Xəbərlər / Ekspert
07 avqust 2020
1 450


Təhsil naziri İctimai Şura ilə bəzi vacib məsələləri müzakirə edib – Nadir İsrafilov

Təhsil naziri İctimai Şura ilə bəzi vacib məsələləri müzakirə edib – Nadir İsrafilov

 

”Pandemiya zamana bağlıdır və vəziyyətə uyğun fəaliyyət növü seçiləcək”.

Bu sözləri   Təhsil Nazirliyi yanında İctimai Şuranın sədr müavini, təhsil eksperti Nadir İsrafilov deyib.

O, 6 avqustda Təhsil naziri Emin Əmrullayevin İctimai Şura üzvləri ilə görüşündən söz açıb:

"Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehovun moderatorluğu, nazir müşaviri Elnur  Nəsibovun da qatıldığı  İctimai Şuranın üzvləri ilə Təhsil nazirinin videokonfrans formatında keçirilən görüşündə müəllimlərin işə qəbulu, ehtiyat dərsliklər, kadr məsələləri, yeni tədris ilinə hazırlıqla bağlı görülən işlər, təhsil ictimaiyyətini maraqlandıran bir sıra digər ümdə məsələlər müzakirə olunub, konkret təkliflər irəli sürülüb.

Yekdilliklə qeyd edilib ki, bütün görülən və bundan sonra görüləsi işlər pandemiya şəraiti nəzərə alınmaqla, müvafiq təlimatlara uyğun fəaliyyət prinsipləri əsasında qurulacaq”.

Nadir İsrafilov görüşdə hansı məsələlərin müzakirə edildiyinə aydınlıq gətirib:

"Bütün bunlarla yanaşı onlayn görüşdə əsas diqqət mərkəzində olan məsələ  pandemiya şəraiti ilə əlaqədar yeni dərs ilində tədris prosesinin təşkili ilə bağlı yanaşmalara və sonrakı dövr üçün nəzərdə tutulan işlərə münasibət olub. Məlum olduğu kimi müxtəlif KİV-lərdə və sosial mediada yeni dərs ilinin onlayn və ya ənənəvi formada başlanacağı barədə müxtəlif versiyalar və proqnozlar irəli sürülür ki, bu da genış ictimaiyyət arasında müəyyən çaşqınlıq yaradır.

Pandemiya şəraitində tədris prosesinin təşkili ilə bağlı Təhsil Nazirliyi tərəfindən digər ölkələrin təcrübəsi və beynəlxalq təşkilatların tövsiyələri öyrənilir, ölkəmizin aidiyyəti dövlət qurumları ilə müzakirələr aparılır.

Ümumdünya Səhiyyə Təşkilatı və YUNESKO-nun da tövsiyələri nəzərə alınmaqla pandemiya şəraitində təhsil sistemləri epidemioloji vəziyyətə uyğun çevik yanaşmalar  etməli və yeni prosedurların hazırlanmasına ciddi önəm verməli, lakin COVID-19 pandemiyası ilə bağlı tətbiq olunan məhdudiyyətlərin ləğvi məsələsinə həddən artıq ehtiyatla yanaşılmalıdır. Başqa sözlə, tədris prosesinin təşkili ilə bağlı təkliflərin hazırlanması zamanı təhsilalanların yaş qrupları və öyrənmə ehtiyacları, təhsil pillələrinin xüsusiyyətləri, təhsil infrastrukturunun imkanları, ölkənin müxtəlif bölgələrində epidemioloji vəziyyət və ölkədə karantin rejimi ilə bağlı tətbiq edilən məhdudiyyətlər nəzərə alınmalıdır.

Görüş zamanı ümumi rəy ondan ibarət oldu ki, hər iki vəziyyətə hazır olmalıyıq. Hər şey hadisələrin sonrakı gedişatından, yəni dinamikadan asılıdır. Pandemiya zamana bağlıdır və vəziyyətə uyğun fəaliyyət növü seçiləcək, dinamikaya müvafiq tədris prosesi təşkil olunacaq. Baxmayaraq ki, əksəriyyət tezliklə məktəblərin açılması, dərs ilinin ənənəvi formada başlanmasının tərəfdarıdır.

Bununla belə Ölkə Başçısının təbirincə desək, "Koronavirusa qarşı mübarizə işində müsbət dinamika müşahidə olunur. İyulun 16-dan bu günə qədər bu müsbət dinamika deməyə əsas verir ki, görülmüş bütün tədbirlər vaxtında edilib. Bu tədbirlər nəticəsində vəziyyət bu günə qədər nəzarət altındadır. İyulun 16-dan bu günə qədər yoluxanların sayı sağalanların sayından xeyli aşağıdır. Bu müsbət dinamika deməyə əsas verir ki, biz koronavirus xəstəliyini bundan sonra da nəzarət altında saxlayacağıq”.AzEdu.az 
Məqalə Göndər








Загрузка...
Həmçinin oxuyun:
Yeni dərs ilində tədris prosesinin təşkili haqda rəsmi AÇIQLAMA

Yeni dərs ilində tədris prosesinin təşkili haqda rəsmi AÇIQLAMA

Müəllimlərin işə qəbulu pandemiya şəraiti nəzərə alınmaqla müvafiq təlimata uyğun təşkil ediləcək

Müəllimlərin işə qəbulu pandemiya şəraiti nəzərə alınmaqla müvafiq təlimata uyğun təşkil ediləcək

Nadir İsrafilov: “Daha dəqiq və konkret qərar qəbul etmək hələ ki, zamanla bağlı məsələdir…”

Nadir İsrafilov: “Daha dəqiq və konkret qərar qəbul etmək hələ ki, zamanla bağlı məsələdir…”

Nadir İsrafilov: “Bu, Azərbaycan dövlətinin pandemiya ilə mübarizədə nə qədər çevik reaksiya verdiyinin göstəricisidir”

Nadir İsrafilov: “Bu, Azərbaycan dövlətinin pandemiya ilə mübarizədə nə qədər çevik reaksiya verdiyinin göstəricisidir”

Təhsil naziri İctimai Şura üzvləri ilə videokonfrans edib

Təhsil naziri İctimai Şura üzvləri ilə videokonfrans edib

İlqar Orucov: Pandemiya dövründə İctimai Şura Təhsil Nazirliyinə bəzi vacib təkliflər edib

İlqar Orucov: Pandemiya dövründə İctimai Şura Təhsil Nazirliyinə bəzi vacib təkliflər edib

Təhsil naziri İctimai Şuranın üzvləri ilə görüşüb

Təhsil naziri İctimai Şuranın üzvləri ilə görüşüb

Vəziyyət ciddi nəzarətdədir, əlavə gərginliyə və təşvişə ciddi əsas görmürəm-Nadir İsrafilov

Vəziyyət ciddi nəzarətdədir, əlavə gərginliyə və təşvişə ciddi əsas görmürəm-Nadir İsrafilov

Təhsil Nazirliyi yanında İctimai Şuranın növbəti onlayn iclası keçirilib

Təhsil Nazirliyi yanında İctimai Şuranın növbəti onlayn iclası keçirilib

Lənkəranda  İctimai Şura üzvləri ilə görüş

Lənkəranda İctimai Şura üzvləri ilə görüş

Təhsil Naziri İctimai Şuranın üzvləri ilə görüşüb

Təhsil Naziri İctimai Şuranın üzvləri ilə görüşüb

Nadir İsrafilov: Təhsilimizin ayaq üstə durması üçün mümkün olan nə lazımdırsa edilib

Nadir İsrafilov: Təhsilimizin ayaq üstə durması üçün mümkün olan nə lazımdırsa edilib

Nadir İsrafilov: “Ceyhun Bayramov təhsil ictimaiyyətinin nəzərində demokratik, yenilikçi, əlçatan bir nazir kimi qalıb”.

Nadir İsrafilov: “Ceyhun Bayramov təhsil ictimaiyyətinin nəzərində demokratik, yenilikçi, əlçatan bir nazir kimi qalıb”.

1700-dən artıq müəllimin iştirakı ilə onlayn forum keçirilib

1700-dən artıq müəllimin iştirakı ilə onlayn forum keçirilib

İlahiyyat İnstitutunun rektoru İctimai Nəzarət Şurasının üzvləri ilə görüşüb

İlahiyyat İnstitutunun rektoru İctimai Nəzarət Şurasının üzvləri ilə görüşüb

Təhsil Naziri müəllimlərin suallarını cavablandırdı

Təhsil Naziri müəllimlərin suallarını cavablandırdı

İctimai Şuranın növbəti iclası keçirilib

İctimai Şuranın növbəti iclası keçirilib

Nadir İsrafilov: “Təhsil Nazirliyi yanında İctima Şura cəmiyyətə açıqdır və maraqlı tərəflərlə dialoqa hazırdır”

Nadir İsrafilov: “Təhsil Nazirliyi yanında İctima Şura cəmiyyətə açıqdır və maraqlı tərəflərlə dialoqa hazırdır”

“İctimai Şura”dan gözləntilər çoxdur -zaman isə məhduddur...”

“İctimai Şura”dan gözləntilər çoxdur -zaman isə məhduddur...”

Operativ Qərargah məlumat yayıb – Mayın 31-dən bu qadağalar ləğv olunur

Operativ Qərargah məlumat yayıb – Mayın 31-dən bu qadağalar ləğv olunur

Təhsil Nazirliyi yanında İctimai Şuraya sədr seçiləcək  ,müavin və məsul katib bilinəcək

Təhsil Nazirliyi yanında İctimai Şuraya sədr seçiləcək ,müavin və məsul katib bilinəcək

Şagirdlər üçün teledərslər

Şagirdlər üçün teledərslər

Məktəbli formaları - rahat və uyğun

Məktəbli formaları - rahat və uyğun

Müəllimlərin peşəkar inkişafı mövzusunda onlayn müzakirə

Müəllimlərin peşəkar inkişafı mövzusunda onlayn müzakirə