AzTehsil.com


Xəbərlər / Direktor / Müəllim
22 noyabr 2017
3 336


Məktəblərimizdə tədris mühitini bərpa etmək üçün... ARAŞDIRMA



 

Ümumtəhsil məktəblərimizin əsas problemlərindən biri də məktəblərimizdə tədris mühitinin pozulmasıdır. Bu faktor əslində ümumtəhsil pilləsinin çökməsinə gətirib çıxartmaqdadır. Problemin ciddiliyini nəzэrə alaraq fikirlərimi sizinlə bölüşürəm...


İlk olaraq ümumtəhsil məktəblərində təhsil mühitini bərpa etmək lazımdır:


Ümumi təhsil məktəblərində təhsil mühitini pozan əsas amillərdən biri  DİM və TN arasında uzun illərdir davam edən mövqe müharibəsidir ki, həmin müharibənin nəticəsi olaraq ümumi təhsil pilləsində təhsil prosesinin  4 tərəfindən  (  təhsilverənlər, təhsilalanlar, valideynlər və təhsili idarə edən orqanlar) 2  tərəfin də ( təhsilalanlar və valideyinlər) ümumi təhsil müəssələrinə, həmin müəsisələrdə təhsil prosesinin təşkilinə olan inam və güvənin azalmasına gətirib çıxartmışdır. 


Təhsil Nazirliyinin hazırladıqları, onsuzda çətinlik və ağırlıq dərəcəsi ilə MDB məkənında, eləcə də təhsilini inkişaf etdirmək istəyən ölkələrdən mənfi mənada fərqlənən tədris proqramları və dərsliklər ( hələ bu dərsliklərdə saysız-hesabsız elmi və texniki səhvlərin olmasını xüsusi qabartmasaq) təhsilalanların təlim materiallarını mənimsəməsində böyük maneədir. 


Digər tərəfdən, DİM-in özünün müstəqil qəbul imtahanları ilə bağlı tədris proqramlarının, dərsliklərinin olması təhsilalanlarda, xüsusi ilə tam orta təhsil səviyyəsində təhsil alan şagirdlərdə, o cümlədən onları ali və orta ixtisas məktəblərə hazırlaşdıran repititorların, əsasən DİM-in  proqram və vəsaitlərinə üstünlük verməsi, nəticədə ümumi təhsil məktəblərinin yalnız atestat almaq üçün vacib olan bir təhsil pilləsinə çevrilməsinə gətirib çıxarmışdır ki, bu da əslində təhsilimizin süqutu ilə bərabər tutulmalıdır. Məhz buna görədir ki, müstəqilliyimizin 26 ilinin tamam olmasına baxmayaraq ölkəmizdə hələ də təhsil sistemi qura bilmirik, qurmuruq.


Yaranmış vəziyyət təhsilimizin, təhsilimizin timsalında gələcəyimizin faciəsidir. 


Ümumi təhsil pilləsinin bu gün düşdüyü durum cəmiyyətin bütün təbəqələrini narahat etməlidir:


-Tam orta təhsil səviyyəsində oxuyan şagirdlər ali təhsil almaq üçün özəl kurslar və  repititorın köməyi olmadan məqsədlərinə nail ola bilmədiklərindən repititorluq kütləvi hal almış, özəl kurslərın sayı isə hər gün artır və əhatəliyi artıq ən ucqar yaşayış məntəqələrinə yayılır.

 

-DİM və özəl kursların, eləcə də ayrı-ayrı müəlliflərin hazırladıqları vəsaitlər, test bankları Təhsil Nazirliyinin hazırladığı dərslik və əlavə vəsaitlərdən daha çox önəm daşıyır. (Bir daha xatırladım ki,Təhsil Nazirliyinin hazırladığı dərsliklərdə saysız-hesabsız  texniki və elmi səhvləri hesaba almasaq belə bu dərslik və vəsaitlər, təhsilalanlar üçün ən yaxşı halda ikinci dərəcəli vəsait kimi xarakterizə olunur)

 

-Ümumi təhsil məktəblərinə inam və güvənin sarsılması nəticəsində repititora və özəl kurslara müraciət təkcə tam orta təhsil səviyyəsində deyil, artıq ibtidai təhsil səviyyəsini əhatə edərək sürətlə genişlənməsi yaranmış təhlükəli vəziyyətin ağırlığından və ciddiliyindən xəbər verir.

 

-Son illərdə və aylarda aparılmış Müəllimlərin Diaqnostik Qiymətləndirilməsi, dərs bölgüsü zamanı buraxılmış ciddi səhvlər nəticəsində müəllimlərin peşə nüfuzuna ciddi zərbə vurulması, ümumi təhsil məktəblərində çalışan on minlərlə müəllimin –onların timsalında bütün müəllimlərin nüfuzunun aşağı düşməsi nəticəsində son olaraq məktəbə, müəllim adına inam və güvənin itməsinə gətirib çıxarmışdır.

 

-Bu gün özəl kurslarda işləyən müəllimlərin böyük bir qismi, repititorluqla məşğul olanların bir qismi Təhsil Nazirliyinin hər il keçirdiyi Müəllimlərin İşə Qəbulu Müsabiqəsində keçid balı toplaya bilməyən və ya uyğun bir yeri tuta bilməyən müəllim namizədlərinin olması, təhsilalanların, cümlədən onların valideynlərinin ümumi təhsil məktəbində çalışan müəllimləri deyil, məhz onları seçməsi yaranmış vəziyyətin ciddiliyindən xəbər verir.

 

-Özəl kurslar adlandırdığımız Tədris Mərkəzlərindən fərli olaraq ümumi təhsil məktəblərində istər təhsilverənlər, istərsə də təhsil alanlar arasında vahid nizam-intizam qaydalarının olmaması tədris mühitinin pozulmasını şərtləndirən amillərdən biridir.

 

-Ümumi təhsil məktəblərində vahid idarəetmə və məktəbdaxili nəzarət sisteminin olmaması ( ayrı-ayrı məktəblərdə yaradılmış nizam-intizam həmin məktəbə rəhbərlik edən idarəedicilərin şəxsi peşəkarlığı nəticəsində mümkün olmuşdur ki, hər hansı bir səbəbdən həmin idaərəedicilər, işlədikləri məktəbdən uzaqlaşan kimi yaratdıqları nizam -intizamda qısa bir müddətdə  dağılıq.) məktəblərdə sistemli olaraq tədris mühitinin yaranmasına və  qorunmasına əsas manələrdən biridir.

 

-Ümumi təhsil müəssələrində çalışan pedaqoji heyətin, eləcə də təhsili idarəemə orqanlarında çalışanların peşəkarlıq səviyyəsinin aşağı olmasını ( bununda səbəbləri ,fəsadları haqqında növbəti məqalələrdə daha ətrafı müzakirə edəcəyik ) məktəblərdə tədris mühitini pozan səbəblərdən biri kimi dəyərləndirmək olar.


Fikrimcə, ümumi təhsil məktəblərində tədris mühitini pozan, səbəblər arasında bir səbəbi xüsusi qeyd etmək istərdim ki, bu da 20 ildən artıqdır ki, davam edən və sonu görünməyən DİM –TN arasında olanda "soyuq müharibə” xarakteri daşıyan mövqe mübarizəsidir. Bu mübarizə məktəblərimizdə tədris mühitini pozan səbəblər arasında xüsusi "çəkiyə” malikdir. Bu mövzu xüsusi araşdırma tələb etdiyindən bu barədə növbəti məqaləmdə ətraflı danışacam. (ardı var)

 

Qeyd: Yuxarıda bildirdiyim fikirlərlə bağlı mövqelərinizi, fikirlərinizi, əlavə və iradlarınızı [email protected] elektron ünvanına göndərə bilərsiniz. Bu mövzuda  geniş fikri olanların məqalələrini Aztehsil.com saytında işıqlandırmağa hazırıq.


Elşən Qafarov. Karyera Tədris və Araşdırmalar Mərkəzinin direktoru. Aztehsil.com saytının rəhbəri




Загрузка...
Həmçinin oxuyun:
Təhsili çökdürən RÜŞVƏT...- TƏHSİL EKSPERTİ

Təhsili çökdürən RÜŞVƏT...- TƏHSİL EKSPERTİ

Bataqlıqda olan təhsilimiz... Çıxış yolu nədədir ?

Bataqlıqda olan təhsilimiz... Çıxış yolu nədədir ?

Hazırlıq kurslarına İTTİHAM: “Müəllimləri qeyri-peşəkardırlar”

Hazırlıq kurslarına İTTİHAM: “Müəllimləri qeyri-peşəkardırlar”

5 Oktyabr...Müəllim nüfuzu...Thomas...

5 Oktyabr...Müəllim nüfuzu...Thomas...

Qış mövsümü oktyabrın 1-dən başlansa, təhsil müəssisələrində...

Qış mövsümü oktyabrın 1-dən başlansa, təhsil müəssisələrində...

Tam orta təhsil səviyyəsində təmayülləşmənin tətbiqi necə həyata keçiriləcək?

Tam orta təhsil səviyyəsində təmayülləşmənin tətbiqi necə həyata keçiriləcək?

Qəbul imtahanları ilə bağlı dəyişilik gözlənilən ,hətda gecikmiş bir qərardır.

Qəbul imtahanları ilə bağlı dəyişilik gözlənilən ,hətda gecikmiş bir qərardır.

Təhsil Nazirliyi tam orta təhsil səviyyəsində təmayülləşmənin tətbiqi qaydalarını açıqlayıb

Təhsil Nazirliyi tam orta təhsil səviyyəsində təmayülləşmənin tətbiqi qaydalarını açıqlayıb

Bakıda direktorlar iclasa başladı – Bir həftədir nə axtarırlar?

Bakıda direktorlar iclasa başladı – Bir həftədir nə axtarırlar?

Ümumi təhsilin təhsil səviyyələri üzrə müddəti, bir səviyyədən digər səviyyəyə keçid qaydaları

Ümumi təhsilin təhsil səviyyələri üzrə müddəti, bir səviyyədən digər səviyyəyə keçid qaydaları

Uşaqların (şagirdlərin) ümumi təhsil müəssisələrinə qəbulu və yerdəyişməsi QAYDALARI

Uşaqların (şagirdlərin) ümumi təhsil müəssisələrinə qəbulu və yerdəyişməsi QAYDALARI

Ümumi təhsilin təhsil səviyyələri üzrə müddəti, bir səviyyədən digər səviyyəyə keçid qaydaları NK-nin 115 №-li QƏRARI

Ümumi təhsilin təhsil səviyyələri üzrə müddəti, bir səviyyədən digər səviyyəyə keçid qaydaları NK-nin 115 №-li QƏRARI

Müəllimlərin işə qəbulunun və yerdəyişməsinin keçirilməsi ilə bağlı yeni qaydalar təsdiq edilib

Müəllimlərin işə qəbulunun və yerdəyişməsinin keçirilməsi ilə bağlı yeni qaydalar təsdiq edilib

"Təhsil Qanunu"na aid testlər və cavabları

"Təhsil Qanunu"na aid testlər və cavabları

212 məktəbdə təmayül sinifləri fəaliyyət göstərəcək - BAKIDA

212 məktəbdə təmayül sinifləri fəaliyyət göstərəcək - BAKIDA

"universitet təhsili və daha uzunmüddətli təhsil peşə təhsili deyil və sektorlar üzrə işçilərin hazırlanmasına imkan vermir"

"universitet təhsili və daha uzunmüddətli təhsil peşə təhsili deyil və sektorlar üzrə işçilərin hazırlanmasına imkan vermir"

Növbəti tədris ilində müəllimlərin dərs bölgüsü zamanı diaqnostik qiymətləndirmənin nəticələri əsas götürüləcək

Növbəti tədris ilində müəllimlərin dərs bölgüsü zamanı diaqnostik qiymətləndirmənin nəticələri əsas götürüləcək

Azərbaycanda peşə təhsili 3 pilləli olacaq?- EKSPERT RƏYİ

Azərbaycanda peşə təhsili 3 pilləli olacaq?- EKSPERT RƏYİ

“Təmayüllü siniflərdə hansı yeniliklər vacibdir”

“Təmayüllü siniflərdə hansı yeniliklər vacibdir”

Sumqayıt məktəbləri necə mühafizə olunur? - ARAŞDIRMA

Sumqayıt məktəbləri necə mühafizə olunur? - ARAŞDIRMA

Ümumi təhsil müəssisələrində işləyən müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsinin aparılması qaydaları

Ümumi təhsil müəssisələrində işləyən müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsinin aparılması qaydaları

Ümumi təhsil sistemində dərsik siyasəti- Ümumi müddəalar

Ümumi təhsil sistemində dərsik siyasəti- Ümumi müddəalar

Məktəblərin reytinq cədvəlinin hazırlanması göründüyü qədər asan məsələ deyil.

Məktəblərin reytinq cədvəlinin hazırlanması göründüyü qədər asan məsələ deyil.

DİM-in elan etdiyi yeni qaydalar ,VDİ-yə niyə getmirik ?

DİM-in elan etdiyi yeni qaydalar ,VDİ-yə niyə getmirik ?