AzTehsil.com


Xəbərlər
18 iyun 2022
1 031


Azərbaycan ilk dəfə TALIS qiymətləndirmə tədqiqatında iştirak edəcək




Təlim və Tədris üzrə Beynəlxalq Araşdırma (TALIS) ilk dəfə 2008-ci ildə keçirilib, periodik olaraq sonrakı tədqiqatlar 2013-cü və 2018-ci illərdə təşkil edilib. 2024-cü ildə keçiriləcək beynəlxalq tədqiqatda isə Azərbaycan ilk dəfə iştirak edəcək.


Bu barədə Təhsil İnstitutundan məlumat verilib. Qeyd edilib ki, TALIS iştirakçı ölkələrin və iqtisadiyyatların, İqtisadi İnkişaf və Əməkdaşlıq Təşkilatının (OECD), TALIS beynəlxalq konsorsiumun, Beynəlxalq və Avropa Təhsil Komissiyasının birgə əməkdaşlığı çərçivəsində yaradılıb. Beynəlxalq qiymətləndirmə tədqiqatı OECD və Təhsil Nailiyyətlərinin Qiymətləndirilməsi üzrə Beynəlxalq Assosiasiya tərəfindən idarə olunur, bütün prosedurlar bu iki qurum tərəfindən müəyyənləşdirilir və həyata keçirilir.


Tədris prosesini peşəkar səviyyədə müzakirə etmək məqsədilə TALIS müəllimlərin və direktorların təcrübələri, tədrisə dair baxışları, peşəkar inkişafı, həmçinin onların işinin qiymətləndirilməsi, müxtəlif idarəetmə və iş yeri ilə əlaqəli problemlər kimi məsələləri araşdırır. TALIS tədqiqatının əsas üstünlüklərindən biri əldə edilən məlumatlar əsasında müxtəlif ölkələr arasında təhsil siyasətləri üzrə müqayisələr apara bilməkdir.


Tədqiqatda iştirak edən ölkələrin sayı hər bir tədqiqat dövrü üçün artmaqdadır: 2008-ci ildə 24 ölkə, 2013-cü ildə 38 ölkə, 2018-ci ildə isə 48 ölkə. Əsas hədəf qrup ümumi orta təhsil səviyyəsində çalışan müəllim və direktorlardır. Təhsil sistemlərinin ibtidai təhsil və ya tam orta təhsil üzrə sorğunu təşkil etmək imkanları var. Ancaq əksər ölkələr əsasən ümumi orta təhsil səviyyəsi üzrə sorğunu həyata keçirirlər. 2018-ci ildəki tədqiqatda ümumi orta və tam orta təhsil səviyyələri üzrə ümumilikdə 260 mindən çox müəllim, 15 min direktor iştirak edib.


Azərbaycanda TALIS qiymətləndirmə tədqiqatı Təhsil İnstitutu tərəfindən həyata keçirilir.




Загрузка...
Həmçinin oxuyun:
AZƏRBAYCAN RESPUBLİKASININ ÜMUMTƏHSİL SİSTEMİNDƏ QİYMƏTLƏNDİRMƏ KONSEPSİYASI

AZƏRBAYCAN RESPUBLİKASININ ÜMUMTƏHSİL SİSTEMİNDƏ QİYMƏTLƏNDİRMƏ KONSEPSİYASI

Bakı təhsili: təqvim ilinin təhsil mənzərəsi

Bakı təhsili: təqvim ilinin təhsil mənzərəsi

Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası

Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası

Ənənəvi və interaktiv təlim metodlarının müqayisəli təhlili

Ənənəvi və interaktiv təlim metodlarının müqayisəli təhlili

Paytaxt təhsili 2021-ci təqvim ilində

Paytaxt təhsili 2021-ci təqvim ilində

Təhsilin inkişaf strategiyası: nailiyyətlər və əsas hədəflər - Nazir YAZDI

Təhsilin inkişaf strategiyası: nailiyyətlər və əsas hədəflər - Nazir YAZDI

Məktəb direktoru necə olmalıdır? - Beynəlxalq təcrübə...

Məktəb direktoru necə olmalıdır? - Beynəlxalq təcrübə...

Azərbaycan ICILS 2023-də iştirak edəcək

Azərbaycan ICILS 2023-də iştirak edəcək

Beynəlxalq qiymətləndirmə təcrübəsi -SƏVİYYƏLƏR

Beynəlxalq qiymətləndirmə təcrübəsi -SƏVİYYƏLƏR

Şagird nailiyyətlərinin qiymətləndirilməsi necə aparılmalıdır? - CƏDVƏL

Şagird nailiyyətlərinin qiymətləndirilməsi necə aparılmalıdır? - CƏDVƏL

Şagird nailiyyətlərinin qiymətləndirilməsi necə aparılır.

Şagird nailiyyətlərinin qiymətləndirilməsi necə aparılır.

“Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası”  2017

“Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası” 2017

Məleykə Abbaszadə DİM-in yaradılmasının 5-ci ildönümü ilə bağlı fikirlərini bölüşüb

Məleykə Abbaszadə DİM-in yaradılmasının 5-ci ildönümü ilə bağlı fikirlərini bölüşüb

Pedaqoji Lüğət

Pedaqoji Lüğət

Uğurlu təhsil islahatlarının banisi

Uğurlu təhsil islahatlarının banisi

ÜMUMİ TƏHSİL MÜƏSSİSƏLƏRİNİN MÜƏLLİMLƏRİ ÜÇÜN İXTİSASARTIRMA TƏHSİLİNİN KURİKULUM ÇƏRÇİVƏSİ

ÜMUMİ TƏHSİL MÜƏSSİSƏLƏRİNİN MÜƏLLİMLƏRİ ÜÇÜN İXTİSASARTIRMA TƏHSİLİNİN KURİKULUM ÇƏRÇİVƏSİ

Əlavə təhsilin məzmunu, təşkili və əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq sənədin verilməsi

Əlavə təhsilin məzmunu, təşkili və əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq sənədin verilməsi

Şagird nailiyyətlərinin qiymətləndirilməsi konsepsiyası barədə.

Şagird nailiyyətlərinin qiymətləndirilməsi konsepsiyası barədə.

"Təhsildə yeni keyfiyyət mərhələsi başlayır"  Azərbaycan Respublikasının Təhsil Naziri Mikayıl Cabbarovun “Azərbaycan” qəzetinə müsahibəsi

"Təhsildə yeni keyfiyyət mərhələsi başlayır" Azərbaycan Respublikasının Təhsil Naziri Mikayıl Cabbarovun “Azərbaycan” qəzetinə müsahibəsi

Azərbaycan Respublikası ümumtəhsil məktəbinin nümunəvi əsasnaməsi

Azərbaycan Respublikası ümumtəhsil məktəbinin nümunəvi əsasnaməsi

Təhsil müəssisələrinin akkreditasiyası   Qaydaları

Təhsil müəssisələrinin akkreditasiyası Qaydaları

Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

Kadr hazırlığı ölkəmizin sənaye, iqtisadi inkişafına uyğun aparılacaq

Kadr hazırlığı ölkəmizin sənaye, iqtisadi inkişafına uyğun aparılacaq

Ümumtəhsil məktəbinin direktorunun   əmək funksiyaları, hüquq və vəzifələri

Ümumtəhsil məktəbinin direktorunun əmək funksiyaları, hüquq və vəzifələri