AzTehsil.com


Xəbərlər
18 yanvar 2018
3 584


Məktəb rəhbərliyi hansı halda valideynin seçimi ilə razılaşmaya bilər? -Uşaqların rus bölməsinə...



Məktəb rəhbərliyi hansı halda valideynin seçimi ilə razılaşmaya bilər? -Uşaqların rus bölməsinə...

Bildiyimiz kimi, ümumtəhsil məktəblərinə rus bölməsinə uşaqların qəbulu zamanı dil bilməsi vacib amil sayılmır. Ancaq valideynlər özləri dil bilmədiyi halda rəhbərlikdən uşaqların rus bölməsinə qoyulmasını tələb edirlər. Bu da həm şagirdlər, həm də müəllimlər üçün böyük problemlər yaradır.
 
Xatırladaq ki, sözügedən məsələ qanunda da heç bir formada tənzimlənməyib.
 
Maraqlıdır, hansı hallarda məktəb rəhbərliyi valideynin sözügedən seçimi ilə razılaşmaya bilər?
 
Məsələ ilə bağlı təhsil eksperti Nadir İsrafilov Aztəhsil.com saytına açıqlama verib.
 
"Rus-Azərbaycan təhsili ilə bağlı müəyyən tendensiyalar ilk dəfə deyil ki qabardılır. Xüsusilə son illərdə rusdilli təhsilə marağın artması isə müəyyən fikir ayrılıqlarına səbəb olub. Hətta rus dilində təhsilin ləğv olunması ilə bağlı bəyanat verənlər, o dilin yayılmasının imperiyanın qalıqları olduğunu vurğulayanlar da var. Ancaq, məsələ ondadır ki, bu, təbii  prosesdir. Onu süni yollarla aradan qaldırmaq olmaz. 90-cı illərlə müqayisədə indi rus dilində tədris artmağa başlayıb. Əsasən valideynlər daha çox rus sektorunlarına müraciət edirlər. Lakin bu o demək deyil ki, rus dili birbaşa ləğv olunmalı və ya rus bölməsinə azərbaycanlı uşaqlarının qəbul edilməsində hansısa bir baryer yaradılmalıdır. Təhsil Qanunvericiliyimızdə bununla əlaqədar heç bir qadağa yoxdur.
 
Bununla belə yaranmış vəziyyətlə bağlı müxtəlif səbəblər göstərilir. Azərbaycan dilində təhsilin səviyyəsinin aşağı olması, azərbaycan dilində kifayət qədər lazımi ədəbiyyatın olmaması, Rusiyanın daha sərfəli ali məktəblərinə qəbul olmaq şansı və s. Bundan əlavə, bizdə rus qarışıq ailələr var və ailədə ancaq rus dilində danışırlar. Sırf azərbaycanlı olan bir çox ailələrdə də vəziyyət belədir. İnsanlar sanki öz dillərində danışmağı özlərinə ar ediblər. Burada sosial vəziyyət əmələ gəlib. Bununla belə rus dilini ləğv etmək Konstitusiyaya və insan hüquqlarına zidd olan bir məsələdir". 

Ekspertin fikrincə, Azərbaycanda rus dilinin geniş yayılmasının bəzilərinin hesab etdiyi kimi mənfi təsirlərini aradan qaldırmaq üçün əvvəl öz dilimizi inkişaf etdirməliyik.
 
"Çıxış yolu ondan ibarətdir ki, ilk növbədə Azərbaycan dilinin tədrisinə xüsusi diqqət ayırmalıyıq. Azərbaycan sektorunda rus dilinin, rus sektorunda isə Azərbaycan dilinin tədrisini gücləndirməliyik. Əgər məqsəd qoyularsa, yalnız bu yolla müəyyən zaman ərzində rus dilinin təsirinin azaldılmasına nail olmaq mümkündür.

Hesab edirəm ki, qaldırılan istənilən problem hətta statistika baxımından diqqət çəkən olsa belə ona bu dərəcədə aqresiv münasibət sərgiləmək yaranmış vəziyyətdən çıxış yolunun optimal həlli hesab edilə bilməz. Razılaşaq ki, xüsusilə paytaxt məktəblərinin rus bölmələrində şagird sıxlığı müşahidə edilir. Bakı məktəblərində şagirdlərin 16 faizə yaxını rus bölməsində oxuyur. Birinci siniflərdə isə bu rəqəm 17 faizi keçib. Başqa sözlə desək, birinci siniflərin göstəricisi orta göstəricidən 2%-ə qədər çoxdur. Yəni artım tendensiyası müşahidə olunur. Elit məktəblərdə isə bu göstərici qat-qat yüksəkdir. Respublika üzrə rəqəmlər də təxminən buna uyğundur. Yəni orta göstərici 15%-ə bərabərdir. Rəqəmləri 15 il öncənin göstəriciləri ilə müqayisə etdikdə görəcəyik ki, 90-cı illərdə onların payı ümumi şagird sayında 7% təşkil edirdi. 

Lakin bu statistika ona əsas verə bilərmi ki, məsələni siyasi müstəviyə keçirib, tez bir müddətdə rus dilindən xilas olmalıyıq və s. bu kimi  hökm və ittiham xarakterli tezislərlə çıxış edək.
 
Hesab edirəm ki, problemlərimizi rus dilində tədrisdə axtarmaq və bundan çıxış yolunu rus bölməsini ləğv etmək və rus bölməsinə qəbulu məhdudlaşdırmaqda görmək son dərəcə qüsurlu olduğu qədər də ziyanlı bir mövqedir.

Azərbaycan dili bizim dövlət dilidir və bu dili hamı bilməlidir. Təlimi rus dilində olan məktəblərdə Azərbaycan dilinin tədrisinin zəifliyi isə heç də o demək deyil ki, bunun səbəbkarı məhz rus dilidir. Dünyanın hər bir ölkəsində müxtəlif dillərdə təlim məktəbləri var. Digər tərəfdən Azərbaycan tolerantlıqda dünyaya nümunə göstərilir, multikulturalizm dəyərlərini təşviq edirik, pravoslav və katolik kilsələrini bərpa edirik, beynəlxalq forumlara ev sahibliyi edirik... Bunu necə başa düşmək olar? Azərbaycan çox millətlı ölkədir, respublikamızda xeyli qarışıq ailələr var. Ən başlıcası isə Qanunvericiliymizə əsasən valideynlər övladları üçün dil seçimini etməkdə sərbəstdirlər".
 
Vüsalə QƏZƏNFƏRQIZI



Загрузка...
Həmçinin oxuyun:
Və ya qaş düzəltmək əvəzinə vurub gözü çıxartmaq EKSPERTdən sərt etiraz

Və ya qaş düzəltmək əvəzinə vurub gözü çıxartmaq EKSPERTdən sərt etiraz

Ölkədə rus dilli təhsilin dayandırılaması necə təsir bağışlayar?-Nadir İsrafilov yazır..

Ölkədə rus dilli təhsilin dayandırılaması necə təsir bağışlayar?-Nadir İsrafilov yazır..

“Ləhcə və dialektlə danışan müəllimlərin auditoriyaya girməsi arzuedilən deyil”

“Ləhcə və dialektlə danışan müəllimlərin auditoriyaya girməsi arzuedilən deyil”

“Rus dilini təbliğ etmək Azərbaycana düşmənlikdir”

“Rus dilini təbliğ etmək Azərbaycana düşmənlikdir”

Uşaqla bir dildə danışın - Valideynlər DİQQƏT

Uşaqla bir dildə danışın - Valideynlər DİQQƏT

Evdə, məişətdə uşaqlarla başqa dillərdə danışmayın! - Bu problemlər qaçılmazdır

Evdə, məişətdə uşaqlarla başqa dillərdə danışmayın! - Bu problemlər qaçılmazdır

Ailədə iki dildə danışanlara XƏBƏRDARLIQ: Uşağınızın nitqi...

Ailədə iki dildə danışanlara XƏBƏRDARLIQ: Uşağınızın nitqi...

İran ingilis dilini qadağan etdi - Azərbaycan da ... -EKSPERT

İran ingilis dilini qadağan etdi - Azərbaycan da ... -EKSPERT

"Bu prossesi həyata keçirmək mexanizmini tapmaq Təhsil Nazirliyinin intelektual mərkəzinin vacib məsələlərindəndir"

"Bu prossesi həyata keçirmək mexanizmini tapmaq Təhsil Nazirliyinin intelektual mərkəzinin vacib məsələlərindəndir"

Təhsil Nazirliyinin məktəblərdə rus dili OYUNU

Təhsil Nazirliyinin məktəblərdə rus dili OYUNU

Bakıda şagirdlərin 17 faizi rus dilində təhsil alır -RƏSMİ

Bakıda şagirdlərin 17 faizi rus dilində təhsil alır -RƏSMİ

Dilçi alimdən ETİRAZ: "APARICILAR ELƏ CÜMLƏ QURURLAR Kİ, ..." - MÜSAHİBƏ

Dilçi alimdən ETİRAZ: "APARICILAR ELƏ CÜMLƏ QURURLAR Kİ, ..." - MÜSAHİBƏ

“Təhsildən yayınma sıradan olan bir məsələ deyil...”

“Təhsildən yayınma sıradan olan bir məsələ deyil...”

Azyaşlı uşaqların təhsildən yayınmasına səbəb nədir?

Azyaşlı uşaqların təhsildən yayınmasına səbəb nədir?

Müəllimlərin nəticələri şagirdlərdən aşağıdır – Rayon təhsil şöbələrinə sərt İTTİHAM

Müəllimlərin nəticələri şagirdlərdən aşağıdır – Rayon təhsil şöbələrinə sərt İTTİHAM

Məktəblərdə 10-11-ci siniflər ləğv olunacaqmı? - RƏSMİ AÇIQLAMA

Məktəblərdə 10-11-ci siniflər ləğv olunacaqmı? - RƏSMİ AÇIQLAMA

Rus bölmələri məktəblərdə üstünlük təşkil edirmi?

Rus bölmələri məktəblərdə üstünlük təşkil edirmi?

"Necə olur ki, bizim məktəblərin bir neçə ilə öyrədə bilmədiyini hansısa kurslar və ya fərdi repetitorlar bir neçə aya öyrədə bilirlər?"

"Necə olur ki, bizim məktəblərin bir neçə ilə öyrədə bilmədiyini hansısa kurslar və ya fərdi repetitorlar bir neçə aya öyrədə bilirlər?"

"Problemlərin aradan qaldırılması üçün mükəmməl Orfoepiya lüğətinə ehtiyac var"- MÜTƏXƏSSİS

"Problemlərin aradan qaldırılması üçün mükəmməl Orfoepiya lüğətinə ehtiyac var"- MÜTƏXƏSSİS

Gənc nazirə bir-iki səmimi sözlər... - bu işin həllini kimin ödəsinə buraxmaq fikrindəyik?

Gənc nazirə bir-iki səmimi sözlər... - bu işin həllini kimin ödəsinə buraxmaq fikrindəyik?

Rus dili müəllimləri diqqət!Seminar təşkil olunacaq

Rus dili müəllimləri diqqət!Seminar təşkil olunacaq

Azərbaycanlı tələbələr xaricdə fərqlənirlər, üstündürlər - AÇIQLAMA

Azərbaycanlı tələbələr xaricdə fərqlənirlər, üstündürlər - AÇIQLAMA

"Hər halda hesab edək ki, bu Dövlət İmtahan Mərkəzi - sadəcə olaraq TQDK yox, publik hüquqi şəxs statusuna malik DİM-dir".

"Hər halda hesab edək ki, bu Dövlət İmtahan Mərkəzi - sadəcə olaraq TQDK yox, publik hüquqi şəxs statusuna malik DİM-dir".

Abituriyentlərin iki dəfə imtahan verməsi korrupsiyaya yol aça bilərmi?

Abituriyentlərin iki dəfə imtahan verməsi korrupsiyaya yol aça bilərmi?