AzTehsil.com


Xəbərlər / Müəllim
22 aprel 2020
1 206


“İnkişaf etmiş ölkələrdə təhsil hansı səviyyədə təşkil olunubsa, bizdə də elədir ”



“İnkişaf etmiş ölkələrdə təhsil hansı səviyyədə təşkil olunubsa, bizdə də elədir ”

 

Naxçıvan Müəllimlər İnstitutunun Elmi Şurasının onlayn formatda növbəti iclası keçirilib.

İnstitutun rektoru Azad Novruzov koronovirus pandemiyasının respublikamızda yayılmasının qarşısının alınması məqsədi ilə görülən tədbirlərdən danışıb. Bir sıra sosial layihələrin həyata keçirildiyini vurğulayan rektor bunlardan biri kimi aztəminatlı ailələrin övladlarının təhsil haqqının dövlət hesabına ödənilməsini qeyd edib. Onun sözlərinə görə, inkişaf etmiş dünya ölkələrində karantin dövründə təhsil hansı səviyyədə təşkil olunubsa, muxtar  respublikada,  o cümlədən Naxçıvan Müəllimlər İnstitutunda da eyni formada təşkil edilib.

Sonra  onlayn iclasda  Elmi Şuranın gündəliyi təsdiq olunub, gündəliyə uyğun olaraq, Naxçıvan Müəllimlər İnstitutu Elmi Şurasının tərkibində qismən dəyişikliklər edilməsi,  institutda karantin dövründə tədrisin təşkili vəziyyəti və qarşıda duran vəzifələr, fəlsəfə doktoru hazırlığı üzrə 2019-cu ildə qəbul olunan doktorant və dissertantların müvafiq kafedralara təhkim edilməsi, onların dissertasiya mövzusu, fərdi iş planı və elmi rəhbərlərinin (məsləhətçiləri)  təsdiqi haqqında  məsələlər müzakirə olunaraq,  uyğun  qərarlar qəbul edilib.

Onlayn iclasda institutun ixtisasartırma və yenidən hazırlanma üzrə prorektoru Çapay Quliyev, elmi katib Qurban Qurbanlı, fakültə dekanları Arif Ağalarov və  Rövşən Vəliyev məruzələrlə çıxış ediblər.

Bildirilib ki, 2019/2020 – ci tədris ilinin ikinci yarımili (yaz semestri ) üçün tədrisi nəzərdə tutulan fənlərin (ixtisaslar və kurslar üzrə) mühazirə mətnləri, imtahan sualları institutun rəsmi saytında (nmi.edu.az) yerləşdirilib.

Bundan başqa, tədris prosesi dərs cədvəlində göstərilən qrafikə uyğun Zoom Cloud Meetings proqramı vasitəsilə təşkil edilir. İnstitutun professor-müəllim heyətinin  Zoom Cloud Meetigs və digər proqramlardan istifadə biliklərinin artırılması məqsədilə onlayn qaydada kurslar təşkil olunub və maarifləndirici bilikləri özündə əks etdirən video çarxlar hazırlanaraq əməkdaşlara təqdim edilib. 

Əlavə tədbirlər olaraq professor-müəllim heyətinin tədris etdiyi fənnlərin video formatında mühazirələri  hazırlanır və institutun rəsmi facebook səhifəsinə yerləşdirilir.
Müntəzəm olaraq dekanlıq və kafedralarda onlayn iclaslar keçirilərək görülən işlər və qarşıda duran vəzifələr müzakirə olunur.

Qeyd olunub ki, təlim işləri ilə yanaşı , tərbiyə işləri də diqqət mərkəzində saxlanılır. Bu müddət ərzində tələbələrlə əlaqə yaradılaraq müxtəlif maarifləndirici tədbirlərə qoşulmaları təmin edilib. Bunlardan "Naxçıvanın səsi " radiosu və "Kanal 35 "televiziyasının birgə hazırladığı "Evdə qal, kitabsız qalma” adlı layihədə iştirak, onlayn kitab müzakirələrinin təşkili, müxtəlif ixtisaslarda təhsil alan tələbələrin ixtisaslarına uyğun onlayn tədbirlərin hazırlanması  misal göstərilib.



Загрузка...
Həmçinin oxuyun:
Dövlət İdarəçilik Akademiyasında distant tədrislə bağlı hesabat dinlənilib

Dövlət İdarəçilik Akademiyasında distant tədrislə bağlı hesabat dinlənilib

Bu institutun elmi nəticələri ali məktəblərin tədris proqramlarında tətbiq olunub

Bu institutun elmi nəticələri ali məktəblərin tədris proqramlarında tətbiq olunub

Milli Məclisin Elm və təhsil komitəsinin növbəti onlayn iclası keçirilib

Milli Məclisin Elm və təhsil komitəsinin növbəti onlayn iclası keçirilib

AzMİU-da 1500-ə yaxın onlayn dərs keçirilib

AzMİU-da 1500-ə yaxın onlayn dərs keçirilib

Şahmat üzrə onlayn yarış keçirilib

Şahmat üzrə onlayn yarış keçirilib

AMEA-da informatika fənni üzrə doktorluq imtahanları başlanıb

AMEA-da informatika fənni üzrə doktorluq imtahanları başlanıb

Distant dərslərin evdən təşkilində uğurlu nəticə - 98%!

Distant dərslərin evdən təşkilində uğurlu nəticə - 98%!

Rektor Elmar Qasımov tələbələrlə onlayn görüş keçirdi

Rektor Elmar Qasımov tələbələrlə onlayn görüş keçirdi

İlahiyyat İnstitutunda təhsil prosesinin davamlılığını təmin etmək məqsədilə müvafiq tədbirlər həyata keçirilir

İlahiyyat İnstitutunda təhsil prosesinin davamlılığını təmin etmək məqsədilə müvafiq tədbirlər həyata keçirilir

Onlayn dərslərin və LMS (Learning Management System) Öyrənmənin idarəolunması sisteminə hazırlıq vəziyyətinin müzakirəsi

Onlayn dərslərin və LMS (Learning Management System) Öyrənmənin idarəolunması sisteminə hazırlıq vəziyyətinin müzakirəsi

İnstitutun  əməkdaşları distant keçirilən beynəlxalq konfransa qatılıblar

İnstitutun əməkdaşları distant keçirilən beynəlxalq konfransa qatılıblar

AMEA-da yeni TƏYİNATLAR

AMEA-da yeni TƏYİNATLAR

ADU Tələbə Həmkarlar İttifaqı 100 aztəminatlı tələbəyə maddi yardım edəcək

ADU Tələbə Həmkarlar İttifaqı 100 aztəminatlı tələbəyə maddi yardım edəcək

ADNSU-da onlayn təhsilə start verildi

ADNSU-da onlayn təhsilə start verildi

ADPU -nun prorektoru Eldar Aslanov: ” Bizim üçün tələbənin sağlamlığı vacibdir”

ADPU -nun prorektoru Eldar Aslanov: ” Bizim üçün tələbənin sağlamlığı vacibdir”

ADNSU-nun onlayn tədrislə bağlı statistikası

ADNSU-nun onlayn tədrislə bağlı statistikası

Coğrafiya İnstitutu karantin dövründəki elmi və təşkilati fəaliyyətini açıqlayıb

Coğrafiya İnstitutu karantin dövründəki elmi və təşkilati fəaliyyətini açıqlayıb

MDU Elmi Şurasının növbəti iclası

MDU Elmi Şurasının növbəti iclası

“Rəqəmsal bacarıqlar” layihəsi çərçivəsində informatika fənninin onlayn tədrisi davam edir

“Rəqəmsal bacarıqlar” layihəsi çərçivəsində informatika fənninin onlayn tədrisi davam edir

Azərbaycan-Fransız Universitetində dərslərin distant şəkildə tədrisi davam etdirilir

Azərbaycan-Fransız Universitetində dərslərin distant şəkildə tədrisi davam etdirilir

Təhsil İdarəsi fəaliyyətini məsafədən təşkil edib

Təhsil İdarəsi fəaliyyətini məsafədən təşkil edib

“ZOOM” platforması qısa müddətdə müəllim və tələbələrin yaxın dostuna çevrilib”

“ZOOM” platforması qısa müddətdə müəllim və tələbələrin yaxın dostuna çevrilib”

BMU-da tədrisin məsafədən təşkili üzrə göstəricilər

BMU-da tədrisin məsafədən təşkili üzrə göstəricilər

"Microsoft Teams” proqramı bizə daha çox kömək oldu"

"Microsoft Teams” proqramı bizə daha çox kömək oldu"