifələrə təyin olunması mövcud problemləri pik həddə çatdırıb. Hətta deyərdim ki, vəziyyət sanki idarəolunmazdır. 

Məktəbdaxili intizam qaydalarının olmaması da ciddi fəsadlar yaradır. Tədris müəssisələrinin nizamnamələri olmadığına görə daxili intizam qaydaları da yoxdur. Təhsilverənlər üçün bu prosesi "Təhsil işçilərinin Etik Davranış Qaydaları” tənzimləyirsə , təhsil alanlar üçün belə tənzimləyici sənəd yoxdur. Ümumtəhsil məktəblərində psixoloji və sosioloji xidməti günün tələbləri səviyyəsinə gətirib çatdırmaq lazımdır. Bu sahə onsuz da zəif idi, son 1 ildə tamamilə bərbad hala salındı”.

E. Qafarov "Reytinq”in əməkdaşına deyib ki, 2017-ci ildə ümumtəhsil məktəblərində dərs bölgüsünün heç bir hüquqi əsas olmadan diaqnostik qiymətləndirmənin nəticələrinə əsasən aparılması müəllimlərin kütləvi şəkildə haqsızlıqla üzləşməsi, məktəbdaxili narazılıqların genişlənməsi, məktəblərdə tərbiyə prosesinin təşkili və idarə edilməsini arxa plana keçirib: "Vəziyyət göründüyündən qat-qat ağırdır və bu ağırlaşmanın davam edəcəyini düşünürəm”. 

Təhsi eksperti çıxış yolunu Təhsil Nazirliyində struktur dəyişikliklərini özündə birləşdirən islahatlarda, pedaqoji kadrların, xüsusilə idarəedicilərin peşəkarlıqlarının artırılmasında, təhsil müəssisələrində təhsil mühitini bərpa etmək üçün gərəkli addımların atılmasında və sairdə görürür.
 

 

Kamran Əsədov: "Bəzi məktəb direktorları məktəbdən o qədər bixəbər, səriştəsizdır ki...”

Bu və ya məsələlərlə bağlı fikirlərini "Reytinq”lə bölüşən təhsil eksperti Kamran Əsədov deyib ki, orta məktəblərdə ciddi problemlər var. Onun sözlərinə görə, məktəb direktoru və müəllimlər tədris və idarəetmədə nöqsanlara yol verirlər:

"Bu gün Azərbaycanda 4500-ə yaxın orta məktəb fəaliyyət göstərir. Təəssüflər olsun ki, bu orta məktəblərdə təhsil alan 1,6 milyon şagirdimizə təhsil, tərbiyə verməli olan 151 min müəllimin müəyyən hissəsi öz vəzifəsinin öhdəsindən gələ bilmir”. 

Kamran Əsədov qeyd edib ki, məktəbdəki hadisələri heç bir halda valideynlərin verdiyi və ya vermədiyi tərbiyə ilə əlaqələndirmək olmaz. Çünki hətta verilməyən tərbiyəni şagird nümayiş etdirmək üçün şəraiti məktəbdə tapır:

"Bəzi məktəb direktorları məktəbdən o qədər bixəbər və səriştəsizdır ki, onların fəaliyyətsizliyi nəticəsində xoşagəlməz hadisələr baş verir.

Məktəb minlərlə müəllim və şagirdi özündə birləşdirən böyük bir ailədir. Bu ailənin yaranması və formalaşması bir çox amillərdən asılıdır. Bu amillərə, ilk növbədə, sağlam pedaqoji mühit, məsuliyyətli kollektiv, şagird, müəllim və valideynlərin bir məqsədə yönəlmiş birgə fəaliyyəti və digər bu kimi məsələlər daxildir. Ailənin rəhbəri sayılan direktorun əsas vəzifəsi isə məktəb üçün düzgün istiqamətlər müəyyənləşdirmək, kreativ düşünən müəllimləri dəstəkləmək, məktəbin gündəlik həyatına yeni rəng qatan, bu mühitə canlanma və maraq gətirən, kollektiv tərəfindən alqışlanan yenilikləri qəbul edərək reallaşdırılmasına kömək göstərməkdən ibarətdir. Yalnız bu halda ailəyə bənzətdiyimiz məktəbin uğurları artır”.

Müsahibimiz nəzərə çatdırıb ki, bu gün bəzi məktəb direktorları rəhbərlik etdikləri qurumda bu müsbət işi görə bilmirlər. Onun fikrincə, əksər məktəblərdə müəllimlərarası qruplaşma, birləşmə var ki, bu da təhsil ocağında keyfiyyətə mənfi təsir göstərir:

"Məktəbdə elə mühit yaradılmalıdır ki, şagirdlər düşündükləri məsələləri çəkinmədən məktəb rəhbərliyi və müəllimlərlə bölüşməyi bacarsınlar. 

Son illər ərzində baş verən hadisələrin əsas səbəblərindən biri də odur ki, orta məktəbləri idarə edənlər vəzifələrinin öhdəsindən gələ bilmir, şagirdlər üçün hansısa qorxu, cəza mexanizmi yoxdur, təhsilverənin hüquqları yox dərəcəsindədir. Şagirdlərin iştirakı ilə baş verən hadisələrin müzakirəsi, şəxsi həyata müdaxilə kimi başa düşülməməlidir. Orta məktəb ictimai yerdir və ictimai qaydanın qorunması baş veribsə, kimliyindən asılı olmayaraq, o şəxs cəzalandırılır, ictimai müzakirəyə çıxarılır”.

Ekspert qeyd edib ki, orta məktəblərdəki neqativ halların səbəbkarı direktorlardır. Onun fikrincə, 2 aylıq təlim keçənlər bu gün orta təhsil müəssisələrinə rəhbər təyin edilirlər. Amma belə insanları məktəbin rəhbərliyinə gətirmək çox təhlükəlidir: 

"Filandiyada məktəbdə müəllim işləmək üçün magistratura təhsili tələb olunur. Bizim ölkədə baş verənlər isə göstərir ki, məktəbləri idarə edən şəxslər normativ hüquq aktlardan da xəbərsizdirlər. Hətta orta məktəbləri idarə edən şəxslər qürurlanırlar ki, bizim məktəbin məzunları yüksək balla ali məktəblərə qəbul olunublar. Amma orta təhsil müəssisələrində əldə edilən naliyyətlər, gedən inkişaf və ali məktəblərə qəbul balı məktəbin uğuru demək deyil. Bütün bunlar repetitorların uğurudur.

Azərbaycanda 1.5 milyondan çox şagird təhsil alır. Onların əksəriyyəti fərdi müəllim yanına gedir. Hətta birinci sinif şagirdləri belə repetitorlara müraciət edirlər. Ali məktəblərə qəbul imtahanlarında iştirak edən şagirdlərin 95 faizi fərdi müəllim yanında hazırlıq keçib. Bilirsiniz ki, repetitorların çoxu orta məktəblərdə çalışmırlar”.

Təhsil ekspertinin sözlərinə görə, baş verən neqativ hallar göstərir ki, direktorlar şəxsi maraqlarına xidmət edən təhlükəsizlik kameraları quraşdırırlar: "Ancaq təhlükəsizlik kameraları şagirdlərin aktiv hərəkət etdikləri ərazilərdə quraşdırılmalıdır. Təkcə çəkiliş etməklə iş bitmir. Bütün çəkilişlər daimi olaraq izlənməli və orta məktəb psixoloqları daimi olaraq şagirdlərlə işləməlidir”.



Загрузка...
Həmçinin oxuyun:
“MƏKTƏBLİNİN DOSTU” Azərbaycanda inqilabdır

“MƏKTƏBLİNİN DOSTU” Azərbaycanda inqilabdır

Təhsil eksperti: “Diaqnostik qiymətləndirmə müəllimlərin peşə nüfuzuna böyük zərbə vurdu” - Müsahibə

Təhsil eksperti: “Diaqnostik qiymətləndirmə müəllimlərin peşə nüfuzuna böyük zərbə vurdu” - Müsahibə

Məktəblərdəki rüsvayçılığın üç əsas səbəbi - ekspertlər danışır

Məktəblərdəki rüsvayçılığın üç əsas səbəbi - ekspertlər danışır

Məktəb psixoloqları öz vəzifə funksiyalarını necə yerinə yetirirlər?

Məktəb psixoloqları öz vəzifə funksiyalarını necə yerinə yetirirlər?

Təhsili çökdürən RÜŞVƏT...- TƏHSİL EKSPERTİ

Təhsili çökdürən RÜŞVƏT...- TƏHSİL EKSPERTİ

Məktəblərimizdə tədris mühitini bərpa etmək üçün...  ARAŞDIRMA

Məktəblərimizdə tədris mühitini bərpa etmək üçün... ARAŞDIRMA

Ümumtəhsil məktəbinin valideyn komitəsi haqqında Əsasnamə

Ümumtəhsil məktəbinin valideyn komitəsi haqqında Əsasnamə

Dərnəklər,HBƏT,indi də SİNİF RƏHBƏRLİYİ ?

Dərnəklər,HBƏT,indi də SİNİF RƏHBƏRLİYİ ?

Uşaq intiharı: günahkar təhsildir, yoxsa din?

Uşaq intiharı: günahkar təhsildir, yoxsa din?

Təlim tərbiyə işləri üzrə direktor müavininin vəzifə təlimatı

Təlim tərbiyə işləri üzrə direktor müavininin vəzifə təlimatı

Orta məktəb və bağçalarda psixoloq kadrı problemi...

Orta məktəb və bağçalarda psixoloq kadrı problemi...

Məktəblilər "Mavi balina"nın sehrinə düşüb - EKSPERT

Məktəblilər "Mavi balina"nın sehrinə düşüb - EKSPERT

Qaradağ rayonunun daha üç məktəbində görüşlər keçirilib

Qaradağ rayonunun daha üç məktəbində görüşlər keçirilib

Məktəb direktorları oxuyun !!! TƏDRİS – PEDAQOJİ  SƏNƏDLƏR-I hissə

Məktəb direktorları oxuyun !!! TƏDRİS – PEDAQOJİ SƏNƏDLƏR-I hissə

Məktəbdə metod birləşmənin işi necə təşkil olmalıdır?

Məktəbdə metod birləşmənin işi necə təşkil olmalıdır?

Şagirdlər yarışlarda zəif nəticə göstərirsə...

Şagirdlər yarışlarda zəif nəticə göstərirsə...

Məktəbdaxili nəzarətin demokratik əsasları

Məktəbdaxili nəzarətin demokratik əsasları

Müəllimlərin nəticələri şagirdlərdən aşağıdır – Rayon təhsil şöbələrinə sərt İTTİHAM

Müəllimlərin nəticələri şagirdlərdən aşağıdır – Rayon təhsil şöbələrinə sərt İTTİHAM

Bakı məktəblərində psixoloqların işi YOXLANILIR

Bakı məktəblərində psixoloqların işi YOXLANILIR

Ümumtəhsil məktəblərində məktəbdaxili qiymətləndirmənin aparılması QAYDALARI

Ümumtəhsil məktəblərində məktəbdaxili qiymətləndirmənin aparılması QAYDALARI

Şagirdlərin saç düzümünə məhdudiyyət qoyulmalıdırmı?

Şagirdlərin saç düzümünə məhdudiyyət qoyulmalıdırmı?

ÜMUMTƏHSİL MƏKTƏBİ DİREKTORUNUN əmək funksiyası

ÜMUMTƏHSİL MƏKTƏBİ DİREKTORUNUN əmək funksiyası

Təhsil Nazirliyi tam orta təhsil səviyyəsində təmayülləşmənin tətbiqi qaydalarını açıqlayıb

Təhsil Nazirliyi tam orta təhsil səviyyəsində təmayülləşmənin tətbiqi qaydalarını açıqlayıb

Tam orta təhsil səviyyəsində təmayülləşmənin tətbiqi necə həyata keçiriləcək?

Tam orta təhsil səviyyəsində təmayülləşmənin tətbiqi necə həyata keçiriləcək?