Motivasiya mərhələsi hansı hissələrdən ibarətdir ? Motivasiyanın yaradılması yolları
Motivasiya.- Fəal dərsdə motivasiya dərsin vacib komponentidir. Təfəkkür prosesini hərəkətə gətirən və şagrdlərin idrak fəallağına təkan verən prosesdir. Bu prosesin ən mühüm nailiyyətlərindən biri düşünmənin sərbəstliyi və müstəqilliyidir. Uşaq öz fikrini "Zənnimcə” , "Mənə belə gəlir ki” , "Mən belə hesab edirəm ki” sözlərindən istifadə etməklə ifadə edir.
Müəllim motivasiyanı düzgün qurubsa , oun dərsinin 50%-i yerinə yetirilmiş sayıla bilər.
Motivasiya mərhələsi hansı hissələrdən ibarətdir ?
1.Problemi qoymaq üçün sual və tapşırıq verilir-yönəldici suallar təklif olunur – tətqiqat sualı çıxarılır-fərziyyələr irəli sürülür.
2. Fəal dərsin birinci elmenti olan motivasiyanı həyata keçirmək nə üçün lazımdır? Motivasiya- dərs ərzində şagirdin idrak fəallığına təkan verən prosesdir və dərsin vacib komponentidir. Onun yaradılması və həyata keçirilməsi o qədər də asan iş deyil və dərsin nəticəsi onun müvəffəqiyyətlə həyata keçirilməsindən asılıdır.
3. Dərsdə tətqiqat sualının hansı rolu var?
Şagirdin qarşısında problem qoyulursa o zaman onda idrak fəallığı yaranır.
4.Motivasiyanı yaradan daha hansı amillər var?
– Müxtəlif fərziyələri yaradan problemli situasiya;
– obyektin xüsusiyyətləri ( qeyri-adilik , sərbəst düşüncə və maraq yaradan ) ;
–Tətqiqat imkanının olması ;
_Yaradıcılıq imkanının olması.
Motivasiyanın quruluşu:
Yeni bilik ilə əlaqəli məqsəd
Yönəldici suallar, tapşırıqlar
Tətqiqat sualı. Dərsin əsas məqsədini əks etdirir: tədqiqat sualı= məqsəd; adətən bir sual olur. Dərsin sonunda ona qayıtmaq vacibdir.
Motivasiyanın yaradılması yolları:
Motivasiyanın yaradılmasının bütün mümkün yollarının 3 əsas qrupa bölmək olar:
1.Rəmzi ( simvolun) materialın şərhi. Bu rəsm, fotoşəkil, simvol, melodiya, ədəbi əsərdən parça, əşya, rəvayət, tapmaca, qrafik, sxem və.s ola bilər.
Müəllim bu materialı təqdim edərkən, şagirdlərə aşağıdakı suallara cavab verməyi təklif edir " Bu nəyi bildirir? ", "Bunun bizim öyrəndiyimiz mövzuya nə kimi aidiyyəti var”?
2.Sual verməyə həvəsləndirmə, təfəkkür prosesini aktuallaşdıran sualların 3 növü mövcuddur:
• Öyrənilən mövzu üzrə naməlum olan məsələləri müəyyənləşdirən suallar. Suallar verilib qutardıqdan sonra onların arasında mövcud tətqiqata uyğun olanlarını seçib ayırırlar.
Müəllimə yalnız bu qalır ki , tətqiqat sualını dəqiqləşdirmək üçün şagirdləri bu sualı daha dürüst ifadə etməyə yönəltsin.
•Açıq suallar, yəni iki və daha çox cavab variantı olan suallardan istifadə olunur
• Öyrənilən mövzuya aid suallar açar sözlərin köməyi ilə verilir.
Motivasiya zamanı buraxılan səhvlər:
Səhv 1. Müəllim motivasiya qismində real problem əvəzində bir həll variantı olan çalışmadan istifadə edir. Bilmək lazımdır ki, idrak motivasiyanı doğuran mexanizm-problemdir.
Səhv 2. Müəllim motivasiya qismində real problem əvəzinə həvəsləndirici informasiyadan və ya onun təqdimatı üsullarından istifadə edir. Həvəsləndirci material şagidlərdə nə qədər maraq oyatsa da o , yalnız şagirdlərin qeyri-iradi diqqətini cəlb etməyə xidmət edir, lakin təfəkkürü oyada və fəallaşdıra bilmir.