Hansı məzunlar fərqlənmə attestatı alacaq?
Təhsil naziri Mikayıl Cabbarov ümumi orta təhsil haqqında və tam orta təhsil haqqında fərqlənmə attestatlarının verilməsi Qaydasını təsdiq edən əmr imzalayıb.
Publika.az xəbər verir ki, əmrdə Təhsil Nazirliyinin 2015-ci il 1 may tarixli 536 nömrəli əmri ilə təsdiq edilmiş "Ümumi təhsil müəssisələrində ümumi orta təhsil üzrə xüsusi nümunəli şəhadətnamə almağa namizəd şagirdlərin müəyyənləşdirilməsi Qaydası” ləğv edildiyi göstərilib.
Əmrdə vurğulanır ki, umumi orta təhsil haqqında və tam orta təhsil haqqında fərqlənmə attestatları ümumi orta və ya tam orta təhsil səviyyəsində oxuduğu müddətdə nümunəvi davranışı ilə fərqlənən, bütün fənlərdən attestata yazılan illik (yekun) qiymətlərinin 5 (beş) olan, ümumi orta təhsil səviyyəsində buraxılış imtahanlarında hər bir fənn üzrə ən azı 75 (yetmiş beş) bal toplayan,tam orta təhsil səviyyəsində buraxılış imtahanlarında hər bir fənn üzrə 5 (beş) qiymət alan (ən azı 75 (yetmiş beş) bal toplaması1), buraxılış imtahanında inşadan (essedən) minimum 7 (yeddi) bal toplayan məzunlara veriləcək.
Məzunlara ümumi orta təhsil haqqında və ya tam orta təhsil haqqındafərqlənmə attestatlarının verilməsi məsələsinə sinif rəhbərinin təqdimatı əsasında məktəbin pedaqoji şurasında baxılır və müvafiq qərar qəbul ediləcək. Ümumi orta təhsil haqqında və tam orta təhsil haqqında fərqlənmə attestatlarının verilməsi məktəb direktorunun təqdimatına əsasən, məktəbin tabe olduğu təhsili idarəetmə orqanının əmri ilə rəsmiləşdiriləcək. Təhsil Nazirliyinin birbaşa tabeliyindəki ümumi təhsil müəssisələrində məzunlara ümumi orta təhsil haqqında və tam orta təhsil haqqında fərqlənmə attestatlarının verilməsi Pedaqoji Şuranın qərarına əsasən, məktəb direktorunun əmri ilə rəsmiləşdirilir. Ümumi orta təhsil haqqında və tam orta təhsil haqqında fərqlənmə attestatları məzunlara təntənəli surətdə təqdim edilir. Bu tələb tam orta təhsil səviyyəsində 2018-2019-cu dərs ilindən qüvvədə olacaq.Bu bənd tam orta təhsil səviyyəsinə 2018-2019-cu dərs ilindən etibarən şamil olunacaqşBu Qayda psixoloji-tibbi-pedaqoji komissiyanın qərarı ilə buraxılış imtahanlarından azad edilmiş və evdə fərdi təhsilə cəlb olunmuş məzunlara şamil edilmir.