AzTehsil.com


Xəbərlər
02 iyun 2017
2 467


"Görünür bizim bəzilərimiz sensasiyalı xəbərlər yaymaq üçün məni bağışlayın, sanki sinov gedirlər"



"Görünür bizim bəzilərimiz sensasiyalı xəbərlər yaymaq üçün məni bağışlayın, sanki sinov gedirlər"

 

Bəlkə təhsilimizi də şou məkanına çevirmək fikrinə düşmüşük?
 
Şairəm, çünki vəzifəm budur əşar yazım,
Gördüyüm nikü bədi eyləyim izhar, yazım,
Günü parlaq, günüzü ağ, gecəni tar yazım,
Pisi pis, əyrini əyri, düzü həmvar yazım...
M.Ə.Sabir
 
Mən şair deyiləm, şairlik etmək xəyalına düşmək barədə heç fikrim də olmayıb. Ancaq, nədənsə ölməz şairimizin misralarındakı bu kimi məqamlara həmişə emosional yanaşmışam. Bilmirəm bu xarakter məndə nə vaxt, nədən formalaşıb, normal haldır, yoxsa anormal, bircə onu bilirəm ki, xüsusilə təhsil sahəsində gedən proseslərə heç cür biganə qala bilmirəm.

Sözümün mabədi nədir... Digər sahələri qoyaq bir kənara, təhsilimizdə aparılan islahatların ləng getməsindən, gözləntilərimizi lazımınca doğrultmamasından ağızdolusu danışırıq, di gəl kiminsə islahat yolu ilə köhnə streotiplərdən yaxa qurtarmaq məqsədilə nəsə etmək fikrinə düşən kimi, məsələnin mahiyyətinə varmadan dərhal onu qaralamağa, ruhdan salmağa, bütün olan-qalan ümid və planlarını bir anda heçə endirməyə, rusun sözü olmasın "Моя хата с краю, я ничего не знаю." mövqeyinə təhrik etmək üçün olmazın üsul və vastələrə əl atırıq.

Elə götürək ADU – da baş verən son olaylar ətrafında yaradılan ajiotajı, ağına-bozuna baxmadan aparılan qarayaxma kampaniyasını. Görünür bizim bəzilərimiz sensasiyalı xəbərlər yaymaq üçün məni bağışlayın, sanki sinov gedirlər.

"ADU-da tələbələr qalib gəldi, imtahanla bağlı qərar verildi”, "ADU tələbələri istəklərinə nail oldular”, "ADU-da rektor aksiyalardan sonra geri addım atdı”, "ADU dövlət imtahanı ilə bağlı qərarını dəyişdirib”, "Tələbələrin etirazı qəbul olundu – Dövlət imtahanı ləğv edildi”, "Tələbələr etiraza qalxdı: ADU-da imtahanlar ləğv edildi”, "ADU tələbələri ayağa qalxdı: Rektoru devirmək ssenarisi kimindir ...” və s. və i.a

"Rektoru devirmək ssenarisi”nin kimin olduğunu və ümumiyyətlə belə bir ssenarinin olub-olmadığını tam əminlıklə deyə bilmərəm, ancaq bu kimi radikal məzmunlu başlıqların kimə və nəyə hesablandığını başa düşmək o qədər də çətin deyil.

Bəli mən həmin toplantının bilavasuitə iştirakçısı kimi təsdiq edə bilərəm ki, tələbələrin haqlı tələbləri ilə əlaqədar onlara müəyyən güzəştlər edilib. Elmi şurada aparılan geniş müzakirələr nəticəsində kadr hazırlığı üzrə ixtisasların xüsusiyyəti və tələbələrin istəyi nəzərə alınaraq universitetdə bakalavriat səviyyəsində yekun attestasiyasının ixtisas fənni üzrə tərtib olunmuş suallar əsasında imtahan və ya buraxılış işinin müdafiəsi formasında keçirilməsi barədə yekdilliklə qərar qəbul olunub. Bununla yanaşı, yekun attestasiyanın uğurla aparılması və əlavə hazırlaşmaq üçün yay imtahan sessiyasının müddətinin uzadılması da məqsədəmüvafiq hesab edilib. Həmin tədbirdə Təhsil Nazirliyinin məsul işçisi də daxil olmaqla yüzlərlə müəllim və tələbə bu qərara şahidlik ediblər.

Lakin kiminsə, konkret olaraq desək keçmiş rəhbərliyin kobud səhvi üzündən tələbələrdə və bütövlükdə ictimaiyyət arasında şaşqınlıq yaradan bir maneənin aradan qaldırılması geriyə addım atılmasımı deməkdir və ya tələbələrə iki variantlı imtahan formasından birini seçmək imkanı vermək və qarşıdakı imtahanlara hazırlaşmaq üçün əlavə vaxt ayırmaq imtahanın ləğv olunması anlamına gəlirmi?

Görəsən neçə dəfə təkrarlanmalıdır ki, hamı bilsin və agah olsun ki, ölkəmizdə dövlət imtahanı ilə bağlı bütün məsələlər Nazirlər Kabinetinin 24 iyun 2010-cu il tarixli 117 saylı qərarı ilə təsdiq edilmiş "Bakalavriat təhsilinin məzmunu və təşkili Qaydaları”na əsasən tənzimlənir. Həmin Qaydaların 2.13-cü bəndinə əsasən "Bakalavriat səviyyəsində ixtisaslar üzrə təhsil proqramları təhsilalanların dövlət attestasiyası ilə yekunlaşır: "Qaydaların 2.15-ci bəndində isə göstərilir ki, "Yekun attestasiya bütün təhsilalanlar üçün məcburidir, onun hazırlanmasına və təşkilinə ayrılan müddət 6 həftədir”. Qaydaların 2.16-cı bəndinə görə "Yekun attestasiya ixtisas üzrə buraxılış yekun dövlət imtahanı (fənlərarası) və ya buraxılış işinin müdafiəsindən ibarətdir”.

Məsələnin maraqlı cəhəti ondadır ki, biz 2005-ci ildə Boloniya prosesinə qoşulanda deyil, 2010-cu ildə Nazirlər Kabineti tərəfindən "Bakalavriat təhsilinin məzmunu və təşkili Qaydaları” təsdiq ediləndə deyil, məhz Dövlət imtahanının 1,5 səhifəlik hesabatla -"Məsələn, mən universitetdə oxudum, filan müəllim dərs dedi, filan fənlərdə iştirak etmişik”-əvəz olunması barədə absurd qərarın ləğv olunmasından yaralanaraq qalmaqal yaratmaq iddisına düşmüşük. Unuduruq ki,bu kimi qamaqalı tirajlamalar digər universitetlərə də sirayət edə bilər, digərlərində də "etiraz” vasitəsi ilə nəyəsə naıl olub, bundan bəhrələnmək meylləri yarada bilər. Bu sahədə permanentlik isə təhsilimiz üçün daha təhlükəli tendesiyaya çevrilə bilər.

Kimlərinsə sensasiyalı xəbər yayıb, şou yaratmaqla müasir terminoloji dildə desək imicini, öz oxucu saynı artırmaq fikri varsa bu artiq başqa söhbətin predmetidir. Əgər kimsə maraqlanmaq fikrinə düşüb, sosial şəbəkələrda kiçik bir axtarış aparsa şahidi ola bilər ki, təhsilin poblemlərinə toxunan, süni surətdə yaradılan neqativlərə sərt reaksiya verən 2-3 nəfər varsa, təvazökarlıqdan kənar olsa da onlardan biri də mənəm.

Çalışaq təhsilimizin taleyüklü məsələlərinə bir az da olsa diqqətə və obyektiv yanaşaq… hər şeyi öz adı ilə çağıraq. Bir dəfəlik sadə bir həqiqətlə hesablaşaq ki, təhsil siyasi ambisyaları, kimlərinsə korporativ maraq və məqsədərini həyata keçirmək poliqonu deyil, təhsildə iqtidar, müxalifət olmur. Kimlər tərəfindənsə köhnə sovet şüarı adlandırılsa da belə təhsil təkcə ümumdövlət işi olmayıb, həm də ümumxalq işidir, ən başlıcası isə ümummilli məsələdir, gələcəyimizin dayanaqlılığı və davamlılığına təminat verən amildir. Gəlin gələcəyimizin təminatçısı olan təhsilimizə, məhz bu prizmadan yanaşaq. Bəlkə, nəyisə düz demədim? Elə isə üzürlü hesab edin...
 
 
Nadir İsrafilov, təhsil eksperti
moderator.az



Загрузка...
Həmçinin oxuyun:
Dillər Universitetində dövlət imtahanı ilə bağlı yekun qərar verilib

Dillər Universitetində dövlət imtahanı ilə bağlı yekun qərar verilib

Rektor etirazçılardan danışdı: “Onlar oxumayan tələbələrdir...”

Rektor etirazçılardan danışdı: “Onlar oxumayan tələbələrdir...”

"Azərbaycan təhsil sistemində tələbə əsas şəxs kimi qəbul edilir və öncə məhz tələbənin maraqları nəzərə alınmalıdır"

"Azərbaycan təhsil sistemində tələbə əsas şəxs kimi qəbul edilir və öncə məhz tələbənin maraqları nəzərə alınmalıdır"

Bu il bakalavriat səviyyəsinə qəbul imtahanı iki dəfə keçiriləcək

Bu il bakalavriat səviyyəsinə qəbul imtahanı iki dəfə keçiriləcək

“Ümumi təhsil pilləsində təhsilalanların yekun qiymətləndirilməsinin (attestasiyasının) aparılması Qaydaları təsdiq edilmişdir”.

“Ümumi təhsil pilləsində təhsilalanların yekun qiymətləndirilməsinin (attestasiyasının) aparılması Qaydaları təsdiq edilmişdir”.

Qəbul imtahanı niyə iki dəfə keçiriləcək? - Ekspert rəyi

Qəbul imtahanı niyə iki dəfə keçiriləcək? - Ekspert rəyi

Təhsilə “yarlıq” yapışdırmaq millətə, xalqımızın gələcəyinə “yarlıq” yapışdırmaq deməkdir.

Təhsilə “yarlıq” yapışdırmaq millətə, xalqımızın gələcəyinə “yarlıq” yapışdırmaq deməkdir.

Qəbul imtahanı niyə iki dəfə keçiriləcək? – Ekspert rəyi

Qəbul imtahanı niyə iki dəfə keçiriləcək? – Ekspert rəyi

"Formal təhsilin təşkili Qaydaları"  NK-nın 6 avqust 2010-cu il  tarixli № 147-li QƏRARI

"Formal təhsilin təşkili Qaydaları" NK-nın 6 avqust 2010-cu il tarixli № 147-li QƏRARI

"Hər halda hesab edək ki, bu Dövlət İmtahan Mərkəzi - sadəcə olaraq TQDK yox, publik hüquqi şəxs statusuna malik DİM-dir".

"Hər halda hesab edək ki, bu Dövlət İmtahan Mərkəzi - sadəcə olaraq TQDK yox, publik hüquqi şəxs statusuna malik DİM-dir".

Şəhadətnaməni attestatla əvəz etdik. Farslar demiş, xub...

Şəhadətnaməni attestatla əvəz etdik. Farslar demiş, xub...

"2014, 2015, 2016-cı illərdə imtahan və qabiliyyətlərdə uğur qazanan 1000 tələbə magistr ola bilməyib"

"2014, 2015, 2016-cı illərdə imtahan və qabiliyyətlərdə uğur qazanan 1000 tələbə magistr ola bilməyib"

"Müəllimlərin işdən azad ediləcəyi fikri qeyri-ciddidir " NADİR İSRAFİLOV

"Müəllimlərin işdən azad ediləcəyi fikri qeyri-ciddidir " NADİR İSRAFİLOV

Tarif Şurası universitetlərə gedən yolu bağladı

Tarif Şurası universitetlərə gedən yolu bağladı

İkinci dəfə bakalavr imtahanı qərarı təhsil ekspertindən millət vəkilinədək hər kəsi razı salıb

İkinci dəfə bakalavr imtahanı qərarı təhsil ekspertindən millət vəkilinədək hər kəsi razı salıb

Belə çıxır ki, "yenilər" üçün "köhnələr" sıradan çıxarılır-Nadir İsrafilov

Belə çıxır ki, "yenilər" üçün "köhnələr" sıradan çıxarılır-Nadir İsrafilov

"Təhsilə marağın azalmasının əsas “baiskarlarından” biri də məhz dərs ilinin başlanğıcının 1 sentyabrdan 15 sentyabra çəkilməsidir"

"Təhsilə marağın azalmasının əsas “baiskarlarından” biri də məhz dərs ilinin başlanğıcının 1 sentyabrdan 15 sentyabra çəkilməsidir"

Tələbə qəbulu planını Nazirlər Kabineti müəyyən edəcək

Tələbə qəbulu planını Nazirlər Kabineti müəyyən edəcək

“Bu qərar DİM-in qazancına xidmət edir” - ŞƏRHLƏR

“Bu qərar DİM-in qazancına xidmət edir” - ŞƏRHLƏR

Diaqnostik Qiymətləndirmədən keçməyən 50 min müəllimlə bağlı xəbər

Diaqnostik Qiymətləndirmədən keçməyən 50 min müəllimlə bağlı xəbər

Və ya qaş düzəltmək əvəzinə vurub gözü çıxartmaq EKSPERTdən sərt etiraz

Və ya qaş düzəltmək əvəzinə vurub gözü çıxartmaq EKSPERTdən sərt etiraz

İşçilərin attestasiyası, onun keçirilməsi qaydaları və şərtləri (  AR ƏM-dən çıxarış )

İşçilərin attestasiyası, onun keçirilməsi qaydaları və şərtləri ( AR ƏM-dən çıxarış )

"Necə olur ki, bizim məktəblərin bir neçə ilə öyrədə bilmədiyini hansısa kurslar və ya fərdi repetitorlar bir neçə aya öyrədə bilirlər?"

"Necə olur ki, bizim məktəblərin bir neçə ilə öyrədə bilmədiyini hansısa kurslar və ya fərdi repetitorlar bir neçə aya öyrədə bilirlər?"

Nadir İsrafilov : Təhsil alan və təhsilverənə diqqət və qayğı üçün daha nə lazımdır?!

Nadir İsrafilov : Təhsil alan və təhsilverənə diqqət və qayğı üçün daha nə lazımdır?!