Xəbərlər
24 avqust 2020
2 003


Rusiyada dərslər fərqli vaxtlarda başlayacaq

Rusiyada dərslər fərqli vaxtlarda başlayacaq

 

Rusiyada dərslər fərqli vaxtlarda başlayacaq və yeməkxanaya 10 dəqiqə vaxt ayrılacaq.

Mk.ru xəbər verir ki, Moskva və Sankt-Peterburqdakı məktəblərdə sentyabrın 1-dən etibarən dərslər 08:15-dən 10:20-dək olmaqla, müxtəlif vaxtlarda başlayacaq.

Təhsil İdarəsindən bildirilib ki, ikinci və üçüncü növbələr olmayacaq.

Ən sonda altı-səkkizinci siniflər dərsə başlayacaq, çünki bu yaşdakı uşaqlar artıq məktəbə özləri gəlirlər və onların hələ yuxarı sinif şagirdləri qədər dərs yükü yoxdur. Altıncı və səkkizinci sinif şagirdləri üçün dərs saatı 16:00-da başa çatacaq.

Qeyd edilir ki, uşaqlar halsız və ya narahat olarsa, yalnız valideynlərinin müşayiəti ilə məktəbdən evə buraxılacaqlar. Uşaq özünü çox pis hiss edirsə, təcili yardım çağırılacaq, həkimlər və ya valideynlər gəlməmişdən əvvəl o, digər insanlardan təcrid olunacaq.

Bir şagirdə koronavirus diaqnozu qoyulsa, bütün sinif iki həftə boyunca karantində qalacaq. Bir fənni öyrədən bir müəllimdə koronavirus aşkar edilərsə, bir neçə sinif karantinə alınacaq.

Xatırladaq ki, Rusiyada bu il koronavirus pandemiyası səbəbindən 1 sentyabr günü yalnız az sayda şagird olan məktəblərdə və təmiz havada qeyd ediləcək. Moskvada belə kütləvi tədbirlər olmayacaq.
Məqalə Göndər








Загрузка...