AzTehsil.com


Xəbərlər / Qabaqcıl təcrübə
19 dekabr 2017
6 709


Beynəlxalq qiymətləndirmə təcrübəsi -SƏVİYYƏLƏR



Bu bir həqiqətdir ki, keyfiyyətli təhsil cəmiyyətin inkişafına təkan verən aparıcı qüvvədir. Sürətlə dəyişən dünyada uğur əldə etmək üçün cəmiyyət üzvləri öz bilik və bacarıqlarını davamlı olaraq inkişaf etdirməlidirlər. İnkişafa nəzarət isə həmin sahə üzrə məlumatların toplanmasını, xüsusi informasiyanı tələb edir. Keçən əsrin 50-ci illərindən beynəlxalq qiymətləndirmə tədqiqatlarının aparılmasının məqsədlərindən biri də ölkələri belə informasiyalarla təmin etmək idi.

 
Beynəlxalq qiymətləndirmə ölkələrin təhsil sistemlərində ümumi olan və ümumi olduğuna görə də müqayisə edilə biləcək göstəriciləri araşdırmaqla,  son nəticədə onların beynəlxalq bazarın tələblərinə uyğun olub-olmamasını öyrənirdi. İlk beynəlxalq qiymətləndirmə tədqiqatlarında ölkələrin təhsil səviyyəsi oxu, yazı, ədəbiyyat, xarici dillər, İKT sahəsi üzrə biliklər əsasında öyrənildi. Bir neçə layihədən sonra ilk tədqiqatlarda iştirak etməyən  ölkələr də  bu cür qiymətləndirmə və təhlillərin təhsilin inkişafı üçün strategiyanın müəyyənləşdirilməsində rol oynadığını anlayaraq beynəlxalq proqramlara qoşuldular.

Beynəlxalq qiymətləndirmə ölkələr üçün nisbi (ona görə ki, proqrama qoşulan ölkələrin hamısı iqtisadi cəhətdən eyni səviyyədə olmur)  müqayisə etmək imkanı yaratmaqla yanaşı, qənaətbəxş və çatışmayan cəhətlər nəzərə alınmaqla inkişafa, keyfiyyətə nəzarət üçün informasiya mənbəyi rolunu da oynayır. Hazırda 60-a qədər  ölkənin iştirak etdiyi beynəlxalq proqramlar müxtəlif ölkələrin ibtidai təhsilin son sinifləri və orta məktəb iştirakçılarının təhsil nailiyyətlərini müqayisəli şəkildə qiymətləndirməklə əsas fənlərin tədrisində keyfiyyət dəyişmələrinin tendensiyasını müəyyənləşdirir, fənlərin tədrisinin keyfiyyətinə təsir edən faktorları üzə çıxarır, kurikulumlar, eyni zamanda müxtəlif ölkələrin təhsil prosesinin təşkilinin əsasları haqqında məlumatlar toplayır.
 
Qeyd edək ki, proqram iştirakçıları beynəlxalq qiymətləndirmənin nəticələrindən ölkənin təhsil səviyyəsini qiymətləndirmək, attestasiya etmək üçün deyil, dünya təcrübəsini öyrənmək məqsədilə istifadə edirlər.

Məlumdur ki, təhsilin səviyyəsini dünya kontekstində öyrənən beynəlxalq tədqiqatda tətbiq edilən qiymətləndirmə vasitələrinin məzmunu və forması da ümumi olmaqla həmin məqsədə xidmət etməlidir. Lakin nəticələrin təhlili bəzən bu ümumilikdə xüsusiliyə yol verildiyini göstərir.
 
Qeyd edək ki, beynəlxalq qiymətləndirmə tapşırıqları əksər iştirakçı ölkələr üçün ümumilikdə oxu (qavrama), riyaziyyat və təbiətşünaslıq fənlərinin tədrisinin keyfiyyət qiymətləndirilməsi baxımından müasir dövrün standartlarına cavab verən suallardır.
 
Bununla yanaşı, araşdırmalarda bir çox hallarda ölkələrin təhsil proqramlarının çərçivəsindən kənara çıxan, şagirdlərin alışmadığı, lakin mütəxəssislərin fikrincə, çağdaş zamanda həyat üçün önəmli sayılan suallara da rast gəlinir. 

Məlum məsələdir ki, belə vəziyyətdə çalışmaların tərkibi bu və ya digər dərəcədə  iştirakçı ölkələrin proqramlarına uyğun gəlmir, şagirdlər üçün yorucu olur.  Belə hal Azərbaycanın orta məktəblərində tədris olunan riyaziyyat və təbiət fənlərinin proqramları üçün də qanunauyğundur. Bu vəziyyətin yaranması 60-a qədər ölkə iştirakçılarının təhsil nailiyyətlərinin qiymətləndirilməsinin ayrı-ayrı ölkələrin proqramları tərəfindən deyil, çox az sayda (əsasən Qərbi Avropa) ölkəni təmsil edən mütəxəssislər tərəfindən aparılması nəticəsindədir. Burada şagirdlərimizin nəticələrinə təsir göstərən iki məqam da nəzərə alınmalıdır: birincisi,  qavramanı yoxlayan oxu məktəblərdə ayrıca bir fənn kimi tədris olunmur. Oxu  dedikdə, Azərbaycan məktəblərinin ibtidai təhsil pilləsində kurikulum tətbiq olunana qədər tədris edilən və daha çox mütaliə məqsədi daşıyan fənn nəzərdə tutulmur. Beynəlxalq qiymətləndirmədə iştirak edən ölkələrin bir çoxunda qavramanı inkişaf etdirmək məqsədilə eyniadlı və məzmunlu fənn həm  ibtidai təhsil pilləsində, həm də yuxarı siniflərdə də tədris olunur.
 
İkincisi, ölkəmizin indiyə qədər iştirak etdiyi PISA beynəlxalq qiymətləndirməsi sırf tətbiqi bacarıqları yoxlayan tədqiqatdır. PISA beynəlxalq tədqiqatını kurikulum deyil, həyati bacarıqlar maraqlandırdığına görə buradakı qiymətləndirmə vasitələrinin şagirdlər üçün irihəcmli (65 səhifə), forma və məzmununa görə tamamilə yeni olması, fənn proqramları ilə uyğun olmaması halları tez-tez müşahidə edilir. Belə bir məqamı da qeyd etmək lazımdır ki, Azərbaycan bu proqrama qoşulanda ölkənin təhsil sistemində dünya təcrübəsindən yararlanan Milli Kurikulum, yeni qiymətləndirmə mexanizmi tətbiq edilmirdi. Hazırda bu sistem beynəlxalq qiymətləndirmə proqramlarına daxil olmayan I-III siniflərdə tətbiq edilir. PISA beynəlxalq proqramında isə 15 yaşlı şagirdlər arasında qiymətləndirmə aşağıdakı bacarıq səviyyələrinə görə aparılır:

Təbiət elmləri üzrə:

1-ci səviyyə. Şagirdlər məhdud elmi biliklərə malikdirlər və biliklərini yalnız bir necə situasiyada tətbiq etməyi bacarırlar, elmi izahı verilmiş fakta əsaslanaraq nümayiş etdirə bilirlər.

2-ci səviyyə. Şagirdlər  tanış olan kontekstdə mümkün şərhlərin verilməsində və ya sadə tədqiqata əsaslanan nəticələrin çıxarılmasında kifayət qədər biliklərə malikdirlər,  düşünməyi bacarır və problemin həllində müəyyən mülahizələr yürüdürlər.

3-cü səviyyə. Şagirdlər verilmiş  elmi suala əsasən hadisələri izah etmək üçün biliklərindən və faktlardan istifadə edə bilir, sadə model və strategiyaları tətbiq edə bilirlər, elmi biliklərə əsaslanan qərarlar verməyi və qısa fikirlər söyləməyi bacarırlar.

4-cü səviyyə. Şagirdlər elmin və texnologiyanın vasitəsilə nəticə çıxarmağı tələb edən  suallarla effektli şəkildə işləyə bilir, müxtəlif elmə aid bilikləri tətbiq etməyi, bildiklərini həyatdakı situasiyalarla əlaqələndirməyi, elmi bilik və dəlillərdən istifadə edərək qərar verməyi bacarırlar.

5-ci səviyyə. Şagirdlər həyatda rastlaşdıqları situasiyaların əksəriyyətinin elmi komponentlərini müəyyənləşdirməyi, müqayisə etməyi, seçməyi və həyatdakı situasiyalara uyğun olaraq elmi faktları dəyərləndirməyi, təbiət elmləri üzrə biliklərini bu situasiyalara uyğun tətbiq etməyi bacarır, dəlil və təhlillərə əsaslanan fikirlərinin izahını verə bilirlər.

6-cı səviyyə. Şagirdlər  təbiət elmləri üzrə biliklərini dərk etməyi, izah etməyi və tətbiq etməyi bacarırlar. Onlar müxtəlif informasiya mənbələrini və onların şərhlərini əlaqələndirməyi və  əldə etdikləri qərarlarını əsaslandırmaq üçün dəlillərdən istifadə etməyi bacarırlar, öz elmi fikir və düşüncələrini aydın şəkildə və qətiyyətlə nümayiş etdirirlər, onlara tanış olmayan situasiyalarda problemin  həllini tapmaqdan ötrü elmi bacarıqlarından istifadə edirlər.

Riyaziyyat üzrə:

1-ci  səviyyə. Şagirdlər aydın və lazımi informasiyanın verildiyi tanış məzmunlu, sadə və köməyi verilmiş sualları cavablandırırlar, informasiyanı başa düşür, sual kitabçasındakı təlimata əsaslanaraq adi prosedurları yerinə yetirə bilirlər.

2-ci səviyyə. Şagirdlər birbaşa nəticə çıxarmağı tələb edən  misal və məsələləri yerinə yetirir, mənbədən uyğun gələn məlumatı çətinliklə də olsa, əldə edir, məsələnin həlli üçün bir üsuldan, əsas alqoritmlərdən, formul və  üsullardan istifadə etməyi, adi nəticənin əldə olunmasını bacarırlar.

3-cü səviyyə. Şagirdlər həlli ardıcıllığı tələb edilməklə aydın təsvir olunmuş  prosedurları yerinə yetirməyi, sadə problemin həlli strategiyalarını seçərək tətbiqetməni, müxtəlif məlumat mənbələrinə əsaslanmış nümunələrdən istifadə etməyi və onların üzərində işləməyi bacarır,  şərh,  düşüncə və nəticələrini ifadə edən fikir yürüdə bilirlər.

4-cü səviyyə. Şagirdlər mürəkkəb  situasiyalarda müəyyən nümunələrlə səmərəli şəkildə işləyə bilir, əlaqələndirməni, çox fikirləşmədən belə biliklərindən yaxşı istifadə etməyi və cəld mühakimə yürütməyi, dəlillərə, şərhlərə əsaslanaraq  öz izahlarını və fikirlərini söyləməyi bacarırlar.

5-ci səviyyə. Şagirdlər mürəkkəb situasiyalarda müəyyən modellərlə işləməyi, müqayisə etməyi və dəyərləndirməyi, öz geniş bilik dairələrindən, qabiliyyətlərindən istifadə etməyi, düşünməyi, fikir yürütməyi, fikirlərini əsaslı şəkildə izah etməyi, mürəkkəb problemin həlli strategiyalarını seçməyi bacarırlar.

6-cı səviyyə. Şagirdlər mürəkkəb riyazi məsələlərin həllində öz biliklərinə və tədqiqatlarına əsaslanaraq məlumatı dərk edir, nəticə çıxarmağı, müxtəlif məlumat mənbələrini və nümunələri əlaqələndirməyi və asanlıqla izahını verməyi bacarırlar. Bu səviyyənin tələblərinə cavab verən şagirdlər yaxşı riyazi biliklərə, çox dərin düşüncəyə və qabiliyyətə malik olurlar. Bu şagirdlər öz düşüncə və qabiliyyətərini riyazi məsələlərin həllində tətbiq edir,  biliklərini daha yeni yanaşma və strategiyalarla nümayiş etdirir, əldə etdikləri nəticələri əsaslandırmağı,dəlillərlə izahını verməyi bacarırlar.

Oxu üzrə: (nailiyyətlər 5 səviyyə üzrə qiymətləndirilir)

1-ci səviyyə. Şagirdlər mətndə səciyyəvi olaraq bir meyarı müəyyən edir, ona tanış olan mövzuda lazımi məlumat aydın şəkildə verildikdə mətnin əsas mövzusunu və müəllifin məqsədini başa düşür, mətndəki məlumatla  biliyini  əlaqələndirə bilirlər. Böyükhəcmli mətnlərdə əsas ideyanın  verilməsi məqsədilə təkrar fikirlərdən, paraqraf başlıqlarından və ya elə mətnin özündən istifadə edirlər. Kiçikhəcmli mətnlərdə isə fikirlərini bir neçə söz və ya fraza ilə ifadə etməklə kifayətlənirlər.

2-ci səviyyə. Mətnin əsas ideyasını müəyyən edir, əlaqələri başa düşür, öz təcrübə və mövqeyindən istifadə edərək mətnin xarakterik xüsusiyyətini izah edirlər. Böyükhəcmli mətnlərdə məlumatı aydınlaşdırmaq üçün verilmiş paraqraflarda məntiqi  əlaqələri müəyyənləşdirir və müəllifin məqsədini müəyyən etmək üçün mətnin müəyyən hissələri üzrə məlumatı sintezləşdirirlər. Kiçikhəcmli mətnlərdə fikirlərini daha aydın verilən məlumata istinad etməklə nümayiş etdirirlər.

3-cü səviyyə. Mətnin əsas ideyasını müəyyən etmək üçün verilmiş məlumatın bir neçə hissəsini müəyyən edir, əlaqələndirir, bu əlaqələri dərk edir, söz və ya frazaların mənalarını təhlil edirlər. Böyükhəcmli mətnlərdə verilmiş məlumatı müqayisə edir, izahını verir və mətnin xarakterik xüsusiyyətini dəyərləndirirlər. Kiçikhəcmli mətnlərdə  verilmiş  məlumatı  başa düşür,  gündəlik  bilik və bacarıqlarından istifadə edərək lazımi məlumatı müəyyən edir və nəticə çıxarırlar.

4-cü səviyyə. Mətnin tapşırıqlarını verilmiş məlumata uyğun olaraq asanlıqla müəyyən edirlər. Böyükhəcmli mətnlərdəki məlumatı təhlil edir, əlaqələndirir və nəticə çıxarırlar. Kiçikhəcmli mətnlərdə lazım olan məlumatı asanlıqla müəyyənləşdirir, müqayisə edir, əlaqələndirir və nəticə çıxarırlar.

5-ci səviyyə. Şagirdlər bilik və bacarıqlarından məharətlə istifadə edir, genişhəcmli və mürəkkəb mətnləri dərindən başa düşür, mətnin ayrı-ayrı hissələrini bir-biri ilə əlaqələndirirlər. Böyükhəcmli mətnlərdə verilmiş məlumatı asanlıqla təhlil və müqayisə edir, tələb olunduğundan da artıq fəallıq göstərir, aydın və gözlənilən məlumatın verilmədiyi halda da bilik və bacarıqlarından, düşüncə və məntiqi təfəkkürlərindən istifadə edərək nəticə çıxarırlar. Kiçikhəcmli mətnlərdə verilmiş məlumatı dərk edir, əlaqələndirməni bacarır, müqayisə edir və asanlıqla nəticə çıxara bilirlər.

Qiymətləndirmə mexanizmində və standartların məzmunundakı fərqlərin eyni bir hədəfin milli və beynəlxalq nailiyyətlərində də özünü göstərməsi qanunauyğun haldır. Müqayisə üçün  İqtisadi Əməkdaşlıq və İnkişaf Proqramına üzv olan ölkələrin -  Avstraliya, Avstriya, Belçika, Kanada, Çexiya, Danimarka, Finlandiya, Fransa, Almaniya, Yunanıstan, Macarıstan, İslandiya, İrlandiya, İtaliya, Yaponiya, Koreya, Lüksemburq, Meksika, Hollandiya, Yeni Zelandiya,  Norveç, Polşa, Portuqaliya, Slovakiya, İspaniya, İsveç, İsveçrə, Türkiyə, İngiltərə və Amerika şagirdlərinin beynəlxalq qiymətləndirmədə  təbiət elmləri və riyaziyyat üzrə müvəffəqiyyət faizlərinə baxaq: təbiət elmləri üzrə I səviyyəyə  cavab verən 94,8% şagirdin  1,3%-i eyni zamanda VI səviyyəyə, riyaziyyat üzrə I səviyyəyə cavab verən 13,6% şagirdin 3,3%-i eyni zamanda VI səviyyəyə, oxu üzrə I səviyyəyə cavab verən 12,7%  şagirdin 8,6%-i V səviyyəyə də cavab verib. 

Oxucuda belə bir haqlı sual yarana bilər ki, ölkəmiz nə üçün ümumilikdə xüsusiliyə yol verən, fərqli məzmun və mexanizmə malik olan qiymətləndirmə tədqiqatında iştirak etməyə üstünlük verir? Qeyd edək ki, daha çox həyati bacarıqları yoxlayan qiymətləndirmə tədqiqatlarında iştirak etməklə ölkəmiz qazandığı təcrübə sayəsində sivil təhsil strategiyalarını müəyyənləşdirməyə nail olur, fənn kurikulumlarında hansı zəruri dəyişikliklərin edilməsini proqnozlaşdırır, şagirdlərimizə dünya təhsil standartlarına cavab verən qiymətləndirmə vasitələri ilə işləməyi öyrədir.
 
Qeyd edək ki, Azərbaycan keçən ildən başqa bir istiqamətdə də təcrübə qazanmaq məqsədilə TIMSS və PIRLS beynəlxalq qiymətləndirmə proqramlarına qoşulub.

Əgər PISA  əsas sənaye ölkələrində məktəb sisteminin nəticələrinə dair müqayisəli faktları verməklə şagirdlərin real həyatda oxu, riyaziyyat və təbiət elmləri sahəsində bilik və bacarıqlarının tətbiqini qiymətləndirirsə, PIRLS və TIMSS müxtəlif ölkələrdə şagirdlərin oxu, riyaziyyat və təbiət elmləri sahəsində rəsmi məktəb kurikulumunun məzmununa nə dərəcədə yiyələndiklərini təhlil edir. İbtidai təhsil pilləsində keçiriləcək bu qiymətləndirmə başqa ölkələrin təhsil proqramları nəzərə alınmaqla, Azərbaycan məktəblilərinin nəticələrinin digər ölkələrin nəticələri ilə müqayisəli təhlili sayəsində oxu bacarığı sahəsində, riyaziyyat və təbiətşünaslıq fənlərinin tədrisinin mükəmməlləşdirilməsində istiqamətləri təyin etməyə, eyni zamanda milli mütəxəssislərin araşdırmasını tələb edən problemlərin üzə çıxmasına imkan verəcək. Həyati bacarıqlara görə qiymətləndirmə sahəsində müəyyən təcrübə qazandıqdan sonra  milli kurikulumun, yeni qiymətləndirmə sisteminin  tətbiq edildiyi ibtidai təhsil pilləsində şagirdlərimizin  beynəlxalq standartlara nə dərəcədə cavab verməsini öyrənmək  gələcək fəaliyyətimiz üçün mühüm əhəmiyyət daşıyır.
 
Qeyd edək ki, TIMSS və PIRLS beynəlxalq qiymətləndirməsinə qoşulmağımız ibtidai təhsil pilləsində qiymətləndirmə və təhlillər aparmaq təcrübəmizi də artıracaq.

Oxu (qavrama), riyaziyyat və təbiət fənləri üzrə şagird nailiyyətləri qiymətləndirilməsinin TIMSS və PIRLS beynəlxalq proqramları dünya təcrübəsində orta məktəblərdə təhsilin səviyyəsini öyrənmək üçün aparılan ən populyar tədqiqatlardandır.

3-4 ildən bir keçirilən TIMSS və PIRLS beynəlxalq qiymətləndirmə tədqiqatının hər mərhələsində 60-a qədər ölkənin təxminən 450.000 şagirdi iştirak edir. Şagirdləri kurikuluma görə qiymətləndirən TIMSS və PIRLS beynəlxalq qiymətləndirmə tədqiqatının nəzəri və praktik əsasları 50 ildən çox fəaliyyət göstərən Təhsil Nailiyyətlərinin Qiymətləndirilməsinin Beynəlxalq Assosiasiyası (İEA) tərəfindən hazırlanıb.

Sonuncu, 2007-ci il TIMSS  tədqiqatında 59 ölkə iştirak etmişdir. Onlardan 28-i eyni zamanda tədqiqatda iki istiqamətdə iştirak edib: 4 və 8-ci siniflərdə riyaziyyat və təbiətşünaslıq fənlərinin tədrisinin keyfiyyətinin qiymətləndirilməsi (Əlcəzair, Avstraliya, Tayvan, Kolumbiya, Çex Respublikası, Salvador, İngiltərə, Gürcüstan, Honkonq, Macarıstan, İran, İtaliya, Yaponiya, Küveyt, Litva, Monqolustan, Mərakeş, Norveç, Qətər, Rusiya, Şotlandiya, Sinqapur, Sloveniya, İsveç, Ermənistan, Tunis, Ukrayna, ABŞ). 22 ölkə isə təkcə 8-ci siniflərin təhsil nailiyyətlərinin qiymətləndirilməsi tədqiqatında iştirak edib (Bəhreyn, Bosniya və Hersoqovina, Botsvana, Bolqarıstan, Kipr, Misir, Qana, İndoneziya, İsrail, İordaniya, Koreya Respublikası, Livan, Malayziya, Türkiyə). Yalnız 4-cü siniflərin təhsil nailiyyətlərinin qiymətləndirilməsi tədqiqatında isə 9 ölkə iştirak edib (Avstriya, Danimarka, Almaniya, Qazaxıstan, Latviya, Hollandiya, Yeni Zelandiya, Slovakiya Respublikası, Yəmən).

2007-ci ildə TIMSS tədqiqatının aparılma mexanizminin hazırlanmasında xüsusi "TIMSS Assesment Frameworks and Specifications" sənədindən istifadə olunmuşdur. Bu sənəddə riyaziyyat və təbiətşünaslıq fənlərinin tədrisindəki nailiyyətlərin qiymətləndirilməsində ümumi yanaşmalar müəyyən olunmuş, test tapşırıqları hazırlanmış, anketləşdirmə zamanı təhlil üçün informasiya toplanmış, iştirakçıları, müəllimləri və təhsil müəssisələrini xarakterizə edən əsas faktorlar təsvir edilmişdir.

TIMSS və PIRLS beynəlxalq tədqiqatının mexanizmi özündə qiymətləndirmə vasitələrini, iştirakçılar, müəllimlər, təhsil müəssisəsinin rəhbərləri, valideynlər üçün sorğular, metodiki təminat və proqram təminatını (verilən məlumatlara əsasən sinif və iştirakçıların seçimi) ehtiva edir.

TIMSS və PIRLS beynəlxalq qiymətləndirmə proqramlarının  populyarlıq qazanması tədqiqatda istifadə olunan qiymətləndirmə vasitələrinin təhsilalanların həm bilik, həm də bacarıqlarının üzə çıxarılmasında və gələcək nailiyyətlər üçün ölkələrin bu vasitələrdən   bəhrələnməsində müstəsna əhəmiyyət kəsb etməsindədir. Lakin beynəlxalq qiymətləndirmə vasitələrinin özünəməxsusluğu hər zaman bu proqrama qoşulan ölkələrin şagirdləri üçün  cəlbedici və oxunaqlı olmur, başqa sözlə desək, şagirdlərin belə qiymətləndirmə vasitələri ilə tanış olmaması nəticələrə təsir göstərir. Həmin təsirləri aradan qaldırmaq məqsədilə Təhsil Nazirliyində TIMSS və PIRLS beynəlxalq tədqiqatlarında istifadə edilən vasitələrdən ibarət kitabça hazırlanır. Azərbaycan məktəblilərinin, o cümlədən beynəlxalq qiymətləndirmədə iştirak edəcək şagirdlərin belə qiymətləndirmə vasitələri ilə tanış olmasının  həm nailiyyətlərimizə, həm də şagirdlərimizin dünyagörüşünə müsbət təsir edəcəyinə inanırıq. 



Загрузка...
Həmçinin oxuyun:
Azərbaycanda bu şagirdlərin sayı artdı

Azərbaycanda bu şagirdlərin sayı artdı

Azərbaycanda məktəbli qızların oxu bacarığı oğlanlardan yaxşıdır

Azərbaycanda məktəbli qızların oxu bacarığı oğlanlardan yaxşıdır

Şagird nailiyyətlərinin qiymətləndirilməsi konsepsiyası barədə.

Şagird nailiyyətlərinin qiymətləndirilməsi konsepsiyası barədə.

HƏMKARA DƏSTƏK I kitabından seçmələr III MƏQALƏ

HƏMKARA DƏSTƏK I kitabından seçmələr III MƏQALƏ

Dioqnostik qiymətləndirməyə hazırlıq. Kurikuluma dair 20 sual və cavabları

Dioqnostik qiymətləndirməyə hazırlıq. Kurikuluma dair 20 sual və cavabları

Ümumtəhsil məktəblərində məktəbdaxili qiymətləndirmənin aparılması QAYDALARI

Ümumtəhsil məktəblərində məktəbdaxili qiymətləndirmənin aparılması QAYDALARI

Təlimin mərhələləri-Təlimdə müvəffəqiyyətin hesaba alınması və qiymətləndirilməsi.

Təlimin mərhələləri-Təlimdə müvəffəqiyyətin hesaba alınması və qiymətləndirilməsi.

AZƏRBAYCAN RESPUBLİKASININ ÜMUMTƏHSİL SİSTEMİNDƏ QİYMƏTLƏNDİRMƏ KONSEPSİYASI

AZƏRBAYCAN RESPUBLİKASININ ÜMUMTƏHSİL SİSTEMİNDƏ QİYMƏTLƏNDİRMƏ KONSEPSİYASI

Təlimin mərhələləri-  Bilik, bacarıq və vərdişlərin formalaşması

Təlimin mərhələləri- Bilik, bacarıq və vərdişlərin formalaşması

Şagird nailiyyətlərinin qiymətləndirilməsi necə aparılmalıdır? - CƏDVƏL

Şagird nailiyyətlərinin qiymətləndirilməsi necə aparılmalıdır? - CƏDVƏL

İbtidai siniflərdə alternativ qiymətləndirmə üsullarından istifadə

İbtidai siniflərdə alternativ qiymətləndirmə üsullarından istifadə

Şagird nailiyyətlərinin qiymətləndirilməsi yolları - QABAQCIL TƏCRÜBƏ

Şagird nailiyyətlərinin qiymətləndirilməsi yolları - QABAQCIL TƏCRÜBƏ

Kurikulum üzrə məktəbdaxili qiymətləndirmə :   Diaqnostik , Formativ , Summativ

Kurikulum üzrə məktəbdaxili qiymətləndirmə : Diaqnostik , Formativ , Summativ

MÜƏLLİMLƏRƏ METODİK KÖMƏK. Kurikuluma dair 20 sual və cavabları.  VARİANT 2

MÜƏLLİMLƏRƏ METODİK KÖMƏK. Kurikuluma dair 20 sual və cavabları. VARİANT 2

MÜƏLLİMLƏRƏ METODİK KÖMƏK. Kurikuluma dair 20 sual və cavabları. VARİANT 4

MÜƏLLİMLƏRƏ METODİK KÖMƏK. Kurikuluma dair 20 sual və cavabları. VARİANT 4

MÜƏLLİMLƏRƏ METODİK KÖMƏK. Kurikuluma dair 20 sual və cavabları. VARİANT 5.

MÜƏLLİMLƏRƏ METODİK KÖMƏK. Kurikuluma dair 20 sual və cavabları. VARİANT 5.

Müasir təlimin 7 prinsipi

Müasir təlimin 7 prinsipi

Kurikulum təhsilimizə nə verir? -EKSPERT RƏYİ

Kurikulum təhsilimizə nə verir? -EKSPERT RƏYİ

ADU-nun tələbələrindən Koreya dili üzrə beynəlxalq müsabiqədə uğurlu nəticə...

ADU-nun tələbələrindən Koreya dili üzrə beynəlxalq müsabiqədə uğurlu nəticə...

HƏMKARA DƏSTƏK kitabından testlər  I TEST

HƏMKARA DƏSTƏK kitabından testlər I TEST

MÜƏLLİMLƏRƏ METODİK KÖMƏK. Kurikuluma dair 20 sual və cavabları. VARİANT 3

MÜƏLLİMLƏRƏ METODİK KÖMƏK. Kurikuluma dair 20 sual və cavabları. VARİANT 3

Bizdə bu qiymətləndirmə mexanizmində çox böyük səhvlər var..EKSPERT RƏYİ

Bizdə bu qiymətləndirmə mexanizmində çox böyük səhvlər var..EKSPERT RƏYİ

Dərslikləri Qiymətləndirmə Şurasının tərkibi yenilənir

Dərslikləri Qiymətləndirmə Şurasının tərkibi yenilənir

I-IV sinif müəllimləri OXUYUN ! Ümumtəhsil məktəbləri üçün təhsil proqramı  (I-IV siniflər) (STANDARTLAR)

I-IV sinif müəllimləri OXUYUN ! Ümumtəhsil məktəbləri üçün təhsil proqramı (I-IV siniflər) (STANDARTLAR)