Xəbərlər
10 sentyabr 2020
1 220


Ali məktəblərdə karantin qaydaları necə qorunacaq? - SORĞU

 

Koronavirus pandemiyası ilə əlaqədar ali təhsil müəssisələrində sentyabrın 15-dən dərslər onlayn başlayacaq. Oktyabrın 1-dən birinci kurs tələblərinin dərslərə əyani gəlməsi planlaşdırılır. Oktyabrın 15-dən sonra laboratoriya işi tələb edən bəzi ixtisaslar üzrə əyani təhsilin təşkilinə icazə veriləcək.

Maraqlıdır, universitetlər koronavirusa qarşı daxili imkanlardan istifadə edilərək karantin qaydaları necə qorunacaq?

Oxu.Az mövzu ilə bağlı universitetlərə sorğu ünvanlayıb. 

Bakı Mühəndislik Universitetinin (BMU) mətbuat xidmətinin rəhbəri Elman Babayev deyib ki, Nazirlər Kabinetinin müvafiq qərarına uyğun olaraq, digər ali təhsi müəssisələrində olduğu kimi Bakı Mühəndislik Universitetində (BMU) 2020/2021-ci tədris ilindən dərslər distant formada davam etdiriləcək:

"Oktyabrın ayının 1-dən isə müvafiq ixtisaslar üzrə razılaşdırılmaqla qismən əyani təhsil təşkil ediləcək. Epidemioloji vəziyyətdən asılı olaraq tədris prosesi Nazirlər Kabineti yanında operativ qərargahın qəbul etdiyi qərarlara və Təhsil Nazirliyinin tələblərinə uyğun olaraq müəyyən edilən formada davam etdiriləcək. Onlayn tədris sahəsində BMU geniş təcrübəyə malikdir. Belə ki, pandemiya dövründən əvvəl elektron tədris, onlayn tədris platforması, elektron universitet idarəetmə sistemi və digər elektron xidmətlər mövcud olub və buna görə də həmin resursların istifadəsi pandemiya dövründə də davam edib. 

Koronavirus pandemiyasının geniş yayılmasının qarşısının alınması, həmçinin universitet işçilərinin sağlamlıqlarını qorumaq məqsədilə hər həftə BMU-da tibbi-profilaktik və dezinfeksiya tədbirləri həyata keçirilib və bu işlər hazırda da davam etdirilir. Bu istiqamətdə işlərin yüksək səviyyədə və davamlı olaraq həyata keçirilməsi üçün müxtəlif səth dezinfeksiyaedici və təmizləyici vasitələr, qoruyucu geyimlər, həmçinin spirt əsaslı əl dezinfeskiyaedici məhsullar alınıb. Hər mərtəbədə bu məhsullardan maneəsiz istifadə üçün imkanlar yaradılıb”.

Bakı Dövlət Universitetinin (BDU) mətbuat xidmətinin rəhbəri Günel Orucəliyeva isə bildirib ki, Bakı Dövlət Universitetində koronavirus (COVID-19) infeksiyasına yoluxma hallarına yol verilməməsi və onun qarşısının alınmasını təmin etmək üçün hazırlıq işləri yüksək səviyyədə davam etdirilir:

"Yeni tədris ilinin başlamasına az müddətin qaldığını nəzərə alaraq, BDU-da virusa qarşı təhlükəsizliyin təmin edilməsi məqsədilə təlimat kitabçası hazırlanır. Təlimatda bütün metodik göstərişlər öz əksini tapıb. BDU əməkdaşlarının təhlükəsizliyi üçün lazımı şərait yaradılıb. Universitet ərazisinə daxil olan əməkdaşların məsafədən ölçə bilən elektron termometrlə bədən hərarətləri yoxlanılır, zəruri dezinfeksiyaedici vasitələrdən istifadə olunur, qoruyucu vasitələrlə (əlcək, tibbi maska) təmin edilir”.

Azərbaycan Texniki Universitetinin (AzTU) mətbuat xidmətinin rəhbəri Sevinc İsgəndərovanın dediyinə görə, pandemiya ilə əlaqədar dərslər onlayn formada başlayacaq: 

"Müəllim və tələbələr universitetə gəlməyəcək. Lakin əməkdaşların müəyyən bir hissəsi işə gəlib-getdiyi üçün universitet daxilində mütəmadi olaraq dezinfeksiya işləri həyata keçirilir. Otaqlarda dezinfeksiyaedici vasitələrdən və tibbi maskadan istifadə edilir. Bundan sonra da Nazirlər Kabineti yanında operativ qərargahın və Təhsil Nazirliyinin tədris prosesi ilə bağlı verəcəkləri qərarlar icra olunacaq”.

Azərbaycan Tibb Universitetinin (ATU) mətbuat xidmətinin rəhbəri Günel Aslanovanın sözlərinə görə, ATU-nun bütün tədris binalarında, klinikalarında, yataqxanasında dezinfeksiya işləri aparılır: 

"Bufetlər açılmayacaq. Çünki bufetlərə tələbə axını çox olur. Dərslərə gəldikdə isə onlayn şəkildə olacaq. Mühazirələr videolar şəklində hazırlanır. Hazırda mühazirələrin videolara yığılması prosesi gedir. Tələbələrin hərarəti yoxlanılacaq, maska ilə siniflərə buraxılacaq. Dərs otaqlarında ara məsafəsinin saxlanılması üçün dəyişikliklər edilir”.
Məqalə Göndər








Загрузка...
Həmçinin oxuyun:
BMU-da təlim-tədris prosesi məsafədən təşkil olunacaq

BMU-da təlim-tədris prosesi məsafədən təşkil olunacaq

Təhsil müəssisələrində dezinfeksiya işləri intensivləşdirilib

Təhsil müəssisələrində dezinfeksiya işləri intensivləşdirilib

Məktəbdənkənar təhsil müəssisələrində dezinfeksiya işləri aparılır

Məktəbdənkənar təhsil müəssisələrində dezinfeksiya işləri aparılır

Bakı Mühəndislik Universitetində tədris prosesinin vaxtı uzadılıb

Bakı Mühəndislik Universitetində tədris prosesinin vaxtı uzadılıb

Ümumi təhsil müəssisələrində dezinfeksiya işləri genişləndirilib

Ümumi təhsil müəssisələrində dezinfeksiya işləri genişləndirilib

UNEC-də dərslər distant formada təşkil ediləcək

UNEC-də dərslər distant formada təşkil ediləcək

Qonşu ölkələrdə “Koronavirus qaydaları”na əsasən yeni dərs ili

Qonşu ölkələrdə “Koronavirus qaydaları”na əsasən yeni dərs ili

Təhsil Nazirliyinin Mətbuat xidmətinin məlumatı

Təhsil Nazirliyinin Mətbuat xidmətinin məlumatı

Dərs ili kim üçün nə vaxt başlayacaq: bağçalar, məktəblər, ali məktəblər - DƏQİQ İNFOQRAFİKA

Dərs ili kim üçün nə vaxt başlayacaq: bağçalar, məktəblər, ali məktəblər - DƏQİQ İNFOQRAFİKA

BDU-da tədrisin məsafədən təşkili davam etdirilir

BDU-da tədrisin məsafədən təşkili davam etdirilir

BMU-nun rektoru onlayn keçirilən imtahanları izləyib

BMU-nun rektoru onlayn keçirilən imtahanları izləyib

Tibbi spirtdən istifadə şagirdlər üçün təhlükə yaradacaqmı?

Tibbi spirtdən istifadə şagirdlər üçün təhlükə yaradacaqmı?

KİV: Yeni dərs ili ilə bağlı təlimatlar verilib

KİV: Yeni dərs ili ilə bağlı təlimatlar verilib

MDU-da təkrar dezinfeksiya tədbirləri

MDU-da təkrar dezinfeksiya tədbirləri

BMU-da tədrisin məsafədən təşkili üzrə göstəricilər

BMU-da tədrisin məsafədən təşkili üzrə göstəricilər

I, V, IX siniflər üçün həftədə üç, X və XI siniflər üçün dərslər tam onlayn qaydada keçirilsin - TƏKLİF

I, V, IX siniflər üçün həftədə üç, X və XI siniflər üçün dərslər tam onlayn qaydada keçirilsin - TƏKLİF

Azərbaycan-Fransız Universitetində dərslərin distant şəkildə tədrisi davam etdirilir

Azərbaycan-Fransız Universitetində dərslərin distant şəkildə tədrisi davam etdirilir

Naxçıvanda da dərslər martın 27-dək təxirə salınıb

Naxçıvanda da dərslər martın 27-dək təxirə salınıb

Universitetlərimizin təhlükəsizliyi necə qorunur?...

Universitetlərimizin təhlükəsizliyi necə qorunur?...

AzMİU-da onlayn dərslər davam edir

AzMİU-da onlayn dərslər davam edir

Bakı Xoreoqrafiya Akademiyasının bakalavrları təhsillərini distant şəkildə davam etdirirlər

Bakı Xoreoqrafiya Akademiyasının bakalavrları təhsillərini distant şəkildə davam etdirirlər

İlahiyyat İnstitutunda təhsil prosesinin davamlılığını təmin etmək məqsədilə müvafiq tədbirlər həyata keçirilir

İlahiyyat İnstitutunda təhsil prosesinin davamlılığını təmin etmək məqsədilə müvafiq tədbirlər həyata keçirilir

“Müşahidəm odur ki, əksər tələbələr bu prosesdə həvəslə iştirak edir”

“Müşahidəm odur ki, əksər tələbələr bu prosesdə həvəslə iştirak edir”

BMU-nun tələbələri yataqxana üçün kirayə ödənişlərindən azad olunub

BMU-nun tələbələri yataqxana üçün kirayə ödənişlərindən azad olunub