Xəbərlər, Abituriyent
06 iyul 2020

Xarici ali təhsil müəssisələrinə qəbul olmaq istəyən abituriyentlərin NƏZƏRİNƏ

Karantin rejimi müddətinin iyulun 20-dək uzadılması ilə əlaqədar ölkənin bir sıra regionlarında ümumi təhsil pilləsində şagirdlərin yekun attestasiyası (buraxılış imtahanları) təxirə salınıb.

Bununla bağlı Dövlət İmtahan Mərkəzi və Təhsil Nazirliyi birgə məlumat yayıb. 

Qeyd olunub ki, qaydalara əsasən, məzunlara ümumi təhsil haqqında dövlət sənədi yekun attestasiyanın keçirilməsi prosesi başa çatdıqdan sonra təqdim edilir. Lakin mövcud vəziyyət tam orta təhsil səviyyəsini bitirmiş və növbəti pillədə təhsillərini xarici ölkələrdə davam etdirmək niyyətində olan məzunlar üçün bəzi çətinliklər yarada bilər.
 
Belə ki, bu məzunların xarici ölkələrin ali təhsil müəssisələrinə qəbul prosesində iştirakı üçün bir qayda olaraq ümumi təhsil pilləsini bitirmələrini təsdiq edən dövlət nümunəli sənədin (attestatın) təqdim edilməsi tələb olunur.

Bəzi xarici ölkələrin təhsil müəssisələrinə tələbə qəbulu prosesinin yaxın dövrdə yekunlaşacağını nəzərə alaraq, məzunlar tərəfindən həmin təhsil müəssisələrinə öz attestatlarının vaxtında təqdim edilməsi vacib şərtlərdən biridir.

Vətəndaşların təhsil almaq hüquqlarını təmin etmək məqsədilə təhsillərini xarici ali təhsil müəssisələrində davam etdirmək niyyətində olan ümumi təhsil pilləsinin məzunlarına müstəsna hal kimi buraxılış imtahanlarında iştirak etmədən attestatların verilməsi qərara alınıb.

Bu gündən başlayaraq xarici ali təhsil müəssisələrinə qəbul olunmaq üçün müraciət etmiş məzunlar təhsil aldıqları təhsil müəssisələrinə müraciət edərək attestatlarını ala bilərlər.

Həmin şəxslər attestatlarına buraxılış imtahanı qiymətlərinin də yazılmasını istədikləri təqdirdə məzun olduqları məktəbə müraciət edə və sentyabr ayında keçirilməsi nəzərdə tutulan imtahanlarda iştirak edə bilərlər.

Загрузка...
loading...

Həmçinin oxuyun:
Təhsil Nazirliyi və Dövlət İmtahan Mərkəzinin birgə məlumatı

10 iyul tarixində əvvəlki illərin məzunları üçün ali və orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanı keçiriləcək

Bu məzunlar buraxılış imtahanı vermədən attestat alacaqlar - RƏSMİ

DİM-dən buraxılış imtahanının iştirakçılarına MÜRACİƏT

İmtahan vermiş məzunlar narazı olduqları halda II mərhələdə iştirak edə bilərlər -DİM

Buraxılış imtahanlarında xarici dil fənni ilə bağlı ən qaranlıq məqam

Ali məktəbə imtahansız qəbul olmaq istəyənlərin nəzərinə! - Ərizə qəbulu başa çatıb

20 min abituriyent ali məktəblərə qəbul imtahanı verir

Sabah ali məktəblərə qəbul imtahanı keçiriləcək - I mərhələ

Aprelin 28-də keçiriləcək imtahanlarda iştirak edənlərin nəzərinə!

İmtahanlarla bağlı  inqilabi qərarların verildiyi rekord nəticələr ili  - Təkrarlanması çətin  göstəricilər,  rəqəmlər

Orta məktəbi Azərbaycanda oxuyan xarici vətəndaşlar qəbul imtahanını necə verəcəklər? –RƏSMİ CAVAB

İki və ya daha çox xarici dil tədris olunan məktəblərin şagirdləri buraxılış imtahanını hansı fəndən verəcəklər?

Bu il kəsilən abituriyentlər gələn il necə imtahan verəcəklər? – DİM-dən açıqlama

DİM imtahanlarda iştirak edəcək şəxslərə müraciət edib

Qəbul imtahanında ödəniş dəyişəcək? – DİM-dən AÇIQLAMA

Qəbul imtahanında yeniliklər- AÇIQLANDI

Qəbul imtahanında yeniliklər- AÇIQLANDI

Qəbul imtahanının qaydaları dəyişir: 5 deyil 3 fəndən imtahan olacaq

Qəbul və buraxılış imtahanları belə olacaq - Şərtlər açıqlandı

Qəbul imtahanları hansı fənlərdən olacaq? - BÜTÜN YENİLİKLƏR AÇIQLANDI

Buraxılış və qəbul imtahanları ilə bağlı yeni model açıqlanıb

Buraxılış və qəbul imtahanları ilə bağlı yeniliklər açıqlandı

Təhsil Nazirliyi köçürmə prosesi ilə bağlı tələbələrə müraciət edib

Hansı məzunlar fərqlənmə attestatı alacaq?