AzTehsil.com


Xəbərlər / Ekspert
15 avqust 2020
1 759


Nadir İsrafilov : "Çoxları bunu qəti qərar kimi qəbul edir və öz həyəcan və narahatçılıqlarını gizlətmirlər.”



 

"Hesab edirəm ki, Təhsil  İnstitutunun təklifləri mövzu ilə bağlı yeni rəy və təkliflərə yol açmaq baxımından da faydalı olacaqdır.”

Bunu Təhsil Nazirliyi yanında İctimai Şuranın sədr müavini, təhsil eksperti Nadir İsrafilov bildirib.

O, bildirib ki, pandemiyadan asılı olmayaraq  "Virtual məktəb" layihəsi, teledərslər, distant və məsafədən təhsilin digər modellərinin tətbiqinin davam etdirilməsi təhsilimizin modernləşməsi, interaktivliyin təmin edilməsi və gələcəkdə yeni sınaqlara hazır olması baxımından irəliləyiş olar:

"COVİD-19 pandemiyası şəraitində növbəti tədris ilində təhsil müəssisələrinin fəaliyyətinin bərpası ilə bağlı hazırlanmış təkliflərə görə Azərbaycan Respublikasının Təhsil İnstitutuna Təhsil naziri Emin Əmrullayevin təşəkkürünə İctimai Şura olaraq biz də qoşulur və eynilə hesab edirik ki, həqiqətən də qərarların verilməsində elmi tədqiqatlara əsaslanmaq verilən qərarların səmərəliliyini artırır.

Bununla belə təkliflərdə əks olunan bir nüans "Təkliflər”ə verilən şərhlərdən də göründüyü kimi məni də qane etmədi. Belə ki, Təhsil İnstitututunun növbəti tədris ili ilə bağlı təklif etdiyi iki ssenaridən - tədrisin məsafədən təşkilini nəzərdə tutan 1-ci ssenarinin Respublikanın təhsil müəssisələrində tədris prosesi məsafədən həyata keçirilir bəndinin "təhsil müəssisələrinin fəaliyyəti ənənəvi qaydada bərpa olunmur” ifadəsi təklifdən daha çox hökm xarakteri daşıyır və geniş ictimaiyyətdə pessimist əhval-ruhiyyə yaradır. Çoxları bunu qəti qərar kimi qəbul edir və öz həyəcan və narahatçılıqlarını gizlətmirlər.”

Sədr müavini təkliflərin hazırlanması zamanı nəzərə alınmalı olan nüansları qeyd edib:

"Düzdür, Ümumdünya Səhiyyə Təşkilatı və YUNESKO-nun da tövsiyələri nəzərə alınmaqla pandemiya şəraitində təhsil sistemləri epidemioloji vəziyyətə uyğun çevik yanaşmalar etməli və yeni prosedurların hazırlanmasına ciddi önəm verməli, lakin  COVID-19 pandemiyası ilə bağlı tətbiq olunan məhdudiyyətlərin ləğvi məsələsinə həddən artıq ehtiyatla yanaşılmalıdır. Başqa sözlə, "tədris prosesinin təşkili ilə bağlı təkliflərin hazırlanması zamanı təhsilalanların yaş qrupları və öyrənmə ehtiyacları, təhsil pillələrinin xüsusiyyətləri, təhsil infrastrukturunun imkanları, ölkənin müxtəlif bölgələrində epidemioloji vəziyyət və ölkədə karantin rejimi ilə bağlı tətbiq edilən məhdudiyyətlər nəzərə alınmalıdır”.

O, təhsil müəssisələrinin fəaliyyəti  məsələsində üçüncü-hibrit variantın olduğunu qeyd edib:

"Göründüyü kimi , gələcək fəaliyyət hər şeydən əvvəl dinamikadan asılı olan məsələdir. Bununla belə, sabah hadisələrin hansı axarda cərəyan edəcəyinə heç kim təminat verə bilməz. Yəni epidemioloji vəziyyətlə bağlı artım və azalma, dinamikasındandan asılı olaraq  məsələnin həllinə yanaşılmalıdır. Deməli, əgər yoluxma sayının kəskin aşağı düşmə prosesi davam etsə, ənənəvi forma tətbiq oluna bilər. Əgər virus daha da kəskinləşsə, onlayn təhsil həyata keçiriləcək. Bunlarla yanaşı üçüncü - hibrit variant da var. Bu varianta əsasən, bəzi siniflər onlayn, bəziləri isə ənənəvi təhsil sistemindən yararlana bilər. Təbii ki, bunlar işin gedişatından asılı olacaq. Təhsil müəssisələrini açılmasına isə hələ ki, 1 ay var.”

Sədr müavini  bu mövzuda  ictimai rəyin öyrənilməsinin əhəmiyyətini vurğulayıb

"Ümumi ictimai rəyin öyrənilməsinin təhsildə aşkarlıq, şəffaflıq, demokratiklik, humanistlik prinsiplərinin bərqərar olunmasında rolu və əhəmiyyəti danılmazdır və şübhəsiz ki, bu rəy və təkliflər ümumi nəticəyə gəlməkdə və yekun qərar çıxarmaqda öz rolunu oynayacaqdır. Necə ki, artıq, təhsil ictimaiyyəti, valideynlər və digər maraqlı tərəflərdən yüzlərlə münasibət bildirilib və bildirilməkdə davam edir.”

O bildirib ki, bu hal cəmiyyət üzvlərinin, geniş ictimaiyyətin təhsilə olan diqqət və marağının, baş verən proseslərə biganə qalmamasının bariz nümunəsidir.



Загрузка...
Həmçinin oxuyun:
Nadir İsrafilov: Dərs ilinin başlamasına kifayət qədər vaxt var və şübhəsiz ki, məsələyə rəsmi aydınlıq gətiriləcəkdir.

Nadir İsrafilov: Dərs ilinin başlamasına kifayət qədər vaxt var və şübhəsiz ki, məsələyə rəsmi aydınlıq gətiriləcəkdir.

Nadir İsrafilov: Hazırda belə qərara gəlinib ki, üç variantda təkliflər hazırlansın, yəni üç variant üzərində düşnülür.

Nadir İsrafilov: Hazırda belə qərara gəlinib ki, üç variantda təkliflər hazırlansın, yəni üç variant üzərində düşnülür.

Təhsil naziri İctimai Şura ilə bəzi vacib məsələləri müzakirə edib – Nadir İsrafilov

Təhsil naziri İctimai Şura ilə bəzi vacib məsələləri müzakirə edib – Nadir İsrafilov

Təhsil naziri vətəndaşlara MÜRACİƏT etdi

Təhsil naziri vətəndaşlara MÜRACİƏT etdi

Yeni dərs ilində tədris prosesinin təşkili haqda rəsmi AÇIQLAMA

Yeni dərs ilində tədris prosesinin təşkili haqda rəsmi AÇIQLAMA

Nadir İsrafilov: “Daha dəqiq və konkret qərar qəbul etmək hələ ki, zamanla bağlı məsələdir…”

Nadir İsrafilov: “Daha dəqiq və konkret qərar qəbul etmək hələ ki, zamanla bağlı məsələdir…”

Təhsil İnstitutu növbəti tədris ili ilə bağlı iki ssenari təklif edir.

Təhsil İnstitutu növbəti tədris ili ilə bağlı iki ssenari təklif edir.

Nadir İsrafilov: “Bu, Azərbaycan dövlətinin pandemiya ilə mübarizədə nə qədər çevik reaksiya verdiyinin göstəricisidir”

Nadir İsrafilov: “Bu, Azərbaycan dövlətinin pandemiya ilə mübarizədə nə qədər çevik reaksiya verdiyinin göstəricisidir”

Vəziyyət ciddi nəzarətdədir, əlavə gərginliyə və təşvişə ciddi əsas görmürəm-Nadir İsrafilov

Vəziyyət ciddi nəzarətdədir, əlavə gərginliyə və təşvişə ciddi əsas görmürəm-Nadir İsrafilov

Təhsil eksperti iqtisadçı ekspertin Təhsil Nazirliyinə ünvanlanan təkliflərinə münasibət bildirdi

Təhsil eksperti iqtisadçı ekspertin Təhsil Nazirliyinə ünvanlanan təkliflərinə münasibət bildirdi

Dərslərin sentyabrda başlayacağı sual altındadır, amma maraqlı alternativlər var

Dərslərin sentyabrda başlayacağı sual altındadır, amma maraqlı alternativlər var

Təhsil Nazirliyi yanında İctimai Şuranın növbəti onlayn iclası keçirilib

Təhsil Nazirliyi yanında İctimai Şuranın növbəti onlayn iclası keçirilib

Nadir İsrafilov: “Xaricdə oxumaq istəyənlərə birbaşa attestatların verilməsində İctimai Şuranın da rolu böyükdür”

Nadir İsrafilov: “Xaricdə oxumaq istəyənlərə birbaşa attestatların verilməsində İctimai Şuranın da rolu böyükdür”

"Müəllimlər və şagirdlər üçün internet pulsuz olsun" - TƏKLİF

"Müəllimlər və şagirdlər üçün internet pulsuz olsun" - TƏKLİF

Nadir İsrafilov: “Göstəricilər zəif olarsa, bu təhsilin keyfiyyətinin aşağı olması demək deyil.”

Nadir İsrafilov: “Göstəricilər zəif olarsa, bu təhsilin keyfiyyətinin aşağı olması demək deyil.”

Hər hansı proqnoza deyil, rəsmi məlumatlara istinad etsək, daha düzgün olar.

Hər hansı proqnoza deyil, rəsmi məlumatlara istinad etsək, daha düzgün olar.

Ədalət Muradov: Növbəti tədris ilindən dərslərin hansı formada təşkil ediləcəyi məsələsinə aydınlıq gətirilməlidir

Ədalət Muradov: Növbəti tədris ilindən dərslərin hansı formada təşkil ediləcəyi məsələsinə aydınlıq gətirilməlidir

Azərbaycan Respublikasının Təhsil Nazirliyi yanında İctimai Şuranın onlayn iclası keçirilib

Azərbaycan Respublikasının Təhsil Nazirliyi yanında İctimai Şuranın onlayn iclası keçirilib

Tədrisin mayın 31- dək  uzadılması son dərəcə düşünülmüş qərardır-Ekspert rəyi

Tədrisin mayın 31- dək uzadılması son dərəcə düşünülmüş qərardır-Ekspert rəyi

Nadir İsrafilov: Təhsilimizin ayaq üstə durması üçün mümkün olan nə lazımdırsa edilib

Nadir İsrafilov: Təhsilimizin ayaq üstə durması üçün mümkün olan nə lazımdırsa edilib

Məktəbli formaları - rahat və uyğun

Məktəbli formaları - rahat və uyğun

Məktəblərdə dərslər dayandırılsın? – Ekspertlər

Məktəblərdə dərslər dayandırılsın? – Ekspertlər

Sentyabrın 15-dən yuxarı siniflər üçün dərslər distant formada keçirilə bilər - AÇIQLAMA

Sentyabrın 15-dən yuxarı siniflər üçün dərslər distant formada keçirilə bilər - AÇIQLAMA

Nadir İsrafilov: “Təhsil Nazirliyi yanında İctima Şura cəmiyyətə açıqdır və maraqlı tərəflərlə dialoqa hazırdır”

Nadir İsrafilov: “Təhsil Nazirliyi yanında İctima Şura cəmiyyətə açıqdır və maraqlı tərəflərlə dialoqa hazırdır”