Bir neçə sayt Balakən rayonunda guya məktəbli sanitar qovşaqda cinsi əlaqədə olduqları ilə bağlı başlıqlı yalan xəbər dərc etdikləri üçün məsuliyyətə cəlb edilib
Mənbə xəbər verir ki, keçən il Fərid Usubov İnstaqram sosial şəbəkəsi vasitəsilə tanış olduğu və aralarında sevgi münasibəti yaranan şəxslə həftənin şənbə və bazar günləri guya Qullar kənd 2 saylı tam orta məktəbinin sanitar qovşağında bir neçə dəfə intim münasibətdə olduqları ilə bağlı bir neçə sayt yalan məlumat yazdıqları üçün məktəblinin valideyinləri sayt rəhbərlərini Hüquq mühafizə orqanlarına şikayət edərək onların cəzalanmasını tələb edirlər.Artıq bir neçə sayt məsuliyyətə cəlb edilib.
Qeyd edək ki, məktəbli ümumi orta təhsilini başa vurduqdan sonar ailələr razılığa gələrək nişan mərasimi keçiriblər və övladlarını evləndirmək qərarına gəliblər. Lakin hadisə barədə hüquq-mühafizə orqanlarına məlumat daxil olduqdan sonra Fərid Usubov cinayət məsuliyyətinə cəlb edilib.
Məhkəmə rayonun Qullar kənd sakini 2003-cü il təvəllüdlü Fərid Usubovu (ad və soyad şərtidir) Cinayət Məcəlləsinin 152.1-ci maddəsi ilə təqsirli bilib. O, 1 il müddətinə azadlıqdan məhrum edilib.