AzTehsil.com


Xəbərlər / Pedoqojitəcrübə / Müəllim
30 noyabr 2017
65 761


Şagird nailiyyətlərinin qiymətləndirilməsi necə aparılmalıdır? - CƏDVƏL



Təlim prosesində müvafiq əksəlaqənin təmin edilməsi üçün şagird nailiyyətlərinin qiymətləndirilməsi sisteminin olması  çox mühümdür. Bu sistemə aşağıdakılar daxildir:


-qiymətləndirmə üsulları (onların çeviklik, uyğunluq, fərqləndirilmə dərəcəsi və s. )


-qiymətləndirmənin ümumi meyarlarının məzmunu.


Şagird nailiyyətlərinin qiymətləndirilməsi ənənəvi olaraq onların əldə etdikləri bilik, bacarıq və dəyərlərin kəmiyyətcə qiymətləndirilməsinə əsaslanır. Lakin şagirdlərin təlimin nəticələrini müəyyən edən şəxsi keyfiyyətlərinin qiymətləndirilməsi sistemi mövcud deyildir. Daha təəccüblüsü budur ki, təlimin məqsədlərini əks etdirən sənədlərin  hamısında təlim-tərbiyə prosesində formalaşmalı olan müxtəlif şəxsi keyfiyyətlərdən bəhs olunur. Ola bilsin bu onunla əlaqədardır ki, şəxsi keyfiyyətlərin kəmiyyətcə qiymətləndirilməsi praktiki olaraq həyata keçirilməsi çətin olan bir məsələdir. Buna baxmayaraq, ancaq şəxsi keyfiyyətlərin qiymətləndirilməsi təlim prosesinin yekunları haqqında tam təsəvvür yaratmağa imkan verə bilər. Bu sahədə məktəbdə psixoloji xidmətin üzərinə mühüm  vəzifələr düşür.


Bununla əlaqədar olaraq şagird nailiyyətlərinin qiymətləndirilməsi prosesinə aid  məsələlərindən ən başlıcasını onun şəxsi keyfiyyətlərinin diaqnostik yolları və metodlarının işlənib hazırlanması təşkil edir.


Ənənəvi təlimdə şagird nailiyyətlərinin qiymətləndirilməsi üçün istifadə olunan əsas formalar yoxlama yazı işləri ( və ya testlər) və şifahi cavablardır. İki qiymət növü mövcuddur: cari və yekun qiymət. Cari qiymət ayrı-ayrı mövzu və bölmələrin şagird tərəfindən mənimsənilməsini yoxlayır, yekun qiymət isə tədrisin nəticələrini ümumiləşdirir.


Nəticəyönümlü təlimdə isə vəziyyət başqa cürdür. Belə ki, burada şagird nailiyyətlərinin qiymətləndirilməsi şagirdlərin biliklərə yiyələnmək, onlardan istifadə etmək, nəticə çıxarmaq bacarıqları haqqında məlumatların toplanması prosesi kimi qəbul edilir və aşağıdakı məqsədlərə xidmət edir:


-şagirdin irəliləyişlərinin (geriləmələrinin) izlənilməsi (monitorinqi);


-təlim prosesində qərarların qəbulu;


-şagirdin təlim nəticələrinin qiymətləndirilməsi.


Qiymətləndirmə və təlim prosesləri təhsilin qarşılıqlı əlaqədə olan iki tərəfi  kimi götürülməlidir. Sistemli proses olan qiymətləndirmə-təlim nəticələri ilə maraqlı tərəflər arasında səmərəli əks-əlaqə vasitəsi kimi aşağıdakı komponentləri əhatə etməklə qurulur.


1)Qiymətləndirmə məlumatları. Bunlara şagirdlərin nailiyyətlərini və təlimə münasibətlərini, müəllimin hazırlıq səviyyəsini, fənn kurrikumlarının səciyyəvi cəhətlərini, təlim resurslarının bölgüsünü əks etdirən məlumatlar və  fəaliyyətlərin icra mexanizmləri daxildir.


2)Məlumatların toplanması.  Bu proses test yoxlamalarının keçirilməsi, şagird tapşırıqlarının yoxlanılması, sinifdə müsahibələrin aparılması, layihələrin yerinə yetirilməsi, şagirdlərin və müəllimlərin  fəaliyyətlərinin müşahidəsi, qiymət cədvəlləri və digər məktəb sənədlərinin təhlili kimi üsullarla həyata keçirilir.


3)Qiymətləndirmə nəticələri. Həmin nəticələrdən tədris prosesinin planlaşıdırlması və istiqamətləndirilməsi, qiymət ballarının hesablanması, müqayisələrin aparılması, təhsil sənədlərinin və lisenziyaların verilməsi, təhsilin bir pilləsindən digərinə keçilməsi, pedaqoji nəzəriyyələrin formalaşdırılması, təhsl siyasətinin qurulması və onun təsirliliyinin  monitorinqinin aparılması, təlim resurslarının bölgüsü, təhsilin keyfiyyətinin dəyərləndirilməsində istifadə olunur, eyni zamanda geniş ictimaiyyəti məlumatlandırmaq məqsədi daşıyır.


4)Qiymətləndirmə standartları. Bu standartlar təhsilin keyfiyyətini qiymətləndirmək üçün əsas meyarları təyin edir, şagird  nailiyyətlərinin və təhsil imkanlarının qarşılıqlı dəyərləndirilməsi üçün  istifadə olunan qiymətləndirmə üsulları və vasitələrinin keyfiyyətini təsvir edir, qiymətləndirmə prosesinin qanuniliyinə zəmanət verir.


Bütün növ qiymətləndirmələrin aparılmasında aşağıdakı prinsiplərə riayət olunur:


-məqsədəuyğunluq;


-nailiyyətlərin və təhsil imkanlarının qarşılıqlı dəyərləndirilməsi;


-toplanmış məmulatların keyfiyyətcə müvafiqliyinin və etibarlılığının təmin olunması;


-qiymətləndirmədə şəffaflıq, ədalətlilik, qarşılıqlı razılaşma və əməkdaşlıq;


-təlim fəaliyyətində qiymətləndirmə nəticələrinin inkişafetdirici rolunun təmin olunması.


Müasir təlimdə əsas qiymətləndirmə növləri


Məzmun standartlarının mənimsənilməsi istiqamətində, əsasən, aşağıdakı qiymətləndirmə növlərindən istifadə olunur və onların hər biri aşaığda qeyd edilən müvafiq məsələlərə aydınlıq gətirmək məqsədi daşıyır:


1) İlkin səviyyənin qiymətləndirilməsi (diaqnostik qiymtələndirmə). Şagirdlər əsas bilik və bacarıqlara müəyyən dərəcədə malikdirlərmi? Onlar tədris olunmuş materialın hansı hissələrini bilirlər və ya bilmirlər?


2) İrəliləyişlərin monitorinqi (formativ qiymətləndirmə). Standartların mənimsənilməsinə doğru şagirdlər hansı səviyyədə irəliləyə bilmişlər?


3) Yekun (summativ qiymətləndirmə). Şagirdlər verilmiş standartlar və standartlar qrupunda müəyyən edilmiş məqsədlərə çatmışlarmı?


Qiymətləndirmənin bu növləri hər bir fənnin məzmun standartlarında göstərilən əsas bilik və bacarıqların əldə olunmasına yönəlmiş fəaliyyət istiqamətləri ilə təmin edir.


1. İlkin səviyyənin qiymətləndirilməsi (diaqnostik qiymətləndirmə). Şagirdlərin artıq  nələri bildiyini müəyyən edir və təlim prosesinin düzgün qurulmasında müəllimə köməklik göstərir. Təlim prosesində düzgün istiqamətləndirilmiş şagird öyrənilmiş materialın təkrarına vaxt itirmir, həmçinin onun üçün başa düşülməyən və ya tanış olmayan material qalmır.


İlkin səviyyə qiymətləndirilməsinin sualları bir biri ilə elə əlaqələndirilib tən­zim­lənməlidir ki,  onların bəziləri şagirdin hansı biliklərə malik olduğunu, digər­ləri isə  yeni materialı mənimsədiyi güman olunan şagirdləri müəyyən etsin. Əgər il­kin sə­viyyə qiymətləndirilməsi şagirdlərin sinifdəki fəaliyyətini müqayisə etmək və ya sonrakı inkişafının qiymətləndirilməsi üçün məlumat bazasını yaratmaq məqsədilə isti­fadə olunursa, onda bu suallar  əsas psixometrik tələblərə cavab verməlidir.


2) Şagird irəliləyişlərinin montorinqi (formativ qiymətləndirmə) vasitəsilə tədri­sin düzgün istiqamətləndirilməsi həyata keçirilir, alternativ üsul və mənbələrdən isti­fadə və ya şagirdin daha irəliyə addım atması üçün ona əlavə impulsun verilməsi ba­rə­də ehtiyaclar müəyyənləşdirilir.


Qəbul edilmiş standartların reallaşmasına istiqmətlənən irəliləyişlərin moni­to­rinqi (formativ qiymətləndirmə) sinifdə hər bir şagirdin inkişafının hərəkətverici ami­linə, təlimin həlledici komponentinə çevrilir. Müəllim yalınz belə monitorinq vasitə­silə təlim prosesini tənzimləyir, bütün şagirdlərin irəliləyişlərini təmin edir, eyni za­manda uğur qazana bilməyən şagirdlərin ehtiyaclarını öyrənərək onlara əlavə kö­məklik göstərir. Bu mənada şagirdlərin faktik fəaliyyətlərinin nəticələri müəllim üçün real indikatorlara çevrilir.


Monitorinqlər müəyyən anlayışların mənimsənildiyini müşahidə etmək və ev tap­şırıqlarını nəzərdən keçirməklə, yaxud daha formal qiymətləndirmə tipindən isti­fadə etməklə aparıla bilər. Monitorinqlərin hansı formada aparılmasından  asılı olma­ya­raq onlar müntəzəm xarakter daşımalıdır. Bundan əlavə, hər altı həftədən gec olma­yaraq, şagirdlərin standartlar üzrə nailiyyətlərinin daha ümumi monitorinqi təşkil edilməlidir.


Növbəti mərhələdə monitorinq şagirdlərin əldə etdiyi nailiyyətlərin mövcud standartlara  uyğunluğunu öyrənmək məqsədilə aparılır. Bu prosesdə toplanmış məlumatlar tədris prosesinin tənzimlənməsində mühüm əhəmiyyətə malikdir.

 

Həmin məlumatlar əsasında müəllim aşağıdakı suallara cavab axtarır və müəyyən nəticəyə gəlir:


-Mən irəli getməliyəm, yoxsa hansısa bir hissəyə daha çox vaxt sərf etməliyəm?


-Şagirdlər öyrəndiklərini sərbəst təqdim edə biləcəklərmi, yoxsa əlavə tədris aparılmasına ehtiyac vardır?


-Planlaşdırılmış tədrisi bir neçə şagird üçün və ya hamı üçün sürətləndirilmiş formada apara bilərəmmi? Əgər belədirsə bunun üçün ən yaxşı yol hansıdır?


3) Yekun (summativ) qiymətləndirmə təlim materiallarında müəyyən olunmuş məqsədlərə şagirdlərin hansı səviyyədə nail olduqlarını müəyyən edir. Yekun (summativ) qiymətləndirmə  aşağıdakı suallara cavab verir:


-Şagird materialı bilir və başa düşürmü?


-Bildiklərini tətbiq edə bilirmi?


-Daha irəliyə getmək üçün lazımi səviyyəyə çatmışdırmı?


Yekun (summativ) qiymətləndirmə materialların mənimsənilməsi istiqamətində şagirdin əldə etdiyi  irəliləyişləri dəyərləndirir. Bu qiymətləndirmə növü mövzunun, bəhs və bölmənin, yaxud da tədris ilinin sonunda eyni qaydada həyata keçirilir. Yekun (summativ) qiymətləndirmənin ən mühüm cəhəti şagirdlərin mənimsədiklərini  tətbiqetmə qabiliyyətinə nə dərəcədə malik olduqlarını aşkara çıxarmaqdır.

 

Şagirdlərin nailiyyətlərinin qiymətləndirilməsi prosesinin təkmilləşdirilməsi qiymətin iki əsas funksiyasını nəzərə almalıdır:


- şagirddə öz nailiyyətlərini yüksəltmək həvəsini saxlamaq məqsədilə bu və ya digər bilik sahəsində irəliləyiş dərəcəsi barədə şagirdlərə, onun müəllimlərinə və valideynlərə bildirmək (formativ);


- şagirdlərin tədris proqramında qoyulmuş təlim məqsədlərinə/nəticələrinə nail olması dərəcəsi haqqında məlumat vermək (summativ).


Təəsüüf ki, qiymətləndirmənin ənənəvi praktikası ancaq cəmləyici qiymətə əsaslanır. Həm yekun qiyməti, həm də cari qiymət cəmləyici xarakter daşıyır. Bundan başqa qiymətləndirmənin əsas problemlərindən biri yekun qiymətinin cari qiymətdən asılılığıdır. Yekun qiymətinin verilməsi praktikası  şagirdin bütün cari qiymətlərinin ortalanmasından ibarətdir. Bu halda cari qiymət özünün biliklərə doğru hərəkətdə yeni məqsəd və vəzifələrin formalaşdırılması funksiyasını itirir, çünki biliklərin əsl səviyyəsini əks etdirmir. Cari qiymət dəyişməz xarakter alır və şagirdlərin nailiyyətlərinin gələcək qeyri-obyektiv mənzərəsini «formalaşdırmağa» başlayır.


Şagirdin uğursuz öyrənilmiş materialı yenidən cavab verməyə ( bununla da əvvəlki cari qiyməti ləğv etməyə) imkanının olmaması aşağıdakılara gətirib çıxarır:


-keçmiş kurs üzrə bilik, bacarıq və dəyərlərin təkmilləşdirilməsinə meyilin əvvəlcədən azalmasına;


dərs materialının uzunmüddətli deyil, operativ yaddaşa arxalanmaq vərdişinə (biliklərin ümumi, tam mənzərəsini yaratmaq yox, ancaq yaxın dərsə hazırlaşmaq vərdişinə) əsaslanan hissə-hissə mənimsənilməsinə;


-nailiyyətləri sabit olmayan şagirdlərə «məhkumluq» hissinin əmələ gəlməsinə, qiymətləndirmənin qeyri-obyektivliyinə və nəticə etibarilə romantik dona salınmış «qəhrəman-ikialan» rolu, dərsə biganəlik, və s. kimi psixoloji mühafizə mexanizmlərinin meydana gəlməsinə.


Bütün bu çatışmazlıqlar cari dərs fəaliyətinə görə verilən cəmləyici qiymətdən fərqli olaraq dəyişən olub təkrar cavabla düzələ bilən formalaşdırıcı (formativ) qiymət vasitəsilə aradan götürülür.


Əgər şagirdin onu qane etməyən qiyməti düzəltməyə hüququ varsa, bunun sayəsində əldə olunan psixoloji nəticələr aşağıdakılardan ibarətdir:


təsadüfi xoşagəlməz hallardan qorunma hissi;

daha yaxşı nəticələr əldə etmək imkanı;

özünütəkmilləşdirməyə, nailiyyətlərini yaxşılaşdırmağa olan həvəsi;

özünə sabit müsbət münasibəti;

seçim azadlığı və öz hərəkətlərinə görə məsuliyyət hissi;  

   

Summativ qiymətləndirilmənin üsulları daha çevik və diferensiallaşdırılmış  olmalıdır. Onlar imkan daxilində qiymətləndirmə təcrübəsində mövcud olan yoxlamalar və ya testlərlə məhdudlaşmamalıdır. Fənnin xüsusiyyətlərindən asılı olaraq yaradıcı, nəzəri və ya praktiki kompleks tapşırıqlar, məsələn, layihələr, referatlar, inşalar, tədqiqatlar və s. istifadə oluna bilər.


Məktəb hər bir uşağa özünü tam mənada şəxsiyyət hiss etmək kimi həyatın ən əsas tələbatını həyata keçirmək üçün yol açmalıdır.


Bütün uşaqların müvəffəqiyyətlə oxuya bilməsi və öz imkanlarını aşkara çıxarması üçün müəllim və tədris prosesinin başqa iştirakçıları tərəfindən nailiyyətlərə həvəsləndirən dayağın olması, onların xeyirxahlığının, uşağın şəxsən maraqlı olmasının əhəmiyyəti az deyildir.

Təlimə müsbət həvəsləndirici təsirin yaradılması təbii idrak tələbatının formalaşması, yarış həvəsinin oyadılması kimi üsullara istinad edilir.

Təəssüf ki, təlim prosesində qiymətin rolu o dərəcədə böyükdür ki, o yeganə təlim motivinə çevrilir. Halbuki qiymət ilk növbədə şagird üçün özünüqiymətləndirmə və özünənəzarət vasitəsi kimi çıxış etməlidir. Özünü­qiy­mətləndirmə vərdişlərini yaratmaq üçün bütün sinif və müəllimin iştirakı ilə qiy­mətin şagirdin özü tərəfindən qoyulması, eləcə də şagirdlərin bir-birinin işinə qiymət verilməsi üsulunu tətbiq etmək faydalı olar.


Qeyd olunmalıdır ki, interaktivliyə  əsaslanan təlim prosesində  şagirdlərin özünü və sinfi, hətta bütövlükdə dərsin özünü qiymətləndirməsi imkanları çox genişdir. Yeni təlim metodları ilə  işləyən müəllimlər bu qiymətləndirmə üsulundan müntəzəm istifadə edir və çox yaxşı nəticələr əldə edirlər.

 

Bu üsulun tətbiqi nəticəsində şagirdlərdə:


-müstəqillik və özünəinam bacarıqları formalaşır;


-obyektivlik, özünə və yoldaşlarına qarşı tələbkarlıq vərdişləri inkişaf edir;


-ədalətli, əməksevər və özünəgüvənən iradi keyfiyyətlər yaranır.


Qiymətləndirmənin əsas problemlərindən biri obyektiv qiymətin təmin edilə bilməsinin çətinliyidir: şagird qiymətin obyektivliyinə əmin olmalıdır və qiymtin tədris prosesinin real tənzimləyicisi ola bilməsi üçün onun nəyə görə verildiyini dəqiq təsəvvür etməlidir.

 

Obyektiv qiymət verilməsinə mane olan amillər aşağıdakılardır:


kəmiyyət xarakterli qiymətlərin verilməsi üçün dəqiq olmayan (şərti) normativlərin mövcudluğu;


Şagirdə daha obyektiv əksəlaqə həyata keçirməyə imkan verən qiymətləndirmənin kəmiyyət meyarlarının differensiallaşdırılmış və daha dəqiq sisteminin işlənib hazırlanmaması.


Formalaşdırıcı (formativ) qiymətin alınmasına yönəlmiş işlər:


yazılı və şifahi sorğu;

referatlar;

yaradıcı işlər şəklində ola bilər.

     

Formalaşdırıcı (formativ) qiymətin tətbiq olunması üsullarından biri müasir pedaqogikada mövcud olan fərdi tədrisin dinamikasını əks etdirən və aşağıdakı xüsusiyyətləri əhatə edən metoddur:


Hər bir şagirdin müəyyən fənn üzrə tədris proqramına əsasın müəllim tərəfindən nəzərdə tutulmuş uzun dövr üçün (rüb, semestr) kompleks tapşırığı vardır;


Bu tapşırıqların yerinə yetirilməsi vaxtı dəqiq müəyyən edilməmişdir: şagird onları cari materialın öyrənilməsi gedişində ondan tez və ya sonra da yerinə yetirə bilər. Əgər şagird hər hansı bir səbəbdən ev tapşırığını vaxtında yerinə yetirməyibsə, o bu tapşırığı sonra yerinə yetirə bilər və ya heç yerinə yetirməyə bilər. Bu azad seçiminə görə məsuliyyəti o özü daşıyır və bununla nailiyyətlərinin istədiyi səviyyəsini müəyyən edir;


Tapşırıqların yerinə yetirilməsinin fərdi dinamikası haqqında məlumat sinifdə lövhədən asılır və müəllim orada kimin nə qədər tapşırıq yerinə yetirdiyinin qeyd edir. Qiymətləndirmənin meyarını (neçə tapşırığa görə hansı qiymət verildiyini) bilərək nəzərdə tutulmuş dövrün sonunda hər bir şagird özünün qiymətini əvvəlcədən bilir;


Hər bir şagirdin nailiyyətlərinin aşkar olması və bu səbəbdən şagirdin sinifdə yüksək qiymət almağa təbii olaraq can atması (sinifdaxili yarış) tədris proqramının yerinə yetirilməsi üçün psixoloji stimuldur. Beləliklə seçim azadlığına və real meyarlara əsaslanan qiymət özünün formalaşdırıcı funksiyasını yerinə yetirir.


Obyektivliyin təmin edilməsi yollarından biri qiymətləndirmə prosesində şəffaflıq və aşkarlığın aşağıdakı prinsiplərinin gözlənilməsidir:


şagirdlərin müəllimin istifadə etdiyi qiymətləndirmə meyarları ilə tanışlığı;


qiymətləndirmə prosesinin aşkarlığı: bu zaman müəllim qiymət verərkən onu əsaslandırmalıdır;


qarşılıqlı qiymətləndirmə və özünüqiymətləndirmə proseduralarından istifadə edilməsi.


Diaqnostik, formativ və summativ qiymətləndirmə  ilə yanaşı, şagird nailiyyətlərinin qiymətləndirilməsinin başqa formaları da vardır:


Bu üsullardan ən mühümü sözdür: o, müəllimin psixoloji dayağını, təqdirini və tənbehini ifadə edə bilər. Bu üsuldan əsasən ibtidai siniflərdə istifadə olunur, lakin qiymətləndirməyə bu yanaşmanın orta məktəbə tətbiqi də real və məqsədəuyğundur. Qiymətləndirmə prosesinin ən yaxşı göstəricisi verbal (sözlə) qiymətləndirmənin üstün rolu və qiymətin əhəmiyyətinin azalması ola bilər.


«Portfolio» sistemi; bu formadan ibtidai siniflərdə geniş istifadə olunur və yaxşı səmərə verir.  «Portfolio» sistemi hər şagirdin xüsusi dosyesidir.

 

Burada şagirdə aid olan və aşağıda adları çəkilənlərlə birlikdə bütün məlumat və sənədlər qeydə alınır:

 

cari qiymətlər;


şagirdin dərs fəaliyyəti, onun əhval-ruhiyyəsi, iş qabiliyyəti, yaşıdlarına və yaşlılara münasibəti üzərində gündəlik müşahidələr;

 

meydana çıxan problemlərin təsviri və onların təhlili;

 

müəllimin şagirdə yanaşmaya düzəlişlər etməsi, onun təliminin fərdiləşməsi istiqamətləri haqqında qeydləri və proqnozları;

 

valideynlərlə əlaqələrinin qeydiyyatı, müəllimin onlarla müzakirə etdiyi mövzular, şagirdin ailə şəraiti haqqında qeydlər;

 

psixoloqların psixoloji müayinənin nəticələri əsasında rəyi.

 

Qiymətləndirmə sistemi


Şagird  nailiyyətlərinin qiymətləndirilməsinin əsas göstəricisini onların bilik, bacarıq və dəyərlərin  mənimsənilməsi səviyyəsini göstərən 5 fəaliyyət növünə ayırmaq olar:


1.    yazılı testlər;

 

2.    şifahi cavablar;

 

3.    ev və müstəqil sinif yoxlama tapşırıqları ( o cümlədən laboratoriya tapşırıqları) ;

 

4.    yaradıcı tapşırıqlar;

 

5.    oyun xaraterli fəaliyyət (viktorina, krossvord həlli və s.)

 

Məlumdur ki, fəaliyyət növlərinin hər birinin qiymətləndirilməsində öz xüsusiyyəti var. Bu da onlara məxsus meyarların müxtəlifliyindən asılıdır:


-Yazılı testlərin qiymətləndirilməsi ümumi test tapşırıqlarının,  həmçinin mürəkkəblik dərəcəli test suallarının sayından asılıdır;


-Şifahi cavabların qiymətləndirilməsi zamanı cavabların dolğunluğu, əhatəliliyi, konkretliyi,  düzgünlüyü, dəqiqliyi, nəticələrin xüsusən nitqin ardıcıllığı və məntiqindən asılıdır;


-Sinif və müstəqil ev tapşırıqlarının qiymətləndirmə meyarları hər bir tapşırığın əsasını təşkil edən konkret təlim məqsədindən asılıdır. Onların qiymətləndirilməsi daha çox keyfiyyət xarakteri daşıyır;


-Yaradıcı tapşırıqların qiymətləndirilməsi ideyaların məhsuldarlığından, çevikliyindən, orijinallığından, adekvatlığından və başqa yaradıcı tapşırıqların yerinə yetirilməsi göstəricilərindən asılıdır.

 

4. Səviyyə üzrə qiymətləndirmə standartları


Şagirdlərin nailiyyətlərini stimullaşdırmaq məqsədilə qabiliyyət dərəcəsinə görə differensiallaşdırmaq üçün 4 səviyyəli qiymətləndirmə standartları müəyyənləşdirilir.

 

Şagirdlərin bilik, bacarıq və dəyərlərinin müəyyənləşdirilmiş səviyyələrini aşağıdakı cədvəldə ifadə etmək olar:

 

Səviyyə-1 ən aşağı, səviyyə-4 isə ən yüksək səviyyələri əks etdirir. Səviyyə-1 və səviyyə-2 əksər şagirdlər, səviyyə-3 və xüsusilə səviyyə-4 isə daha istedadlı şagirdlər üçün nəzərdə tutulur.

 

Şagirdlərin səviyyələrə görə qiymətləndirmə meyarları isə aşağıdakı cədvəldə öz əksini tapmışdır:




Загрузка...
Həmçinin oxuyun:
Kurikulum üzrə məktəbdaxili qiymətləndirmə :   Diaqnostik , Formativ , Summativ

Kurikulum üzrə məktəbdaxili qiymətləndirmə : Diaqnostik , Formativ , Summativ

Ümumtəhsil məktəblərində məktəbdaxili qiymətləndirmənin aparılması QAYDALARI

Ümumtəhsil məktəblərində məktəbdaxili qiymətləndirmənin aparılması QAYDALARI

Təlimin mərhələləri-Təlimdə müvəffəqiyyətin hesaba alınması və qiymətləndirilməsi.

Təlimin mərhələləri-Təlimdə müvəffəqiyyətin hesaba alınması və qiymətləndirilməsi.

Dioqnostik qiymətləndirməyə hazırlıq. Kurikuluma dair 20 sual və cavabları

Dioqnostik qiymətləndirməyə hazırlıq. Kurikuluma dair 20 sual və cavabları

MÜƏLLİMLƏRƏ METODİK KÖMƏK. Kurikuluma dair 20 sual və cavabları. VARİANT 5.

MÜƏLLİMLƏRƏ METODİK KÖMƏK. Kurikuluma dair 20 sual və cavabları. VARİANT 5.

MÜƏLLİMLƏRƏ METODİK KÖMƏK. Kurikuluma dair 20 sual və cavabları.  VARİANT 2

MÜƏLLİMLƏRƏ METODİK KÖMƏK. Kurikuluma dair 20 sual və cavabları. VARİANT 2

HƏMKARA DƏSTƏK I kitabından seçmələr III MƏQALƏ

HƏMKARA DƏSTƏK I kitabından seçmələr III MƏQALƏ

Şagird nailiyyətlərinin qiymətləndirilməsi konsepsiyası barədə.

Şagird nailiyyətlərinin qiymətləndirilməsi konsepsiyası barədə.

MÜƏLLİMLƏRƏ METODİK KÖMƏK. Kurikuluma dair 20 sual və cavabları. VARİANT 4

MÜƏLLİMLƏRƏ METODİK KÖMƏK. Kurikuluma dair 20 sual və cavabları. VARİANT 4

MÜƏLLİMLƏRƏ METODİK KÖMƏK. Kurikuluma dair 20 sual və cavabları. VARİANT 3

MÜƏLLİMLƏRƏ METODİK KÖMƏK. Kurikuluma dair 20 sual və cavabları. VARİANT 3

AZƏRBAYCAN RESPUBLİKASININ ÜMUMTƏHSİL SİSTEMİNDƏ QİYMƏTLƏNDİRMƏ KONSEPSİYASI

AZƏRBAYCAN RESPUBLİKASININ ÜMUMTƏHSİL SİSTEMİNDƏ QİYMƏTLƏNDİRMƏ KONSEPSİYASI

"Bizi düşündürür ki, aşağı siniflərdə summativ qiymətləndirmə nə dərəcədə vacibdir?"-qiymətləndirmələrdə dəyişikliklər olacaq

"Bizi düşündürür ki, aşağı siniflərdə summativ qiymətləndirmə nə dərəcədə vacibdir?"-qiymətləndirmələrdə dəyişikliklər olacaq

Təhsil Nazirliyindən summativ qiymətləndirmə barədə AÇIQLAMA

Təhsil Nazirliyindən summativ qiymətləndirmə barədə AÇIQLAMA

“Məktəblərdə daxili qiymətləndirmə ilə yekun qiymətləndirmənin nəticələri üst-üstə düşmür”

“Məktəblərdə daxili qiymətləndirmə ilə yekun qiymətləndirmənin nəticələri üst-üstə düşmür”

Aşağı siniflərdə summativ qiymətləndirmələrin həcmi azalmalıdır- AÇIQLAMA

Aşağı siniflərdə summativ qiymətləndirmələrin həcmi azalmalıdır- AÇIQLAMA

Şagird nailiyyətlərinin qiymətləndirilməsi yolları - QABAQCIL TƏCRÜBƏ

Şagird nailiyyətlərinin qiymətləndirilməsi yolları - QABAQCIL TƏCRÜBƏ

Fənn kurikulumlarının səciyyəvi xüsusiyyətləri

Fənn kurikulumlarının səciyyəvi xüsusiyyətləri

Muasir dərs və Fəal təlim.

Muasir dərs və Fəal təlim.

Məktəbdaxili nəzarətin demokratik əsasları

Məktəbdaxili nəzarətin demokratik əsasları

Müasir təlimin 7 prinsipi

Müasir təlimin 7 prinsipi

Bizdə bu qiymətləndirmə mexanizmində çox böyük səhvlər var..EKSPERT RƏYİ

Bizdə bu qiymətləndirmə mexanizmində çox böyük səhvlər var..EKSPERT RƏYİ

Ənənəvi təlimin imkanları.

Ənənəvi təlimin imkanları.

Fəal dərsin ümumi quruluşu. DƏRSİN 7 MƏRHƏLƏSİ

Fəal dərsin ümumi quruluşu. DƏRSİN 7 MƏRHƏLƏSİ

Təlim yolu: qavrama → anlama → möhkəmlətmə → tətbiqetmə.

Təlim yolu: qavrama → anlama → möhkəmlətmə → tətbiqetmə.