AzTehsil.com


Xəbərlər
23 may 2020
1 244


MDU-nun Elmi Şurası imtahanlara hazırlığı müzakirə edib



 

Mingəçevir Dövlət Universiteti (MDU) Elmi Şurasının növbəti iclası keçirilib.

Microsoft Teams platforması üzərindən online formatda keçirilən iclasda MDU-nun rektoru Şahin Bayramov gündəlikdə duran məsələləri diqqətə çatdırıb.

Rektor 2019/2020-ci tədris ilinin yaz semestrinin imtahan sessiyasına hazırlıq işləri barədə ətraflı məlumat verib.

İclasda bаkаlаvriat və magistratura səviyyələrində dərslərin əyani şöbədə may ayının 31-dək başa çatdırılacağı, bakalavriat (əyani və qiyabi) və magistratura səviyyələrində yaz imtahan sessiyasının isə 2020-ci il iyun ayının 4-dən 30-dək keçiriləcəyi bildirilib.

Qeyd edilib ki, bakalavriat səviyyəsində tədris planının bütün şərtlərini yerinə yetirən və təhsil haqqını tam ödəyən tələbələr  təhsil müddətində əldə etdikləri nəticələrə (Ümumi Orta Müvəffəqiyyət Göstəricisinə - ÜOMG) uyğun olaraq yekun attestasiyadan keçmiş hesab olunacaqlar. Bildirilib ki, təhsil müddətində əldə etdikləri nəticələrə (ÜOMG) uyğun olaraq çıxarılmış yekun attestasiyanın nəticələri ilə razılaşmayan tələbələr ixtisas üzrə buraxılış yekun dövlət imtahanını (fənlərarası) online şəkildə şifahi verəcəklər. Eyni zamanda, pedaqoji və istehsalat təcrübəsi üzrə yekun qiymətin də tələbələrin təhsil müddətində əldə etdikləri nəticələrə (ÜOMG) uyğun götürüləcəyi vurğulanıb.

Magistrlik dissertasiyalarının ixtisaslaşdırılmış şuraların online iclaslarında müdafiə ediləcəyi bildirilib.

Bakalavriat və magistratura təhsil səviyyələrində tələbələrin fənlər üzrə attestasiyasının (biliyinin qiymətləndirilməsi) online şəkildə şifahi formada çoxballı (100 ballı) sistemlə həyata keçiriləcəyi, tələbənin aralıq qiymətləndirilməsinin hər biri 10 bal olmaqla 5 suala verilən cavab əsasında reallaşdırılacağı və cari qiymətləndirilmənin aralıq qiymətləndirilmənin nəticəsinə bərabər götürüləcəyi qeyd edilib.

İmtahan sessiyasında iştirak edə bilməyən və ya iştirak edib qeyri-müvəffəq qiymət almış tələbələr üçün (avqust-sentyabr aylarında) növbəti semestr başlayana qədər ödənişsiz əsaslarla təkrar online imtahanların təşkil olunacağı bildirilib. Yaz semestrinin nəticələrinə görə təqaüd almaq hüququ olan tələbələrin siyahısının sentyabr ayının 15-dək müəyyən ediləcəyi, yaz semestrinin nəticələrinə görə akademik borcu yaranmış və akademik borcunu 2020/2021-ci tədris ili başlayanadək ləğv etmiş tələbələrin də ÜOMG və təqaüd yerlərinin saylarına uyğun olaraq növbəti semestrdə təqaüd almaq hüququ əldə edəcəyi diqqətə çatdırılıb.

Fənnin məzmununu tam əhatə etmək şərtilə, tələbələrə imtahan verəcəkləri hər fənn üzrə 50 sualın təqdim olunacağı bildirilib.

İmtаhаn sеssiyаsında tələbələrin biliyinin qiymətləndirilməsində şəffаflığı və оbyеktivliyi təmin еtmək, yаrаnа biləcək nеqаtiv hаllаrı dərhаl аrаdаn qаldırmаq, digər müvаfiq tədbirləri həyаtа kеçirmək məqsədi ilə İmtahan Qərаrgаhının və "Qaynar xətt”in yaradıldığı diqqətə çatdırılıb.

Sessiya müddətində Təhsil Nazirliyi tərəfindən göndərilmiş koronavirus infeksiyasının (COVİD-19) profilaktikasına dair metodiki göstərişlərin tələblərinə riayət olunmasının vacibliyi vurğulanıb.

İclasda imtahan sessiyası ilə bağlı Tədris şöbəsinə, fakultə dekanlarına, kafedra müdirlərinə, kitabxanaya, İnformasiya Texnologiyaları Mərkəzinə və digər struktur bölmələrinə müvafiq tapşırıqlar verilib.

2019/2020-ci tədris ilinin yaz semestrinin imtahan sessiyasına hazırlıq işləri Elmi Şura üzvləri tərəfindən qənaətbəxş hesab edilib.

Sonda cari məsələlərə də  baxılıb.



Загрузка...
Həmçinin oxuyun:
Bakı Dövlət Universitetindən tələbələrə böyük güzəştlər

Bakı Dövlət Universitetindən tələbələrə böyük güzəştlər

Nazir müşaviri ali və orta ixtisas təhsili pilləsinə aid olan qərarları izah edib

Nazir müşaviri ali və orta ixtisas təhsili pilləsinə aid olan qərarları izah edib

MDU Elmi Şurasının növbəti iclası

MDU Elmi Şurasının növbəti iclası

Nazirlər Kabineti COVID-19-a görə təhsillə bağlı qərar verdi

Nazirlər Kabineti COVID-19-a görə təhsillə bağlı qərar verdi

MDU-da qiyabi təhsil üzrə online dərslərə start verilib

MDU-da qiyabi təhsil üzrə online dərslərə start verilib

Kollec diplomu alanlar üçün bu iki imtahan keçirilməyəcək - YENİLİK

Kollec diplomu alanlar üçün bu iki imtahan keçirilməyəcək - YENİLİK

Nazirlər Kabineti tələbələrə təqaüd verilməsi qaydasında dəyişiklik edib

Nazirlər Kabineti tələbələrə təqaüd verilməsi qaydasında dəyişiklik edib

Ceyhun Bayramov rektorlara tapşırıq verdi

Ceyhun Bayramov rektorlara tapşırıq verdi

MDU-da tələbələrin elmi mövzularında məruzələri

MDU-da tələbələrin elmi mövzularında məruzələri

Bu tələbələrə yenidən imtahan vermək imkanı yaradılacaq

Bu tələbələrə yenidən imtahan vermək imkanı yaradılacaq

Dillər Universitetində dövlət imtahanı ilə bağlı yekun qərar verilib

Dillər Universitetində dövlət imtahanı ilə bağlı yekun qərar verilib

ADU-da imtahanlar başladı

ADU-da imtahanlar başladı

“Dərslərin “Microsoft Teams” platforması üzərindən keçirilməsinə başlayırıq”

“Dərslərin “Microsoft Teams” platforması üzərindən keçirilməsinə başlayırıq”

Ceyhun Bayramovdan ƏMR

Ceyhun Bayramovdan ƏMR

Ceyhun Bayramov: Təqaüd alan bütün tələbələr bu vəsaiti əldə edə biləcəklər

Ceyhun Bayramov: Təqaüd alan bütün tələbələr bu vəsaiti əldə edə biləcəklər

LDU-da imtahanların gedişini izləmək üçün İctimai Şura yaradıldı

LDU-da imtahanların gedişini izləmək üçün İctimai Şura yaradıldı

Əyani formada təhsil alan tələbələr üçün yeni qaydalar təsdiq olunub

Əyani formada təhsil alan tələbələr üçün yeni qaydalar təsdiq olunub

Nazirlər Kabinetindən təhsillə bağlı - QƏRAR

Nazirlər Kabinetindən təhsillə bağlı - QƏRAR

BDU tələbələrinə şad xəbər:kreditləri universitet ödəyəcək

BDU tələbələrinə şad xəbər:kreditləri universitet ödəyəcək

Qiyabi təhsil alan tələbələrin sualları cavablandırılıb

Qiyabi təhsil alan tələbələrin sualları cavablandırılıb

Onlayn dərslərin və LMS (Learning Management System) Öyrənmənin idarəolunması sisteminə hazırlıq vəziyyətinin müzakirəsi

Onlayn dərslərin və LMS (Learning Management System) Öyrənmənin idarəolunması sisteminə hazırlıq vəziyyətinin müzakirəsi

Orta ixtisas təhsili müəssisələrində kredit sistemi ilə tədrisin təşkili qaydalarına dəyişiklik edilib

Orta ixtisas təhsili müəssisələrində kredit sistemi ilə tədrisin təşkili qaydalarına dəyişiklik edilib

Təhsil naziri payız semestrinin imtahan sessiyasının təşkili barədə əmr imzalayıb

Təhsil naziri payız semestrinin imtahan sessiyasının təşkili barədə əmr imzalayıb

ADPU-nun Elmi Şurasının iclası keçirilib

ADPU-nun Elmi Şurasının iclası keçirilib