AzTehsil.com


Xəbərlər
01 iyun 2020
1 522


LDU-da tələbələr imtahanların 35% -dən azad olunub



LDU-da tələbələr imtahanların 35% -dən azad olunub

 

Lənkəran Dövlət Universitetində ( LDU)  Elmi Şuranın onlayn formatda növbəti iclası keçirilib.

 Universitetdən bildirilib ki,  LDU-nun rektoru vəzifəsini icra edən  professor Natiq İbrahimov  koronavirus (COVID-19) pandemiyasının yayılmasının qarşısının alınması istiqamətində ölkədə və təhsil ocağında görülən qabaqlayıcı tədbirlər, xüsusi karantin rejimində tələbə və magistrantların təhsilinin davamlılığının təmin olunması istiqamətində aparılan işlərdən danışıb. Pandemiya dövründə  dərslərin məsafədən tədrisi istiqamətində mümkün olan bütün  tədbirlərin görüldüyünü deyən  N.İbrahimov  tələbələrin böyük əksəriyyətinin  onlayn dərslərdə fəal iştirakını müsbət hal kimi dəyərləndirib.

Elmi Şura üzvlərinin yekdil rəyi ilə "2019/2020-ci  tədris ilinin yaz semestrinin imtahan sessiyasının keçirilməsi qaydaları” ilkin müzakirə edilib. Bu barədə tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektor vəzifəsini icra edən dosent İdrak Əsgərov məlumat verib. Diqqət çəkən əsas məqamsa  LDU-da tələbələrin yaz semestrinin imtahan sessiyasında nəzərdə tutulan imtahanların 35%-dən azad edilməsi olub. Mövcud vəziyyətlə bağlı tələbələrə digər güzəştlər də edilib. Hər bir fənn üzrə  tərtib olunmuş imtahan suallarının sayı  fənnin məzmunu və əhatəliyi gözlənilməklə azaldılıb, həmçinin sadələşdirilib.

Bildirilib ki, bakalavriat səviyyəsində tədris planının bütün şərtlərini yerinə yetirən, o cümlədən nəzərdə tutulan cari attestasiyalardan (fənlər üzrə) müvəffəqiyyətlə keçən tələbələr təhsil müddətində  əldə etdikləri  nəticələrə (ÜOMG-nə) uyğun olaraq yekun attestasiyadan keçmiş hesab olunacaqlar.  Bu qiymətləndirmə ilə razı olmayan tələbələr üçün isə  ixtisas üzrə dövlət imtahanının iyun ayının 30-dan iyul ayının 5-dək onlayn qaydada təşkili nəzərdə tutulub.

Tədqiqat işləri və innovasiyalar üzrə prorektor vəzifəsini icra edən dosent Elvin Əliyev bildirib ki, magistratura səviyyəsində magistrlik dissertasiyasının məzmununa və yazılmasına qoyulan ümumi tələblər yerinə yetirilməklə magistrlik dissertasiyası  magistrant  tərəfindən poçt vasitəsilə müvafiq fakultə dekanlığına təqdim edilməlidir . Məlumat verilib ki, ixtisaslaşdırılmış şuraların iclasları  onlayn qaydada təşkil olunmaqla magistrlik dissertasiyasının müdafiəsi  16-25 iyun 2020-ci il tarixləri arasında (cədvəl üzrə) keçiriləcək.

Elmi Şurada universitetdə fəaliyyət göstərən fakültələrin strukturunda dəyişiklik edilməsi ilə bağlı məsələ  də müzakirə edilib. Müzakirəyə çıxarılan bütün məsələlər barədə qərar qəbul olunub.



Загрузка...
Həmçinin oxuyun:
Nazir müşaviri ali və orta ixtisas təhsili pilləsinə aid olan qərarları izah edib

Nazir müşaviri ali və orta ixtisas təhsili pilləsinə aid olan qərarları izah edib

MDU-nun Elmi Şurası imtahanlara hazırlığı müzakirə edib

MDU-nun Elmi Şurası imtahanlara hazırlığı müzakirə edib

Bakı Dövlət Universitetindən tələbələrə böyük güzəştlər

Bakı Dövlət Universitetindən tələbələrə böyük güzəştlər

Tələbələrə imtahan dövründə hansı güzəştlər ediləcək ?

Tələbələrə imtahan dövründə hansı güzəştlər ediləcək ?

LDU-da imtahanların gedişini izləmək üçün İctimai Şura yaradıldı

LDU-da imtahanların gedişini izləmək üçün İctimai Şura yaradıldı

LDU-da   tyutor kurslarının bu ilki nəticələri sevindirici oldu-10 nəfər LDU-da işləmək imkanı qazandı!

LDU-da tyutor kurslarının bu ilki nəticələri sevindirici oldu-10 nəfər LDU-da işləmək imkanı qazandı!

LDU Çukorova universiteti ilə əlaqələrini genişləndirir

LDU Çukorova universiteti ilə əlaqələrini genişləndirir

LDU-da gənc tədqiqatçıların respublika elmi konfransı keçirilib

LDU-da gənc tədqiqatçıların respublika elmi konfransı keçirilib

Böyük Britaniya və Şimali İrlandiya Krallığının Azərbaycandakı səfiri LDU-da olub.

Böyük Britaniya və Şimali İrlandiya Krallığının Azərbaycandakı səfiri LDU-da olub.

LDU-da 31 mart-Azərbaycanlıların Soyqırımı Gününə həsr olunan onlayn tədbir

LDU-da 31 mart-Azərbaycanlıların Soyqırımı Gününə həsr olunan onlayn tədbir

Türkiyə universiteti LDU ilə birgə işləyəcək

Türkiyə universiteti LDU ilə birgə işləyəcək

Lənkəran Dövlət Univversitetində “Məzun günü” keçirilib- FOTO

Lənkəran Dövlət Univversitetində “Məzun günü” keçirilib- FOTO

Nazirlər Kabineti COVID-19-a görə təhsillə bağlı qərar verdi

Nazirlər Kabineti COVID-19-a görə təhsillə bağlı qərar verdi

LDU-ya qəbul olan abituriyentlərin qeydiyyatı davam edir..Rəhbərliyin imkansız tələbələrə yaratdığı şərait

LDU-ya qəbul olan abituriyentlərin qeydiyyatı davam edir..Rəhbərliyin imkansız tələbələrə yaratdığı şərait

Dillər Universitetində dövlət imtahanı ilə bağlı yekun qərar verilib

Dillər Universitetində dövlət imtahanı ilə bağlı yekun qərar verilib

ADPU –nun nümayəndə heyəti LDU-ya səfər edib

ADPU –nun nümayəndə heyəti LDU-ya səfər edib

“İnkişaf etmiş ölkələrdə təhsil hansı səviyyədə təşkil olunubsa, bizdə də elədir ”

“İnkişaf etmiş ölkələrdə təhsil hansı səviyyədə təşkil olunubsa, bizdə də elədir ”

ADPU-da payız semestrinin imtahan sessiyası başa çatdı

ADPU-da payız semestrinin imtahan sessiyası başa çatdı

Sənin adınla bağlı xalqımın hər zəfəri - LDU-da tədbir

Sənin adınla bağlı xalqımın hər zəfəri - LDU-da tədbir

ADPU -nun prorektoru Eldar Aslanov: ” Bizim üçün tələbənin sağlamlığı vacibdir”

ADPU -nun prorektoru Eldar Aslanov: ” Bizim üçün tələbənin sağlamlığı vacibdir”

AzMİU-da 1500-ə yaxın onlayn dərs keçirilib

AzMİU-da 1500-ə yaxın onlayn dərs keçirilib

MDU Elmi Şurasının növbəti iclası

MDU Elmi Şurasının növbəti iclası

ADNSU-da Elmi Şuranın iclası keçirilib

ADNSU-da Elmi Şuranın iclası keçirilib

ADPU-da imtahan sessiyası başladı

ADPU-da imtahan sessiyası başladı