AzTehsil.com


Xəbərlər / Ekspert
12 avqust 2020
1 830


Nadir İsrafilov: Dərs ilinin başlamasına kifayət qədər vaxt var və şübhəsiz ki, məsələyə rəsmi aydınlıq gətiriləcəkdir.



Nadir İsrafilov: Dərs ilinin başlamasına kifayət qədər vaxt var və şübhəsiz ki, məsələyə rəsmi aydınlıq gətiriləcəkdir.

 

Xatırladım ki, ötən həftə, daha dəqiq desək avqustun 6-da Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehovun moderatorluğu, nazir müşaviri Elnur Nəsibovun da qatıldığı İctimai Şuranın üzvləri ilə Təhsil naziri Emin Əmrullayevin videokonfrans formatında keçirilən görüşündə bir sıra məsələlər, əsasən də yeni tədris ilinə hazırlıqla bağlı görülən işlər, təhsil ictimaiyyətini maraqlandıran bir sıra digər ümdə məsələlər müzakirə olunub, konkret təkliflər irəli sürülüb.

Yekdilliklə qeyd edilib ki, bütün görülən və bundan sonra görüləsi işlər pandemiya şəraiti nəzərə alınmaqla, müvafiq təlimatlara uyğun fəaliyyət prinsipləri əsasında qurulacaq.
Onlayn görüşdə əsas diqqət mərkəzində olan məsələ pandemiya şəraiti ilə əlaqədar yeni dərs ilində tədris prosesinin təşkili ilə bağlı yanaşmalara və sonrakı dövr üçün nəzərdə tutulan işlərə münasibət olub. Məlum olduğu kimi müxtəlif KİV-lərdə və sosial mediada yeni dərs ilinin onlayn və ya ənənəvi formada başlanacağı barədə müxtəlif versiyalar və proqnozlar irəli sürülür ki, bu da genış ictimaiyyət arasında müəyyən çaşqınlıq yaradır.
Bir daha vurğulanıb ki, Pandemiya şəraitində tədris prosesinin təşkili ilə bağlı Təhsil Nazirliyi tərəfindən digər ölkələrin təcrübəsi və beynəlxalq təşkilatların tövsiyələri öyrənilir, ölkəmizin aidiyyəti dövlət qurumları ilə müzakirələr aparılır.

Ümumdünya Səhiyyə Təşkilatı və YUNESKO-nun da tövsiyələri nəzərə alınmaqla pandemiya şəraitində təhsil sistemləri epidemioloji vəziyyətə uyğun çevik yanaşmalar etməli və yeni prosedurların hazırlanmasına ciddi önəm verməli, lakin COVID-19 pandemiyası ilə bağlı tətbiq olunan məhdudiyyətlərin ləğvi məsələsinə həddən artıq ehtiyatla yanaşılmalıdır. Başqa sözlə, tədris prosesinin təşkili ilə bağlı təkliflərin hazırlanması zamanı təhsilalanların yaş qrupları və öyrənmə ehtiyacları, təhsil pillələrinin xüsusiyyətləri, təhsil infrastrukturunun imkanları, ölkənin müxtəlif bölgələrində epidemioloji vəziyyət və ölkədə karantin rejimi ilə bağlı tətbiq edilən məhdudiyyətlər nəzərə alınmalıdır.

Görüş zamanı ümumi rəy ondan ibarət oldu ki, hər iki vəziyyətə hazır olmalıyıq. Hər şey hadisələrin sonrakı gedişatından, yəni dinamikadan asılıdır. Pandemiya zamana bağlıdır və vəziyyətə uyğun fəaliyyət növü seçiləcək, dinamikaya müvafiq tədris prosesi təşkil olunacaq. Baxmayaraq ki, əksəriyyət tezliklə məktəblərin açılması, dərs ilinin ənənəvi formada başlanmasının tərəfdarıdır. Dərs ilinin başlamasına kifayət qədər vaxt var və şübhəsiz ki, məsələyə rəsmi aydınlıq gətiriləcəkdir. Hələ ki, məktəblərə tədrisin təşkili ilə bağlı Təhsil Nazirliyi tərəfindən heç bir təlimat verilməyib.



Загрузка...
Həmçinin oxuyun:
Təhsil naziri İctimai Şura ilə bəzi vacib məsələləri müzakirə edib – Nadir İsrafilov

Təhsil naziri İctimai Şura ilə bəzi vacib məsələləri müzakirə edib – Nadir İsrafilov

Yeni dərs ilində tədris prosesinin təşkili haqda rəsmi AÇIQLAMA

Yeni dərs ilində tədris prosesinin təşkili haqda rəsmi AÇIQLAMA

Tələbələr tələb edir: təhsil haqqı və imtahanlar ləğv olunsun

Tələbələr tələb edir: təhsil haqqı və imtahanlar ləğv olunsun

Müəllimlərin işə qəbulu pandemiya şəraiti nəzərə alınmaqla müvafiq təlimata uyğun təşkil ediləcək

Müəllimlərin işə qəbulu pandemiya şəraiti nəzərə alınmaqla müvafiq təlimata uyğun təşkil ediləcək

Deputat “Yaradıcılıgı evdə öyrən”in istedadlılarını mukafatlandırdı

Deputat “Yaradıcılıgı evdə öyrən”in istedadlılarını mukafatlandırdı

Bakı polisindən imtahanlarla bağlı AÇIQLAMA

Bakı polisindən imtahanlarla bağlı AÇIQLAMA

Rusiya məktəbləri necə açır?

Rusiya məktəbləri necə açır?

Ədalət Muradov: Növbəti tədris ilindən dərslərin hansı formada təşkil ediləcəyi məsələsinə aydınlıq gətirilməlidir

Ədalət Muradov: Növbəti tədris ilindən dərslərin hansı formada təşkil ediləcəyi məsələsinə aydınlıq gətirilməlidir

Nadir İsrafilov: “Daha dəqiq və konkret qərar qəbul etmək hələ ki, zamanla bağlı məsələdir…”

Nadir İsrafilov: “Daha dəqiq və konkret qərar qəbul etmək hələ ki, zamanla bağlı məsələdir…”

Müəllimlərin işə qəbul imtahanı təxirə salınacaq ?

Müəllimlərin işə qəbul imtahanı təxirə salınacaq ?

Gürcüstanda yeni dərs ilinin başlanması təxirə salına bilər

Gürcüstanda yeni dərs ilinin başlanması təxirə salına bilər

Təhsil ekspertindən yeni dərs ilinə dair TƏKLİFLƏR

Təhsil ekspertindən yeni dərs ilinə dair TƏKLİFLƏR

Karantin rejimi uzadılarsa, dərslər yenidən onlayn keçirilə bilərmi? - AÇIQLAMA

Karantin rejimi uzadılarsa, dərslər yenidən onlayn keçirilə bilərmi? - AÇIQLAMA

Universitetlər  yeni dərs ilinin əvvəlindən  yenə distant təhsildən istifadə  edəcəklərmi?-Dosent  İlham Əhmədov

Universitetlər yeni dərs ilinin əvvəlindən yenə distant təhsildən istifadə edəcəklərmi?-Dosent İlham Əhmədov

Kamran Əsədov: “Mayın 4-də tədris prosesi birdəfəlik açılmayacaq” - VİDEO

Kamran Əsədov: “Mayın 4-də tədris prosesi birdəfəlik açılmayacaq” - VİDEO

Azərbaycanda dərslərin  başlayacağı  tarix dəqiqləşib- RƏSMİ

Azərbaycanda dərslərin başlayacağı tarix dəqiqləşib- RƏSMİ

Nadir İsrafilov: “Bu, Azərbaycan dövlətinin pandemiya ilə mübarizədə nə qədər çevik reaksiya verdiyinin göstəricisidir”

Nadir İsrafilov: “Bu, Azərbaycan dövlətinin pandemiya ilə mübarizədə nə qədər çevik reaksiya verdiyinin göstəricisidir”

Nadir İsrafilov: “İctimaiiyyəti yanlış istiqamətə yönəldə biləcək proqnozlar verməkdən uzağam…”

Nadir İsrafilov: “İctimaiiyyəti yanlış istiqamətə yönəldə biləcək proqnozlar verməkdən uzağam…”

“Səhər aşağı siniflərə, nahardan sonra yuxarı siniflərə dərs keçilsin” — TƏKLİF

“Səhər aşağı siniflərə, nahardan sonra yuxarı siniflərə dərs keçilsin” — TƏKLİF

İlqar Orucov: Azərbaycan təhsili təkcə pandemiya dövründə deyil, post pandemiya dövründə də çağırışlara açıq olmalıdır

İlqar Orucov: Azərbaycan təhsili təkcə pandemiya dövründə deyil, post pandemiya dövründə də çağırışlara açıq olmalıdır

Məktəbdənkənar təhsil müəssisələrinin rəhbərləri ilə videokonfrans

Məktəbdənkənar təhsil müəssisələrinin rəhbərləri ilə videokonfrans

İlqar Orucov: Pandemiya dövründə İctimai Şura Təhsil Nazirliyinə bəzi vacib təkliflər edib

İlqar Orucov: Pandemiya dövründə İctimai Şura Təhsil Nazirliyinə bəzi vacib təkliflər edib

Yeni tədris ilinin ilk dərs məşğələləri

Yeni tədris ilinin ilk dərs məşğələləri

Dr. Məlahət Mürşüdlü: Yeni dərs ili: COVİD-19 tamammı, yoxsa davammı?

Dr. Məlahət Mürşüdlü: Yeni dərs ili: COVİD-19 tamammı, yoxsa davammı?