AzTehsil.com


Xəbərlər / İKT / Ekspert
22 aprel 2018
19 029


Təhsildə İKT-dən düzgün istifadə etmək və bu bacarıqların təkmilləşdirilməsi olduqca əhəmiyyətli məsələdir.



 

 
Bu gün dünya iqtisadiyyatı biliklərə söykənən inkişaf xətti götürdüyündən ölkələrin təhsil sistemlərindən də məhz bu tələblərə cavab verən sistemin qurulmasını tələb edir. Odur ki, yalnız ölkədaxili sosial-iqtisadı tələblərə cavab verən mexanizmlərin deyil, bütövlükdə qlobal dünyanın rəqabətinə cavab verən mexanizmlərin hazırlanması tələb olunur. Bütün inkişaf etmiş ölkələrdə təhsilin informasiyalaşdırılması istiqamətində sistemli şəklidə bir neçə mərhələ islahatlar aparılr. İnkişaf etməkdə olan ölkələrdə bu cür islahatlar davam etdirilir.
2003-cü ildə qəbul edilmiş "Azərbaycanda informasiya-kommunikasiya texnologiyalarının inkişafı üzrə Milli Strategiya (2003-2012-ci illər)” Azərbaycan üçün məhz təhsil sahəsi İKT-nin tətbiq istiqamətləri içərisində ən yüksək prioritetə malik istiqamət hesab edilmişdir. Artıq Azərbaycanda təhsilin modernləşdirilməsi, təhsildə informasiya texnologiyalarının tətbiqi istiqamətində mühüm addımlar atılıb.

Təhsil sahəsində İKT-dən düzgün istifadə etmək və bu bacarıqları təkmilləşdirilməsi yollarının arasdırılması olduqca əhəmiyyətli məsələdir. Qeyd edək ki, informasiya və kommunikasiya texnologiyaları (İKT) biliyinə mükəmməl yiyələnməyin ən optimal yolu məhz orta məktəbdən keçir. Məktəb illərində bu texnologiyalara yiyələnmək informasiya cəmiyyəti quruculuğunda onların fəal iştirakını təmin etmiş olur.

İndi İKT yalnız təhsil prosesini təmin edən üsul deyil. İKT məktəblinin müstəqil qavrama qabiliyyətini təmin etmək üçün yeni imkanlar açır. Bununla əlaqədar olaraq müəllimin rolu da dəyişir: o, təhsil prosesinin konsultantı, koordinatoru olur. Onun məqsədi məktəblilərdə qərar qəbul etmə bacarığını dəstəkləmək və inkişaf etdirmək, öyrənilən mövzuların məqsədini anlamaq və mühakimə etməkdir. Bu yetərincə çətin pedaqoji tapşırıqlardır - onların mənasını qiymətləndirməmək olmaz. Burada İKT katalizator rolunu oynayır, onlar uşaqları yeni biliklərə sövq etməyə kömək edir. Əgər şagirdə bu və ya digər mövzunun məzmunu aydındırsa, onun sualı yarana bilər: məhz nə və nə üçün öyrənmək lazımdır. Biliyə həvəsin kökündə həyati maraq dayanır: hansı biliklər mənə daha çox lazımdır, hansı metodların köməyi ilə mən bu bilikləri əldə edə bilərəm. Beləliklə, İKT biliyə can atmaqla digər həyati vacib məsələlərin qərarı arasında bənd rolunu oynayır. Şagird təhsilin onun həyatında hansı rolu oynadığını başa düşən kimi, o, təhsili davam etdirməyə böyük həvəs hiss edəcək.

Dünyanın əksər ölkələrinin təhsil sistemində informasiya texnologiyalarının tətbiqi xeyli yeniliklərə yol açsa da, yenə də məktəblərin informatlaşdırılmasında həlli çətin problemlərlə qarşılaşırıq. Qeyd etmək lazımdır ki, ölkəmizdə təhsil sisteminin İKT əsasında təkmilləşdirilməsi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin həmişə diqət mərkəzində olmuşdur. "Azərbaycan Respublikasında ümumtəhsil məktəblərinin informasiya və kommunikasiya texnologiyaları ilə təminatı Proqramı” (2005-2007-ci illər), "2008-2012-ci illərdə Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı" milli təhsilimizin informatlaşdırılması yolunda əsas mərlələləri təşkil edir.

Təhsil Nazirliyi 2010-cu ili ölkəmizdə "Təhsildə İKT ili" elan etmiş və bu kampaniya çərçivəsində konfranslar, seminarlar, müxtəlif stimullaşdırıcı və həvəsləndirici aksiyalar, müsabiqələr həyata keçirilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 24 oktyabr tarixli sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası” təhsilin informatlaşdırılmasını mühüm vəzifə kimi qarşıya qoymuşdur. Bütün bunlar dövlətimizin təhsilin inkişafına göstərdiyi böyük qayğının nəticəsidir.

UNESKO tövsiyələrində məktəbin informatlaşdırılmasında üç yanaşmanı irəli sürür. "İKT-nin təhsilə tətbiqi” adlanan birinci yanaşma müəllimlərdən təlim prosesində şagirdlərin İKT vərdişlərinin effektivliyinin artırılmasını tələb edir. "Biliklərin mənimsənilməsi” adlı ikinci yanaşma, müəllimlərin qarşısında şagirdlərə təlim subyektlərinin dərindən mənimsənilməsi, real aləmdə rast gəlinən məsələlərin həllində əldə olunan bu biliklərin tətbiqi kimi tələbləri qoyur. Üçüncü yanaşma isə "İnformasiya istehsalı”na görə müəllimlər gələcək vətəndaşlar və işçilər tərəfindən cəmiyyətin ahəngdar inkişafı və çiçəklənməsi üçün zəruri olan yeni biliklərin istehsalına yardım etməlidirlər.

İndi isə məktəblərdə informasiya-kommunikasıya texnologiyalarından istifadənin bəzi məqamlarına toxunmaq istərdik. Müəllimlərin seçdikləri fundamental biliklər, təkcə pedaqogika və psixologiya sahəsindən deyil, həm də yeni texnologiyalardan müvəffəqiyyətlə istifadə etdikdə təhsil prosesini xeyli sadələşdirir, onu dinamik və çevik edir. "Müəllim-şagird-dərslik" tədris modelinə kompüterin də əlavə edilməsi tədris prosesini individual proqram üzrə təşkil etməyə, uşağın dərsə marağını və istəyini stimullaşdırmağa imkan verir. Kompüterlə aparılan dərslər uşaqlar üçün çox cəlbedici və yaddaqalan olur. Multimedia vasitələri, avtomatlaşdırılmış öyrədici sistemlər, kompüter tədris proqramları, animasiya qrafikası, rəngarəng illüstrasiyalar şagirdlərin idrak aktivliyinə müsbət təsir göstərir və olimpiadalarda, müxtəlif intellektual yarışmalarda göstərdikləri nəticələrin keyfiyyətini xeyli artırır.

Tədris prosesində interaktiv lövhə və virtual laborator proqramlarından istifadə edilməsi dərsin əsas prinsiplərindən birini, onun əyaniliyini təmin edir. Elektron lövhənin sensorlu, yəni hissiyyatlı səthinə xüsusi qələmlə və ya barmaqla yavaşca toxunmaqla onun üzərində kompüterdə mümkün olan bütün əməliyyatları interaktiv rejimdə aparmaq olar. Elektron lövhə, kompüterə qoşulan mikroskop, skaner, rəqəmli fotoaparat, videokamera və s. qurğulardan alınan təsvirləri böyüdülmüş formada ekranda əks etdirir. Şagirdlər istənilən kimyəvi reaksiyanın, fiziki, bioloji, coğrafi proseslərin izahını virtual laboratoriya proqramı vasitəsi ilə izləyə bilərlər. Bu isə şagirdlərin nəzəri-metodoloji biliklərini, praktiki bacarıq və təcrübələrini inteqrasiya etməklə tədrisi xeyli canlandırır, şagirdlərin də yaradıcı yanaşma, düşünmə, təşəbbüskarlıq, tədris materialını dərindən dərk etmə qabiliyyətini daha da artırır.

İnteraktiv lövhənin bir üstün cəhəti də odur ki, onun üzərində aparılan bütün əməliyyatları video formatında yaddaşında saxlamaq və dəfələrlə istifadə etmək imkanı yaradır. Belə imkanlar müxtəlif səbəbdən dərsləri buraxan şagirdlər və ya təlimdən geri qalan uşaqlar üçün xüsusi əhəmiyyətə malikdir. Belə ki, şagird iştirak edə bilmədiyi, dərs prosesində tam aydın olmadıqda və ya təlimdən geri qalanlar həmin materialı tam qavrayana kimi təkrar-təkrar kompüterdə izləyə bilərlər. Elektron tədrisdə şagirdlərin hamısı lövhəyə çıxıb müəllimin bütün tapşırıqlarını yerinə yetirməkdə həvəsli olurlar. İnteraktiv rejimdə keçilən (tədris olunan) dərslər bütün şagirdlər, o cümlədən passiv, utancaq, müəyyən fiziki və ya psixoloji qüsuru olanların dərs prosesinə aktiv qoşulmasına şərait yaradır.

Bu gün bütün dünyada məşhur olan "Crocodile Physics" adlı proqram haqqında məlumat verilir. Bu güclü virtual laborator proqram, fiziki hadisələri modelləşdirməyə, "Elektrik və eloktromaqnit", "Hərəkət və güc", "Dalğavari hadisələr" və "Optika" mövzuları üzrə virtual sınaqlar aparmağa imkan yaradır.

"Crocodile Physics” fizika dərsini tədris edən müəllimlər üçün laboratoriya təcrübələrini şagirdlərlə birgə aparmaq olduqca faydalıdır və bu günün tələbinə uyğun hazır nümunələrilə zəngin proqramdır. "Crocodile Physics” məktəbdə fizika dərsini tədris edən müəllimlərin şagirdlərlə birgə bu günün tələbinə uyğun laboratoriya təcrübələrini aparmaq və lazım olan nəticəni əldə etmək üçün istifadə edə biləcəkləri, olduqca faydalı, və hazır nümunələrlə təmin olunmuş bir proqramdır. "Crocodile Physics” elektron laborator proqramın içində 46-dan çox hazır təcrübə nümunələri vardır ki, bu hazır gələn təcrübə nümunələri Beynəlxalq IGCSE, A-Level imtahan tədris planlarına uyğundur.

"Crocodile chemistry” proqramı kimya sahəsində istifadə edilən rahat proqramlardan biridir. Proqramı istifadə etdikdə bizləri laboratoriyada etdiyimiz əməliyyatların bir qisimini virtual mühitə daşımışdır. Proram müəllimə imkan verir ki, dərsin aparılmasında hər bir şagird özü virtual olaraq hər-hansi bir təcrübəni apararaq tədris materialını daha ətraflı mənimsəyə bilsin və s.

ChemOffice proqram paketinə ChemDraw, ChemFinder, Database Subscriptions, Chem3D proqramları daxildir. Həmin proqramlar müəllimə kimyəvi maddələrin fiziki xassələrini, fəzada quruluşunu, malekullar arasımdakı bağlılığı əyani surətdə göstərməyə imkan verir.

Əlbəttə, bunlar təhsilin keyfiyyətinə təsir edən amillərin hamısı deyil. Hazırda bu istiqamətdə yeni, masir texnologiyaların yaradılması istiqamətində işlər davam etməkdədir.
Hazırda informasiya cəmiyyətinə istiqamətlənmiş yolu bəşəriyyətin gələcəyinə gedən yol kimi dəyərləndirmək olar. Alimlərin proqnozuna görə, informasiya cəmiyyətinin tam formalaşdığı mərhələdə insanların əsas əmək predmeti informasiya, əmək alətləri isə İKT olacaq. Ona görə də bu gün respublikamızda təhsilin bütün pillələrində İKT-nin tətbiq və ondan istifadə edilməsi, eyni zamanda İKT-nin özünün tədris olunması, şagirdlərdə müstəqil şəkildə informasiya toplamaq, analiz etmək, ötürmək qabiliyyətinin formalaşdırılması müasir dıvrün tələbidir. Ümid edirik ki, müəllimlərimiz İKT-dən tədris prosesində səmərəli istifadə etməklə təhsilin inkişafına böyük töhfə verəcəklər.

Mönsüm Alışov,   pedaqoji elmlər doktoru, professor.



Загрузка...
Həmçinin oxuyun:
Şagirdlərin yaradıcı təfəkkür və tədqiqatçılıq qabiliyyətinin inkişaf etdirilməsi

Şagirdlərin yaradıcı təfəkkür və tədqiqatçılıq qabiliyyətinin inkişaf etdirilməsi

Ənənəvi təlimin imkanları.

Ənənəvi təlimin imkanları.

İnternet əsaslı dərslər - internetə nə qədər ehtiyac var?

İnternet əsaslı dərslər - internetə nə qədər ehtiyac var?

Distansiyalı təhsil- Üstünlükləri nələrdir?

Distansiyalı təhsil- Üstünlükləri nələrdir?

Şagirdlərin diqqətini dərsə yönəldən vasitə - OYUN-DƏRSLƏR

Şagirdlərin diqqətini dərsə yönəldən vasitə - OYUN-DƏRSLƏR

Kurikulum təhsilimizə nə verir? -EKSPERT RƏYİ

Kurikulum təhsilimizə nə verir? -EKSPERT RƏYİ

Dərsdə müəllimin təşkilati fəaliyyəti

Dərsdə müəllimin təşkilati fəaliyyəti

Müəllim üçün pedaqoji əməyin obyekti dərs dediyi şagirdləridir- Pedaqoji ustalıq

Müəllim üçün pedaqoji əməyin obyekti dərs dediyi şagirdləridir- Pedaqoji ustalıq

Müəllim dərsə necə hazırlaşmalıdır? -3 istiqamət

Müəllim dərsə necə hazırlaşmalıdır? -3 istiqamət

Müəllimin tədrisdən ayrılmadan peşəkarlıq səviyyəsinin artırılması aktual problem kimi

Müəllimin tədrisdən ayrılmadan peşəkarlıq səviyyəsinin artırılması aktual problem kimi

“Fənlərin tədrisi problemləri: reallıqlar və perspektivlər” Respublika elmi-praktik konfransı keçirildi

“Fənlərin tədrisi problemləri: reallıqlar və perspektivlər” Respublika elmi-praktik konfransı keçirildi

Şagirdlərdə məntiqi təfəkkürün inkişafı - MƏNTİQ

Şagirdlərdə məntiqi təfəkkürün inkişafı - MƏNTİQ

Müasir təlimin 7 prinsipi

Müasir təlimin 7 prinsipi

MÜƏLLİMLƏRƏ METODİK KÖMƏK. Kurikuluma dair 20 sual və cavabları.  VARİANT 2

MÜƏLLİMLƏRƏ METODİK KÖMƏK. Kurikuluma dair 20 sual və cavabları. VARİANT 2

Təhsilin məzmunu

Təhsilin məzmunu

Fəal/interaktiv təlimin 4 mexanizmi

Fəal/interaktiv təlimin 4 mexanizmi

Fəal dərsin ümumi quruluşu. DƏRSİN 7 MƏRHƏLƏSİ

Fəal dərsin ümumi quruluşu. DƏRSİN 7 MƏRHƏLƏSİ

Magistr imtahanlarında hansı yeniliklər olacaq? - Məleykə Abbaszadə AÇIQLADI

Magistr imtahanlarında hansı yeniliklər olacaq? - Məleykə Abbaszadə AÇIQLADI

TƏLİM PROSESİNİN TƏKMİLLƏŞDİRİLMƏSİNƏ RƏHBƏRLİK

TƏLİM PROSESİNİN TƏKMİLLƏŞDİRİLMƏSİNƏ RƏHBƏRLİK

Məktəblərdə telefon və planşetlərdən istifadə qadağan ediləcək? - Nazirlikdən cavab

Məktəblərdə telefon və planşetlərdən istifadə qadağan ediləcək? - Nazirlikdən cavab

Sual:“Elektron məktəb” layihəsinin məqsədi nədir? Bu layihənin rayonlarda tətbiqi gözlənilirmi?

Sual:“Elektron məktəb” layihəsinin məqsədi nədir? Bu layihənin rayonlarda tətbiqi gözlənilirmi?

Dərs vəsaitinin təqdimatı keçirilib

Dərs vəsaitinin təqdimatı keçirilib

Şagirdlərdə məntiqi təfəkkürün inkişaf etdirilməsi

Şagirdlərdə məntiqi təfəkkürün inkişaf etdirilməsi

Məktəbdaxili nəzarətin demokratik əsasları

Məktəbdaxili nəzarətin demokratik əsasları