AzTehsil.com


Xəbərlər / Ekspert
08 iyul 2020
1 315


Nadir İsrafilov: “Xaricdə oxumaq istəyənlərə birbaşa attestatların verilməsində İctimai Şuranın da rolu böyükdür”



Nadir İsrafilov: “Xaricdə oxumaq istəyənlərə birbaşa attestatların verilməsində İctimai Şuranın da rolu böyükdür”

 

"Məktəblərin bağlanması heç də müəllim-şagird əlaqələrinin kəsilməsinə gətirib çıxarmadı”.

Bu sözləri Təhsil Nazirliyi yanında İctimai Şuranın sədr  müavini, təhsil eksperti Nadir İsrafilov deyib.

O, Təhsil Nazirliyi və DİM-in bəyanatına uyğun olaraq,  xarici universitetlərdə təhsillərini  davam etdirmək niyyətində olan ümumi təhsil pilləsinin məzunlarına müstəsna hal kimi buraxılış imtahanlarında iştirak etmədən attestatların verilməsi məsələsinə münasibət bildirib.

"Emossional gərginlik vəziyyətində hər hansı bir narahatlıq yaratmağa lüzum yoxdur.

Respublikada koronavirus infeksiyasının yayılmasının qarşısının alınması ilə bağlı həyata keçirilən tədbirlər çərçivəsində belə bir birgə qərarın qəbul edilməsi Təhsil Nazırliyi və DİM tərəfindən təhsilalanlara göstərilən diqqət və qayğının növbəti təzahürüdür.

Vətəndaşların təhsil almaq hüquqlarnı təmin etmək məqsədilə təhsillərini xarici ali təhsil müəssisələrində davam etdirmək niyyətində olan  məzunlara müstəsna hal kimi buraxılış imtahanlarında iştirak etmədən attestatların verilməsi barədə qərar Təhsil Nazirliyi və Dövlət İmtahan Mərkəzinin birgə məlumatında da bildirildiyi kimi  mövcud vəziyyətlə əlaqədar  olub, tam orta təhsil səviyyəsini bitirmiş və növbəti pillədə təhsillərini xarici ölkələrdə davam etdirmək niyyətində olan məzunlar üçün yarana biləcək  hər hansı bir çətinliyin aradan qaldırılması məqsədinə xidmət edir. Belə ki, bu məzunların xarici ölkələrin ali təhsil müəssisələrinə qəbul prosesində iştirakı  bir qayda olaraq ümumi təhsil pilləsini bitirmələrini təsdiq edən dövlət nümunəli sənədin təqdim edilməsi tələb olunur.

Bəzi xarici ölkələrin təhsil müəssisələrinə tələbə qəbulu prosesinin yaxın dövrdə yekunlaşacağını nəzərə alaraq, məzunlar tərəfindən həmin təhsil müəssisələrinə öz attestatlarının vaxtında təqdim edilməsi vacib şərtlərdən biridir”.

Nadir İsrafilov İctimai Şuranın bu qərarın qəbul edilməsində böyük rolu olduğunu deyib:

"Onu da əlavə edim ki, xaricdə təhsil almaq hüququ qazanmış builki məzunlar və onların valideyinləri tərəfindən Təhsil Nazirliyi yanında İctimai Şura olaraq bizə edilən çoxsaylı müraciətlər əsasında həmin kateqoriyadan olan məzunlara ümumi təhsil haqqında dövlət sənədi verilməsi ilə bağlı Təhsil Naziri cənab Ceyhun Bayramova ünvanladığımız müraciətimizin nəticəsi olaraq aidiyyati qurumların birgə qərarı ilə məsələ müsbət həllini tapıb.

Onu da xatırladım ki,  məktəblərin bağlanması heç də müəllim-şagird əlaqələrinin kəsilməsi olmayıb, əksinə müvəqqəti yaranan böhranlı vəziyyətdən çıxış yolu kimi təbii hadisənin cəmiyyət həyatının müxtəlif sahələrinə, xüsusən təhsilə ciddi təsirini minimuma endirmək,  digər ehtiyat mexanizmlərinə istinad etməklə vəziyyəti normal axara salmaq istiqamətində fəaliyyəti daha da stimullaşdırıb.

Mütəmadi yayımlanan teledərslər, digər mümkün vasitələrlə yanaşı, təkcə, Təhsil Nazirliyi tərəfindən həyata keçirilən ölkənin ən iri onlayn platforması olan "Virtual Məktəb”in istifadəçi sayı 1 milyonu ötüb. Bu günlərə kimi portalda 1,5 milyon dəfədən artıq dərs keçirilib, virtual siniflərdə 1,3 milyonyondan artıq dərs materialı paylaşılıb və şagirdlərə 100 mindən çox tapşırıq verilib.

İmtahanlarda iştirak etməyən 9 və 11-ci sinif məzunları üçün əlavə qeydiyyat tələb olunmadan sentyabr ayında yenidən buraxılış imtahanlarının təşkil olunması və həmin şəxslərin yekun qiymətləndirilməsinin aparılaraq onlara attestat verilməsi nəzərdə tutulur. Hesab edirəm ki, belə bir qərara gəlinməsi zərurətdən doğan vacib bir addım kimi qiymətləndirilməli,  bunun nə kimi müsbət və ya  mənfi tərəfləri barədə fikirlər müqayisə və ya  mübahisə obyekti ola bilməz”.

Qeyd edək ki, 7 iyuldan başlayaraq xarici ali təhsil müəssisələrinə qəbul olunmaq üçün müraciət etmiş məzunlar təhsil aldıqları təhsil müəssisələrinə müraciət edərək attestatlarını ala bilərlər.



Загрузка...
Həmçinin oxuyun:
Xarici ali təhsil müəssisələrinə qəbul olmaq istəyən abituriyentlərin NƏZƏRİNƏ

Xarici ali təhsil müəssisələrinə qəbul olmaq istəyən abituriyentlərin NƏZƏRİNƏ

Bu məzunlar buraxılış imtahanı vermədən attestat alacaqlar - RƏSMİ

Bu məzunlar buraxılış imtahanı vermədən attestat alacaqlar - RƏSMİ

Təhsil Nazirliyi və Dövlət İmtahan Mərkəzinin birgə məlumatı

Təhsil Nazirliyi və Dövlət İmtahan Mərkəzinin birgə məlumatı

DİM rəsmisi imtahansız attestat alınması məsələsinə aydınlıq gətirdi

DİM rəsmisi imtahansız attestat alınması məsələsinə aydınlıq gətirdi

Nadir İsrafilov: Təhsil müəssisələrinin bağlanması təhsildə fəaliyyətsizlik demək deyil...

Nadir İsrafilov: Təhsil müəssisələrinin bağlanması təhsildə fəaliyyətsizlik demək deyil...

Azərbaycan Respublikasının Təhsil Nazirliyi yanında İctimai Şuranın onlayn iclası keçirilib

Azərbaycan Respublikasının Təhsil Nazirliyi yanında İctimai Şuranın onlayn iclası keçirilib

Vəziyyət ciddi nəzarətdədir, əlavə gərginliyə və təşvişə ciddi əsas görmürəm-Nadir İsrafilov

Vəziyyət ciddi nəzarətdədir, əlavə gərginliyə və təşvişə ciddi əsas görmürəm-Nadir İsrafilov

DİM-dən buraxılış imtahanının iştirakçılarına MÜRACİƏT

DİM-dən buraxılış imtahanının iştirakçılarına MÜRACİƏT

Hansı məzunlar fərqlənmə attestatı alacaq?

Hansı məzunlar fərqlənmə attestatı alacaq?

Nadir İsrafilov: “Daha dəqiq və konkret qərar qəbul etmək hələ ki, zamanla bağlı məsələdir…”

Nadir İsrafilov: “Daha dəqiq və konkret qərar qəbul etmək hələ ki, zamanla bağlı məsələdir…”

İctimai Şuranın növbəti iclası keçirilib

İctimai Şuranın növbəti iclası keçirilib

Məzunlar attestatlarını nə vaxt və necə  əldə edə biləcəklər?- Vacib bilgi

Məzunlar attestatlarını nə vaxt və necə əldə edə biləcəklər?- Vacib bilgi

Nadir İsrafilov: “Bu Azərbaycan nümunəsinin, modelinin xarici ölkələrdə də tətbiq edilməsi çox müsbət haldır”

Nadir İsrafilov: “Bu Azərbaycan nümunəsinin, modelinin xarici ölkələrdə də tətbiq edilməsi çox müsbət haldır”

Buraxılış və qəbul imtahanları ilə bağlı yeniliklər açıqlandı

Buraxılış və qəbul imtahanları ilə bağlı yeniliklər açıqlandı

Ümumi orta təhsil haqqında və tam orta təhsil haqqında   fərqlənmə attestatlarının verilməsi   Qaydası

Ümumi orta təhsil haqqında və tam orta təhsil haqqında fərqlənmə attestatlarının verilməsi Qaydası

Azərbaycan Respublikasının Təhsil Nazirliyi yanında İctimai Şura təhsil ictimayyətinə müraciət edib

Azərbaycan Respublikasının Təhsil Nazirliyi yanında İctimai Şura təhsil ictimayyətinə müraciət edib

"Əvvəlki ilə müqayisədə “Yeni model” daha sadə, müasir və mütərəqqidir…"

"Əvvəlki ilə müqayisədə “Yeni model” daha sadə, müasir və mütərəqqidir…"

Şagirdlər üçün teledərslər

Şagirdlər üçün teledərslər

İki və ya daha çox xarici dil tədris olunan məktəblərin şagirdləri buraxılış imtahanını hansı fəndən verəcəklər?

İki və ya daha çox xarici dil tədris olunan məktəblərin şagirdləri buraxılış imtahanını hansı fəndən verəcəklər?

Qəbul imtahanının qaydaları dəyişir: 5 deyil 3 fəndən imtahan olacaq

Qəbul imtahanının qaydaları dəyişir: 5 deyil 3 fəndən imtahan olacaq

Məktəblərin bağlanması heç də müəllim-şagird-valideyn əlaqələrinin kəsilməsi deyil, əksinə...

Məktəblərin bağlanması heç də müəllim-şagird-valideyn əlaqələrinin kəsilməsi deyil, əksinə...

Nadir İsrafilov: “Göstəricilər zəif olarsa, bu təhsilin keyfiyyətinin aşağı olması demək deyil.”

Nadir İsrafilov: “Göstəricilər zəif olarsa, bu təhsilin keyfiyyətinin aşağı olması demək deyil.”

Tədrisin mayın 31- dək  uzadılması son dərəcə düşünülmüş qərardır-Ekspert rəyi

Tədrisin mayın 31- dək uzadılması son dərəcə düşünülmüş qərardır-Ekspert rəyi

Məktəblərdə dərslər dayandırılsın? – Ekspertlər

Məktəblərdə dərslər dayandırılsın? – Ekspertlər