AzTehsil.com


Xəbərlər / Valideyn / Müəllim
16 noyabr 2017
2 396


Azərbaycanda peşə təhsili 3 pilləli olacaq?- EKSPERT RƏYİ



Təhsil Nazirliyi ölkədə peşə təhsili ilə bağlı strukturun dəyişdirilməsini, 3 pilləli peşə təhsilinin tətbiqini təklif edir.


Sözügedən məsələ ilə bağlı təhsil eksperti Nadir İsrafilov Aztəhsil.com-a 3 pilləli peşə təhsilinin tətbiqinin təhsil sisteminə təsirindən, eləcə də müsbət və mənfi cəhətlərindən danışıb:


"Yaşlı və orta nəslin nümayəndələri yəqin xatırlamamış deyillər ki, bir vaxtlar peşəyönümü işi elə erkən yaş dövrlərindən məktəblərdə təlim- tərbiyə işinin ən başlıca komponentlərindən biri sayılardı və sadə peşə sahiblərinə xüsusi rəğbət bəslənilər, lazımı diqqət və qayğı göstərilərdi, onların şəninə şerlər yazılar, mahnılar qoşulardı. 


Lakin 90-cı illərin əvvəllərində müstəqillik əldə etməyimizlə əlaqədar, keçid dövrünün boşluqlarından istifadə edilib, nazirliyin tabeliyində olan bir çox bağçaların və peşə məktəblərinin profilləri dəyişdirilmiş, onlara məxsus binalar, eləcə də ərazilər özəlləşdirmə adı ilə hərraca çıxarılmış, bağça və peşə təhsili əslində çökdürülmüş, olan-qalan peşə məktəbləri də imic xatirinə heç bir səmərəsi olmayan peşə liseylərinə çevrilmişdi. 

 

Halbuki hələ 1999-cu ildə qəbul edilən İslahat Proqramında əmək bazarının təlabatına uyğun olaraq orta ixtisaslı fəhlə və kiçik mütəxəssis kadrların hazırlığını yüksəltmək məqsədi ilə müasir texniki peşə məktəblərinin yaradılması nəzərdə tutulmuşdu. 


Baxmayaraq ki, "Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə Dövlət Proqramı”nın (2007-2012-ci illər)” qəbulundan kifayət qədər vaxt ötüb və Prezidentin müvafiq Sərəncamında ölkəmizdə dinamik inkişaf edən iqtisadiyyatın peşə ixtisas kadrlarına tələbatının daha dolğun ödənilməsi, əhaliyə göstərilən texniki peşə xidmətlərinin günün tələbləri səviyyəsində qurulmasının təmin edilməsi məqsədilə mühüm vəzifələr müəyyənləşdirilib, təhsilin bu pilləsində hələ də müəyyən problemlərlə üzləşirdik. 


Hətta Azərbaycanda ilk Avropa oyunları ərəfəsində Təhsil naziri Mikayıl Cabbarov yerli əmək bazarında yeni yaranan peşələr üçün lazım olan kadrların tapılmamasından, qonşu, bəzən də hətta qonşu olmayan ölkələrdən peşəkarlar, işçi qüvvəsi dəvət etmək məcburiyyətində qalmağımızdan şikayətlənmişdi: 


"Bu gün ölkəmiz sürətlə inkişaf edir. Ancaq biz görürük ki, iqtisadiyyatın bəzi sahələri üçün yerli əmək bazarında mütəxəssislər tapmaq mümkün olmur. Həmin sahələr üzrə xarici ölkələrdən peşəkarları dəvət edirik və bununla da ölkədə müvafiq sahələri xarici işçi qüvvəsi tutur. Bütün bu və ya digər məsələlər peşə təhsilinin qarşısında imkan, fürsət və çağırışdır”.


Göründüyü kimi artıq ölkəmizdə dinamık inkişaf edən iqtisadiyyatın peşə ixtisas kadrlarına tələbatının daha dolğun ödənilməsi, əhaliyə göstərilən istənilən peşə xidmətlərinin günün tələbləri səviyyəsində qurulmasının təmin edilməsi günümüzün mühüm vəzifələrindən biridir”.

 

Təhsil eksperti onu da bildirib ki, "Azərbaycan Respublikasında Təhsilin İnkişafı üzrə Dövlət Strategiyası"nda da təhsilin bu pilləsin ən "axsayan” və ən çox tənqidə məruz qalan sahələrdən biri olaraq qalması xüsusi olaraq vurğulanmış, həlli vacib olan problemlər önə çəkilmişdir: 


"Son illərdə ilk peşə-ixtisas təhsili müəssisələrinin infrastrukturunun inkişafı sahəsində işlər görülmüş, özəl sektor, işəgötürənlər və beynəlxalq təşkilatlarla əməkdaşlıq əlaqələri qurulmuşdur. 


Qeyd olunanlara baxmayaraq, bu sahədə həlli vacib olan ciddi problemlər hələ də qalmaqdadır. İlk peşə-ixtisas təhsili müəssisələrini bitirən şəxslərin sayı iqtisadiyyatın tələbatı ilə üst-üstə düşmür”. 


Ekspertin fikrincə, son illər ümumi təhsil müəssisələrini bitirən məzunların yalnız 11 faizinin ilk peşə-ixtisas təhsili müəssisələrini seçməsi, ümumilikdə həmin pillədə təhsilalanların cəmi 25–27 min nəfər təşkil etməsi əhalidə ilk peşə-ixtisas təhsilinə marağın aşağı olduğunu göstərir. 

 

Məsələnın vacibliyinə ölkə başçısının Azərbaycan Gənclərinin Birinci Forumunun 20 illiyi münasibətilə ölkə gənclərinin bir qrupu ilə görüşü zamanı da xüsusi diqqət çəkilib: 


"Peşə təhsili elə qurulmalıdır ki, ümumi iqtisadi inkişafımızla uzlaşsın. Çünki biz iqtisadi inkişafımızı, o cümlədən sənaye inkişafımızı planlaşdırırıq. Əlbəttə, dövlət müəyyənləşdirir ki, hansı sahələr inkişaf edəcək və beləliklə, bizə hansı sahələrdə daha çox mütəxəssis lazım olacaq. Bu gün bizdə bəzi hallarda insanların bir hissəsi işsizdir, amma, eyni zamanda, çoxlu vakansiyalar var. 


Sadəcə olaraq o vakansiyaları doldurmaq üçün bəzi insanlarda peşə qabiliyyəti çatmır. Ona görə peşə təhsilinin inkişafı gələcək illər üçün prioritet olacaqdır və yeni peşə məktəblərinin tikilməsi üçün dövlət büdcəsindən vəsait ayrılacaq. Artıq həm Təhsil Nazirliyinə, həm İqtisadiyyat Nazirliyinə müvafiq göstərişlər verilib ki, peşə təhsili Azərbaycanda geniş vüsət almalıdır ". 


Bu baxımdan Milli Məclisin Elm və təhsil komitəsinin iclasında "Peşə təhsili haqqında” qanun layihəsinin müzakirəyə çıxarılması və peşə təhsili müəssisələrində tam orta təhsil alan şəxslərə təhsili başa vurduqdan sonra növbəti təhsil pilləsinə qəbul prosesində iştirak üçün 1 çağırış müddətinə həqiqi hərbi xidmətdən möhlət hüququ veriləcəyini stimullaşdırıcı addım kimi təqdirəlayiq hal hesab etmək olar.


O ki, qaldı 3 pilləli peşə təhsilinin tətbiqinə bu hələ ki, təklifdir və ciddi araşdırma və təhlil tələb edir. İstənilən vəziyyətdə və istənilən formada peşə təhsili nəinki təkmilləşdirilməli, əksinə regionların tələbatına, tələb-təklif prinsipinə müvafiq olaraq daha da inkişaf etdirilməlidir. Buna iqtisadiyyatımızın böyük ehtiyacı var. 


Söhbət təkcə peşə məktəblərindən getmir. Elə istər orta məktəblər olsun, istər orta-ixtisas, istərsə ali məktəblər forma və pilləsindən asılı olmayaraq peşə-ixtisas məsələsi öndə olmalıdır. Almaniya və Yaponiya kimi ölkələr məhz peşə-ixtisas səviyyəsi üzrə yüksək inkişafa nail olublar. Bu baxımdan digər təkliflərlə yanaşı, peşə məktəblərinin orta məktəblərlə inteqrasiyası məsələsi də nəzərdən keçirilə bilər.

 

Vüsalə Qəzənfərqızı 




Загрузка...
Həmçinin oxuyun:
“Bağçaların, peşə məktəblərinin binalarını dəyər-dəyməzə satdıq” -Nadir İsrafilov

“Bağçaların, peşə məktəblərinin binalarını dəyər-dəyməzə satdıq” -Nadir İsrafilov

Peşə təhsili nəinki zəifləməli, əksinə daha da inkişaf etdirilməlidir

Peşə təhsili nəinki zəifləməli, əksinə daha da inkişaf etdirilməlidir

Azərbaycanda peşə təhsilinin üç pilləli olması təklif edilir

Azərbaycanda peşə təhsilinin üç pilləli olması təklif edilir

Azərbaycanda özəl peşə təhsili müəssisələri yaradılacaq

Azərbaycanda özəl peşə təhsili müəssisələri yaradılacaq

Azərbaycanda peşə məktəbləri 1, 3 və 4 illik olacaq

Azərbaycanda peşə məktəbləri 1, 3 və 4 illik olacaq

Bu tələbələr maaş da ala biləcəklər - Yeni qanun

Bu tələbələr maaş da ala biləcəklər - Yeni qanun

Peşə məktəblərinin boş qalan yerlərinə əlavə ixtisas seçimi avqustun 28-də başlayacaq

Peşə məktəblərinin boş qalan yerlərinə əlavə ixtisas seçimi avqustun 28-də başlayacaq

"ASAN peşə” layihəsi üzrə əlavə ixtisas seçiminin vaxtı uzadılıb

"ASAN peşə” layihəsi üzrə əlavə ixtisas seçiminin vaxtı uzadılıb

Təhsil Nazirliyi: 8651 nəfər ilk peşə-ixtisas təhsili müəssisələrinə qəbul olub

Təhsil Nazirliyi: 8651 nəfər ilk peşə-ixtisas təhsili müəssisələrinə qəbul olub

Peşə təhsili və təlimi sahəsində görülmüş işlər və qarşıda duran vəzifələr müzakirə olunub

Peşə təhsili və təlimi sahəsində görülmüş işlər və qarşıda duran vəzifələr müzakirə olunub

“ASAN peşə” layihəsi üzrə əlavə ixtisas seçimlərinin nəticələri açıqlanıb

“ASAN peşə” layihəsi üzrə əlavə ixtisas seçimlərinin nəticələri açıqlanıb

"universitet təhsili və daha uzunmüddətli təhsil peşə təhsili deyil və sektorlar üzrə işçilərin hazırlanmasına imkan vermir"

"universitet təhsili və daha uzunmüddətli təhsil peşə təhsili deyil və sektorlar üzrə işçilərin hazırlanmasına imkan vermir"

Peşə-ixtisas təhsili müəssisələrinə qəbul olanların qeydiyyat vaxtı uzadılıb

Peşə-ixtisas təhsili müəssisələrinə qəbul olanların qeydiyyat vaxtı uzadılıb

“Asan peşə” layihəsi üzrə boş qalan yerlərə əlavə ixtisas seçimi başlayıb

“Asan peşə” layihəsi üzrə boş qalan yerlərə əlavə ixtisas seçimi başlayıb

Ilk peşə və orta ixtisas təhsili ilə bağlı görüş keçirilib

Ilk peşə və orta ixtisas təhsili ilə bağlı görüş keçirilib

"Peşə təhsil müəssisələrinin optimallaşdırılması bir çox imkanlara yol açır"

"Peşə təhsil müəssisələrinin optimallaşdırılması bir çox imkanlara yol açır"

“ASAN peşə” layihəsi üzrə sənəd qəbulunun nəticələri açıqlanıb

“ASAN peşə” layihəsi üzrə sənəd qəbulunun nəticələri açıqlanıb

“ASAN peşə” layihəsi üzrə sənəd qəbulunun nəticələri açıqlanıb

“ASAN peşə” layihəsi üzrə sənəd qəbulunun nəticələri açıqlanıb

İlk peşə-ixtisas təhsili müəssisələrinə sənəd qəbulu başlayıb

İlk peşə-ixtisas təhsili müəssisələrinə sənəd qəbulu başlayıb

“ASAN peşə” layihəsi üzrə sənəd qəbulu başlayır

“ASAN peşə” layihəsi üzrə sənəd qəbulu başlayır

“ASAN peşə” layihəsi üzrə sənəd qəbulu davam edir

“ASAN peşə” layihəsi üzrə sənəd qəbulu davam edir

Yeni tədris ilindən veb-dizayner ixtisası üzrə kadr hazırlığına başlanılır

Yeni tədris ilindən veb-dizayner ixtisası üzrə kadr hazırlığına başlanılır

Bakıda peşə təhsili ilə bağlı beynəlxalq seminar keçirilir

Bakıda peşə təhsili ilə bağlı beynəlxalq seminar keçirilir

Peşə məktəblərində təhsil almaq 9000 nəfər qeydiyyatdan keçib

Peşə məktəblərində təhsil almaq 9000 nəfər qeydiyyatdan keçib