AzTehsil.com


Xəbərlər
14 noyabr 2017
3 262


"Problemlərin aradan qaldırılması üçün mükəmməl Orfoepiya lüğətinə ehtiyac var"- MÜTƏXƏSSİS



"Dövlət Dil Komissiyasının görəcəyi işlərin ümumi mahiyyəti Azərbaycan dilini ayrı-ayrı sahələrdə, ayrı-ayrı funksional üslublar çərçivəsində daha da inkişaf etdirmək, aşkar olunan qüsurları, boşluqları aradan qaldırmaqdır”.


Aztəhsil.com bildirir ki, bunu "report”a açıqlamasında Dövlət Dil Komissiyasının yeni üzvü, AMEA-nın müxbir üzvü, Folklor İnstitutunun direktoru Muxtar İmanov deyib.


O bildirib ki, Orfoqrafiya lüğətinin yenidən çap olunmağına, əvvəlki lüğətin təkmilləşdirilməsinə ehtiyac var.

 

"Bununla bağlı hazırda Dilçilik İnstitutunda işlər gedir. Lüğət hazırlanıb dövlət tərəfindən təsdiqlənəndən sonra çapa tövsiyə olunacaq”.


M.İmanovun sözlərinə görə, Prezident İlham Əliyevin noyabrın 13-də imzaladığı sərəncama uyğun olaraq Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da yaxşılaşdırılması ilə bağlı tədbirlər planı hazırlanacaq:

 

"Tədbirlər planında yer alacaq vacib istiqamətlərdən biri də dilin tələffüz qaydalarının təkmilləşdirilməsidir. Tələffüz qaydalarının təkmilləşdirilməsinə çox böyük ehtiyac var. Radio və televiziya verilişlərində olan aparıcıların tələffüzündə bu problem daha qabarıq şəkildə hiss olunur. Jurnalistlər orfoqrafiya qaydalarını bəzən pozur, ümumi normativlərdən kənara çıxır, bəzən kim necə istəyir sözləri elə də tələffüz edir, dialektlərdən istifadə edirlər. Bunlar yolverilməz qüsurlardır, bu problemlərin aradan qaldırılması üçün mükəmməl Orfoepiya lüğətinə ehtiyac var”.

Mütəxəssis qeyd edib ki, digər istiqamət terminlərlə bağlı problemdir:

 

"Müxtəlif elm sahələri ilə bağlı ali məktəblərdə yeni tədris olunan fənlərə aid olan terminlərə ehtiyac var ki, yenidən baxılsın. Heç kim alınma sözlərin Azərbaycan dilində işlənməsinin, dilə yeni söz gəlməsinin əleyhinə deyil. Əsas məsələ həmin sözlərin dilin tələffüz qaydalarına uyğunlaşdırılması və Azərbaycan dilində qarşılığı olan sözlərin qarşılığının tapılmasıdır. Daha bir həll olunmalı məsələ isə Azərbaycan dilində olan sözün yersiz olaraq əcnəbi sözlə əvəzlənərək işlənməsidir”.


M.İmanov bildirib ki, qeyd olunan məsələlərin həll olunması ayrı-ayrı qurumlar tərəfindən həll olunması nəzərdə tutulub: "Elmin ayrı-ayrı sahələrində çalışan alimlərin də bu prosesdə iştirakı nəzərdə tutulur. Tədbirlər planında həmçinin tədbirlərin dövlət səviyyəsində keçirilməsi nəzərdə tutulacaq”.




Загрузка...
Həmçinin oxuyun:
Azərbaycanda bəzi sözlərin yazılışı dəyişdirilir- TƏKLİF

Azərbaycanda bəzi sözlərin yazılışı dəyişdirilir- TƏKLİF

Yeni orfoqrafiya lüğətinin tərtib olunması prinsiplərini Nazirlər Kabineti təsdiqləyəcək

Yeni orfoqrafiya lüğətinin tərtib olunması prinsiplərini Nazirlər Kabineti təsdiqləyəcək

Akademik Möhsün Nağısoylu: Orfoqrafiya lüğətinin akademik nəşrini Dilçilik İnstitutu hazırlamalıdır

Akademik Möhsün Nağısoylu: Orfoqrafiya lüğətinin akademik nəşrini Dilçilik İnstitutu hazırlamalıdır

Yeni orfoqrafiya lüğətinin hazırlanması istiqamətində iş aparılır

Yeni orfoqrafiya lüğətinin hazırlanması istiqamətində iş aparılır

“Adapter” və “zaryadka”nın Azərbaycan dilində qarşılığı müəyyənləşdi

“Adapter” və “zaryadka”nın Azərbaycan dilində qarşılığı müəyyənləşdi

AMEA-da yeni orfoqrafiya lüğətinin hazırlanması haqda qərar qəbul edilib

AMEA-da yeni orfoqrafiya lüğətinin hazırlanması haqda qərar qəbul edilib

Dil qaydasını pozanlar cərimələnəcək - Qanun hazırlanır

Dil qaydasını pozanlar cərimələnəcək - Qanun hazırlanır

Dilçi alimdən ETİRAZ: "APARICILAR ELƏ CÜMLƏ QURURLAR Kİ, ..." - MÜSAHİBƏ

Dilçi alimdən ETİRAZ: "APARICILAR ELƏ CÜMLƏ QURURLAR Kİ, ..." - MÜSAHİBƏ

Terminologiya Komissiyasının təklif etdiyi sözlərə - ETİRAZ

Terminologiya Komissiyasının təklif etdiyi sözlərə - ETİRAZ

Sayalı Sadıqova: “Mouse”a “bələdçi” deməyi informatika mütəxəssisləri təklif edib”

Sayalı Sadıqova: “Mouse”a “bələdçi” deməyi informatika mütəxəssisləri təklif edib”

Bakıda saxta dərsliklər satışa çıxarıldı – FOTO

Bakıda saxta dərsliklər satışa çıxarıldı – FOTO

Yad sözlərə düşmən münasibət bəsləməyin!- EKSPERT

Yad sözlərə düşmən münasibət bəsləməyin!- EKSPERT

TƏHSİL EKSPERTLƏRİ ƏLEYHİNƏ ÇIXDILAR

TƏHSİL EKSPERTLƏRİ ƏLEYHİNƏ ÇIXDILAR

“Hər hansı sözü əvəzləyib işlətmək üçün hoqqabazlıq etmək düzgün deyil”- Musa Yaqub

“Hər hansı sözü əvəzləyib işlətmək üçün hoqqabazlıq etmək düzgün deyil”- Musa Yaqub

DİQQƏT! İşə qəbulda dövlət dilindən imtahan götürülməsi təklif edilir

DİQQƏT! İşə qəbulda dövlət dilindən imtahan götürülməsi təklif edilir

“Ləhcə və dialektlə danışan müəllimlərin auditoriyaya girməsi arzuedilən deyil”

“Ləhcə və dialektlə danışan müəllimlərin auditoriyaya girməsi arzuedilən deyil”

"Ləhcədə, alınma sözlərdən minimum istifadə etməliyik" Nuşirəvan Məhərrəmli

"Ləhcədə, alınma sözlərdən minimum istifadə etməliyik" Nuşirəvan Məhərrəmli

“Təhsildə keyfiyyət ili” çərçivəsindəki tədbirlərə dair Fəaliyyət Planı təsdiq edilib

“Təhsildə keyfiyyət ili” çərçivəsindəki tədbirlərə dair Fəaliyyət Planı təsdiq edilib

Telekanal rəhbərləri cərimələnsinlər! - Dilçilik İnstitutundan yeni TƏKLİF

Telekanal rəhbərləri cərimələnsinlər! - Dilçilik İnstitutundan yeni TƏKLİF

Orta məktəb dərsliyindəki vulqarizm: "İtil burdan küçük"

Orta məktəb dərsliyindəki vulqarizm: "İtil burdan küçük"

“Məktəblilərdə mühəndislik ixtisaslarına maraq yaradılmalıdır” -Karyera üzrə ekspert

“Məktəblilərdə mühəndislik ixtisaslarına maraq yaradılmalıdır” -Karyera üzrə ekspert

Təhsil Nazirliyi səhvi etiraf etdi

Təhsil Nazirliyi səhvi etiraf etdi

Tələbə qəbulu planını Nazirlər Kabineti müəyyən edəcək

Tələbə qəbulu planını Nazirlər Kabineti müəyyən edəcək

Dilçi alimdən tənqidçiyə “dullama” - CAVABI

Dilçi alimdən tənqidçiyə “dullama” - CAVABI