AzTehsil.com


Xəbərlər
13 yanvar 2018
8 743


Modul tipli məktəbləri ənənəvi məktəblərdən nə fərqləndirir?



Bildiyimiz kimi, Azərbaycanda artıq modul tipli məktəblərin quraşdırılması prosesinə başlanılıb.
 
Təhsil Nazirliyi 2018-ci il ərzində modul tipli məktəblərin quraşdırılacağı əraziləri açıqlayıb.

Aztəhsil.com xəbər verir ki, nazirlikdən verilən məlumata görə, bu il ərzində ümumilikdə 137 modul tipli məktəb qurulacaq. Həmin məktəblər Quba, Xaçmaz, Şabran, Qusar, Siyəzən, Xızı, İsmayıllı, Ağsu, İmişli, Qobustan, Şamaxı, Oğuz, Şəki, Qəbələ Tovuz, Ağstafa, Gədəbəy, Daşkəsən, Ağdaş, Bərdə, Ağcabədi, Ağdam, Zərdab, Saatlı, Beyləqan, Cəlilabad, Masallı, Yardımlı, Lənkəran və Lerik rayonlarında quraşdırılacaq.

Bu il, eyni zamanda, bəzi məcburi köçkün məktəblərinin də yerində modul tipli təhsil müəssisələrinin quraşdırılması nəzərdə tutulur.

Qeyd edək ki, ötən il 73 modul tipli məktəbin inşası başa çatıb, 27 məktəbdə isə bu sahədə iş davam etdirilir.
 
Maraqlıdır, bəs, modul tipli məktəbləri ənənəvi məktəblərdən nə fərqləndirir?

İlk olaraq xatırladaq ki, bir ənənəvi məktəbin inşası üçün lazım olan vəsaitlə 10-na yaxın modul tipli məktəb quraşdırmaq olar.
 
Modul tipli məktəblərin yaradılmasının üstünlüyü onların azməsrəfli olması ilə yanaşı, qısa müddət (1 ay) ərzində istənilən relyefdə quraşdırılması, asan daşınması, burada sinif otaqlarının sayının şagirdlərin sayına uyğun olaraq rahatlıqla azaldılıb-artırılmasıdır.

Modul tipli məktəblərin digər üstünlüyü budur ki, qəzalı vəziyyətdə olan təhsil müəssisələrində təmir-tikinti işləri aparılarkən, tədris prosesi dayandırılmır və bu məqsədlə müvəqqəti olaraq, 50 yerlik səyyar məktəb quraşdırılır. Bu barədə Təhsil Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
 
Hazırda Təhsil Nazirliyinə tabe olan 4400-dən artıq orta ümumtəhsil məktəbi var, bunların da 310-na yaxını Bakı şəhərində, 4 minə qədəri isə, regionlarda yerləşir.
 
Ekspertlərin fikrincə, yeni modul tipli məktəblərin inşası müsbət haldır:
 
"Hər il onlarla məktəb tikilir, yenidən qurulur, bərpa işləri aparılır. Yeni məktəblərin inşası əlavə vəsait deməkdir. Hələ də regionlarda elə məktəblər var ki, təhsil üçün yarasızdır. Bu baxımdan Təhsil Nazirliyinin sözügedən addımı müsbətdir".
 
Modul tipli məktəblərdən Avropa və Amerikada da istifadə edilir. Bu, daha çevikdir, sökülüb-daşınması daha optimaldır, təhlükəsizlik yüksək səviyyədədir, daha keyfiyyətli dizayn əsasında formalaşdırılır. Ənənəvi məktəblərdə, daha çox tikinti materiallarından istifadə olunur. Son 10 ildə 3 min məktəb təmir, bərpa olunub. Şagird sayı sıx olan, daha təhlükəli vəziyyətdə olan məktəblər ilk olaraq modul tipli məktəblərlə əvəz ediləcək. 
 
Ekspertlər hesab edir ki, modul tipli məktəblər regionlar üçün daha əlverişlidir, nəinki Bakı:
 
"Bakı şəhərində kifayət qədər məktəb var, nəqliyyatın hərəkəti sıxdır. Bu, daha çox region məktəbləri üçün yararlı variantdır".



Загрузка...
Həmçinin oxuyun:
Bu il modul tipli məktəblərin quraşdırılacağı ərazilər -SİYAHI

Bu il modul tipli məktəblərin quraşdırılacağı ərazilər -SİYAHI

Ölkədə 100 modul tipli məktəb istifadəyə veriləcək

Ölkədə 100 modul tipli məktəb istifadəyə veriləcək

Qəzalı vəziyyətdəki kənd məktəbləri modul tipli məktəblərlə əvəzlənir

Qəzalı vəziyyətdəki kənd məktəbləri modul tipli məktəblərlə əvəzlənir

Ölkəmizdə modul tipli yüz məktəb inşa edilib

Ölkəmizdə modul tipli yüz məktəb inşa edilib

Modul tipli məktəblərlə tanışlıq üçün mediatur keçirilib

Modul tipli məktəblərlə tanışlıq üçün mediatur keçirilib

100 azkomplektli və qəzalı vəziyyətdəki kənd məktəbi modul tipli məktəblərlə əvəzlənəcək

100 azkomplektli və qəzalı vəziyyətdəki kənd məktəbi modul tipli məktəblərlə əvəzlənəcək

Qəbələ və Oğuzda yeni tikilən modul tipli məktəblər istifadəyə verilib

Qəbələ və Oğuzda yeni tikilən modul tipli məktəblər istifadəyə verilib

İlin sonunadək istifadəyə veriləcək modul tipli məktəblərin sayı 100-ü ötəcək

İlin sonunadək istifadəyə veriləcək modul tipli məktəblərin sayı 100-ü ötəcək

Bu il Azərbaycanda 71 yeni məktəb inşa edilib

Bu il Azərbaycanda 71 yeni məktəb inşa edilib

Bölgələrdə modul tipli 137 məktəb tikiləcək

Bölgələrdə modul tipli 137 məktəb tikiləcək

Bu məktəbin cəmi 9 şagirdi var – REPORTAJ+FOTOLAR

Bu məktəbin cəmi 9 şagirdi var – REPORTAJ+FOTOLAR

Azərbaycanda internat məktəblərinin bazasında gimnaziyalar yaradılıb

Azərbaycanda internat məktəblərinin bazasında gimnaziyalar yaradılıb

"Bakı məktəbləri dərsliklə tam təmin edilib" - Təhsil İdarəsi

"Bakı məktəbləri dərsliklə tam təmin edilib" - Təhsil İdarəsi

Balakən rayon təhsil işçilərinin sentyabr konfransı keçirilib

Balakən rayon təhsil işçilərinin sentyabr konfransı keçirilib

Məktəb sayı ən çox və ən az olan rayonların adı açıqlanıb

Məktəb sayı ən çox və ən az olan rayonların adı açıqlanıb

DİM 6-cı siniflər üçün monitorinq imtahanı keçirəcək

DİM 6-cı siniflər üçün monitorinq imtahanı keçirəcək

Buraxılış imtahanı vermiş şagirdlərin nəzərinə

Buraxılış imtahanı vermiş şagirdlərin nəzərinə

Bakıda şagird sıxlığından əziyyət çəkən məktəblər var - SİYAHI

Bakıda şagird sıxlığından əziyyət çəkən məktəblər var - SİYAHI

Təhsil Nazirliyi: Məktəbəqədər təhsilin yeni formalarının təşkili və icra mexanizmi hazırlanmalıdır

Təhsil Nazirliyi: Məktəbəqədər təhsilin yeni formalarının təşkili və icra mexanizmi hazırlanmalıdır

Təhsil Nazirliyi hesabat verdi

Təhsil Nazirliyi hesabat verdi

Bakıdakı məktəblərdə təhsil alacaq şagirdlərin sayı açıqlandı

Bakıdakı məktəblərdə təhsil alacaq şagirdlərin sayı açıqlandı

Bakıda əsaslı təmir olunan məktəblərin siyahısı açıqlanıb

Bakıda əsaslı təmir olunan məktəblərin siyahısı açıqlanıb

Təhsil Nazirliyi bir kəndi məktəbsiz qoydu- ŞİKAYƏT+VİDEO

Təhsil Nazirliyi bir kəndi məktəbsiz qoydu- ŞİKAYƏT+VİDEO

Martın 12-də IX sinif şagirdləri üçün keçirilmiş buraxılış imtahanının I mərhələsinin nəticələri açıqlanıb

Martın 12-də IX sinif şagirdləri üçün keçirilmiş buraxılış imtahanının I mərhələsinin nəticələri açıqlanıb