Xəbərlər / Müəllim
22 iyun 2020
1 657


Müəllimlərin peşəkar inkişafı mövzusunda onlayn müzakirə

Müəllimlərin peşəkar inkişafı mövzusunda onlayn müzakirə

 

Təhsil Nazirliyi yanında İctimai Şuranın müəllimlərin peşəkar inkişafı mövzusunda onlayn iclası keçirilib. 

Şuranın məsul katibi İlqar Orucov təhsil işçilərinin peşəkar inkişafı mövzusunda müzakirənin aktuallığına toxunaraq təhsil sahəsində kadr hazırlığı istiqamətində görülən işlərdən danışıb. 

Onlayn müzakirədə iştirak edən Təhsil nazirinin müşaviri Elnur Məmmədov müəllimlərin peşəkar inkişafı sahəsində mövcud siyasət barədə məlumat verərək bildirib ki, bu istiqamətdə görülən işlər "Təhsil haqqında” Qanun, "Əlavə təhsilin məzmunu, təşkili və əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq sənədin verilməsi Qaydası”, "Məktəbəqədər, ümumi, ilk peşə-ixtisas və məktəbdənkənar təhsil müəssisələrinin rəhbər və pedaqoji kadrları üçün ixtisasartırma təhsilinin kurikulum çərçivəsi”, "İxtisasartırma təhsili proqramlarının qiymətləndirilməsi və tətbiqinə dair təlimat” əsasında həyata keçirilir. İxtisasartırma təhsilinin təşkili Təhsil İnstitutunun nəzdində fəaliyyət göstərən Təhsil İşçilərinin Peşəkar İnkişafı Mərkəzi tərəfindən aparılır.

Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsil şöbəsinin müdiri Vəfa Yaqublu ümumi təhsil müəssisələrində çalışan müəllimlərin peşəkarlıq səviyyəsi (fənn biliyi, ümumpedaqoji bacarıqlar və metodik yanaşmalar) barədə məlumat verib. Bildirib ki, diaqnostik qiymətləndirmədən sonrakı dövrdə müəllimlərin fənn biliklərinin dərinləşdirilməsinə və genişləndirilməsinə daha çox önəm verilib. 8 fənn üzrə 120 akademik saatlıq ixtisasartırma proqramları ixtisasından aşağı bal toplamış müəllimləri mütəmadi olaraq əhatə edib, son iki ildə ümumpedaqoji bacarıq və metodik yanaşmalar da diqqətdə saxlanılaraq yeni məzmunlu və formalı proqramlar hazırlanıb. 

Müəllimlərin peşəkar inkişaf imkanları (dövlət tərəfindən təmin olunan təlimlər, ödənişli təlimlər, beynəlxalq təlim səfərləri, öyrədici resurslar və s.) haqqında məlumat verən Təhsil İnsitutunun Təhsil İşçilərinin Peşəkar İnkişafı Mərkəzinin (TİPİM) direktoru Nəzakət Mehdiyeva qeyd edib ki, mərkəz tərəfindən təşkil edilən "Refleksiv müəllim” seminarları müəllimin özünü və həmkarlarını qiymətləndirmə bacarığının inkişafında müsbət rol oynayır. Mərkəzin bu yöndə fəaliyyətində son iki il ərzində beynəlxalq təlim səfərlərinə əhəmiyyət verilib. TİPİM-in onlayn resurslarında xeyli sayda öyrədici materiallar yerləşdirilib ki, təhsil işçiləri istədikləri vaxt həmin məlumatlardan istifadə edə bilərlər. Bunlardan 65-i beynəlxalq metodistlərin hazırladıqları və Azərbaycan dilinə tərcümə edilmiş hazır dərs planlarıdır. Həmçinin 69 ədəd orijinal videoçarx və animasiya filmi də hazırlanaraq təhsil işçilərinin istifadəsinə verilib. 

Şura üzvlərindən Asif Cahangirov, Ülviyyə Mikayılova, Elmina Kazımzadə, Mirzə Cəfərzadə də çıxış edərək mövzu ilə bağlı fikirlərini ifadə ediblər. Şura üzvləri təhsil işçilərinin peşəkar inkişaf standartlarının təsdiqi, ixtisasartırma kurslarının təşkilində sistemliyin artırılması, pedaqoji kadrların peşəkar inkişafının nəticəyönümlüyünü, həm dövlət hesabına, həm də ödənişli əsaslarla təlim verən mərkəzlər  tərəfindən təhsil işçilərinin peşəkarlığının artırılması məqsədilə standartların və təlim paketlərinin hazırlanması, təlim verən özəl qurumlara dair məzmun tələblərinin təkmilləşdirilməsi, təhsil işçilərinin təlimlərə cəlb edilməsində məcburilikdən daha çox motivasiya və həvəsləndirmə mexanizmlərinin formalaşdırılması barədə təkliflər irəli sürüblər. Eyni zamanda müəllimlərin əməyinin qiymətləndirilməsinin onların bilik və bacarıqlarını əks etdirən göstəricilərlə uzlaşdırılması, müəllimlərin peşəkarlıq səviyyəsinə görə kateqoriyalara bölünməsi, onların əməkhaqqlarının peşəkarlıq göstəricilərinə uyğunlaşdırılması sisteminin qurulması, təhsil işçilərinə pandemiya və post-pandemiya dövrünün çağırışlarına müvafiq bacarıqların verilməsi, açıq və əlçatan resurslardan sərbəst öyrənmə mədəniyyətinin müəllimlər arasında təşviq edilməsi ilə bağlı təkliflər də verilib. 

Sonda təkliflərin ümumiləşdirilərək müvafiq qərarların qəbul olunması üçün Təhsil Nazirliyinə təqdim edilməsi qərara alınıb. 
Məqalə Göndər








Загрузка...
Həmçinin oxuyun:
Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunda (TİPİİ) ingilis dili müəllimləri üçün Təlim-resurs mərkəzinin açılış mərasimi keçirilib.

Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunda (TİPİİ) ingilis dili müəllimləri üçün Təlim-resurs mərkəzinin açılış mərasimi keçirilib.

Məktəbəhazırlıq qrupları ilə bağlı öyrədici təlimlərə start verilib

Məktəbəhazırlıq qrupları ilə bağlı öyrədici təlimlərə start verilib

“Məktəbəhazırlıq qruplarında işin təşkili metodikası”  mövzusunda təlimlər davam edir

“Məktəbəhazırlıq qruplarında işin təşkili metodikası” mövzusunda təlimlər davam edir

Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunda valideynlər üçün seminar təşkil olunub

Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunda valideynlər üçün seminar təşkil olunub

"Qeyri-ənənəvi rəsmçəkmə texnikaları" mövzusunda təlim kursları keçirilir

"Qeyri-ənənəvi rəsmçəkmə texnikaları" mövzusunda təlim kursları keçirilir

“Peşəkar ol” proqramının yekun tədbiri

“Peşəkar ol” proqramının yekun tədbiri

Təhsil Nazirliyi yanında İctimai Şuranın onlayn iclası

Təhsil Nazirliyi yanında İctimai Şuranın onlayn iclası

Saatlıda müəllimlərin biliyi qiymətləndirilib

Saatlıda müəllimlərin biliyi qiymətləndirilib

Təhsil Nazirliyi yanında İctimai Şuranın növbəti onlayn iclası keçirilib

Təhsil Nazirliyi yanında İctimai Şuranın növbəti onlayn iclası keçirilib

İxtisasartırma təhsili kredit-modul sistemində

İxtisasartırma təhsili kredit-modul sistemində

Diaqnostik qiymətləndirmədən sonra müəllimləri hansı sınaq gözləyir?

Diaqnostik qiymətləndirmədən sonra müəllimləri hansı sınaq gözləyir?

“Müəllimlər ödənişli təlimlərə könüllü qoşulurlar” - Cəsarət Valehov

“Müəllimlər ödənişli təlimlərə könüllü qoşulurlar” - Cəsarət Valehov

Təhsil işçilərinin sosial vəziyyətinin yaxşılaşdırılması üçün dövlət qurumları ilə iş aparıla bilər

Təhsil işçilərinin sosial vəziyyətinin yaxşılaşdırılması üçün dövlət qurumları ilə iş aparıla bilər

“Müəllimlərin inklüziv təhsil sahəsində bacarıqlarının artırılması” layihəsi üzrə təlim

“Müəllimlərin inklüziv təhsil sahəsində bacarıqlarının artırılması” layihəsi üzrə təlim

Yeni Peşə Təhsil Mərkəzi növbəti ixtisasartırma təlimlərinə başlayıb

Yeni Peşə Təhsil Mərkəzi növbəti ixtisasartırma təlimlərinə başlayıb

Nazirlik: Müəllimlər sertifikasiya və attestasiya nəticəsində işdən azad oluna bilər

Nazirlik: Müəllimlər sertifikasiya və attestasiya nəticəsində işdən azad oluna bilər

Təhsil Nazirliyinin Diaqnostik Qiymətləndirmələrlə bağlı yekun açıqlaması

Təhsil Nazirliyinin Diaqnostik Qiymətləndirmələrlə bağlı yekun açıqlaması

Müəllimlərin biliklərinin diaqnostik qiymətləndirilməsi yekunlaşdıqdan sonra attestasiya keçiriləcək.

Müəllimlərin biliklərinin diaqnostik qiymətləndirilməsi yekunlaşdıqdan sonra attestasiya keçiriləcək.

Assosiativ Məktəblər Şəbəkəsinə üzv məktəblərin toplantısı

Assosiativ Məktəblər Şəbəkəsinə üzv məktəblərin toplantısı

Müsabiqə qaydalarında dəyişiklik: “Müddətsiz əsaslarla iki iş yerində çalışmaq olacaq”

Müsabiqə qaydalarında dəyişiklik: “Müddətsiz əsaslarla iki iş yerində çalışmaq olacaq”

Azərbaycan Respublikasının Təhsil Nazirliyi yanında İctimai Şuranın onlayn iclası keçirilib

Azərbaycan Respublikasının Təhsil Nazirliyi yanında İctimai Şuranın onlayn iclası keçirilib

Sumqayıt, Şəmkir, Astara, Goranboy və Ağstafada sentyabr konfransları

Sumqayıt, Şəmkir, Astara, Goranboy və Ağstafada sentyabr konfransları

Nazirlik müəllimlərə müraciət etdi!

Nazirlik müəllimlərə müraciət etdi!

Məktəbəhazırlıq qruplarının müəllimləri üçün təlimlər keçirilir

Məktəbəhazırlıq qruplarının müəllimləri üçün təlimlər keçirilir