Dövlət İmtahan Mərkəzi və Təhsil Nazirliyi tərəfindən birgə hazırlanan 2019-cu ildə tətbiqi nəzərdə tutulan ümumi təhsil pilləsində təhsil alanların yekun qiymətləndirilməsi (buraxılış) imtahanlarının və ali təhsil müəssisələrinə qəbul imtahanlarının modeli açıqlanıb. 2019-cu ildə həyata keçiriləcək qəbul qaydalarına əsasən, ali təhsil müəssisələrinin ixtisas qrupları üzrə qəbul imtahanlarında imtahan fənlərinin sayı 5-dən 3-ə endiriləcək və buraxılış imtahanlarının nəticələri ali təhsil müəssisələrinə qəbul zamanı nəzərə alınacaq. Və bu zaman 700 ballıq sistem saxlanılacaq.
O zaman yeni qəbul modelinə əsasən hər fənndən nisbi bal nə qədər olacaq?
Dövlət İmtahan Mərkəzinin mətbuat katibi Xanlar Xanlarzadə açıqlamasında məsələyə münasibət bildirib.
"Yeni qaydalara görə 700 bal sistemi ləğv olunmayacaq. Yəni buraxılış imtahanlarında 300, qəbul imtahanlarında isə 400 bal müəyyənləşib. Amma hər fənndən nisbi bal hələ ki, məlum deyil. Ümumiyyətlə, detallar hələlik hazırlanmayıb. Ona görə də hər fənn üzrə sualların sayı da bəlli deyil. Bu barədə proses davam etdirilir. Hazır olan kimi ictimaiyyətə açıqlama veriləcək”.
Xatırladaq ki, yeni qaydalara əsasən, 2019-cu ildən tam (11 illik) orta təhsil səviyyəsi üzrə yekun qiymətləndirilmə (buraxılış) imtahanları bir mərhələdə – tədris dili, riyaziyyat, xarici dil fənləri üzrə keçiriləcəkdir. Bu mərhələdə şagirdlərin bilikləri yeni təhsil proqramları (kurikulum) əsasında, tələb olunan bacarıq və vərdişlərin yoxlanılması üçün açıq və qapalı tipli tapşırıqlardan istifadə olunmaqla qiymətləndiriləcək.
Ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinin I-IV qrup ixtisaslarına qəbul olmaq istəyən abituriyentlər aşağıdakı fənlərdən imtahan verəcəklər:
I qrup |
II qrup |
III qrup |
IV qrup |
Riyaziyyat |
Riyaziyyat |
Azərbaycan dili (rus dili) |
Kimya |
Fizika |
Coğrafiya |
Tarix
(Azərbaycan və Dünya tarixi) |
Biologiya |
Kimya
|
Tarix (Azərbaycan və Dünya tarixi) |
Ədəbiyyat |
Fizika |