AzTehsil.com


Xəbərlər / Ekspert
19 may 2020
1 379


Nadir İsrafilov: “Göstəricilər zəif olarsa, bu təhsilin keyfiyyətinin aşağı olması demək deyil.”



 

Koronavirus pandemiyası digər sahələrə olduğu kimi, təhsilə də ciddi təsirlərini göstərməkdədir.

Mart ayının 3-dən etibarən bütün təhsil müəssisələrində dərslər dayandırılıb. Eyni zamanda karantin tədbirləri çərçivəsində hazırlıq kurslarının, eləcə də repetitorların fəaliyyəti qadağan edilmişdi. Karantin tədbirlərinin yumşadılması ilə repetitorluq fəaliyyətinə icazə verilsə də, bu da müxtəlif şərtlər çərçivəsində həyata keçirilməlidir.

"Virtual məktəb”, "Teledərslər” kimi layihələr tətbiq olunsa da, bunlar heç də məktəb şəraitində, hazırlıq kurslarında və ya repititor yanında mütəmadi olaraq keçilən tədrisi əvəzləmir. Təhsildə sahəsində baş verənlərin şagirdlərin psixoloji durumuna təsiri də danılmazdır.

Ali məktəbə hazırlaşan abituriyentlərin durumu isə xüsusilə ciddidir. Həm məktəblərdə dərslərin dayandırılması, həm repititorluq fəaliyyətinə tətbiq edilən qadağalar, həm də imtahanların keçirilməsi ilə bağlı uzun müddət qeyri-müəyyənliyin olması, eləcə də tətbiq olunan yeni qaydalar məzunlara təsirsiz ötüşmür. Bütün bunlar imtahanların nəticələrinə necə təsir edəcək? Keçid ballarının aşağı salınması gözlənilirmi?

Dövlət İmtahan Mərkəzinin Mətbuatla iş və elektron kommunikasiya sektorunun müdiri Xanlar Xanlarzadə "Cümhuriyət” qəzetinə açıqlamasında bildirib ki, imtahanlar bitdikdən sonra nəticələrin necə olacağı ilə bağlı fikir söyləmək olar:
 
"İmtahanlar bitməli, sonra imtahan nəticələri statistik təhlil olunmalıdır. Yalnız bundan sonra nəticələr barədə danışmaq olar. Dövlət İmtahan Mərkəzi tərəfindən bütün – buraxılış, qəbul, magistratura, rezidentura, dövlət qulluğuna qəbul imtahanları elmi statistik cəhətdən təhlil olunur və "Abituriyent” jurnalı tərəfindən dərc olunur. Nəticə olmazdan əvvəl hər hansı fikir söyləmək düzgün olmaz”.

Təhsil Nazirliyi yanında İctimai Şuranın sədr müavini Nadir İsrafilov "Cümhuriyət” qəzetinə açıqlamasında bildirib ki, mövcud durumda valideyn və abituriyentlər gərginlik və həyəcan keçirirlər ki, bu da anlaşılandır:
 
"Amma bu təkcə bizim ölkə ilə bağlı olan bir məsələ deyil və hesab edirəm ki, buna görə də ciddi təşvişə düşməyə ehtiyac yoxdur. Vəziyyət dövlətin nəzarəti altındadır, mütəmadi olaraq məsələ Nazirlər Kabineti yanında Operativ Qərargahda müzakirəyə çıxarılır, həm təhsil naziri Ceyhun Bayramov, həm də Dövlət İmtahan Mərkəzinin rəhbəri Məleykə Abbaszadə öz mövqelərini bildirirlər. Məlumdur ki, keçid balı məsələsində narahatçılığa əsas yoxdur, yəni bu ballar prosesin gedişində üzə çıxır. Digər tərəfdən isə pandemiya ilə əlaqədar keçilməyən dərslərin imtahanlara salınmayacağı elan edilib. Yəni nə keçilibsə, o da imtahana salınacaq”.

Təhsil eksperti bunlarla bağlı olaraq, ciddi narahatçılığa və psixoloji gərginliyə əsas görmür:

"Baş verənlər bizim təhsilimiz üçün bir dərs oldu, növbəti fövqəladə vəziyyətlərə hazırlıqlı olmaq üçün müəyyən təcrübə qazanıldı. Distant təhsil, teledərslər,virtual məktəb kimi təcrübələr yarandı. Tarix də sübut edir ki, müəyyən çatışmazlıqlar inkişafa yol açır”.

Balların ötən illərlə müqayisədə aşağı düşəcəyi ilə bağlı sualı cavablandıran Nadir İsrafilov bildirib ki, test imtahanlarına start verilən 1990-cı illərin əvvəllərində imtahanlarda keçid balının 350 olması nəzərdə tutulub:

"Çünki 350 bal bizim klassik qiymətləndirmə ilə ”3” qiymətinə uyğun idi, amma sonrakı hadisələr keçid balının müəyyənləşdirilməsi doğru olmadığını göstərdi. İndi hətta 100 balla da ali məktəblərə qəbul olanlar var. Bu il nəticələrin əvvəlki illərlə kəskin şəkildə fərqlənəcəyini gözləmirəm. Hazırda məzunlar üçün bütün mümkün resurslardan istifadə olunur. Göstəricilər zəif olarsa, bu təhsilin keyfiyyətinin aşağı olması demək deyil. Təhsilin keyfiyyəti bir neçə ayda dəyişə bilməz, bunun üçün ən azı onilliklər lazımdır. Əvvəllərdə qəbul modelində hansısa dəyişiklik olan zaman keyfiyyət göstəricilərinin aşağı düşməsi müşahidə olunub. Ola bilər ki, göstəricilər aşağı olsun. Amma nəzərə almaq lazımdır ki, pandemiya iqtisadiyyata da, digər sahələrə də ciddi ziyan vurub, o cümlədən də təhsilə də təsirsiz ötüşməyib”.



Загрузка...
Həmçinin oxuyun:
Ali məktəblərə qəbul qaydaları: NƏLƏR DƏYİŞƏ BİLƏR

Ali məktəblərə qəbul qaydaları: NƏLƏR DƏYİŞƏ BİLƏR

"Amma əlbəttə ki, zibildən konfet düzəltmək olmaz"..ekspertin fikirləri

"Amma əlbəttə ki, zibildən konfet düzəltmək olmaz"..ekspertin fikirləri

Elşən Qafarov: "Ölkə təhsili çox acınacaqlı vəziyyətdədir"

Elşən Qafarov: "Ölkə təhsili çox acınacaqlı vəziyyətdədir"

Elm və təhsil komitəsinin sədr müavini: “Dərs ilinin müddəti uzadıla bilər”

Elm və təhsil komitəsinin sədr müavini: “Dərs ilinin müddəti uzadıla bilər”

İmtahanların iki dəfə keçirilməsi başlıca səbəbi, "Həm ziyarət, həm ticarət"-Nadir İsrafilov

İmtahanların iki dəfə keçirilməsi başlıca səbəbi, "Həm ziyarət, həm ticarət"-Nadir İsrafilov

Ali məktəblərə ixtisas seçiminin vaxtı bilindi – Builki ixtisas balları artıb, azalıb?..

Ali məktəblərə ixtisas seçiminin vaxtı bilindi – Builki ixtisas balları artıb, azalıb?..

Nadir İsrafilov: Təhsil müəssisələrinin bağlanması təhsildə fəaliyyətsizlik demək deyil...

Nadir İsrafilov: Təhsil müəssisələrinin bağlanması təhsildə fəaliyyətsizlik demək deyil...

HƏM ÖDƏNİŞSİZ, HƏM DƏ AZ BAL...

HƏM ÖDƏNİŞSİZ, HƏM DƏ AZ BAL...

"Şübhəsiz ki, ali məktəblərin hazırlıq qruplarının yaradılması ödənişlə əlaqədardır"

"Şübhəsiz ki, ali məktəblərin hazırlıq qruplarının yaradılması ödənişlə əlaqədardır"

Vəziyyət ciddi nəzarətdədir, əlavə gərginliyə və təşvişə ciddi əsas görmürəm-Nadir İsrafilov

Vəziyyət ciddi nəzarətdədir, əlavə gərginliyə və təşvişə ciddi əsas görmürəm-Nadir İsrafilov

"Əgər təhsilin əlçatan olmasını istəyiriksə, maddi tərəfinin də əlçatan olması nəzərə alınmalıdır"

"Əgər təhsilin əlçatan olmasını istəyiriksə, maddi tərəfinin də əlçatan olması nəzərə alınmalıdır"

“Təhsildəki yeni qaydalar keyfiyyətə yox, kəmiyyətə hesablanıb”

“Təhsildəki yeni qaydalar keyfiyyətə yox, kəmiyyətə hesablanıb”

"Yüksək bal toplamaq heç də bütün hallarda keyfiyyət göstəricisi ola bilməz”

"Yüksək bal toplamaq heç də bütün hallarda keyfiyyət göstəricisi ola bilməz”

"Bal sistemi təhsilimizə zərbədir....Məqsəd nədir və bu qədər baş verənlər nəyə lazımdır bilinmir"

"Bal sistemi təhsilimizə zərbədir....Məqsəd nədir və bu qədər baş verənlər nəyə lazımdır bilinmir"

Tarif Şurası universitetlərə gedən yolu bağladı

Tarif Şurası universitetlərə gedən yolu bağladı

Qəbul imtahanlarında 0-100 bal arası nəticə göstərənlərin sayı artıb

Qəbul imtahanlarında 0-100 bal arası nəticə göstərənlərin sayı artıb

Reallıqlara uyğun olaraq imtahanların keçirilməsi planları hazırlanır

Reallıqlara uyğun olaraq imtahanların keçirilməsi planları hazırlanır

Azərbaycanda repetitorluğa ciddi zərbə vurulacaq

Azərbaycanda repetitorluğa ciddi zərbə vurulacaq

Abituriyentlərin iki dəfə imtahan verməsi korrupsiyaya yol aça bilərmi?

Abituriyentlərin iki dəfə imtahan verməsi korrupsiyaya yol aça bilərmi?

Ali məktəblərdə hazırlıq qrupları: yeni mexanizm nə zaman işə düşür?

Ali məktəblərdə hazırlıq qrupları: yeni mexanizm nə zaman işə düşür?

“İmtahan-imtahan” oyunundan imtina etməliyik

“İmtahan-imtahan” oyunundan imtina etməliyik

Elçin Əfəndi: DİM ödənişin azaldılması məsələsi ilə bağlı qərar qəbul edərsə bu abituriyentlər üçün ən yaxşı imtiyaz olar

Elçin Əfəndi: DİM ödənişin azaldılması məsələsi ilə bağlı qərar qəbul edərsə bu abituriyentlər üçün ən yaxşı imtiyaz olar

Məleykə Abbaszadə: İmtahanların ödənişli olması sənəd verən əvvəlki illərin məzunlarının sayını azaldıb

Məleykə Abbaszadə: İmtahanların ödənişli olması sənəd verən əvvəlki illərin məzunlarının sayını azaldıb

"Əvvəlki illərin məzunları çox zaman qəbul imtahanına lotereya kimi baxırlar"

"Əvvəlki illərin məzunları çox zaman qəbul imtahanına lotereya kimi baxırlar"