“Adapter” və “zaryadka”nın Azərbaycan dilində qarşılığı müəyyənləşdi
Bəzi alınma sözlərin Azərbaycan dilində qarşılığı müəyyənləşdirilərək Nazirlər Kabineti yanında Terminologiya Komissiyasında təsdiqlənib.
Aztəhsil.com apa-ya istinadən xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının sədr müavini Sayalı Sadıqova bildirib. O, Azərbaycanda dilində qarşılığı müəyyənləşdirilmiş bəzi sözlərin siyahısını açıqlayıb:
"Zaryadka” – "Yükləmə”,
"Adapter” – "Yükləyici”,
"Embarqo” – "Qadağa”,
"Evakuasiya” – "Köçürülmə”,
"Proqnoz” – "Öncəgörmə”,
"Konsensus” – "Yekdillik”,
"Kserokopiya” – "Üzçıxarma”,
"Like” – "Bəyənmə”,
"Mesaj” – "İsmarıc” kimi təsdiqlənib.
Bu sözlərin mətbuat orqanlarında Komissiya tərəfindən təsdiqlənmiş formada istifadə edilməsinin zəruriliyini vurğulayan S. Sadıqova qeyd edib ki, komputer "mouse”nun qarşılığı kimi "bələdçi” sözündən istifadə olunması təklif olunur.