Xəbərlər
09 iyun 2020
1 300


BMU-nun rektoru onlayn keçirilən imtahanları izləyib

BMU-nun rektoru onlayn keçirilən imtahanları izləyib

 

Bakı Mühəndislik Universitetində (BMU) 2019/2020-ci tədris ilinin yaz semestrinin yay imtahan sessiyası onlayn rejimdə öz işini davam etdirir.

BMU-nun rektoru, professor Havar Məmmədov onlayn təşkil olunan imtahan sessiyasını izləyib. Rektor koronavirus (COVID-19) pandemiyasının yaratdığı mövcud vəziyyətə uyğun olaraq BMU-da onlayn formada tədrisin məsafədən təşkil edildiyini xatırladıb və bunun üçün bütün texniki imkanların yaradıldığını bildirib. Rektor tələbələrinin böyük əksəriyyətinin Google Classroom platformasından istifadəsinin və onlayn tədrisə cəlb olunmasının təmin edildiyini söyləyib və bildirib ki, tədris olunan fənlərin, ümumilikdə 98%-i onlayn formada  təşkil edilib.

H.Məmmədov ümumilikdə Azərbaycan təhsilinin pandemiyanın yaratdığı sınaqlardan uğurla çıxdığını, eyni zamanda imtahan sessiyası ilə bağlı tələbələrin xeyrinə bir sıra mühüm qərarlar verildiyini vurğulayıb. O, sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin təhsil haqqı xərclərinin bu il dövlət tərəfindən ödənilməsi istiqamətində verilən qərara toxunaraq,  məsələnin nəzarətdə saxlanıldığını və bu istiqamətdə iş aparıldığını bildirib.

Rektor yaz imtahan sessiyanın şəffaf və mövcud qaydalara uyğun keçirilməsi məqsədilə bütün texniki tədbirlərin yüksək səviyyədə həyata keçirildiyini nəzərə çatdırıb.  H.Məmmədov imtahan nəticələrindən narazı qalan tələbələrin universitetdə yaradılmış apelyasiya komissiyasına onlayn şəkildə müraciət etmə imkanlarının olduğunu bildirib. Tələbələrin biliyinin obyektiv və qərəzsiz qiymətləndiriləcəyinə əminliyini ifadə edən rektor imtahanda iştirak edən bütün tələbələrin suallarını cavablandırıb və onlara uğurlar arzulayıb.

Qeyd edək ki, BMU-da yaz semestrinin imtahan sessiyası 8 iyun tarixində başlayıb, 5 həftə ərzində onlayn qaydada test və frontal sorğu formasında davam edəcək. Mövcud vəziyyət və tələbələrin rəyləri nəzərə alınaraq imtahan sessiyasının keçirilməsi və biliyin qiymətləndirilməsi qaydaları vaxtında hazırlanıb və Təhsil Nazirliyi ilə razılaşdırılıb. Həmin qaydalar BMU-nun saytında yerləşdirilib.
 muallim.edu.az 
 
Məqalə Göndər








Загрузка...
Həmçinin oxuyun:
SDU-da imtahan sessiyası onlayn rejimdə öz işinə başlayıb

SDU-da imtahan sessiyası onlayn rejimdə öz işinə başlayıb

BMU-da tədrisin məsafədən təşkili üzrə göstəricilər

BMU-da tədrisin məsafədən təşkili üzrə göstəricilər

“Müəllimlərin obyektiv, şəffaf, ədalətli qiymətləndirmə aparacağına əminəm”

“Müəllimlərin obyektiv, şəffaf, ədalətli qiymətləndirmə aparacağına əminəm”

ADPU-da payız semestrinin imtahan sessiyası başa çatdı

ADPU-da payız semestrinin imtahan sessiyası başa çatdı

BMU-da təlim-tədris prosesi məsafədən təşkil olunacaq

BMU-da təlim-tədris prosesi məsafədən təşkil olunacaq

Rektor Elmar Qasımov tələbələrlə onlayn görüş keçirdi

Rektor Elmar Qasımov tələbələrlə onlayn görüş keçirdi

Qış imtahanlarından “2” alan tələbələr - MÜZAKİRƏLƏR BAŞLADI

Qış imtahanlarından “2” alan tələbələr - MÜZAKİRƏLƏR BAŞLADI

“Müşahidəm odur ki, əksər tələbələr bu prosesdə həvəslə iştirak edir”

“Müşahidəm odur ki, əksər tələbələr bu prosesdə həvəslə iştirak edir”

BSU-da yaz semestrinin imtahan sessiyasına hazırlıq

BSU-da yaz semestrinin imtahan sessiyasına hazırlıq

ADPU-də 2016-2017-ci tədris ilinin payız semestrinin imtahan sessiyası davam edir

ADPU-də 2016-2017-ci tədris ilinin payız semestrinin imtahan sessiyası davam edir

ADU -da I növbə təşkil olunan imtahanlarda 635 tələbə onlayn imtahan verib

ADU -da I növbə təşkil olunan imtahanlarda 635 tələbə onlayn imtahan verib

AzMİU-da 1500-ə yaxın onlayn dərs keçirilib

AzMİU-da 1500-ə yaxın onlayn dərs keçirilib

Payız semestrinin imtahan sessiyası-bilik yeganə meyardır

Payız semestrinin imtahan sessiyası-bilik yeganə meyardır

Valideynlər ADU-da imtahan prosesinin təşkilindən razı qalıblar

Valideynlər ADU-da imtahan prosesinin təşkilindən razı qalıblar

Bakı Mühəndislik Universitetində tədris prosesinin vaxtı uzadılıb

Bakı Mühəndislik Universitetində tədris prosesinin vaxtı uzadılıb

ADNSU-nun onlayn tədrislə bağlı statistikası

ADNSU-nun onlayn tədrislə bağlı statistikası

700 bal toplamış 8 Abituriyent Bakı Mühəndislik Universitetində oldular

700 bal toplamış 8 Abituriyent Bakı Mühəndislik Universitetində oldular

LDU-da tələbələr imtahanların 35% -dən azad olunub

LDU-da tələbələr imtahanların 35% -dən azad olunub

ADPU-nun rektoru, professor Cəfər Cəfərov imtahanların çevik, şəffaf və obyektiv keçirilməsinə ciddi nəzarət edir.

ADPU-nun rektoru, professor Cəfər Cəfərov imtahanların çevik, şəffaf və obyektiv keçirilməsinə ciddi nəzarət edir.

Universitetlərin yay imtahan sessiyası onlayn keçirilə bilər - Cəsarət Valehov

Universitetlərin yay imtahan sessiyası onlayn keçirilə bilər - Cəsarət Valehov

Elmar Qasımov Bakı Ali Neft Məktəbinin Avropada təhsil alan tələbələrilə onlayn görüş keçirib

Elmar Qasımov Bakı Ali Neft Məktəbinin Avropada təhsil alan tələbələrilə onlayn görüş keçirib

BSU-da qış imtahan sessiyası ilə bağlı "Açıq qapı" günü keçirilib

BSU-da qış imtahan sessiyası ilə bağlı "Açıq qapı" günü keçirilib

Tələbələrə imtahan dövründə hansı güzəştlər ediləcək ?

Tələbələrə imtahan dövründə hansı güzəştlər ediləcək ?

ADU-da imtahanlar başladı

ADU-da imtahanlar başladı