Xəbərlər / Ziyalılar
02 may 2020
1 419


İndi hər kəsin gözləntisi - 31 may tarixindən sonra nə baş verəcək?

İndi hər kəsin gözləntisi - 31 may tarixindən sonra nə baş verəcək?

 

Yeni növ koronavirus (COVID-19) infeksiyası ilə bağlı pandemiya elan edildikdən sonra hökumət tərəfindən ilk mərhələdə qaydalar və tövsiyələr əsasında, xüsusi karantin rejiminə əsasən xəstəliyə yoluxmanın yayılmamasına qarşı addımlar atılıb.

Karantin rejimi bir çox istiqamətdə fəaliyyəti və insanların hərəkətlərini məhdudlaşdırıb.

Bir müddət keçdikdən sonra göstəricələrə görə virusun yayılmasında müsbət trendin müəyyən olunması əsasında, 27 apreldən tarixindən etibarən karantin rejiminin qismən yumşaldılmasına dair qərarlar verilib. İlkin yumşaldılma qərarından sonra Azərbaycandakı mövcud sanitar-epidemioloji vəziyyət, digər dövlətlərdə tətbiq olunan preventiv tədbirlər, eləcə də Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələri təhlil edilərək xüsusi karantin rejiminin müddəti 31 may 2020-ci il saat 00:00-dək uzadılıb.

Eyni zamanda əhali arasında virusa yoluxma sürəti, xəstələrin sağalma dinamikası nəzərə alınaraq, tətbiq edilən bir sıra məhdudiyyətlərin yumşaldılmasına dair qərar verilmişdir. Amma bu o demək deyil ki, karantin rejimi tamam dayandırılıb. Karantinin şərtləri üçüncü fazaya keçərək növbəti təhlillərə və bundan irəli gələrək növbəti "yoxlama tarix"indən sonra olan müddətdə veriləcək qərarlara əsas yaradır. Artıq bizim növbəti "yoxlama tarixi"miz 31 maydır. İndi hər kəsin gözləntisi - 31 may tarixindən sonra nə baş verəcək?

Bugünkü dönəmdən sonra bütün statistik göstəricilərin təhlili, epidemiyanın yayılmasının qarşısının alınmasında nəticələrinin ölçülməsi, virusun yayılma və yoluxanların sağalması tempinin müşahidə edilməsi və digər istiqamətlərə dair təhlillərin apaılması çox vacibdir. Növbəti addımlar (1) bəzi sahələrdə yumşalmanın, (2) bəzi sahə və istiqamətlərdə mövcud vəziyyətin saxlanılması və yaxud (3) hər hansı istiqamətlər üzrə qaydaların sərtləşməsi olaraq baş tuta bilər. Qərarlar müxtəlif ola bilər. Onları ətrafında diskussiya və fikir mübadiləsi apara bilərik. Lakin müzakirə olunmayan bir dəyər var, karantin rejiminin əsas dəyəri - insanların sağlamlığı və təhlükəsizliyidir. İnsan sağlamlığında hər hansı bir təhlükə varsa, onu heç bir maddi və qeyri-maddi göstərici ilə ölçülən vəziyyətə qurban vermək olmaz.

"Hökumət və xalqın qarşılıqlı münasibəti"

Bilirsiniz ki, hökumət və vətəndaşlar qarşılıqlı məsuliyyət və öhdəlik münasibətindədir. Çox xoşdur ki, vətəndaşlarımız qəbul edilən qərarları anlayır, qəbul və əməl edir. Hökumət qanun çərçivəsində və yaxud tövsiyə əsasında müxtəlif qaydalara riayət edilməsinə çağırış edir. Əgər dövlət özünə məsuliyyəti götürərək, vətəndaşın sağlamlığının qorumaq naminə addımlar atırsa, o zaman hər bir vətəndaş həm hüquqi, həm də həyati vərdişlərə əsaslanan bu qaydalara riayət etmək öhdəliyini öz üzərinə götürməlidir. Yəni vətəndaşların sağlamlığı ilə bağlı başda Prezident olmaqla, hökumət məsuliyyət daşıyırsa, o zaman sağlamlığın qorunmasının öhdəliyi isə vətəndaşların özündədir.

Yəni vətəndaşlar bütün proseslərə məsuliyyətlə yanaşmalı, sağlamlığının qorunması üçün məsuliyyət daşıyan hökumətin tövsiyə və qaydalarına əməl etməkdə öhdəliyi anlamalıdır.

Hökumət vətəndaşların sağlamlığının qorunması, koronavirusun yayılmasında minimum insan və iqtisadi itki ilə mövcud vəziyyətdən çıxmaq üçün qərarlar qəbul edərək bu məsuliyyəti öz üzərinə götürüb. Vətəndaşlar isə bu qərarlardan ortaya çıxan qanunlara və tövsiyələrə əməl edərək məsuliyyətin öz üzərinə düşən hissəsinə riayət etməlidir.

"Yumşaltma" və post-karantin dövrə hazırıqmı?

Sual əmələ gəlir - bizim üçün vacibdir karantin nə vaxt bitəcək? Yoxsa karantin bitənə qədər olan "yumşaltma" və yaxud bitəndən sonra olan dövrə hazırıqmı? Xüsusi karantin rejimi bitənə qədər vacib işlərin görülməsi, bitdikdən sonra tövsiyə edilən qaydaların tətbiqi və sağlamlıq statusunun qorunması kimi addımların atılması çox vacibdir. Hazırda hər kəs gözləyir ki, "karantin rejimi bitsin". Bəs "yumşaltma" və post-karantin dövrünə hazırıqmı? Bunun üçün hansı işləri görmüşük, görürük və görəcəyik? Ümumiyyətlə bitdikdən sonra nəyə hazırıq? Hansı ehtiyatları görmüşük? Əgər karantin rejiminin nisbətən və yaxud tam bitməsini gözləyiriksə, ondan sonra olan mərhələyə hazır olmalıyıq.

"Qanuni və tövsiyə edilən qaydalara riayət edilməsində "tarazlaşma" prinsipi"

Hazırda qanuni, eyni zamanda tövsiyəedici qaydalar mövcuddur. Nə qədər qanuni qaydalar liberallaşmağa doğru getsə, bir o qədər tövsiyə edilən qaydalara məsuliyyətlə yanaşma və əməl edilməsinin öhdəliyi artır. Qanuni və tövsiyə edilən qaydaların riayət edilməsində "tarazlaşma" prinsipi qorunmalıdır.

Qaydalar liberallaşan zaman vətəndaşların məsuliyyəti xüsusilə artır. Liberallaşma və yaxud karantin tam bitəndən sonra qanuni olan tələblər tövsiyə xarakteri daşıya bilər və onlara əməl edilməsinin məsuliyyəti dərəcəsi heç də azalmır.

Suallar yenidən yaranır. Sözügedən icbari və tövsiyə edilən qaydaları həyat tərzimizə uyğunlaşdırmışıqmı? Yaxud karantindən sonra olan dövrdə karantindən əvvəl olan dövrdə olduğu kimi davam etməyə hazırıqmı? Bu sualların cavabları müsbət olmadığı halda iki risklə üzləşə bilərik: xəstəliyə yoluxma sayının artması və yaxud yenidən bu xəstəliyə yoluxmasıdır.

Karantin rejiminin liberallaşması dövründən başlayaraq ləğv edilməsi dövrünə qədər fiziki və hüquqi subyektlər, KİV nümayəndələri, ictimai birliklər və təşəbbüs qrupları məsələdə aktiv iştirakçı olaraq ciddi təbliğat aparmalıdır.

"Narahatlığın azalması hələ nəzarətin azalması demək deyil"

Hazırda son statistikalar göstərir ki, ciddi narahatlıq yoxdur, amma bu "narahatlığın azalması hələ nəzarətin azalması demək deyil". Əgər bir şagird zəif oxuyursa və nəticələri yüksək deyilsə, o nəticələri yüksəltmək üçün müəllim, valideyn, şagird qarşılıqlı olaraq səy göstərir və nəticədə uğur əldə edir. Lakin hələ demək deyil ki, yüksək nəticə əldə olunandan sonra, bu səylər azalmalıdır və yaxud davam etməməlidir.

Növbəti qərarlar qəbul edilən zaman 5 prinsipi ciddi nəzarətdə olmalıdır: tələsməmək, digər ölkələrin təcrübəsini nəzərdən keçirmək, Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrinə riayət etmək, yerli və müxtəlif sahələrin spesifik olan xüsusiyyətləri nəzərə almaq və vətəndaşların gigiyenik-sanitar standartlara riayət etməsinə hazırlığı təmin etmək.

Yekun olaraq, qeyd etməliyik ki, ümumi fon pozitivdir və biz bu potizivliyi qorumaqla, karantin rejiminin yumşalmasına, post-karantin və post-pandemiya mərhələlərinə hazır olmalıyıq.Saglamolun.Az

Şahin Seyidzadə

Milli Məclisin deputatı
Məqalə Göndər








Загрузка...
Həmçinin oxuyun:
Azərbaycanda xüsusi karantin rejiminin müddəti mayın 31-dək uzadılıb

Azərbaycanda xüsusi karantin rejiminin müddəti mayın 31-dək uzadılıb

Karantin rejiminin uzadılması ilə bağlı operativ qərargaha TƏKLİF

Karantin rejiminin uzadılması ilə bağlı operativ qərargaha TƏKLİF

Baş infeksionist: “Karantin rejimi bitəndən sonra Azərbaycanda maska taxmaq məcburi olmalıdır!”

Baş infeksionist: “Karantin rejimi bitəndən sonra Azərbaycanda maska taxmaq məcburi olmalıdır!”

Nazirlər Kabineti: “Karantin müddəti uzadıla bilər”

Nazirlər Kabineti: “Karantin müddəti uzadıla bilər”

Aprelin 27-dən məhdudiyyətlərin bir qisminin yumşaldılmasına qərar verilib

Aprelin 27-dən məhdudiyyətlərin bir qisminin yumşaldılmasına qərar verilib

Karantin rejimində evdə necə vaxt keçirməliyik? - Psixoloq açıqladı...

Karantin rejimində evdə necə vaxt keçirməliyik? - Psixoloq açıqladı...

“Sonrakı mərhələyə keçid 27 aprel yumşaldılmasından asılı olacaq” - Nazirlər Kabineti

“Sonrakı mərhələyə keçid 27 aprel yumşaldılmasından asılı olacaq” - Nazirlər Kabineti

Karantin rejimində uşaqlarımızı necə qoruyaq? - VİDEO

Karantin rejimində uşaqlarımızı necə qoruyaq? - VİDEO

Nazirlər Kabinetindən əhaliyə ÇAĞIRIŞ

Nazirlər Kabinetindən əhaliyə ÇAĞIRIŞ

“Sərt karantin rejimi uzun müddət uzadıla bilməz” – TƏBİB sədri qarşıdakı təhlükələrdən DANIŞDI

“Sərt karantin rejimi uzun müddət uzadıla bilməz” – TƏBİB sədri qarşıdakı təhlükələrdən DANIŞDI

Nazirlər Kabineti XƏBƏRDARLIQ etdi - Yoluxma artır, qaydalar sərtləşdiriləcək!

Nazirlər Kabineti XƏBƏRDARLIQ etdi - Yoluxma artır, qaydalar sərtləşdiriləcək!

Bağçalar məktəblərdən tez açıla bilər?..

Bağçalar məktəblərdən tez açıla bilər?..

Karantin rejiminin qüvvədə qalacağı tarix  AÇIQLANDI

Karantin rejiminin qüvvədə qalacağı tarix AÇIQLANDI

Azərbaycanda xüsusi karantin rejimi uzadıldı

Azərbaycanda xüsusi karantin rejimi uzadıldı

Azərbaycanda koronavirusa görə yeni qadağalar qüvvəyə minəcək - Operativ Qərargahın üzvü

Azərbaycanda koronavirusa görə yeni qadağalar qüvvəyə minəcək - Operativ Qərargahın üzvü

Ölkə ərazisində xüsusi karantin rejimi elan edildi.

Ölkə ərazisində xüsusi karantin rejimi elan edildi.

“Nevropatoloq və psixiatrlara müraciətlər çoxalacaq” - Karantinin 36-cı gününün psixoloq MƏSLƏHƏTİ

“Nevropatoloq və psixiatrlara müraciətlər çoxalacaq” - Karantinin 36-cı gününün psixoloq MƏSLƏHƏTİ

“Psixoloji gərginlik, stress pozuntusu hələ bir müddət qalacaq” - Tanınmış psixoloqla #evdəqal SÖHBƏTİ

“Psixoloji gərginlik, stress pozuntusu hələ bir müddət qalacaq” - Tanınmış psixoloqla #evdəqal SÖHBƏTİ

Azərbaycan Xarici İşlər Nazirliyi vətəndaşlara müraciət edib - "Təşvişə ehtiyac yoxdur"

Azərbaycan Xarici İşlər Nazirliyi vətəndaşlara müraciət edib - "Təşvişə ehtiyac yoxdur"

ADU Tələbə Həmkarlar İttifaqı 100 aztəminatlı tələbəyə maddi yardım edəcək

ADU Tələbə Həmkarlar İttifaqı 100 aztəminatlı tələbəyə maddi yardım edəcək

Baş infeksionist: Metronu, təhsil müəssisələrini, ticarət mərkəzlərini açmaq olmaz

Baş infeksionist: Metronu, təhsil müəssisələrini, ticarət mərkəzlərini açmaq olmaz

Azərbaycanda xüsusi karantin rejimi gücləndirildi

Azərbaycanda xüsusi karantin rejimi gücləndirildi

Dərslər nə zaman başlaya bilər?"- AÇIQLAMA

Dərslər nə zaman başlaya bilər?"- AÇIQLAMA

Dərslər açılacaq? - Təhsil naziri: “Ehtiyac olarsa, yay aylarında...”

Dərslər açılacaq? - Təhsil naziri: “Ehtiyac olarsa, yay aylarında...”