AzTehsil.com


Xəbərlər / Müəllim / Ekspert / Şagird
29 iyul 2020
13 312


“Səhər aşağı siniflərə, nahardan sonra yuxarı siniflərə dərs keçilsin” — TƏKLİF



“Səhər aşağı siniflərə, nahardan sonra yuxarı siniflərə dərs keçilsin” — TƏKLİF

 

Bir neçə gün əvvəl təhsil eksperti Kamran Əsədov yeni tədris ilinin nə vaxt və hansı formada başlaması ilə bağlı təklif irəli sürüb. Ekspert bildirib ki, Yeni tədris ili 1 sentyabrda başlaya və bu ay yalnız əvvəlki ildə keçirilməli olan mövzulara həsr oluna bilər.

Tədrisin formasına gəldikdə isə mütəxəssis prosesin ənənəvi, onlayn və həm ənənəvi, həm də onlayn qaydada həyata keçirilə biləcəyini deyib. Əgər həm onlayn, həm ənənəvi qayda tətbiq edilsə, bu zaman sıxlığı minimuma endirmək üçün Kamran Əsədov dərslərin hər gün olmamalı olduğunu vurğulayıb. Belə ki, o, mövcud vəziyyətdə üç günlük tədris prosesinin effektli ola biləcəyindən bəhs edib.

Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri Şahlar Əsgərov Yenisabah.az-a açıqlamasında bildirib ki, tədrisin 3 günlük olması mürəkkəb məsələdir:

"Bu məsələ ilə bağlı Təhsil İnstitutu, Təhsil Nazirliyi, Baş nazir fikir səsləndirməlidir. Təhsil ekspertlərinin hərəsi bir söz deyə, çoxlu variantlar irəli sürə bilərlər, amma bunlar nə qədər real olub-olmaması sual altındadır. Ənənəvi təhsil də, onlayn təhsil də bizə məlumdur. Burada yenilik o ola bilər ki, dərslər siniflər üzrə günləri bölünsün. Bu isə olduqca mürəkkəb məsələdir. Mən bunun əvəzinə daha real təklif irəli sürərdim. Məlumdur ki, pandemiya yer kürəsində təkcə Azərbaycanı tutmayıb. Bu, ümumbəşəri bir xəstəlikdir və burada təhsilə diqqət yetirən çoxlu sayda dövlət var. Ona görə də biz bəşəri təcrübəni öyrənməliyik. Mənin hazırda yanaşmam budur. İlk növbədə yaxın dövlətlərə baxılsın, əhalisi bizim əhaliyə yaxın olan dövlətlərin bu problemi necə həll etdiyi nəzərdən keçirilsin və onların praktikası tətbiq edilsin. Fikrimcə, təzədən təkərli velosiped ixtira etməyə ehtiyac yoxdur. Təhsil ekspertinin sözünü yox, təhsilin özünü müzakirə etməliyik”. 

Şahlar Əsgərov qeyd edib ki, hazırda tədqiqatda özünü təsdiqləyən nəticələri tətbiq etmək lazımdır:

"Yoxsa mən də bu təklifə 2-3-nü əlavə edə bilərəm. Məsələn, gecə məktəbləri də əlavə edək və tədrisi üç növbə edək, bilirsiz, bunların bir o qədər də əhəmiyyəti yoxdur. Əgər gənclərin məktəbə toplaşması qorxuludursa, 2 növbə etmək olar. Səhər aşağı siniflər gəlsin, günorta isə 6-cı sinifdən yuxarı olanlar… Mən təsdiqini tapmayan yeniliklərin tərəfdarı deyiləm. Çünki bu məsuliyyətli işdir və bu məsuliyyəti lazımi orqanlar öz üzərinə götürməlidir”. 



Загрузка...
Həmçinin oxuyun:
Təhsil ekspertindən yeni dərs ilinə dair TƏKLİFLƏR

Təhsil ekspertindən yeni dərs ilinə dair TƏKLİFLƏR

Dərslərin sentyabrda başlayacağı sual altındadır, amma maraqlı alternativlər var

Dərslərin sentyabrda başlayacağı sual altındadır, amma maraqlı alternativlər var

Sentyabrın 15-dən yuxarı siniflər üçün dərslər distant formada keçirilə bilər - AÇIQLAMA

Sentyabrın 15-dən yuxarı siniflər üçün dərslər distant formada keçirilə bilər - AÇIQLAMA

Karantin rejimi uzadılarsa, dərslər yenidən onlayn keçirilə bilərmi? - AÇIQLAMA

Karantin rejimi uzadılarsa, dərslər yenidən onlayn keçirilə bilərmi? - AÇIQLAMA

Kamran Əsədov: “Mayın 4-də tədris prosesi birdəfəlik açılmayacaq” - VİDEO

Kamran Əsədov: “Mayın 4-də tədris prosesi birdəfəlik açılmayacaq” - VİDEO

Ali məktəblərimizdə dərslər onlayn keçirilə bilməz - Ekspertdən TƏKLİF

Ali məktəblərimizdə dərslər onlayn keçirilə bilməz - Ekspertdən TƏKLİF

Bu gün biz daha çox birlik, həmrəyliyik və mütəşəkkillik göstərməliyik…

Bu gün biz daha çox birlik, həmrəyliyik və mütəşəkkillik göstərməliyik…

4 maydan sonra 9-11-ci siniflərdə dərslər o halda başlaya bilər ki…

4 maydan sonra 9-11-ci siniflərdə dərslər o halda başlaya bilər ki…

“İkinövbəli təhsil sistemindən imtina etmək lazımdır” - Deputata dəstək

“İkinövbəli təhsil sistemindən imtina etmək lazımdır” - Deputata dəstək

Nadir İsrafilov: “Göstəricilər zəif olarsa, bu təhsilin keyfiyyətinin aşağı olması demək deyil.”

Nadir İsrafilov: “Göstəricilər zəif olarsa, bu təhsilin keyfiyyətinin aşağı olması demək deyil.”

Başqa variant yoxdur: Nazirliyin yeni layihəsi niyə daşa dirənib?

Başqa variant yoxdur: Nazirliyin yeni layihəsi niyə daşa dirənib?

Məktəbli formalarında ediləcək yeniliklərlə bağlı açıqlama: “Bunun üçün böyük vaxt lazımdır”

Məktəbli formalarında ediləcək yeniliklərlə bağlı açıqlama: “Bunun üçün böyük vaxt lazımdır”

Rusiya məktəbləri necə açır?

Rusiya məktəbləri necə açır?

“Hətta 30-40 il pedaqoji stajı olana da "təhsil eksperti" demək olmaz, çünki...” –Nadir İsrafilov

“Hətta 30-40 il pedaqoji stajı olana da "təhsil eksperti" demək olmaz, çünki...” –Nadir İsrafilov

Ali təhsil müəssisələrində imtahanlar onlayn və ənənəvi qaydada baş tuta bilər

Ali təhsil müəssisələrində imtahanlar onlayn və ənənəvi qaydada baş tuta bilər

Tanınmış təhsil eksperti Azərbaycanı tərk etdi

Tanınmış təhsil eksperti Azərbaycanı tərk etdi

Azərbaycan Respublikasının Təhsil Nazirliyi yanında İctimai Şuranın onlayn iclası keçirilib

Azərbaycan Respublikasının Təhsil Nazirliyi yanında İctimai Şuranın onlayn iclası keçirilib

Təhsillə bağlı atılan bütün addımlar kosmetik xarakter daşıyır

Təhsillə bağlı atılan bütün addımlar kosmetik xarakter daşıyır

Məktəblərlə bağlı daha bir anormallıq

Məktəblərlə bağlı daha bir anormallıq

Buraxılış və qəbul imtahanları onlayn formada  keçirilə bilər? – “Real görünmür”

Buraxılış və qəbul imtahanları onlayn formada keçirilə bilər? – “Real görünmür”

Valideyinlərin narazı olduğu məsələlrdən biri - Şagird sıxlığı

Valideyinlərin narazı olduğu məsələlrdən biri - Şagird sıxlığı

Ali təhsili vaxtından tez bitirmək olarmı?-ekspertlərin rəyi..

Ali təhsili vaxtından tez bitirmək olarmı?-ekspertlərin rəyi..

"Orta məktəblərdə hərbi fənnin tədrisi gücləndirilməlidir"-Şahlar Əsgərov

"Orta məktəblərdə hərbi fənnin tədrisi gücləndirilməlidir"-Şahlar Əsgərov

Elşən Qafarov: "Ölkə təhsili çox acınacaqlı vəziyyətdədir"

Elşən Qafarov: "Ölkə təhsili çox acınacaqlı vəziyyətdədir"