AzTehsil.com


Xəbərlər
13 iyul 2017
3 135


"universitet təhsili və daha uzunmüddətli təhsil peşə təhsili deyil və sektorlar üzrə işçilərin hazırlanmasına imkan vermir"



 

Müasir dövrdə gənclərin əksəriyyəti peşə təhsilini prestijli hesab etmir

Son illər əmək bazarında aparılan təhlillər göstərir ki, hazırda işəgötürənlərin daha çox peşə təhsilli mütəxəssislərə ehtiyacı var. Bunun əsas səbəbi isə peşə təhsilinə marağın olmaması göstərilir. Çünki müasir dövrdə gənclərin əksəriyyəti peşə təhsilini prestijli hesab etmir. Ekspertlərin qənaətincə isə, bu sahəyə marağı artırmaq üçün, ilk növbədə, bütün peşə məktəblərində müasir avadanlıqlarla təchiz olunmuş emalatxanalar olmalıdır. Əgər bu olmasa, təkcə nəzəriyyəni öyrənməklə ciddi nəticələr qazanmaq olmaz. Mütəxəssislər hesab edirlər ki, bu gün müasir avadanlıqlarla, texnologiyalarla işləməyi bacaran peşə sahibləri yetişməlidir. Əgər belə olarsa, xaricdən işçi qüvvəsinə ehtiyac qalmayacaq.
Qeyd edək ki, bu gün Təhsil Nazirliyinin tabeliyində 114 ilk-peşə ixtisas təhsili müəssisələri var. İlk peşə ixtisas təhsili müəssisələrindən 45-i peşə liseyi, 61-i peşə məktəbi (8-i cəzaçəkmə müəssisələrinin tərkibində), ikisi tədris mərkəzidir. Peşə təhsili müəssisələrindən 6-sı işğal olunmuş rayonlarda yerləşdiyindən, onların fəaliyyəti dayandırılıb. Ümumilikdə, peşə ixtisas təhsili müəssisələrindən 34-ü Bakıda yerləşir.
Respublikanın ilk peşə-ixtisas təhsili müəssisələrində 126 peşə üzrə 23 850 şagird təhsil alır. 2015-2016-cı il peşə məktəblərinə 16 990 nəfər qəbul olunub. İlk peşə ixtisas təhsilinin müddəti 1-3 ildir.
 
Yeri gəlmişkən, ilk peşə-ixtisas təhsili sahəsində peşə hazırlığının səmərəliliyini artırmaq və rəqabətqabiliyyətli ixtisaslı kadrların hazırlanmasını təmin etmək məqsədi ilə 20 aprel 2016-cı il tarixdə ölkə Prezidenti Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin yaradılması haqqında fərman imzalayıb.
Fərmana əsasən, ilk peşə-ixtisas təhsili sahəsində peşə hazırlığının səmərəliliyini artırmaq və rəqabətqabiliyyətli ixtisaslı kadrların hazırlanmasını təmin etmək məqsədi ilə Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyi yaradılıb.
 
Mövzu ilə bağlı fikirlərini açıqlayan təhsil eksperti Etibar Əliyev deyib ki, bütün inkişaf etmiş ölkələrin təhsil sistemində peşə təhsili təhsilin önəmli bir pilləsini təşkil edir: "Bizdə peşə məktəblərinə maraq zəifdir. Məsələn, hər il 100 000-dən çox məzunun təxminən 30 faizi ali məktəblərə qəbul ola bilir. Yerdə qalan orta məktəb məzunlarının demək olar ki, böyük hissəsi peşə məktəblərinə üz tutmur. Bu, peşə təhsilinin vəziyyəti ilə sıx bağlıdır. Yəni, Azərbaycanda peşə təhsilinin inkişafına xüsusi diqqət olmalıdır. Bu mənada yeni agentlik peşə təhsilinin inkişafı üçün mühüm işlər görə bilər. Çünki hazırda peşə təhsilinin qarşısına qoyulan məqsədlər də dəyişib, informasiya cəmiyyətində yaşamağımızla sıx surətdə bağlıdır. İnanıram ki, Azərbaycan gənclərinin ali təhsildən kənarda qalan böyük bir kəsiminin peşə təhsilinə üz tutması agentliyin fəaliyyətindən asılı olacaq. Bu agentlik peşə təhsilini canlandırmalıdır. Təhsil sistemini peşə təhsili olmadan təsəvvür etmək mümkün deyil. Hər yerdə ixtisaslı fəhlə kadrlara ehtiyac var. Təəssüflər olsun ki, bizdə çoxsaylı peşə sahiblərinin təhsili yoxdur. Onlar usta yanında kortəbii şəkildə tədris görmədən öyrəniblər. Bunun da mənfi effekti olur. Bu agentlik peşə təhsili üçün yeni nəfəs verməlidir, peşə məktəblərinin moderləşdirilməsi prosesi həyata keçirilməlidir”.
 
Məsələyə münasibət açıqlayan təhsil eksperti Nadir İsrafilov isə hesab edir ki, gənclərin peşə təhsilinə marağının artırılması istiqamətində ciddi işlər görülməlidir: "Məlum məsələdir ki, peşə təhsilinə sovet dönəmində böyük diqqət yetirilirdi. Sonra 90-cı illərdə, müstəqillik əldə edildikdən sonra keçid dövrü ilə bağlı müəyyən boşluqlar əmələ gəldi, bununla peşə təhsili sisteminə bir növ diqqət azaldı. Bəzi texniki peşə təhsili məktəblərinin maddi-texniki bazası, binaları hərraca qoyuldu, bəziləri əsas oldu-olmadı, peşə liseylərinə çevrildi və s. Ümumiyyətlə, bu sahəyə diqqət azaldı. Peşə yönümünə diqqət zəiflədikdən sonra bu sahəyə maraq da azaldı. Amma sonra məlum oldu ki, peşə sisteminin inkişafı vacibdir. Məsələn, Azərbaycanda Avropa Oyunları keçiriləndə təhsil naziri etiraf elədi ki, gələn qonaqlara xidmət göstərmək üçün peşə ixtisasına yiyələnən işçilər tapa bilmirik. Bu cür problemlərlə üzləşdik. Son zamanlar peşə təhsilini inkişaf etdirmək sahəsində Cənubi Koreya ilə Təhsil Nazirliyi arasında xüsusi müqavilə imzalanıb. Təbii ki, bununla paralel olaraq gənclər arasında da maarifləndirmə işi aparılmalıdır. Yaponiya, Almaniya kimi ölkələr peşə ixtisası ilə dünyanın inkişaf etmiş ölkələrinə çevrildilər. Bizdə mentalitet belədir ki, əsas ali təhsildir. Sovet dönəmində önəmli tədbirlərdə ön yerlərdə qabaqcıl peşə adamları oturardı, onlara xüsusi diqqət yetirilərdi. Məktəblərdə müəyyən tədbir keçiriləndə əmək adamları, neft sahəsində çalışanlar dəvət edilirdi, onlarla görüşlər keçirilirdi. Orta məktəblərdə peşə yönümlü bir iş aparılırdı. Bizdə ali məktəbə qəbul qruplar üzrə ixtisaslara bölünüb, şagirdlər də ixtisasına uyğun qruplar üzrə repititor yanına gedirlər. Ona görə də orta məktəblərdən başlamaq lazımdır. Orta məktəblərdə ayrı-ayrı peşələr təbliğ olunmalı, dərsliklərə peşə məsələləri ilə bağlı hekayələr salınmalı, peşə adamları yüksəldilməli, onların nüfuzu ilə bağlı müsabiqələr keçirilməli, esselər yazılmalıdır. Bizdə iş o yerə gəlib çatıb ki, ayrı-ayrı peşələr, ixtisaslar yaddan çıxıb, kənd təsərrüfatı ixtisaslarına keçid balı olmadan ali məktəbə götürürlər. Ən mənfi cəhət cəmiyyətdə peşələrin nüfuzlu və nüfuzsuz olması ilə bağlı bölgüdür. Bütün bunlar da insanların düşüncə tərzinə mənfi təsir göstərir”.
 
Mövzu ilə bağlı fikirlərini bildirən iqtisadçı-ekspert Vüqar Bayramov da qeyd edib ki, peşə təhsilinin tətbiqi sənaye sektoru, o cümlədən iqtisadiyyatın müxtəlif sektorları üçün kadrların hazırlanmasına gətirib çıxarır. "Bu gün Azərbaycanda kadrların, xüsusən müxtəlif peşə və sektorlar üzrə ixtisaslaşmış kadrların təminatında problemlər var. Belə ki, universitet təhsili və daha uzunmüddətli təhsil peşə təhsili deyil və sektorlar üzrə işçilərin hazırlanmasına imkan vermir. Həmçinin digər çatışmazlıq ondan ibarətdir ki, onlar konkret peşə üzrə ixtisaslı kadrların hazırlanmasını həyata keçirmirlər. İndiki şəraitdə isə iqtisadiyyatın real sektorunda peşə ixtisasına olan kadr tələbatının ödənilməsinə ehtiyac var. Bunun da ən əsas yollarından biri peşə təhsil sisteminin tədris və inkişaf etdirilməsi ilə bağlıdır. Güman olunur ki, əslində, sözügedən peşə və sektorlar üzrə təhsil sisteminin inkişaf etdirilməsi sənayenin inkişafını stimullaşdıran əsas faktorlardan biridir”.
 
V.Bayramov hesab edir ki, peşə təhsil sisteminə təkcə təhsil sisteminin bir elementi və ya problemi kimi baxmaq doğru deyil. Buna birmənalı şəkildə iqtisadiyyatın və sənayeləşmənin elementi kimi baxmaq lazımdır. "Sənayeləşmə peşə ixtisası olan kadrlara tələbat və peşə məktəbləri tərəfindən bu tələbatın ödənilməsi deməkdir”. Ekspertin fikrincə, özəl sektorun peşə məktəblərini və liseylərini yaratmaq imkanları genişdir. Belə ki, mövcud qanunvericiliyə əsasən, iş axtaran vətəndaşların peşə təhsilinə göndərilməsinə və təmin edilməsinə ehtiyac var. Eyni zamanda, ödəniş əsasında peşə ixtisası və peşə təhsili almaq istəyən həm şirkət, həm də vətəndaşların sayı çoxdur: "Şirkətlər öz işçilərini peşə təhsilinə göndərməkdə maraqlıdır və onlar çalışacaqlar ki, öz işçilərinə peşə təhsili keçsinlər. Eyni zamanda, iş axtaran vətəndaşlar birmənalı şəkildə peşə təhsilindən istifadə etməyə çalışacaqlar. Bu baxımdan, hətta, ödənişli əsaslarla özəl təhsil məktəblərinin inkişafı mümkündür. Çünki buna tələbat var. İş axtaranların böyük bir qismi qəbul edir ki, yaxşı peşə sahiblərinin iş tapmaq imkanları böyükdür. Bu, həm də iş tapmaq baxımından bir vasitə kimi qiymətləndirilməlidir”.
 
hafta.az



Загрузка...
Həmçinin oxuyun:
"Peşə təhsil müəssisələrinin optimallaşdırılması bir çox imkanlara yol açır"

"Peşə təhsil müəssisələrinin optimallaşdırılması bir çox imkanlara yol açır"

Peşə təhsili və təlimi sahəsində görülmüş işlər və qarşıda duran vəzifələr müzakirə olunub

Peşə təhsili və təlimi sahəsində görülmüş işlər və qarşıda duran vəzifələr müzakirə olunub

Ilk peşə və orta ixtisas təhsili ilə bağlı görüş keçirilib

Ilk peşə və orta ixtisas təhsili ilə bağlı görüş keçirilib

Nazir müavini: "Peşə məktəbləri məzunlarının imtahan nəticələri bizi tam qane edə bilməz"

Nazir müavini: "Peşə məktəbləri məzunlarının imtahan nəticələri bizi tam qane edə bilməz"

Bu ilin sonunadək “Peşə təhsili haqqında” qanun qəbul oluna bilər

Bu ilin sonunadək “Peşə təhsili haqqında” qanun qəbul oluna bilər

Cari ilin sonunadək rasionallaşdırılmış peşə təhsili müəssisələrində çalışan ixtisas fənn müəllimlərinin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi nəzərdə tutulur

Cari ilin sonunadək rasionallaşdırılmış peşə təhsili müəssisələrində çalışan ixtisas fənn müəllimlərinin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi nəzərdə tutulur

Cehizlik ali təhsil diplomları erası geridə qaldı…

Cehizlik ali təhsil diplomları erası geridə qaldı…

“Bağçaların, peşə məktəblərinin binalarını dəyər-dəyməzə satdıq” -Nadir İsrafilov

“Bağçaların, peşə məktəblərinin binalarını dəyər-dəyməzə satdıq” -Nadir İsrafilov

17 İyun Azərbaycanda Tibb İşçilərinin Peşə Bayramıdır

17 İyun Azərbaycanda Tibb İşçilərinin Peşə Bayramıdır

"Müxtəlif peşələrə yiyələnmək üçün gənclər arasında təbliğat aparılmalıdır"

"Müxtəlif peşələrə yiyələnmək üçün gənclər arasında təbliğat aparılmalıdır"

Peşə təhsili nəinki zəifləməli, əksinə daha da inkişaf etdirilməlidir

Peşə təhsili nəinki zəifləməli, əksinə daha da inkişaf etdirilməlidir

Cari ilin 4 ayında 47 mindən çox şəxs peşə hazırlığı və əlavə təhsil kurslarına cəlb olunub

Cari ilin 4 ayında 47 mindən çox şəxs peşə hazırlığı və əlavə təhsil kurslarına cəlb olunub

Peşə məktəbləri ilə bağlı 4 SUAL- 4 CAVAB

Peşə məktəbləri ilə bağlı 4 SUAL- 4 CAVAB

Təhsil Nazirliyi tam orta təhsil səviyyəsində təmayülləşmənin tətbiqi qaydalarını açıqlayıb

Təhsil Nazirliyi tam orta təhsil səviyyəsində təmayülləşmənin tətbiqi qaydalarını açıqlayıb

Abituriyentlərin iki dəfə imtahan verməsi korrupsiyaya yol aça bilərmi?

Abituriyentlərin iki dəfə imtahan verməsi korrupsiyaya yol aça bilərmi?

Tələbələrə təqaüdlərin ödənilməsi qaydasında dəyişiklik edilib

Tələbələrə təqaüdlərin ödənilməsi qaydasında dəyişiklik edilib

T Ö V S İ Y Ə L Ə R - Ümumtəhsil, peşə və orta ixtisas təhsili müəssisələrində işəgötürənlə pedaqoji işçilər arasında əmək müqaviləsinin bağlanmasına dair

T Ö V S İ Y Ə L Ə R - Ümumtəhsil, peşə və orta ixtisas təhsili müəssisələrində işəgötürənlə pedaqoji işçilər arasında əmək müqaviləsinin bağlanmasına dair

"Ali məktəbələrə keçid balı ən azı 350 olmalıdır"

"Ali məktəbələrə keçid balı ən azı 350 olmalıdır"

13 təhsil müəssisəsi haqqında mənfi rəy İqtisadiyyat Nazirliyinə təqdim edilib

13 təhsil müəssisəsi haqqında mənfi rəy İqtisadiyyat Nazirliyinə təqdim edilib

“Peşəm mənim karyeramdır- gənc qızlara dəstək” adlı layihə çərçivəsində sərgi keçirilib

“Peşəm mənim karyeramdır- gənc qızlara dəstək” adlı layihə çərçivəsində sərgi keçirilib

Azərbaycanda 10 təhsil müəssisəsinə müəllimlər müsabiqədənkənar işə qəbul olunacaq

Azərbaycanda 10 təhsil müəssisəsinə müəllimlər müsabiqədənkənar işə qəbul olunacaq

Ali təhsillə bağlı hazırlanacaq qanun bir neçə vacib məsələnin həllini nəzərdə tutur

Ali təhsillə bağlı hazırlanacaq qanun bir neçə vacib məsələnin həllini nəzərdə tutur

Tam orta təhsil səviyyəsində təmayülləşmənin tətbiqi necə həyata keçiriləcək?

Tam orta təhsil səviyyəsində təmayülləşmənin tətbiqi necə həyata keçiriləcək?

Dövlət büdcəsində təhsil sahəsi üçün nəzərdə tutulan vəsait artırılıb/Təhsil işçilərinə şad xəbər

Dövlət büdcəsində təhsil sahəsi üçün nəzərdə tutulan vəsait artırılıb/Təhsil işçilərinə şad xəbər