AzTehsil.com


Xəbərlər
15 mart 2017
3 137


"Hər müəllim ekspert ola bilməz"-Almaz Həsrət



"Hər müəllim ekspert ola bilməz"-Almaz Həsrət

 

Almaz Həsrət: "Bütün dərsliklərin monitorinqinin aparılmasına ehtiyac var”
"Ekspertlərin seçiminə diqqət ayrılmalıdır”
 
Dövlət İmtahan Mərkəzi ümumtəhsil fənləri üzrə istifadə edilən bütün dərsliklərin, dərs vəsaitlərinin və digər tədris vasitələrinin Təhsil Nazirliyinin sifarişi əsasında elmi-metodiki monitorinqini həyata keçirəcək. Qeyd edək ki, indiyədək elmi-metodiki monitorinqin aparılmasında iştirak edən ekspertlərə əməkhaqqı büdcədən ödənilirdi. Hazırda isə Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxs olduğundan, Təhsil Nazirliyi tərəfindən hansısa dərsliyin monitorinqinin aparılması sifariş edilsə, o zaman qarşılıqlı müqavilə bağlanacaq və proses icra olunacaq.
 
Ekspert Almaz Həsrət deyir ki, Azərbaycanda dərsliklərin hazırlanması və onların siyasəti yönündə işlər görülür: "Bütün dərsliklərin Dövlət İmtahan Mərkəzi və Təhsil Nazirliyi tərəfindən monitorinqinin aparılmasına ehtiyac var. Hər iki qurum nəzarəti gücləndirməsi və qiymətləndirməni aparması daha dolğun nəticəyə əsaslanan və keyfiyyətli dərsliklərin ərsəyə gəlməsində çox yüksək rol oynaya bilər”.
 
"Bəzən ekspertlərin bilgisi müəllifdən yüksək olmur. Ekspertlərin seçiminə xüsusi diqqət ayrılmalıdır. Hər müəllim ekspert ola bilməz. Ancaq tam mükəmməl biliyə sahib, metodiki cəhətdən potensialı güclü olan müəllimlər dərsliklərin qiymətləndirilməsində iştirka edə bilər” – deyə o bildirib.

sputnik.az



Загрузка...