AzTehsil.com


Xəbərlər
12 iyun 2017
7 243


Təhsil Nazirliyinin Diaqnostik Qiymətləndirmələrlə bağlı yekun açıqlaması



Təhsil Nazirliyinin Diaqnostik Qiymətləndirmələrlə bağlı yekun açıqlaması

 

Ötən 4 ildə hər il müəllimlərin işə qəbulu prosesində iştirak edən iddiaçıların sayı artıb. 
 
Aztehsil.com APA-ya istinadən xəbər verir ki, 2015-ci ildə bu rəqəm 24437 nəfər olubsa, 2016-cı ildə 34888 nəfər miq.edu.az saytında qeydiyyatdan keçib. Müddətli və müddətsiz müqavilə ilə işə qəbul olunmuş müəllimlərin sayı 2015-ci ildə 2879, 2016-cı ildə 3000-dən çox olub ki, bunların da 86 faizi həvəsləndirmə tədbirləri ilə qəbul edilib.
 
Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrində müəllimlərə tələbatın müəyyənləşdirilməsi, pedaqoji kadrların işə qəbulu və yerdəyişməsi üzrə yeni Qaydalara əsasən, namizədin işə qəbul müsabiqəsi nəticəsində topladığı bal 1 il qüvvədə qalır və növbəti tədris ili üçün keçirilən müsabiqə zamanı birbaşa vakansiya seçimi mərhələsində iştirak etmək hüququ verir. 2016-2017- ci tədris ili üçün keçirilmiş işə qəbulu müsabiqəsində namizədlərin topladıqları bal 2017-2018- ci tədris ili üçün keçiriləcək müsabiqədə də qüvvədə saxlanılır. Müvafiq keçid balını toplamış namizədlər öz istəyi əsasında növbəti müsabiqənin birbaşa üçüncü mərhələsində iştirak edə bilərlər. Yerləşdirilmə zamanı namizədin ən son iştirak etdiyi test imtahanının nəticəsi əsas götürülür.
 
Ölkədə bilik və bacarıqların diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin sayı 140 min nəfərə yaxındır.
 
İxtisasartırma təhsilinin forma və məzmunu yenilənib. İxtisasartırma təlimləri ali və əlavə təhsil müəssisələri tərəfindən təşkil edilir, müdavimlərin yekun qiymətləndirilməsi isə Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutu tərəfindən aparılır. Yekun qiymətləndirmədən uğurla keçən müəllimlərə sertifikat verilir. İxtisasartırma proqramlarının kataloqu hazırlanır. Kataloqlar müəllimlərin proqram seçiminə imkan verəcək.
 
2016-2017- ci tədris ilində 17 min nəfərə yaxın müəllim ixtisasartırma təhsilinə cəlb olunub.
 
2016-cı ildə 500-dən yuxarı bal toplayan və müəllimlik ixtisasını I və ya II sırada seçən abituriyentlərin sayı 977 nəfər olub. Bu isə ötən ilə nisbətdə 40 faiz artım deməkdir.
 
Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrində müddətsiz müqavilə ilə işləyən müəllimlərin iş yerinin eyni rayon (şəhər) daxilində, bir rayondan (şəhərdən) digər rayona (şəhərə) yerdəyişməsi proqram təminatı tətbiq olunmaqla nazirlik tərəfindən həyata keçirilir.
 
Şəffaf və sosial statusun bütün parametrləri nəzərə alınaraq həyata keçirilən eyni rayon (şəhər) daxilində yerdəyişmə nəticəsində 650 nəfər müəllim elektron ərizədə göstərdikləri seçimləri üzrə yerləşdirilib. Yerdəyişmənin növbəti mərhələsi - bir rayondan (şəhərdən) digər rayona (şəhərə) yerdəyişmə də vahid proqram təminatı ilə aparılır.



Загрузка...
Həmçinin oxuyun:
Müəllimlərin işə qəbulunun və yerdəyişməsinin keçirilməsi ilə bağlı yeni qaydalar təsdiq edilib

Müəllimlərin işə qəbulunun və yerdəyişməsinin keçirilməsi ilə bağlı yeni qaydalar təsdiq edilib

Müəllimlərlə bağlı yeni qaydalar

Müəllimlərlə bağlı yeni qaydalar

650 müəllim elektron ərizədə göstərdikləri seçimləri üzrə yerləşdirilib-yerdəyişmənin ilk mərhələsi başa çatdı

650 müəllim elektron ərizədə göstərdikləri seçimləri üzrə yerləşdirilib-yerdəyişmənin ilk mərhələsi başa çatdı

Müəllimlərin işə qəbulu və yerdəyişməsi üçün əmr verildi

Müəllimlərin işə qəbulu və yerdəyişməsi üçün əmr verildi

Azərbaycanda ən çox bu fənlərin müəllimlərinə ehtiyac var

Azərbaycanda ən çox bu fənlərin müəllimlərinə ehtiyac var

700-800 nəfər müəllimin iş yerinin dəyişməsi gözlənilir

700-800 nəfər müəllimin iş yerinin dəyişməsi gözlənilir

Müəllimlərin iş yerinin dəyişdirilməsi zamanı bu amillər nəzərə alınacaq

Müəllimlərin iş yerinin dəyişdirilməsi zamanı bu amillər nəzərə alınacaq

Ümumi təhsil müəssisələrində və peşə liseylərində müəllimlərə tələbatın müəyyənləşdirilməsi, pedaqoji kadrların yerdəyişməsi və işə qəbulu QAYDALARI

Ümumi təhsil müəssisələrində və peşə liseylərində müəllimlərə tələbatın müəyyənləşdirilməsi, pedaqoji kadrların yerdəyişməsi və işə qəbulu QAYDALARI

Müəllimlərin işə qəbulunda yeni qaydalar təsdiqlənib

Müəllimlərin işə qəbulunda yeni qaydalar təsdiqlənib

İşə qəbul üzrə Müsabiqənin keçirilməsi,Qaydaların pozulmasına görə məsuliyyət

İşə qəbul üzrə Müsabiqənin keçirilməsi,Qaydaların pozulmasına görə məsuliyyət

Müəllim işləmək istəyənlər, bu xəbərə DİQQƏT! - 6 min vakant yer var - VİDEO

Müəllim işləmək istəyənlər, bu xəbərə DİQQƏT! - 6 min vakant yer var - VİDEO

Müəllimlərin İŞƏ Qəbulu və  Yerdəyişmə Qaydaları ƏMR № 165

Müəllimlərin İŞƏ Qəbulu və Yerdəyişmə Qaydaları ƏMR № 165

Təhsil Nazirliyindən “saxta müəllim”lərə qarşı sərt addım

Təhsil Nazirliyindən “saxta müəllim”lərə qarşı sərt addım

Pedaqoji kadrların yerdəyişməsi və işə qəbulu  QAYDALARI

Pedaqoji kadrların yerdəyişməsi və işə qəbulu QAYDALARI

Bu müəllimlərin dərs yükü dəyişdi - Nazirlikdən xəbər

Bu müəllimlərin dərs yükü dəyişdi - Nazirlikdən xəbər

Müəllimlərin İŞƏ QƏBULU müsabiqəsi başladı

Müəllimlərin İŞƏ QƏBULU müsabiqəsi başladı

Bunu etsəz, test imtahanından azad olunub, vakansiya seçmək mərhələsinə buraxılacaqsız

Bunu etsəz, test imtahanından azad olunub, vakansiya seçmək mərhələsinə buraxılacaqsız

"IX və XI sinif buraxılış imtahanlarından "əla" alan şagirdlərin sayında son illərə nisbətən artım var"

"IX və XI sinif buraxılış imtahanlarından "əla" alan şagirdlərin sayında son illərə nisbətən artım var"

Müəllimlərin işə qəbulu üzrə elektron ərizələrin qeydiyyatına başlanılıb

Müəllimlərin işə qəbulu üzrə elektron ərizələrin qeydiyyatına başlanılıb

Azərbaycanda son 6 ildə məzunların sayı 11, abituriyentlərin sayı 10 faiz azalıb

Azərbaycanda son 6 ildə məzunların sayı 11, abituriyentlərin sayı 10 faiz azalıb

İş  yerini dəyişmək istəyən 2107 müəllimdən yalnız 345 nəfəri növbəti mərhələyə keçə bilib

İş yerini dəyişmək istəyən 2107 müəllimdən yalnız 345 nəfəri növbəti mərhələyə keçə bilib

Son 7 ildə Azərbaycanda məktəbi bitirən məzunların sayı 11% azalıb

Son 7 ildə Azərbaycanda məktəbi bitirən məzunların sayı 11% azalıb

Ümumi təhsil müəssisələrində işləyən müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsinin aparılması qaydaları

Ümumi təhsil müəssisələrində işləyən müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsinin aparılması qaydaları

Ümumi təhsil müəssisələrində işləyən müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsinin aparılması  QAYDALARI

Ümumi təhsil müəssisələrində işləyən müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsinin aparılması QAYDALARI