AzTehsil.com


Xəbərlər / Ekspert
28 aprel 2020
4 949


Elşən Qafarov: "Ölkə təhsili çox acınacaqlı vəziyyətdədir"



Elşən Qafarov: "Ölkə təhsili çox acınacaqlı vəziyyətdədir"

 

"Koronavirus pandemiyası digər sahələrlə yanaşı təhsil sahəsini də çətin vəziyyətlə üzləşdirib. Çoxsaylı mütəxəssislərin uzun müddətdir müraciət etməsinə baxmayaraq, ölkəmizdə distant təhsilalma forması tətbiq edilməyib və bu da hazırki vəziyyətdə bizim üçün daha böyük çətinliklər yaradır”.

Bunu Reyting.az-a açıqlamasında təhsil üzrə ekspert Elşən Qafarov pandemiya səbəbindən elan edilmiş karantin rejiminə görə ölkəmizdəki bütün tədris müəssisələrində dərslərin dayandırılmasının yaratdığı problemi şərh edərkən deyib.

Onun sözlərinə görə, yaranmış vəziyyət əvvəlcə ciddi qəbul edilməsə də, buraxılmış dərsləri sonradan teledərslər vasitəsi ilə kompensasiya etmək istəyirlər.

E. Qafarov bildirib ki, XX əsrin 50-ci illərində ilk dəfə tətbiq edilən teledərslər vasitəsilə təhsilalanların qarşılıqlı əlaqəsini qurmaq mümkün olmadığı üçün cəmiyyət tərəfindən ciddi qəbul edilməyib və indi də qəbul edilmir. "Amma məsələyə "heç nə etməməkdənsə, nəsə etmək”,- prinsipi ilə baxsaq, bu addımı alqışlamaq lazımdır.

Daha sonra "Zoom” proqramının pirat variantını yükləməklə, eləcə də "Virtual məktəb” layihəsi ilə qismən də olsa vəziyyətdən çıxmaq istəyirik”, - təhsil eksperti əlavə edib.

E. Qafarov təəssüflə qeyd edib ki, müəllimlərin İKT sahəsində bilik və bacarıqlarının aşağı olması (əksər hallarda ümumiyyətlə olmaması – E.Q.), internet problemi, bəzi təhsilalanların kompüterlərinin olmaması (müəllimlərimizin də böyük bir qisminin şəxsi kompüteri yoxdur – E.Q.) hazırki vəziyyətdə ciddi çətinliklər törədir.

Buraxılmış dərslərin necə kompensasiya ediləcəyinə gəldikdə, təhsil eksperti bildirib ki, bu məsələ ilə bağlı Nazirlər Kabineti yanında Xüsusi Qərargah hansı qərar verəcəksə, proses həmin qərara uyğun tənzimlənəcək:

"Gəlin tələsməyək. Hazırda bir nömrəli məsələ pandemiya vəziyyətində vətəndaşlarımızın, o cümlədən təhsil tərəflərinin sağlamlığı müzakirə mövzusu olmalıdır”.

Qeyd edək ki, orta məktəb şagirdləri üçün teledərslər keçirilsə də, bu, sinifdəki tədrisi əvəz eləmir. Karantin rejimindən sonra Təhsil Nazirliyi şagirdlərin tədrisdən geri qalmamaları üçün orta məktəblərlə bağlı hansı addımları atmalı, hansı proqramı icra etməlidir?

E. Qafarov bu suala cavabında deyib ki, pandemiya dövrü ölkədə təhsilin çox acınacaqlı vəziyyətdə olduğunu bir daha açıq göstərdi: "İndi nə şişirdilmiş hesabatlar, nə də "uyğunlaşdırılmış” məlumatlar keçmir. Təhsilimiz pat vəziyyətindədir. Təhsil Nazirliyi istəsə də, bu vəziyyətdə heç nə edə bilmir, səbəbi isə məlumdur. Son 20 il, hətta son 10 il ərzində təhsildə dövlət siyasətinin əsas prinsiplərindən biri - inteqrativlik prinsipini həyata keçirmək üçün Azərbaycan təhsilini, qismən də olsa dünyanın qabaqcıl təhsil sisteminə uyğun dəyişdirmək olardı. Məsələn, kadr hazırlığı, distant təhsilalma, İKT-nin tədris prosesində tətbiqinin əhatəliyini genişləndirmək, informasiya resurları yaratmaq və s. Çox şeylər etmək olardı. Etmədik, edə bilmədik. Başımız təhsildə kadr dəyişikliyinə, müxtəlif mənasız (təhsilin keyfiyyətinə təkan verə biləcək) layihələrin (məlum məsələdir ki, bu layihələrə böyük məbləğdə vəsaitlər ayrılıb) icrasına qarışdı”.

E. Qafarov diqqətə çatdırıb ki, bu müddət ərzində ölkə təhsili üçün çox iş görmək olardı, bunu bu gün də etmək mümkündür. Amma iki əsas şərti nəzərə almaqla:

1. Təhsil sistemini (əgər sistem adlandırmaq olarsa) idarə edənlər təhsilə bağlı insanlar olmalıdır.

2. Təhsili sistemində DTX və Müdafiə Nazirliyi kimi ciddi nizam-intizam yaradılmalı, dövlətçilik prinsipi əsas götürülməlidir.

Problemlərdən biri də ali və orta ixtisas məktəblərində keçirilməli olan semestr imtahanları ilə bağlıdır. Görəsən, tam tədris edilməyən proqramın imtahanı necə keçiriləcək və ümumiyyətlə, bu imtahanlara ehtiyac varmı?

Təhsil eksperti bu suala cavabında deyib:

"Ali və orta ixtisas təhsili müəssisələrində semestr imtahanlarından, ümumi təhsildə buraxılış imtahanlarından, ali və ya orta ixtisas müəssisələrində qəbul imtahanından da vacib məsələ hər birimiz üçün Nazirlər Kabineti yanında Xüsusi Qərargahın qərar və tövsiyələrinə əməl etməkdir. Biz hələ bilmirik karantin rejimi nə qədər davam edəcək. Pandemiyadan sonra hökumət bu məsələlərlə bağlı qərar verəcək və qərarların maraqlı tərəflərin xeyrinə qəbul ediləcəyinə inanıram”.

E. Qafarov sonda qeyd edib ki, Azərbaycanın təhsil sistemi çox ciddi bataqlığın içərisindədir: "Bu, pandemiya dövründə bir daha hər kəsə açıq-aşkar göründü. Təhsildə həm struktur, həm qanunvericilik bazası, həm tədrisin həyata keçirilməsinin forma və məzmunu, həm də təhsilin idarə edilməsi baxımından ciddi dəyişiklik edilməlidir”.



Загрузка...
Həmçinin oxuyun:
Distant təhsilalma forması və Azərbaycan təhsili

Distant təhsilalma forması və Azərbaycan təhsili

Bu, çıxış yolu deyil, nazirlik hərəkətə keçəcək – Elşən Qafarov

Bu, çıxış yolu deyil, nazirlik hərəkətə keçəcək – Elşən Qafarov

Şagirdlərin saç düzümünə məhdudiyyət qoyulmalıdırmı?

Şagirdlərin saç düzümünə məhdudiyyət qoyulmalıdırmı?

Elçin Əfəndinin mövcud vəziyyətlə bağlı Təhsil Nazirliyinə və Dövlət İmtahan Mərkəzinə müraciəti

Elçin Əfəndinin mövcud vəziyyətlə bağlı Təhsil Nazirliyinə və Dövlət İmtahan Mərkəzinə müraciəti

Başqa variant yoxdur: Nazirliyin yeni layihəsi niyə daşa dirənib?

Başqa variant yoxdur: Nazirliyin yeni layihəsi niyə daşa dirənib?

Gözlənilməz durum: Müəllimlər buna hazır olmalıdır - Video

Gözlənilməz durum: Müəllimlər buna hazır olmalıdır - Video

Məktəblərdə dərslər dayandırılsın? – Ekspertlər

Məktəblərdə dərslər dayandırılsın? – Ekspertlər

Şagirdlər üçün teledərslər

Şagirdlər üçün teledərslər

Təhsillə bağlı atılan bütün addımlar kosmetik xarakter daşıyır

Təhsillə bağlı atılan bütün addımlar kosmetik xarakter daşıyır

Təhsil eksperti: “Diaqnostik qiymətləndirmə müəllimlərin peşə nüfuzuna böyük zərbə vurdu” - Müsahibə

Təhsil eksperti: “Diaqnostik qiymətləndirmə müəllimlərin peşə nüfuzuna böyük zərbə vurdu” - Müsahibə

Məktəbdəki müəllimlərin 23,3 faizi ali təhsilsizdir - Təhsil Eksperti VİDEO

Məktəbdəki müəllimlərin 23,3 faizi ali təhsilsizdir - Təhsil Eksperti VİDEO

Bağçalar məktəblərdən tez açıla bilər?..

Bağçalar məktəblərdən tez açıla bilər?..

Orta məktəblərlə bağlı növbəti həyəcan təbili çalınır

Orta məktəblərlə bağlı növbəti həyəcan təbili çalınır

Göydə peykimiz də var... Amma təhsilimiz yerdə sürünür

Göydə peykimiz də var... Amma təhsilimiz yerdə sürünür

Yeni dərs ilinin əsas hədəfləri.  Ən vacib məsələlərdən biri .

Yeni dərs ilinin əsas hədəfləri. Ən vacib məsələlərdən biri .

Distant  təhsil  bizdən niyə  distant düşüb ?

Distant təhsil bizdən niyə distant düşüb ?

Ucqarlara çatmayan DİSTANT TƏHSİL

Ucqarlara çatmayan DİSTANT TƏHSİL

30 mart – 27 aprel tarixlərinə nəzərdə tutulan ali və orta ixtisas təhsili müəssisələrinə sənəd qəbulu təxirə salınıb

30 mart – 27 aprel tarixlərinə nəzərdə tutulan ali və orta ixtisas təhsili müəssisələrinə sənəd qəbulu təxirə salınıb

İçtimai Şuranın katibi İlqar Orucov: “Ənənəvi dərsi əvəz edə bilməsə də hazırki vəziyyət üçün teledərslər vacib addımdır”

İçtimai Şuranın katibi İlqar Orucov: “Ənənəvi dərsi əvəz edə bilməsə də hazırki vəziyyət üçün teledərslər vacib addımdır”

Vergidən yayınan ən böyük şəbəkə

Vergidən yayınan ən böyük şəbəkə

“2” qiymət alanların sayı təhsilin vəziyyətini göstərir ?

“2” qiymət alanların sayı təhsilin vəziyyətini göstərir ?

Vəziyyət ciddi nəzarətdədir, əlavə gərginliyə və təşvişə ciddi əsas görmürəm-Nadir İsrafilov

Vəziyyət ciddi nəzarətdədir, əlavə gərginliyə və təşvişə ciddi əsas görmürəm-Nadir İsrafilov

Orta məktəblərdən başlamaq lazımdır -EKSPERT

Orta məktəblərdən başlamaq lazımdır -EKSPERT

“Koronavirusa qədər artıq UNEC-də distant təhsil infrastrukturu tamamlanmış vəziyyətdə idi”

“Koronavirusa qədər artıq UNEC-də distant təhsil infrastrukturu tamamlanmış vəziyyətdə idi”