AzTehsil.com


Xəbərlər / Abituriyent
26 sentyabr 2018
6 186


Bu il kəsilən abituriyentlər gələn il necə imtahan verəcəklər? – DİM-dən açıqlama



 

"Ümumi orta təhsil bazasında ümumtəhsil müəssisələrində təhsilalanların buraxılış imtahanlarının yenə də iki mərhələdə, lakin 3 fənn üzrə keçirilməsi nəzərdə tutulur”.

Bunu AzNews.az-a Dövlət İmtahan Mərkəzinin mətbuat xidmətinin rəhbəri Xanlar Xanlarov deyib. Yeni təhsil proqramı (kurikulum) ilə bağlı ali məktəblərə qəbul imtahanlarında ediləcək dəyişikliklərə toxunan X. Xanlarov bildirib ki, hər iki mərhələdə şagirdlərin bilikləri tədris dili, riyaziyyat və xarici dil fənləri üzrə qiymətləndiriləcək.

"Birinci mərhələdə əsasən, tədris dili üzrə şagirdlərin oxuyub-anlama və yazı bacarıqlarını yoxlamaq məqsədilə açıq və qapalı tipli tapşırıqlardan, yazı işlərindən, riyazi bacarıqları yoxlamaq məqsədilə isə açıq tipli tapşırıqlardan, xarici dil üzrə də şagirdlərin oxuyub-anlama, dinləyib-anlama və yazı bacarıqlarını yoxlamaq məqsədilə açıq və qapalı tipli tapşırıqlardan, yazı işlərindən istifadə ediləcək. İkinci mərhələdə isə hər bir fənn üzrə qapalı tipli test tapşırıqları olacaq”, - deyə o əlavə edib.

X. Xanlarovun sözlərinə görə, tam orta təhsil səviyyəsi üzrə yekun qiymətləndirilmə imtahanları isə bir mərhələdə – tədris dili, riyaziyyat, xarici dil fənləri üzrə keçiriləcək: "Bu mərhələdə şagirdlərin bilikləri kurikulum əsasında, tələb olunan bacarıq və vərdişlərin yoxlanılması üçün açıq və qapalı tipli tapşırıqlardan istifadə olunmaqla qiymətləndiriləcək.

Ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbul imtahanı 5 ixtisas qrupu üzrə aparılacaq. Abituriyentlər I, II, III və IV qrupa aid ixtisaslara qəbul olmaq üçün 3 fənn üzrə imtahan verəcəklər.

I-IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul olmaq üçün müsabiqə zamanı abituriyentlərin buraxılış imtahanından əldə etdikləri nəticələri də nəzərə alınacaq və qəbul imtahanından toplanılan balın üzərinə əlavə olunacaq. Yəni abituriyentlər buraxılış və qəbul imtahanlarında topladıqları balların cəminə əsasən ali təhsil müəssisələrinin müsabiqəsində iştirak edəcəklər.

I-IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul olmaq istəyən əvvəlki illərin məzunları seçdikləri ixtisas qrupuna daxil olan fənlərlə yanaşı, buraxılış imtahanı formatında əlavə qəbul imtahanı da verəcəklər və hər iki imtahandan topladıqları balların cəminə əsasən ali təhsil müəssisələrinin müsabiqəsində iştirak edəcəklər.

V ixtisas qrupu (ali təhsil müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisasları) və orta ixtisas təhsili müəssisələri üzrə müsabiqə buraxılış imtahanının nəticələrinə əsasən aparılacaq. V ixtisas qrupunun ixtisaslarına və orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisaslarına qəbul olmaq istəyən abituriyentlər əlavə olaraq qabiliyyət imtahanı da verəcəklər”.

Qeyd edək ki, ali təhsil müəsisələrinə qəbulda dəyişikliklər edilib. Dəyişikliyə əsasən, qəbul prosesində abituriyentlərin ümumi qəbul balı yenə də maksimum 700 olsa da, bu balın maxsimum 300-nü orta məktəblərdən buraxılış imtahanında, maksimum 400-nü isə qəbul imtahanında toplamalıdırlar.



Загрузка...
Həmçinin oxuyun:
Buraxılış və qəbul imtahanları ilə bağlı yeni model açıqlanıb

Buraxılış və qəbul imtahanları ilə bağlı yeni model açıqlanıb

Qəbul və buraxılış imtahanları belə olacaq - Şərtlər açıqlandı

Qəbul və buraxılış imtahanları belə olacaq - Şərtlər açıqlandı

Qəbul imtahanları hansı fənlərdən olacaq? - BÜTÜN YENİLİKLƏR AÇIQLANDI

Qəbul imtahanları hansı fənlərdən olacaq? - BÜTÜN YENİLİKLƏR AÇIQLANDI

Qəbul imtahanında yeniliklər- AÇIQLANDI

Qəbul imtahanında yeniliklər- AÇIQLANDI

9 illik təhsil üzrə buraxılış imtahanı - 2 mərhələdə keçiriləcək

9 illik təhsil üzrə buraxılış imtahanı - 2 mərhələdə keçiriləcək

Gələn il imtahanlar necə təşkil olunacaq? - DİM-dən AÇIQLAMA

Gələn il imtahanlar necə təşkil olunacaq? - DİM-dən AÇIQLAMA

Yeni test modeli nə vaxt təqdim olunacaq? -AÇIQLAMA

Yeni test modeli nə vaxt təqdim olunacaq? -AÇIQLAMA

"Buraxılış imtahanı ötən il olduğu kimi..." -Məleykə Abbaszadə

"Buraxılış imtahanı ötən il olduğu kimi..." -Məleykə Abbaszadə

Dövlət İmtahan Mərkəzindən imtahan modeli barədə yeni AÇIQLAMA

Dövlət İmtahan Mərkəzindən imtahan modeli barədə yeni AÇIQLAMA

Xüsusi qabiliyyət tələb edən ixtisaslara abituriyent qeydiyyatı başladı – Müsabiqə ŞƏRTLƏRİ

Xüsusi qabiliyyət tələb edən ixtisaslara abituriyent qeydiyyatı başladı – Müsabiqə ŞƏRTLƏRİ

Şəhadətnamə ilə kolleclərə sənəd verənlərin balı bu qayda ilə hesablanacaq

Şəhadətnamə ilə kolleclərə sənəd verənlərin balı bu qayda ilə hesablanacaq

Məzunlar  imtahanı necə verəcəklər? –DİM-dən CAVAB

Məzunlar imtahanı necə verəcəklər? –DİM-dən CAVAB

“Abituriyent” jurnalının xüsusi buraxılışı nəşr olunub

“Abituriyent” jurnalının xüsusi buraxılışı nəşr olunub

Kolleclərə tələbə qəbulu elan edilib

Kolleclərə tələbə qəbulu elan edilib

Yeni qəbul modeli: Buraxılış imtahanlarında 300, qəbul imtahanlarında 400 bal

Yeni qəbul modeli: Buraxılış imtahanlarında 300, qəbul imtahanlarında 400 bal

Buraxılış və qəbul imtahanları ilə bağlı yeniliklər açıqlandı

Buraxılış və qəbul imtahanları ilə bağlı yeniliklər açıqlandı

Qəbul imtahanının qaydaları dəyişir: 5 deyil 3 fəndən imtahan olacaq

Qəbul imtahanının qaydaları dəyişir: 5 deyil 3 fəndən imtahan olacaq

Bugünkü imtahanın şərtləri – Qapalı test 1 bal

Bugünkü imtahanın şərtləri – Qapalı test 1 bal

2019-cu ildə qəbul imtahanında ballar belə hesablanacaq - AÇIQLAMA

2019-cu ildə qəbul imtahanında ballar belə hesablanacaq - AÇIQLAMA

Orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu elan edildi

Orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu elan edildi

Universitetlərə qəbulda MÜHÜM YENİLİK - fənlərin sayı 3-ə endirildi, buraxılış imtahanı isə...

Universitetlərə qəbulda MÜHÜM YENİLİK - fənlərin sayı 3-ə endirildi, buraxılış imtahanı isə...

Buraxılış imtahanı vermiş şagirdlərin nəzərinə

Buraxılış imtahanı vermiş şagirdlərin nəzərinə

Qeydiyyat bu gün başa çatır!

Qeydiyyat bu gün başa çatır!

"Buraxılış və qəbul imtahanlarında yeni mexanizmlərin tətbiqi dövrün tələbidir"

"Buraxılış və qəbul imtahanlarında yeni mexanizmlərin tətbiqi dövrün tələbidir"