AzTehsil.com


Xəbərlər
24 may 2020
2 036


Bu yerlərdə də maska taxmaq MƏCBURİ OLACAQ - RƏSMİ



Bu yerlərdə də maska taxmaq MƏCBURİ OLACAQ - RƏSMİ

 

COVİD-19 yeni növ koronavirus infeksiyası ilə bağlı ölkədə tətbiq edilmiş karantin rejimi yumşaldıldıqdan sonra paytaxtdakı mənzərə heç də ürəkaçan deyil.

Bəzi karantin qaydalarının ləğvi vətəndaşların məsuliyyətsizliyini yenidən üzə çıxarıb. Bu da Operativ Qərargahın yoluxma ilə bağlı açıqladığı statistikada öz əksini açıq şəkildə büruzə verir. Yoluxanların sayının 3 rəqəmli statistikadan aşağı düşməməsini vətəndaşların sosial məsafə saxlamamaq və maskadana istifadə etməməkləri ilə əlaqələndirmək hazırkı duruma görə məntiqlidir.

Hadisələrin belə cərəyan edəcəyi halda karantin qaydaları yenidən sərtləşdirilə bilərmi? Belə olacağı halda vətəndaşları hansı cərimələr gözləyir?

Bununla bağlı Milli.Az-a danışan Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarını gözlədiklərini bildirib:

"Operativ Qərargah hansı tədbirləri görsə biz onu icra edirik. Karantin rejiminə riayət olunmasına nəzarəti fasiləsiz olaraq bizim polis əməkdaşları, Daxili Qoşunların hərbi qulluqçuları ölkə ərazisində, o cümlədən paytaxtda həyata keçirir. Metrodan istifadə edən sərnişinlərdən mütləq qaydada maskadan istifadə etmək tələb olunur. Polis icraçıdır, biz hansı qərar qəbul olunsa onun icrasına nəzarət edirik".

Nazirlər Kabineti yanında Operativ Qərargahın Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) sədri Ramin Bayramlı isə cəzaların sərtləşdiriləcəyini və yeni qaydaların olacağı xəbərini verib:

"Parklarda, bulvarda gəzmək sosial məsafə qaydalarına ciddi riayət etməklə olmalıdır. Tibbi maskanın taxılması qapalı sahələrdə məcburidir. Taxılmayacağı halda ciddi cərimələr tətbiq olunacaq. Açıq havada isə tövsiyə olunur. Vətəndaşlarımız öz sağlamlıqlarına riayət etsinlər. Xüsusilə hündürmərtəbəli yaşayış binalarında, biznes mərkəzlərində liftlərlə enərkən onlar infeksiyanın bu tip sahələrdə qala biləcəyi ehtimalını nəzərə almalıdırlar. Ancaq açıq havada da bankların qarşısında, hansısa bir digər məqsədlərlə növbələr olarsa, burada da məcburi olacaqdır, açıq hava olmasına baxmayaraq. Yəni maska taxılması qapalı sahələrdə və açıq sahələrdəki növbələrdə məcburi olacaqdır".

Qeyd edək ki, mövcud vəziyyətdə xüsusi karkarantin rejimi mayın 31-nə kimi qüvvədədir. İyunun 1-dən bəzi qadağaların ləğvi gözlənilir. 

 




Загрузка...
Həmçinin oxuyun:
Azərbaycanda tibbi maskadan istifadə etməyənlərə qarşı reydlərə start verilib

Azərbaycanda tibbi maskadan istifadə etməyənlərə qarşı reydlərə start verilib

Baş infeksionist: “Karantin rejimi bitəndən sonra Azərbaycanda maska taxmaq məcburi olmalıdır!”

Baş infeksionist: “Karantin rejimi bitəndən sonra Azərbaycanda maska taxmaq məcburi olmalıdır!”

Bu tarixdən etibarən karantin rejim yenidən sərtləşdirilə bilər - XƏBƏRDARLIQ

Bu tarixdən etibarən karantin rejim yenidən sərtləşdirilə bilər - XƏBƏRDARLIQ

Xüsusi karantin rejimi 1 iyundan sonra da uzadılacaq -RƏSMİ

Xüsusi karantin rejimi 1 iyundan sonra da uzadılacaq -RƏSMİ

TƏBİB sədri Ramin Bayramlı: “Şagird və valideynləri məsuliyyətli olmağa çağırırıq”

TƏBİB sədri Ramin Bayramlı: “Şagird və valideynləri məsuliyyətli olmağa çağırırıq”

Ölkə ərazisində xüsusi karantin rejimi elan edildi.

Ölkə ərazisində xüsusi karantin rejimi elan edildi.

“Sərt karantin rejimi uzun müddət uzadıla bilməz” – TƏBİB sədri qarşıdakı təhlükələrdən DANIŞDI

“Sərt karantin rejimi uzun müddət uzadıla bilməz” – TƏBİB sədri qarşıdakı təhlükələrdən DANIŞDI

Karantin rejiminin uzadılması ilə bağlı operativ qərargaha TƏKLİF

Karantin rejiminin uzadılması ilə bağlı operativ qərargaha TƏKLİF

Operativ Qərargah: Bu gecədən etibarən ölkə ərazisində sosial izolyasiya tədbirləri tətbiq edilir

Operativ Qərargah: Bu gecədən etibarən ölkə ərazisində sosial izolyasiya tədbirləri tətbiq edilir

Gəncədə karantin rejimini pozan uşaq bağçası aşkarlandı

Gəncədə karantin rejimini pozan uşaq bağçası aşkarlandı

Azərbaycanda tibbi maskadan istifadə məcburi olacaq - RƏSMİ AÇIQLAMA

Azərbaycanda tibbi maskadan istifadə məcburi olacaq - RƏSMİ AÇIQLAMA

31 may tarixindən sonra karantin rejimi uzadılacaq? - RƏSMİ AÇIQLAMA

31 may tarixindən sonra karantin rejimi uzadılacaq? - RƏSMİ AÇIQLAMA

XƏBƏRDARLIQ: Yoluxanların sayı artır, karantin rejimi sərtləşə bilər

XƏBƏRDARLIQ: Yoluxanların sayı artır, karantin rejimi sərtləşə bilər

Nazirlər Kabinetindən infeksiyaya görə valideynlərə ÇAĞIRIŞ

Nazirlər Kabinetindən infeksiyaya görə valideynlərə ÇAĞIRIŞ

Bakıdan rayonlara gediş-gəlişə yalnız iki halda icazə veriləcək

Bakıdan rayonlara gediş-gəlişə yalnız iki halda icazə veriləcək

Bakı metrosu açılır? - Qurum rəsmisi aydınlıq gətirdi

Bakı metrosu açılır? - Qurum rəsmisi aydınlıq gətirdi

Azərbaycanda xüsusi karantin rejiminin müddəti mayın 31-dək uzadılıb

Azərbaycanda xüsusi karantin rejiminin müddəti mayın 31-dək uzadılıb

Maska taxmayan vətəndaşlar CƏRİMƏ OLUNACAQ - Rəsmi

Maska taxmayan vətəndaşlar CƏRİMƏ OLUNACAQ - Rəsmi

Adi tibbi maska taxmaq nə üçün vacibdir? - Həkim ŞƏRHİ

Adi tibbi maska taxmaq nə üçün vacibdir? - Həkim ŞƏRHİ

Azərbaycanda sabahdan bu iş yerləri açılır - SİYAHI

Azərbaycanda sabahdan bu iş yerləri açılır - SİYAHI

Azərbaycanda koronavirusla bağlı son vəziyyət açıqlanır - CANLI YAYIM

Azərbaycanda koronavirusla bağlı son vəziyyət açıqlanır - CANLI YAYIM

TƏBİB sədri indidən valideyinlərə çağırış etdi

TƏBİB sədri indidən valideyinlərə çağırış etdi

Aprelin 27-dən məhdudiyyətlərin bir qisminin yumşaldılmasına qərar verilib

Aprelin 27-dən məhdudiyyətlərin bir qisminin yumşaldılmasına qərar verilib

Azərbaycanda koronavirusun pik dövrü açıqlandı - RƏSMİ

Azərbaycanda koronavirusun pik dövrü açıqlandı - RƏSMİ