AzTehsil.com


Xəbərlər / Müəllim
23 avqust 2020
3 110


Dünya ölkələrində məktəblər bu şəkildə açılacaq



 

Dünya ölkələrində məktəblər bu şəkildə açılacaq

 

Bütün dünyanı hazırda iki ən vacib sual maraqlandırır: "Pandemiya  nə vaxt bitəcək?” və "Təhsil müəssisələri necə açılacaq?”.  


Artıq hər ölkə yoluxma sayına və tədbirlər paketinə uyğun şəkildə məktəblərin açılış planını elan etməyə başlayıb.

ABŞ: TRUMP TƏLİMAT VERDİ

Yoluxma sayının yüksək olduğu ABŞ-da Prezident Donald Trump əyalətlərin idarə rəhbərlərinə məktəblərin açılması ilə bağlı təlimat verib. Bəzi əyalətlər isə buna hazır olmadıqlarını açıqlayıblar. Sentyabr ayında məktəbləri açmağa qərar verən Nyu York ştatında şagirdlər həftədə 1-3-cü günlər arası  məktəbə gedəcək, digər günlər isə distant təhsil alacaqlar. Siniflərdə ən çox 12 nəfər olacaq.

İNGİLTƏRƏ:  QRUP HALINDA TƏHSİL

Övladlarını məktəbə göndərməyən ailələrə cərimələrin tətbiq olunacağını elan edən İngiltərədə  şagirdlər siniflərdə qup şəklində təhsil alacaq, ayrı-ayrı yemək və nəqliyyatdan faydalanacaqlar. Məktəbə giriş və çıxış saatları da fərqli olacaq.

İTALİYA: TƏK ADAMLIQ  PARTALAR

Sentyabrın 14-də məktəbləri açmağı planlaşdıran İtaliya hökuməti, siniflərdə tək adamlıq partlardan istifadə edilməsi ilə bağlı tender hazırladı. Siniflərin hansı şəkildə təşkil edilməsi isə məktəb rəhbərliyinin ixtiyarına verildi. Tədrisin təşkili ilə bağlı yer çatışmazlığı olacağı təqdirdə məktəblərə əlavə yer kirayə götürmələri üçün vəsait təklif ediləcəyi də açıqlanıb.

FRANSA: HİBRİD SİSTEMİ

Fransada məktəblər açıldı. Ölkə daxilində təhsil tədricən uşaq bağçalarında, ibtidai məktəblərdə və orta məktəblərdə mərhələli şəkildə fəaliyyətə başladı. Bəzi dərslər üz-üzə, bəziləri isə distant formada təşkil edilir. Liseylərin isə sentyabrda açılması nəzərdə tutulur.

İSPANİYA: 20 NƏFƏRLİK SİNİFLƏR

İspaniyada məktəblərin sentyabr ayında açılması, sinif otaqlarında şagirdlərin sayının 20-dən çox olmaması planlaşdırılır. Uşaqlara maska taxmaq tövsiyə ediləcək və sinifdə 1,5 metr sosial məsafə saxlanılacaq.

BRAZİLYA: MƏSAFƏ QAYDASI

Braziliyada uşaq bağçaları açıldı. İbtidai, orta və lisey şagirdlərinin də təhsilə avqustun sonunda başlamaları nəzərdə tutulub. Şagirdlər sinifdə və oyun meydançalarında kiçik qruplar şəklində olacaqlar. Bir-birilərinə qarşı məsafə saxlamaları ilə bağlı xəbərdarlıq ediləcək.

İSRAİL: PƏNCƏRƏLƏR DAİM AÇIQ OLMALIDIR

Məktəblərin sentyabrın 1-də açılması planlaşdırılan İsraildə maska taxmaq dördüncü və yuxarı sinif şagirdləri üçün məcburi hala gətirildi. Pəncərələr məktəblərdə hər zaman açıq saxlanılmalı və əllər tez-tez yuyulmalıdır.

ALMANiYA: ƏYANİ TƏDRİSƏ BAŞLADI

Almaniyada məktəbə qayıdan uşaqlar üz-üzə təhsilə başladılar. Şagirdlərə məktəblərdə sosial məsafəyə diqqət yetirmələri üçün qayda və işarələrlə xəbərdarlıq edilir. Şagirdlər və müəllimlərin dəhlizlərdə maska taxması məcburi olsa da, sinif və ya oyun meydançalarında bu məcburi deyil.

Qonşu Türkiyənin təhsil müəssislərində isə hələ ki, 31 avqust-21 sentyabr arası  tədrisin məsafədən təşkili nəzərdə tutulub.

Qeyd edək ki, Azərbaycanda növbəti tədris ilində təhsil müəssisələrinin fəaliyyətinin hansı qaydada təşkil ediləcəyi hələ ki, elan edilməyib.AzEdu.az



Загрузка...
Həmçinin oxuyun:
Finlandiya məktəbləri karantindən sonra

Finlandiya məktəbləri karantindən sonra

ABŞ-da məktəblərin açılmasına qarşı “tabut və cəsədlər”li etiraz -VİDEO

ABŞ-da məktəblərin açılmasına qarşı “tabut və cəsədlər”li etiraz -VİDEO

Karantindən sonra sinif otaqlarında neçə şagird olmalıdır? - Partalararası 2 metr məsafə tələbi

Karantindən sonra sinif otaqlarında neçə şagird olmalıdır? - Partalararası 2 metr məsafə tələbi

Sentyabrın 15-dən yuxarı siniflər üçün dərslər distant formada keçirilə bilər - AÇIQLAMA

Sentyabrın 15-dən yuxarı siniflər üçün dərslər distant formada keçirilə bilər - AÇIQLAMA

Dünya ölkələrində məktəblər yenidən necə açıldı?

Dünya ölkələrində məktəblər yenidən necə açıldı?

Çində məktəblər açıldı

Çində məktəblər açıldı

Bu yerlərdə də maska taxmaq MƏCBURİ OLACAQ - RƏSMİ

Bu yerlərdə də maska taxmaq MƏCBURİ OLACAQ - RƏSMİ

Məktəbəhazırlıq qruplarına şagird qəbulu nə vaxt başlayacaq?

Məktəbəhazırlıq qruplarına şagird qəbulu nə vaxt başlayacaq?

Təhsil İnstitutu növbəti tədris ili ilə bağlı iki ssenari təklif edir.

Təhsil İnstitutu növbəti tədris ili ilə bağlı iki ssenari təklif edir.

Məktəblərin ənənəvi şəkildə açılması nə dərəcədə təhlükəsizdir? Şəxsi fikir

Məktəblərin ənənəvi şəkildə açılması nə dərəcədə təhlükəsizdir? Şəxsi fikir

Dərslərin sentyabrda başlayacağı sual altındadır, amma maraqlı alternativlər var

Dərslərin sentyabrda başlayacağı sual altındadır, amma maraqlı alternativlər var

Sentyabrın 15-də Gürcüstanda yeni tədris ili başlayacaq

Sentyabrın 15-də Gürcüstanda yeni tədris ili başlayacaq

Baş infeksionist: “Karantin rejimi bitəndən sonra Azərbaycanda maska taxmaq məcburi olmalıdır!”

Baş infeksionist: “Karantin rejimi bitəndən sonra Azərbaycanda maska taxmaq məcburi olmalıdır!”

Türkiyədə məktəblərin açılması təxirə salındı

Türkiyədə məktəblərin açılması təxirə salındı

Məktəblər hansı tarixdə açılacaq? – RƏSMİ AÇIQLAMA

Məktəblər hansı tarixdə açılacaq? – RƏSMİ AÇIQLAMA

Cənubi Koreyada məktəblərin açılması ilə heç də hamı razı deyil.

Cənubi Koreyada məktəblərin açılması ilə heç də hamı razı deyil.

Təhsil ekspertindən yeni dərs ilinə dair TƏKLİFLƏR

Təhsil ekspertindən yeni dərs ilinə dair TƏKLİFLƏR

I, V, IX siniflər üçün həftədə üç, X və XI siniflər üçün dərslər tam onlayn qaydada keçirilsin - TƏKLİF

I, V, IX siniflər üçün həftədə üç, X və XI siniflər üçün dərslər tam onlayn qaydada keçirilsin - TƏKLİF

“İbtidai sinif şagirdlərinin məktəblərə daha çox ehtiyacı var” - Deputat

“İbtidai sinif şagirdlərinin məktəblərə daha çox ehtiyacı var” - Deputat

KİV: Yeni dərs ili ilə bağlı təlimatlar verilib

KİV: Yeni dərs ili ilə bağlı təlimatlar verilib

Məktəblərin yenidən açılması

Məktəblərin yenidən açılması

Maska taxmaq koronavirusdan nə qədər qoruyur?

Maska taxmaq koronavirusdan nə qədər qoruyur?

Almaniyada məktəblərin bir hissəsi açıldı

Almaniyada məktəblərin bir hissəsi açıldı

Məktəbləri yenidən necə aça bilərik?

Məktəbləri yenidən necə aça bilərik?