Ilk peşə və orta ixtisas təhsili ilə bağlı görüş keçirilib
Yanvarın 19-da Təhsil Nazirliyində Rusiya Federasiyasının Təhsil və Elm Nazirliyinin, "Peşəkar icmaların və Gənc peşəkarlar-işçi kadrların inkişafı Agentliyi”nin, Rusiya İnformasiya və Mədəniyyət Mərkəzinin Azərbaycan nümayəndəliyinin əməkdaşları ilə görüş keçirilib.
İlk peşə və orta ixtisas təhsilinin inkişafı və "WorldSkills hərəkatı” mövzusunda keçirilən görüşdə Azərbaycanın və Rusiyanın ilk peşə və orta ixtisas təhsili sistemi, onun perspektiv inkişaf istiqamətləri müzakirə edilib. Həmçinin, "WorldSkills hərəkatı”, "WorldSkills Rusiya” standartlarına uyğun işçi kadrların hazırlıq keyfiyyətinin monitorinqi və qiymətləndirilməsi haqqında təqdimatlar edilib, bu sahədə hər iki ölkənin mütəxəssislərinin qarşılıqlı təcrübə və bilik mübadiləsi müzakirə olunub.
Görüşdə Azərbaycanda peşə təhsili alan bir qrup nümayəndə 17-19 may tarixlərində Rusiyada keçiriləcək "Gənc peşəkarlar” (WorldSkills Rusiya) Milli çempionatında iştirak etmək üçün dəvət alıb. Bununla yanaşı, "WorldSkills hərəkatı”na qoşulmaq üçün Rusiya təcrübəsindən faydalanmaq və "WorldSkills” çempionatında iştirak etmək üçün ilkin razılıq əldə olunub.
aztehsil.com


"Olimpiya Hərəkatı" Göygöldə davam etdirilir.

Şabran şəhər T. Abbasov adına 1 nömrəli tam orta məktəbdə "Sən sahibkarsan" adlı açıq dərs keçirilib.

"Ölkəmizi tanıyaq" layihəsində iştirak edəcək şagirdlərlə görüş keçirilib

ADPU-nun rektoru, professor Cəfər Cəfərov Tarix və coğrafiya fakültəsinin tələbələri ilə görüş keçirib

Müəllimlərlə bağlı yeni qaydalar

4-cü sinif şagirdlərinə "Kalaşnikov dərsi": Bizdə də olsun

Təhsil naziri Mikayıl Cabbarovun Nazirlər Kabinetinin 2016-cı ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasda çıxışı

Peşə məktəbləri ilə bağlı 4 SUAL- 4 CAVAB

Göygöl rayonunda diaqnostik qiymətləndirmə ilə bağlı iclas keçirilib.

Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunda (TİPİİ) ingilis dili müəllimləri üçün Təlim-resurs mərkəzinin açılış mərasimi keçirilib.

AzMİU-da dünya şöhrətli alim akademik Roald Saqdeyevlə görüş olub

Məktəbdənkənar təhsil müəssisələrində çalışan pedaqoji işçilərin bilik və bacarıqlarının qiymətləndirilməsi keçiriləcək.