AzTehsil.com


Xəbərlər
07 noyabr 2017
3 194


Dilçi alimdən tənqidçiyə “dullama” - CAVABI



Bu sözləri gülünc saymaq, buna görə dilçiləri qurama kəlmələr düzəltməkdə qınamaq doğru deyil. Əksinə, bu sözlər dilimizin tarixinə güzgü tutan ən qiymətli sözlərdir. İradə Musayevanın "gülünc söz” kimi verdiyi nümunələrin sözlükdən çıxarılması təklifi ilə razı deyiləm.


Aztəhsil.com xəbər verir ki, bu sözləri kult.az-a dilçi alim Şahlar Məmmədov tənqidçi, ədəbiyyatşünas İradə Musayevanın dilin lüğət fonduna daxil olan bəzi sözlərin sözlükdən çıxarılması təklifinə münasibət bildirərkən deyib.


İ.Musayeva "Azərbaycan dilinin orfoqrafiya lüğəti”nə (Bakı. 2013. 198-ci səhifə) salınan dul, dulcuğaz, dulqalma, dullaşma, dullaşmaq, dulluca, dulluca-hallıca, dulluq, dulolma, dulotu kimi sözləri süni və qurama kəlmələr hesab edib.


Ədəbiyyatşünas-alimin bu sözlərinə münasibət bildirən Ş.Məmmədov qeyd edib ki, həmin sözləri gülünc hesab etmək olmaz. Sadəcə, dilçilər həmin sözlərin mənasını izahlı lüğətdə düzgün verməli və kəlmələrin anlamı hər kəsə aydın olmalıdır:


"Bu "dullanma”, "dullaşma” sözləri toplumun anladığı dul (ərinin ölümündən sonra ərə getməmiş qadın; arvadının ölümündən sonra evlənməmiş kişi) mənasında deyil. Qondarma söz kimi təqdim edilən dullaşma, dullaşmaq, dullanmaq, dulotu kimi sözlər qədim türk tarixindəki "at quyruğu kəsmək” gələnəyi ilə bağlıdır. Bu sözlər türk tarixində millət, vətən, ailə, namus uğruna şəhid olmağa hazır olduğunu göstərən anlayışlardır.


Əski türklərdə at quyruğu kəsməyə el arasında dullamaq (tullamaq) deyərmişlər. Onu da bilirsiniz ki, at əsgərə eşi qədər yaxın olmuşdur. Döyüşdə əsgər şəhid olmuşsa, "atı dul qaldı” deyilib. Bu səbəbdən əsgərin məzarına at quyruğu kəsilərək gömülmüş və buna dullanmaq deyilmişdir. Bir sözlə, sahibi ölmüş atın yas əlaməti olaraq quyruğunu kəsmək - yas saxlamaq, yasa batmaq kimi qəbul edilirdi. "At quyruğu düyünləmək” adəti isə döyüşə, şücaət göstərməyə, şəhid olmağa hazır olmaq anlamı daşıyıb. Təsadüfi deyil ki, bəzi türk dillərində bu gün də yas saxlamaq mənasında dullamaq/ tullamaq sözü işlənir”.


Ş.Məmmədov hesab edir ki, bu cür sözlər dilimizin tarixinə güzgü tutan ən qiymətli sözlərdir:


"O başqa məsələdir ki, dilçilər həmin sözlərin mənasını izahlı lüğətdə doğru-düzgün verməli, kəlmələrin anlamı hər kəsə aydın olmalıdır”.


Qeyd edək ki, "dullaşmaq” "Azərbaycan dilinin izahlı lüğəti”ndə "əri (və ya arvadı) ölmək; dul qalmaq” kimi izah edilib.


Ədəbiyyatşünas-alim İradə Musayeva Teleqraf.com-a verdiyi açıqlamada dilin lüğət fonduna daxil olan sözlərin sayını artırmaq üçün süni cəhdlərin nəticəsiz qalacağını bildirib. Orfoqrafiya lüğətini tənqid edən İ.Musayeva lüğətdə süni, uğursuz, dildə işlək ola bilməyəcək sözlərin olduğunu bildirib və missal kimi haqqında bəhs edilən sözləri göstərib.




Загрузка...
Həmçinin oxuyun:
Sayalı Sadıqova: “Mouse”a “bələdçi” deməyi informatika mütəxəssisləri təklif edib”

Sayalı Sadıqova: “Mouse”a “bələdçi” deməyi informatika mütəxəssisləri təklif edib”

“Hər hansı sözü əvəzləyib işlətmək üçün hoqqabazlıq etmək düzgün deyil”- Musa Yaqub

“Hər hansı sözü əvəzləyib işlətmək üçün hoqqabazlıq etmək düzgün deyil”- Musa Yaqub

Azərbaycan dili dərslərində yeni sözlərin öyrənilməsində müasir texnika və üsullar.

Azərbaycan dili dərslərində yeni sözlərin öyrənilməsində müasir texnika və üsullar.

Terminologiya Komissiyasının təklif etdiyi sözlərə - ETİRAZ

Terminologiya Komissiyasının təklif etdiyi sözlərə - ETİRAZ

Orta məktəb dərsliyindəki vulqarizm: "İtil burdan küçük"

Orta məktəb dərsliyindəki vulqarizm: "İtil burdan küçük"

Dil qaydasını pozanlar cərimələnəcək - Qanun hazırlanır

Dil qaydasını pozanlar cərimələnəcək - Qanun hazırlanır

Yeni orfoqrafiya lüğətinin hazırlanması istiqamətində iş aparılır

Yeni orfoqrafiya lüğətinin hazırlanması istiqamətində iş aparılır

Falçılar həyatımızla bağlı bəzi məqamları necə düz deyə bilir? – MARAQLI FAKTLAR

Falçılar həyatımızla bağlı bəzi məqamları necə düz deyə bilir? – MARAQLI FAKTLAR

Yeni orfoqrafiya lüğətinin tərtib olunması prinsiplərini Nazirlər Kabineti təsdiqləyəcək

Yeni orfoqrafiya lüğətinin tərtib olunması prinsiplərini Nazirlər Kabineti təsdiqləyəcək

I-IV sinif müəllimləri OXUYUN ! Ümumtəhsil məktəbləri üçün təhsil proqramı  (I-IV siniflər) (STANDARTLAR)

I-IV sinif müəllimləri OXUYUN ! Ümumtəhsil məktəbləri üçün təhsil proqramı (I-IV siniflər) (STANDARTLAR)

“Adapter” və “zaryadka”nın Azərbaycan dilində qarşılığı müəyyənləşdi

“Adapter” və “zaryadka”nın Azərbaycan dilində qarşılığı müəyyənləşdi

“Türk Milli Kültürü” kitabı Azərbaycan dilində

“Türk Milli Kültürü” kitabı Azərbaycan dilində

AMEA-da yeni orfoqrafiya lüğətinin hazırlanması haqda qərar qəbul edilib

AMEA-da yeni orfoqrafiya lüğətinin hazırlanması haqda qərar qəbul edilib

Unutmayın! DANIŞIQ MƏDƏNİYYƏTİ

Unutmayın! DANIŞIQ MƏDƏNİYYƏTİ

RƏZALƏT !!! Bank işçiləri ŞƏHİD ailəsini təhdid edir ...

RƏZALƏT !!! Bank işçiləri ŞƏHİD ailəsini təhdid edir ...

“Ləhcə və dialektlə danışan müəllimlərin auditoriyaya girməsi arzuedilən deyil”

“Ləhcə və dialektlə danışan müəllimlərin auditoriyaya girməsi arzuedilən deyil”

ADU-da “Türk sonetləri” kitabının təqdimatı keçirildi

ADU-da “Türk sonetləri” kitabının təqdimatı keçirildi

Dilçi alimdən ETİRAZ: "APARICILAR ELƏ CÜMLƏ QURURLAR Kİ, ..." - MÜSAHİBƏ

Dilçi alimdən ETİRAZ: "APARICILAR ELƏ CÜMLƏ QURURLAR Kİ, ..." - MÜSAHİBƏ

DİM-in publik hüquqi şəxsin Nizamnaməsində dəyişikliklər edildi... YENİ SƏLAHİYYƏTLƏR ƏLAVƏ EDİLİB

DİM-in publik hüquqi şəxsin Nizamnaməsində dəyişikliklər edildi... YENİ SƏLAHİYYƏTLƏR ƏLAVƏ EDİLİB

Dərslikdə ciddi səhv - Azərbaycan məktəbi Əfqanıstandakı kimi təqdim edilir - VİDEO

Dərslikdə ciddi səhv - Azərbaycan məktəbi Əfqanıstandakı kimi təqdim edilir - VİDEO

“Türk dünyasının vahid universitetinin yaradılması son dərəcə zəruridir”

“Türk dünyasının vahid universitetinin yaradılması son dərəcə zəruridir”

Təhsil Nazirliyinin məktəblərdə rus dili OYUNU

Təhsil Nazirliyinin məktəblərdə rus dili OYUNU

Nobelçi alimdən cahilliyi müsəlmanlıqla bağlayanlara sillə kimi cavab...

Nobelçi alimdən cahilliyi müsəlmanlıqla bağlayanlara sillə kimi cavab...

Magistr və doktorantlara möhlət hüququ verildi

Magistr və doktorantlara möhlət hüququ verildi