AzTehsil.com


Xəbərlər / Müəllim / Ekspert
14 avqust 2020
4 395


"Müəllimlər və şagirdlər üçün internet pulsuz olsun" - TƏKLİF



"Müəllimlər və şagirdlər üçün internet pulsuz olsun" - TƏKLİF

 

Xəbər verdiyimiz kimi Təhsil İnstitutu növbəti tədris ili ilə bağlı iki ssenari təklif edir.
 
Birinci ssenari tədrisin məsafədən təşkilini nəzərdə tutur. Belə ki, təhsil müəssisələrinin fəaliyyəti ənənəvi qaydada bərpa olunmur, 2020-ci ilin mart-iyun aylarında Respublikanın təhsil müəssisələrində tətbiq edilən yanaşma davam etdirilir və tədris prosesi məsafədən həyata keçirilir.

İkinci ssenari tədrisin qarışıq (onlayn və sinif otağında) modelinin tətbiqini nəzərdə tutur. Burada məktəblər xüsusi şərtlər və differensial yanaşma tətbiq edilməklə mərhələli şəkildə açılır, məzmunun bir hissəsi məsafədən tədris edilir.
Daxili sanitar-epidemioloji qaydalara ciddi nəzarət edilir və açılan məktəblərdə epidemioloji nəzarət, hərarət yoxlama, izolyasiya və s. kimi tədbirlərin həyata keçirilməsi tövsiyə edilir.

Bununla bağlı  danışan əməkdar müəllim, təhsil eksperti Almaz Həsrət bildirib ki, təkliflər irəli sürülərkən bir çox sahənin mütəxəssisləri və ekspertlərin də rəyləri alınıb:

"Çünki bilirsiniz ki, Təhsil İnistitutunda bu sahədə bir çox işlər görülür. Aparılan işlərin nəticəsi kimi respublika üzrə orta, ali və məktəbəqədər təhsil ilə bağlı bütün təkliflər hərtərəfli kompleks şəkildə düşünülüb. Hazırda pandemiya dövrüdür. Pandemiya dövründə verilən bütün təkliflər bir neçə ay ərzində müəyyən çətinliklərin aşılmasından ötrü distant, yəni məsafədən təhsilə keçid digər dağətəyi zonalarında yerləşən məktəblərdə və bəzi rayonlarda tətbiq edilə bilməz.

Çünki orada internet və işıqla bağlı problemlər yaşanır. Onların əksəriyyətinin ailələrində informasiya kommunikasiya texnologiyaları ilə bağlı problemlər var. Elə uşaqlar var ki, heç onların telefonları belə yoxdur. İnternet demək olar ki, normal işləmir. Bütün bunları nəzərə alaraq daha səmərəli yollar axtarıb tapmaq lazımdır.

Bu çıxış yollarından birini mən təklif etmək istəyirəm. Belə ki, bilirik ki, pandemiya dövründə virusun yoluxma sayına narıncı, sarı və yaşıl zonalar var. Yaşıl zonalarda virus demək olar ki, olmadığına görə orada karantin tədbiq edilməyib. Narıncı zonlarda isə sərt karantin tədbiq edilən şəhər və rayonlar nəzərdə tutulur. Sərt karantin rejimi tədbiq edilən şəhər və rayonlarda məktəbəqədər, orta və ali təhsili qarışıq etmək mümkündür. Yəni ənənəvi ilə məsafədən təhsil formasındadır. Məsafədən təhsil hansı fənləri əhatə etməli olduğu barəsində də düşünmək lazımdır".

Almaz Həsrət qeyd edib ki, nəzəriyyə xarakterli olan fənnləri təbii ki, distant formada asan şəkildə keçə bilərik:

"Çünki bu fənnlərlə bağlı tapşırıqları distant şəkildə verib nəyisə əldə etmək mükündür. Təcrübə tələb edən fənləri həftədə bir neçə dəfə az şagirdlə keçirmək olar. Belə ki, əgər sinifdə 40 şagird varsa onları iki yerə bölməklə müvəqəti olaraq bütün bunların həlli yolunda bərabər çalışıb, bu problemi aradan qaldırmalıyıq.

Bu sinifləri iki yerə bölməklə fənn müəllimləri arasında metodiki olaraq uğurla iş görmək olar. Onlayn dərslər keçirilən zaman ilk öncə bütün təhsil alan şagirdlərin və müəllimlərin internet məkanına çıxışına güzəştlər olmalıdır. Mən hətta təklif edərdim ki, müəllimlərin və şagirdlərin dərs keçdikləri vaxt interneti pulsuz etsinlər. Dövlətimiz hər zaman insanlarına dəstək olub, onların yanında olub. Bu aspektdən də düşünürəm ki, bu addımı atmaq mümkün olar. Çünki hər insanın o vəsaiti ödəmək imkanı yoxdur. Bundan əlavə resursların elektron formada yerləşdirilməsi məsələsi diqqətdə olmalıdır. Düzdür, Təhsil Nazirliyi tərəfindən bütün dərsliklərin elktron formatda versiyası dərsliklər e-derslik.edu.az potalında yerləşdirilib. Şagirdlər bu sayta daxil olmaqla dərslikləri əldə edə bilərlər. İnformasiya kommunikasiya texnologiya vasitələri ilə təchizat. Çünki bölgədə elə müəllim və şagird var ki, onun heç kompüteri yoxdur. Bu sahədə də kadra ehtiyac duyulur.

Yəni müəllim onlayn dəsr demək iqtidarında deyilsə, o zaman qonşu və şəhər məktəbdəki müəllimlərin köməyindən istifadə etmək olar. Bu yolla şagirdlər dərsdən geri qalmayacaqlar. Bu orta və ali məktəblərə şamil olunur". sonxeber.az 



Загрузка...
Həmçinin oxuyun:
Təhsil İnstitutu növbəti tədris ili ilə bağlı iki ssenari təklif edir.

Təhsil İnstitutu növbəti tədris ili ilə bağlı iki ssenari təklif edir.

Dərslərin sentyabrda başlayacağı sual altındadır, amma maraqlı alternativlər var

Dərslərin sentyabrda başlayacağı sual altındadır, amma maraqlı alternativlər var

BDU-da tədrisin məsafədən təşkili davam etdirilir

BDU-da tədrisin məsafədən təşkili davam etdirilir

“Bakının mərkəzindən kənarda olan rayonlarda belə internet problemi var” - Distant təhsilə əngəl

“Bakının mərkəzindən kənarda olan rayonlarda belə internet problemi var” - Distant təhsilə əngəl

Repetitor və şagirdlərin işi çətinləşir - “Çıxış yolu distant təhsildir, bir şərtlə ki…”

Repetitor və şagirdlərin işi çətinləşir - “Çıxış yolu distant təhsildir, bir şərtlə ki…”

Akademik İsa Həbibbəyli -“Test sualları dəyişdirilə bilər”

Akademik İsa Həbibbəyli -“Test sualları dəyişdirilə bilər”

Distant təhsil  və xüsusiyyətləri

Distant təhsil və xüsusiyyətləri

Sentyabrın 15-dən yuxarı siniflər üçün dərslər distant formada keçirilə bilər - AÇIQLAMA

Sentyabrın 15-dən yuxarı siniflər üçün dərslər distant formada keçirilə bilər - AÇIQLAMA

“Səhər aşağı siniflərə, nahardan sonra yuxarı siniflərə dərs keçilsin” — TƏKLİF

“Səhər aşağı siniflərə, nahardan sonra yuxarı siniflərə dərs keçilsin” — TƏKLİF

Şahlar Əsgərov: “Distant təhsilə keçsək, internet pulsuz olmalıdır”

Şahlar Əsgərov: “Distant təhsilə keçsək, internet pulsuz olmalıdır”

Elçin Əfəndi: “Ali məktəblərə keçid balları aşağı düşə bilər”

Elçin Əfəndi: “Ali məktəblərə keçid balları aşağı düşə bilər”

Rusiya məktəbləri necə açır?

Rusiya məktəbləri necə açır?

Ucqarlara çatmayan DİSTANT TƏHSİL

Ucqarlara çatmayan DİSTANT TƏHSİL

“Virtual məktəb”in real problemləri – Pandemiyadan AÇIQ DƏRS

“Virtual məktəb”in real problemləri – Pandemiyadan AÇIQ DƏRS

Yeni dərs ilində siniflərdə sıxlıq problemi olmayacaq

Yeni dərs ilində siniflərdə sıxlıq problemi olmayacaq

Azərbaycanda dərslərlə bağlı UNİKAL TƏKLİF: Bu üsulla keçirilsin - MÜSAHİBƏ

Azərbaycanda dərslərlə bağlı UNİKAL TƏKLİF: Bu üsulla keçirilsin - MÜSAHİBƏ

Şagirdlərimiz niyə oxumur?

Şagirdlərimiz niyə oxumur?

Elnur Məmmədov: Məsafədən tədrisə obyektiv səbəbdən qoşula bilməyən tələbəyə qarşı cəza tədbiri nəzərdə tutulmayıb

Elnur Məmmədov: Məsafədən tədrisə obyektiv səbəbdən qoşula bilməyən tələbəyə qarşı cəza tədbiri nəzərdə tutulmayıb

Məktəblər yayda açılacaq?

Məktəblər yayda açılacaq?

Onlayn təhsildən geri qalan müəllimlərə necə yardım göstərilə bilər?

Onlayn təhsildən geri qalan müəllimlərə necə yardım göstərilə bilər?

"Azercell"in internet paketi müəllimlərin narazılığına səbəb oldu

"Azercell"in internet paketi müəllimlərin narazılığına səbəb oldu

"Hər müəllim ekspert ola bilməz"-Almaz Həsrət

"Hər müəllim ekspert ola bilməz"-Almaz Həsrət

Karantin rejimi uzadılarsa, dərslər yenidən onlayn keçirilə bilərmi? - AÇIQLAMA

Karantin rejimi uzadılarsa, dərslər yenidən onlayn keçirilə bilərmi? - AÇIQLAMA

İlqar Orucov: Azərbaycan təhsili təkcə pandemiya dövründə deyil, post pandemiya dövründə də çağırışlara açıq olmalıdır

İlqar Orucov: Azərbaycan təhsili təkcə pandemiya dövründə deyil, post pandemiya dövründə də çağırışlara açıq olmalıdır