AzTehsil.com


Xəbərlər / Müəllim
09 avqust 2020
4 040


Məktəblərin ənənəvi şəkildə açılması nə dərəcədə təhlükəsizdir? Şəxsi fikir



Məktəblərin ənənəvi şəkildə açılması nə dərəcədə təhlükəsizdir? Şəxsi fikir

 

Son zamanlar məktəblərin ənəvi şəkildə açılması haqqında söhbətlər və tələblər artıb. Bunu həm valideynlər, həm də çoxsaylı təhsil ekspertləri tələb edirlər.

Sizi bilmirəm, mən isə 2 uşaq anası olaraq məktəblərin indiki vəziyyətdə ənənəvi şəkildə açılmasından çox narahatam və narahaçılığımı izah edən onlarla dəlil gətirə bilərəm.
 
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) koronavirus pandemiyası ilə əlaqədar beynəlxalq fövqəladə vəziyyət rejimini növbəti 3 ay müddətinə uzadıb. Yəni vəziyyət kifayət qədər ciddi və mürəkkəbdir.

Bildiyimiz kimi, koronavirusdan qorunmağın əsas 3 qaydası mövcuddur: sosial məsafə, əl gigiyenası və qapalı məkanlarda maskaların taxılması. Yəni bu qaydalara (üçünə də!) əməl olunmazsa, koronavirusdan qorunmaq mümkün olmayacaq. İndi özümüzə bir sual verək - bu qaydaların hansına adi dövlət məktəbində riayət etmək mümkündür?

Əl gigiyenası? Məktəbdə axırıncı dəfə nə vaxt olmusunuz? Tədris ili başlayandan 1-2 həftə sonra istənilən məktəbə daxil olan kimi (dövlət məktəblərindən söhbət gedir) insanı spesifik "ambre” bürüyür. 1000-2000 uşaq oxuyan məktəbdə neçə sanitar qovşağı olmalıdır ki, hər uşaq əl gigiyenasına riayət edə bilsin? Adi dövlət məktəbində neçə belə sanitar qovşağı olur? Qabaqcadan deyim ki, çox azdır və orada olan gigiyenik şərait də bir çox hallarda olduqca aşağı səviyyədədir.

Deyə bilərsiniz ki, əl gigiyenası üçün xüsusi məhlullar var. Bütün mütəxəssislər vurğulayır ki, bu məhlullardan istifadə su ilə sabun qədər effektli deyil. Xüsusilə də belə məhlullardan uşaq istifadə edirsə.

Təhsil ekspertləri təklif edirlər ki, hər dərsdən əvvəl və sonra (yəni tənəffüs vaxtı) sinif otaqları dezinfeksiya olunsun. Çox gözəl və eyni zamanda reallıqdan uzaq olan təklifdir. Axı 10-15 dəqiqə ərzində bütün məktəbi necə dezinfeksiya etmək olar? Tənəffüs vaxtı hətta 30 dəqiqəyə uzadılsa belə bunu nənəm demiş "dədəli-nənəli” etmək mümkün deyil.  

2-ci qayda - sosial məsafə. Bütün ölkəni deyə bilmərəm, Bakının isə bir çox məktəblərində siniflərdə 30-40 uşaq oxuyur. Burada hansı sosial məsafədən söhbət gedə bilər? Sinif otaqları nə ölçüdə olmalıdır ki, sosial məsafə təmin olunsun?

Bəzi ekspertlər təklif edirlər ki, uşaqlar parta arxasında bir-bir otursun. Ay hörmətli ekspertlər, məktəblərimiz var ki, uşaqlar nəinki iki-iki, hətta yer olmadığından üç-üç də otururlar.

Keçək maskalara. Kim inanır ki, çin, yapon uşağı deyil, bizim uşaq 3-4, böyük siniflərdə hətta 6 saat ərzində maskanı çənədə, qulaqda, alında, qolda və s. yerlərdə deyil, məhz üzdə, ağız və burun bağlı olmaq şərti ilə saxlayacaq, əlini qaldırsın. Mən inanmıram. Deyəcəksiniz, müəllimlər nəzarət etsin. İndi buna inanan əlini qaldırsın.

Burada digər məsələ də var. Maska 2 saatdan bir, bəzən daha tez-tez yenisi ilə əvəz olunmalıdır. Əgər bir evdən məktəbə 2-3 uşaq gedirsə, bu, indiki vəziyyəti nəzərə alaraq, bir çox ailələrin büdcəsinə ciddi təsir edəcək. Nəticədə uşaqlar eyni maskada bir neçə gün gəzməli olacaqlar və bu da nəinki koronavirusun, bir çox digər infeksiyaların, allergiyanın riskini daha da artıracaq.

Şəxsən mənim fikrimə görə, indiki vəziyyətdə məktəblərdə koronavirusdan qorunmaq üçün ÜST tərəfindən təyin olunmuş qaydalara riayət etmək demək olar mümkün deyil.

Aylar ərzində koronavirus haqqında yazan və bu infeksiyanı araşdırmağa çalışan insan kimi deyə bilərəm ki, koronavirus çox hiyləgər infeksiyadır və hətta dünyanın ən tanınmış virusoloq və infeksionistləri bu virusdan indiyə kimi "baş aça” bilmirlər. Koronavirusun uşaq orqanizminə olan təsiri isə ümumiyyətlə hələ ki demək olar öyrənilməyib.

Məktəb və uşaq bağçaları pandemiyanın əvvəlində bağlandığından uşaqlar arasında koronavirus çox yayılmayıb. Bəzi mütəxəssislər qeyd edirlər ki, 12 yaşına kimi uşaqlar üçün virus nisbətən təhlükəsiz olsa da, daha böyük yaşda uşaqlar üçün təhlükəlidir. Bundan əlavə koronavirusun fonunda uşaqlarda nadir hallarda olsa da çox ciddi və ölümə səbəb olan pozulma (Kavasaki sindromu) inkişaf edə bilir. Dünyada bir neçə belə hal qeydə alınıb.

Sonda sizi bir neçə faktla da tanış edim. Bu yaxınlarda İsraildə məktəblər açılıb və qısa bir müddətdən sonra ölkədə koronavirusun 2-ci dalğası başlayıb. Məlum olub ki, koronavirus məhz məktəblərdən yayılmağa başlayıb. Məktəblərdə qoruyucu tədbirlərə tam şəkildə riayət olunmurdu və bu da epidemiyanın yenidən alovlanmasına səbəb oldu.

Eyni hal Yaponiya və Danimarka kimi qabaqcıl ölkələrdə də yaşanıb – məktəblər açılan kimi koronavirusa yoluxanların sayı artmağa başlayıb.

Marina İsayeva
Saglamolun.Az



Загрузка...
Həmçinin oxuyun:
Nə üçün indiki vəziyyətdə məktəbləri açmaq təhlükəlidir?

Nə üçün indiki vəziyyətdə məktəbləri açmaq təhlükəlidir?

Uşaqların məktəbdə koronavirusa yoluxma riski nə qədərdir?

Uşaqların məktəbdə koronavirusa yoluxma riski nə qədərdir?

"Hər bir məktəblinin şəxsi gigiyenası ailəsindən və özündən asılıdır”

"Hər bir məktəblinin şəxsi gigiyenası ailəsindən və özündən asılıdır”

Azərbaycanda 6 yaşlı uşaq koronavirusa yoluxdu - Baş həkim danışdı

Azərbaycanda 6 yaşlı uşaq koronavirusa yoluxdu - Baş həkim danışdı

Koronavirusdan qorunmaq üçün bunları için: meyvə şirəsi, zəncəfilli çay...

Koronavirusdan qorunmaq üçün bunları için: meyvə şirəsi, zəncəfilli çay...

Uşaqların koronavirusdan qorumağın yolları AÇIQLANDI

Uşaqların koronavirusdan qorumağın yolları AÇIQLANDI

"Sərtləşdirilmiş karantin rejimi bir neçə həftə də uzadıla bilər"

"Sərtləşdirilmiş karantin rejimi bir neçə həftə də uzadıla bilər"

Uşağınızı məktəbə belə hazırlayın – PSİXOLOQ YOLLARI GÖSTƏRİR

Uşağınızı məktəbə belə hazırlayın – PSİXOLOQ YOLLARI GÖSTƏRİR

Bakıda uşaqlar “koksaki” virusuna tutulub? - VALİDEYNLƏR NARAHATDIR

Bakıda uşaqlar “koksaki” virusuna tutulub? - VALİDEYNLƏR NARAHATDIR

Tibbi maskadan istifadə zamanı bu qaydalara əməl olunmalıdır

Tibbi maskadan istifadə zamanı bu qaydalara əməl olunmalıdır

Hər dəcəl uşaq hiperaktiv uşaq deyil

Hər dəcəl uşaq hiperaktiv uşaq deyil

Dünya ölkələrində məktəblər yenidən necə açıldı?

Dünya ölkələrində məktəblər yenidən necə açıldı?

Eşitmə qüsurunu neçə yaşa qədər aradan qaldırmaq mümkündür?

Eşitmə qüsurunu neçə yaşa qədər aradan qaldırmaq mümkündür?

İsti hava koronavirusa necə təsir edir? Epidemioloqdan açıqlama

İsti hava koronavirusa necə təsir edir? Epidemioloqdan açıqlama

Dezinfeksiya üçün bu vasitələrdən istifadə etməyin – Koronavirusu öldürmür

Dezinfeksiya üçün bu vasitələrdən istifadə etməyin – Koronavirusu öldürmür

Dərs ilinin ilk günü ağlayan birincilər - Məktəbdə onlarla necə davranmaq lazımdır?

Dərs ilinin ilk günü ağlayan birincilər - Məktəbdə onlarla necə davranmaq lazımdır?

Koronavirus epidemiyasının səbəbi nədir? Professordan qeyri-adi izah

Koronavirus epidemiyasının səbəbi nədir? Professordan qeyri-adi izah

Məktəbləri yenidən necə aça bilərik?

Məktəbləri yenidən necə aça bilərik?

Pandemiyanın təhsilə təsiri

Pandemiyanın təhsilə təsiri

Uşaqlar məktəbdən niyə qorxur?- Psixoloqdan valideynlərə məsləhət

Uşaqlar məktəbdən niyə qorxur?- Psixoloqdan valideynlərə məsləhət

Şagirdləri tətildən sonra dərsə necə alışdırmaq olar?

Şagirdləri tətildən sonra dərsə necə alışdırmaq olar?

Vasif İsmayıl: Koronavirusun ikinci dalğası 3 ay sonra, avqust-sentyabr aylarına gözlənilir

Vasif İsmayıl: Koronavirusun ikinci dalğası 3 ay sonra, avqust-sentyabr aylarına gözlənilir

Evdə təhsil sistemi- Azərbaycanda da mümkünmü?

Evdə təhsil sistemi- Azərbaycanda da mümkünmü?

Pediatr: “Bu hallarda uşaqların böyüklərlə ünsiyyətinə icazə verməyin” - AÇIQLAMA

Pediatr: “Bu hallarda uşaqların böyüklərlə ünsiyyətinə icazə verməyin” - AÇIQLAMA