AzTehsil.com


Xəbərlər / Ekspert
27 avqust 2020
1 776


Uşaq bağçaları və məktəblərdə tədris necə bərpa oluna bilər? – Ekspertdən TƏKLİF



Uşaq bağçaları və məktəblərdə tədris necə bərpa oluna bilər? – Ekspertdən TƏKLİF

 

Orta məktəblərdə uşaqların yoluxma riski yüksək olduğuna görə dərslər həftədə bir neçə gün keçirilə bilər. Qalan günlərdə isə tədris onlayn rejimdə həyata keçirilməlidir.

Bunu Trend-ə təhsil eksperti Elçin Süleymanov deyib.

Onun sözlərinə görə, ibtidai siniflərdə uşaqların davranış qaydalarına uyğunlaşması problemi olduğundan tədrislə bağlı fərqli sxemlərin tətbiq edilməsi mümkündür.

E.Süleymanov əlavə edib ki, əgər kütləvi yoluxma halları olarsa, məktəbin fəaliyyətinin müəyyən müddətə məhdudlaşdırılması da mümkün ola bilər:

"Pandemiya ilə uğurlu mübarizə aparan və yoluxmanı lokallaşdırmağa müvəffəq olan ölkələrdə məktəblərin və bağçaların fəaliyyətinin bərpa olunduğunu deyən ekspert əlavə edib ki, bir çox ölkələrdə şagird və tələbələrin təhsil alması ilə bağlı normativlər müəyyən edilib. Bu normativlərə əsasən, otaqda oturan şagird və təhsilalanların sayı tənzimlənir. Rusiyada isə qapalı məkanlarda müəllim və şagirdlərin, tələbələrin tibbi maskadan istifadə etməsi məcburi olacaq”.

E.Süleymanov hesab edir ki, Azərbaycanda həyata keçirilən preventiv tədbirlər nəticəsində koronavirus infeksiyasına yoluxma hallarının səviyyəsinin aşağı olması təhsil müəssisələrinin fəaliyyətinin müəyyən çərçivədə bərpasına şərait yaradır. Fəaliyyəti bərpa olunan müəssisələrdə sistemli şəkildə təhlükəsizlik qaydalarının tətbiqi və onların icrasına nəzarət istər uşaqların sağlamlığının təmin olunması, istərsə də virusin yayılmasına yol verməmək baxımından mühüm şərtdir.

Uşaq bağçalarına gəldikdə isə E.Süleymanov qeyd edib ki, uşaqlar eyni yerdə qidalanıb, eyni otaqda yatdıqları üçün onların virusa yoluxma riski yüksəkdir. Onun fikrincə, bağçaların fəaliyyətinin bərpasına sanitar-epidemioloji vəziyyət nəzərə alınmaqla icazə verilməlidir. Yoluxmaların olmadığı və ya az olduğu zonalarda bağçaların fəaliyyətinə daha tez, yoluxma riskinin yüksək olduğu şəhər və rayonlarda isə zəruri göstəricilər əldə olunduqdan sonra və ya daha gec icazə verilə bilər:

"Məktəbəhazırlıq qruplarında tədris həftədə bir neçə gün həyata keçirilə bilər. Məsələn, həftədə 6 və ya 8 saat tədris müəyyənləşdiriləcəyi təqdirdə həftədə 2 və ya 3 gün 2-3 saat olmaqla dərslərin keçirilməsi variantlardan biri kimi nəzərdən keçirilə bilər. Sıxlığa yol verilməməsi üçün yarımqrupların təşkil edilməsi də mümkündür”.

E.Süleymanov hesab edir ki, ali və orta ixtisas təhsili müəssisələrində ənənəvi tədrisin tətbiqi bu sahədə arzuolunmaz nəticələrə gətirib çıxara bilər. Bu istiqamət üzrə məsafədən təhsil forması daha məqbuldur.



Загрузка...
Həmçinin oxuyun:
Təhsil İnstitutu növbəti tədris ili ilə bağlı iki ssenari təklif edir.

Təhsil İnstitutu növbəti tədris ili ilə bağlı iki ssenari təklif edir.

Məktəbəhazırlıq qruplarına şagird qəbulu nə vaxt başlayacaq?

Məktəbəhazırlıq qruplarına şagird qəbulu nə vaxt başlayacaq?

Dərslər sentyabrın 15-də başlanacaq - Elçin Əfəndidən AÇIQLAMA

Dərslər sentyabrın 15-də başlanacaq - Elçin Əfəndidən AÇIQLAMA

4 maydan sonra 9-11-ci siniflərdə dərslər o halda başlaya bilər ki…

4 maydan sonra 9-11-ci siniflərdə dərslər o halda başlaya bilər ki…

Uşaqların məktəbdə koronavirusa yoluxma riski nə qədərdir?

Uşaqların məktəbdə koronavirusa yoluxma riski nə qədərdir?

Sentyabrın 15-dən yuxarı siniflər üçün dərslər distant formada keçirilə bilər - AÇIQLAMA

Sentyabrın 15-dən yuxarı siniflər üçün dərslər distant formada keçirilə bilər - AÇIQLAMA

“İbtidai sinif şagirdlərinin məktəblərə daha çox ehtiyacı var” - Deputat

“İbtidai sinif şagirdlərinin məktəblərə daha çox ehtiyacı var” - Deputat

Kursların fəaliyyəti bərpa olunacaq? - AÇIQLAMA

Kursların fəaliyyəti bərpa olunacaq? - AÇIQLAMA

Baş infeksionist: Yumşalma yalnız bu halda ola bilər

Baş infeksionist: Yumşalma yalnız bu halda ola bilər

I, V, IX siniflər üçün həftədə üç, X və XI siniflər üçün dərslər tam onlayn qaydada keçirilsin - TƏKLİF

I, V, IX siniflər üçün həftədə üç, X və XI siniflər üçün dərslər tam onlayn qaydada keçirilsin - TƏKLİF

Azərbaycanda karantin rejimi yenidın yumşaldılır: SMS icazə ləğv edilir - RƏSMİ

Azərbaycanda karantin rejimi yenidın yumşaldılır: SMS icazə ləğv edilir - RƏSMİ

Əgər virusa yoluxma baş veribsə… Pediatrdan MƏSLƏHƏT

Əgər virusa yoluxma baş veribsə… Pediatrdan MƏSLƏHƏT

Rusiyada orta məktəblərdə ailə dəyərləri dərsi keçirilə bilər

Rusiyada orta məktəblərdə ailə dəyərləri dərsi keçirilə bilər

Məktəblərdə dərslər dayandırılsın? – Ekspertlər

Məktəblərdə dərslər dayandırılsın? – Ekspertlər

Ekspert: “Tədris prosesini ölkə boyu ənənəvi rejimdə bərpa etmək mənasızdır”

Ekspert: “Tədris prosesini ölkə boyu ənənəvi rejimdə bərpa etmək mənasızdır”

Dərslərin sentyabrda başlayacağı sual altındadır, amma maraqlı alternativlər var

Dərslərin sentyabrda başlayacağı sual altındadır, amma maraqlı alternativlər var

Azərbaycanda sabahdan bu iş yerləri açılır - SİYAHI

Azərbaycanda sabahdan bu iş yerləri açılır - SİYAHI

"Müəllimlər və şagirdlər üçün internet pulsuz olsun" - TƏKLİF

"Müəllimlər və şagirdlər üçün internet pulsuz olsun" - TƏKLİF

Karantin rejimi ləğv edilə bilərmi? - AÇIQLAMA

Karantin rejimi ləğv edilə bilərmi? - AÇIQLAMA

Nə üçün indiki vəziyyətdə məktəbləri açmaq təhlükəlidir?

Nə üçün indiki vəziyyətdə məktəbləri açmaq təhlükəlidir?

Bu tələbələrə əlavə dərslər keçirilə bilər

Bu tələbələrə əlavə dərslər keçirilə bilər

Yeni dərs ilində siniflərdə sıxlıq problemi olmayacaq

Yeni dərs ilində siniflərdə sıxlıq problemi olmayacaq

Azərbaycanda və dünyada yoluxma niyə artır?

Azərbaycanda və dünyada yoluxma niyə artır?

Azərbaycanda xüsusi karantin rejiminin müddəti mayın 31-dək uzadılıb

Azərbaycanda xüsusi karantin rejiminin müddəti mayın 31-dək uzadılıb