AzTehsil.com


Xəbərlər / Ekspert
02 may 2020
1 341


Tədrisin mayın 31- dək uzadılması son dərəcə düşünülmüş qərardır-Ekspert rəyi



Tədrisin mayın 31- dək  uzadılması son dərəcə düşünülmüş qərardır-Ekspert rəyi

 

"Nazirlər Kabinetinin təhsil müəssisələri ilə bağlı qərarı heç bir halda müzakirə və mübahisə predmeti ola bilməz.”

Bunu Təhsil Nazirliyi yanında İctimai Şuranın sədr müavini və təhsil rksperti Nadir İsrafilov deyib.

O, tədris prosesinin mayın 31-dək uzadılmasını məqbul hesab edir.

"Hesab edirəm ki, bu qərarda nisbətən sabitləşmə dinamikası nəzərə alınaraq, tətbiq edilən müəyyən məhdudiyyətlərin yumşaldılmasına, xüsusi karantin rejimi dövründə müəyyən qrup işçilərin fəaliyyətinin bərpa edilməsinə baxmayaraq, təhsil müəssisələrində tədris, təlim tərbiyə prosesinin dayandırılmasının mayın 31- dək  uzadılması son dərəcə düşünülmüş  qərardır.

Nəzərə alsaq ki, hazırda  ölkəmizdə 1 milyon 500 mindən artıq şagird, 150 minə yaxın müəllim, 160 minə yaxın tələbə, 15 minə yaxın magistr var, bu da təxminən 2 milyona yaxın təhsil iştirakçısı deməkdir və yumşaltma qərarlarında fəaliyyətinə icazə verilən qrup halında məşğələlərdə 10 nəfərdən çox şəxsin iştirakı yolverilməzdir, deməli bütün mövcud vəziyyət, uşaqların təhlükəsizliyi, valideynlərin marağı zəruri şərtlər nəzərə alınaraq, dərslərin başlanmasının daha bir müddətə təxirə salınmasını zəruri edir”.
Təhsil eksperti vurğulayır ki, postpandemiya dövründə təhsilin necə tənzimlənəcəyi istiqamətində tədbirlər görülür.

"Onu da xatırlatmaq yerinə düşər ki, koronavirus pandemiyası nəticəsində bağlanan məktəblərin   təhlükəsiz şəkildə yenidən açılması üçün hazırlanmış "Yol xəritəsi" sənədində də milli və yerli hakimiyyət orqanlarına praktik məsləhətlər verilib,  məktəblərin nə vaxt və necə açılacağı barədə  qərar bütün ölkələr üçün prioritet məsələ olması bildirilib, səhiyyə sahəsində yaşıl işıq yandıqdan sonra hər  bir şagirdin məktəbdən kənarda qalmamasını təmin etmək üçün bir sıra tədbirlər görülməli olduğu qeyd olunub, hər şagird üçün təhsil hüququnun qorunması və həyata keçirilməsini təmin etmək ümumi məqsəd hesab edilib.

Nazirlər Kabineti tərəfindən qəbul edilən qərar, Ümumdünya Səhiyyə Təşkilatı, YUNESKO və YUNİSEF-in  tövsiyyələrinə tam uyğundur və  şagirdlərin sağlamlığının qorunması, rifahına diqqətin artırılması və onların müdafiəsinin gücləndirilməsi məqsədlərinə xidmət edir, valideynlərim maraqları ilə də səsləşir”.

Nadir İsrafilov DİM və TN-nin birgə fəaliyyətindən söz açıb.

"Sanitar-epidemioloji vəziyyətlə bağlı qərara uyğun olaraq, Təhsil Nazirliyi və Dövlət İmtahan Mərkəzinin ümumtəhsil müəssisələrində yekun qiymətləndirmələrin və monitorinqlərin aparılması, birinci sinfə qəbulun təşkili, təhsilalanların bir sinifdən digərinə keçirilməsi, buraxılış və qəbul imtahanlarının təşkili, ali təhsil müəssisələrində və təhsilin digər pillələrində yay imtahan sessiyalarının təşkili, habelə dövlət qulluğuna qəbul və müəllimlərin işə qəbulu imtahanlarının keçirilməsi vaxtı, formatı və qaydalarına dair həftə ərzində ictimaiyyətə təqdim edəcəkləri tövsiyələr isə hesab edirəm ki, təhsilin fasiləsizliyinin təmin edilməsində təhsilalanlara və təhsilverənlərə növbəti dəstək olacaq”. azedu.az 



Загрузка...
Həmçinin oxuyun:
Təhsil Nazirliyi və Dövlət İmtahan Mərkəzinin birgə məlumatı

Təhsil Nazirliyi və Dövlət İmtahan Mərkəzinin birgə məlumatı

Azərbaycanda xüsusi karantin rejiminin müddəti mayın 31-dək uzadılıb

Azərbaycanda xüsusi karantin rejiminin müddəti mayın 31-dək uzadılıb

Məktəblərin yenidən açılmasının "Yol xəritəsi" hazırlanıb

Məktəblərin yenidən açılmasının "Yol xəritəsi" hazırlanıb

Vəziyyət ciddi nəzarətdədir, əlavə gərginliyə və təşvişə ciddi əsas görmürəm-Nadir İsrafilov

Vəziyyət ciddi nəzarətdədir, əlavə gərginliyə və təşvişə ciddi əsas görmürəm-Nadir İsrafilov

Aprelin 27-dən məhdudiyyətlərin bir qisminin yumşaldılmasına qərar verilib

Aprelin 27-dən məhdudiyyətlərin bir qisminin yumşaldılmasına qərar verilib

Elçin Əfəndinin mövcud vəziyyətlə bağlı Təhsil Nazirliyinə və Dövlət İmtahan Mərkəzinə müraciəti

Elçin Əfəndinin mövcud vəziyyətlə bağlı Təhsil Nazirliyinə və Dövlət İmtahan Mərkəzinə müraciəti

Nazirlər Kabineti may ayı üçün qeyri-iş günlərini müəyyən edib

Nazirlər Kabineti may ayı üçün qeyri-iş günlərini müəyyən edib

Hər hansı proqnoza deyil, rəsmi məlumatlara istinad etsək, daha düzgün olar.

Hər hansı proqnoza deyil, rəsmi məlumatlara istinad etsək, daha düzgün olar.

Dərslərin dayandırılması müddəti uzadıldı

Dərslərin dayandırılması müddəti uzadıldı

Buraxılmış dərslərin bərpa olunması ilə bağlı variantlar nəzərdən keçirilir

Buraxılmış dərslərin bərpa olunması ilə bağlı variantlar nəzərdən keçirilir

Məktəblərdə dərslər dayandırılsın? – Ekspertlər

Məktəblərdə dərslər dayandırılsın? – Ekspertlər

"Əvvəlki ilə müqayisədə “Yeni model” daha sadə, müasir və mütərəqqidir…"

"Əvvəlki ilə müqayisədə “Yeni model” daha sadə, müasir və mütərəqqidir…"

Dillər Universitetində dövlət imtahanı ilə bağlı yekun qərar verilib

Dillər Universitetində dövlət imtahanı ilə bağlı yekun qərar verilib

Tətil müddəti uzadılacaq? – Təhsil nazirindən cavab

Tətil müddəti uzadılacaq? – Təhsil nazirindən cavab

Uzadılmış tətil müddəti müəllimlərin maaşına necə təsir göstərəcək?-Ekspert şərhi

Uzadılmış tətil müddəti müəllimlərin maaşına necə təsir göstərəcək?-Ekspert şərhi

Bakı Mühəndislik Universitetində tədris prosesinin vaxtı uzadılıb

Bakı Mühəndislik Universitetində tədris prosesinin vaxtı uzadılıb

Elm və təhsil komitəsinin sədr müavini: “Dərs ilinin müddəti uzadıla bilər”

Elm və təhsil komitəsinin sədr müavini: “Dərs ilinin müddəti uzadıla bilər”

İndi hər kəsin gözləntisi - 31 may tarixindən sonra nə baş verəcək?

İndi hər kəsin gözləntisi - 31 may tarixindən sonra nə baş verəcək?

Şagirdlər üçün teledərslər

Şagirdlər üçün teledərslər

Məktəb və universitetlər aprelin 20-dək bağlı olacaq – Rəsmi

Məktəb və universitetlər aprelin 20-dək bağlı olacaq – Rəsmi

Azərbaycan Respublikasının Təhsil Nazirliyi yanında İctimai Şura təhsil ictimayyətinə müraciət edib

Azərbaycan Respublikasının Təhsil Nazirliyi yanında İctimai Şura təhsil ictimayyətinə müraciət edib

Qəbul imtahanı niyə iki dəfə keçiriləcək? - Ekspert rəyi

Qəbul imtahanı niyə iki dəfə keçiriləcək? - Ekspert rəyi

Qəbul imtahanında ödəniş dəyişəcək? – DİM-dən AÇIQLAMA

Qəbul imtahanında ödəniş dəyişəcək? – DİM-dən AÇIQLAMA

Bağçalar məktəblərdən tez açıla bilər?..

Bağçalar məktəblərdən tez açıla bilər?..