AzTehsil.com


Xəbərlər / Yazarlar
25 fevral 2023
1 188


Con Steynbekin “Xrizantemlər” hekayəsi və gender bərabərliyi




“Çiçəklərin dili" metaforu tez-tez ədəbiyyatda simvolizmə çevrilir. "Xrizantemlər" əsərində də bu var. Xrizantemlər də danışır. Xrizantemlər hekayə boyu simvol kimi tez-tez istifadə olunur. “Xrizantemlər”in mesajı nədir? Gender bərabərsizliyi. 


"Xrizantemlər" ağıllı qadınlara yer olmayan bir cəmiyyətə qarşı kəskin tənqiddir. Əsərin ideyası özünüzü, necə olduğunuzu sevməyi öyrənməkdir, özünə, öz cinsiyyətinə hörmət etməyi öyrənməkdir. Bu ideya hekayə boyu göstərilir. Hekayə indiki həyatından məyus olan 35 yaşlı güclü qadın Elisa Allen adlı qürurlu, güclü qadın haqqındadır. O, 1930-cu illərdə fermada yaşayan tipik evdar qadının ümumiləşdirilmiş obrazıdır. Əsər bir çox mövzuya malikdir, lakin süjet repressiya edilmiş seksuallıq və laqeyd qadınlıq mövzularına əsaslanır. Bu hekayə Elisa kimi ağıllı qadınları darıxdırıcı həyata məcbur edən 20-ci əsrin əvvəllərindəki stereotip cəmiyyəti tənqid edir. Elisa çox bacarıqlı və cəlbedicidir, enerji və ambisiya ilə doludur. Bununla belə, onun həyatında hələ də həyəcan yoxdur. Kişilər ondan daha dolğun həyat sürürlər. Elisa cazibədardır,bağçılıq və ev işləri ilə çox maraqlanır. Bitkilərə öz övladları kimi baxır və onlar onun emosional ehtiyaclarını qarşılayır. 


Elisa obrazı qadınların çoxunun öz istəklərini ifadə etməsinə icazə verilmədiyini və evlərinin içində darıxdırıcı bir həyat sürməli olduqlarını təsvir edir. Elisanın həyatında cinsi doyumun olmaması da var. Elisa ehtirasla dolu enerjili bir qadındır, lakin özünü ifadə etmək imkanı yoxdur. Onun otuz beş yaşı var, lakin uşaqsız olması onun evliliyinin cinsi cəhətdən aktiv olmadığına işarə ola bilər. Bundan əlavə, onun həyatdan çox narazı olmasının səbəbi də bu ola bilər. Elisa Allen ağıllı və ehtiraslı qadındır. Onun həyatında macəra və məmnunluq yoxdur. Evlə məşğul olmaqdan başqa heç bir işi yoxdur, uşaqları da yoxdur, bu da onun həyatını çox maraqsız edir. Onun əri  Henri Allen bağçılıq və mal-qara alveri ilə də məşğuldur. Üçüncü bir xarakterimiz də var. Obrazın adı çəkilməsə də , onun peşəsi  sındırılmış qabları düzəltmək, qayçı itiləməkdir.


“Xrizantemlər” Amerika yazıçısı Con Steynbekin “Uzun Vadi” kolleksiyasının bir hissəsi olan  qısa hekayəsidir. Əsər ərinin fermasında boğucu bir yaşam məhkum edilən ağıllı, yaradıcı bir qadın haqqındadır. Əsər özündə daha az seksual təsvirləri ehtiva edir. Hekayənin əsas mövzusu Elisanın yaradıcı məyusluğudur. Bəzi tənqidçilər Elizanı feminist bir fiqur kimi nəzərdən keçirərkən, digərləri Elisanın həm ərini həyasızlaşdırdığını, həm də tinkerlə xəyanət etdiyini iddia edərək, hekayənin feminizmə qarşı bir hücum olduğunu müdafiə edirlər. Süjetdə narazılıq, cinsi istək və gender bərabərsizliyi mövzuları araşdırılır. Elisa xarici dünyanın həyəcanından qopan fermada darıxdırıcı bir həyat yaşayır. O, güclü bacarıqlı qadındır, lakin günün çox hissəsini tək keçirir və evi təmiz saxlamaq üçün işləməli olur, bu, cəmiyyətin ona sırıdığı roldur. Onun aldığı yeganə həzz xrizantem yetişdirməkdir. Bir növ, o, maraqsız həyatının içində tələyə düşüb. Elisa narazı bir həyat sürür, istəklərini tam ifadə edə bilmir və emosional ehtiyacları yerinə yetirilmir. Elisanın məyusluğu uşaq sahibi olmamaqdan və ərinin ona bir qadın kimi yanaşmamasından, dəyər verməməsindən qaynaqlanır. Onun məyusluğunun yeganə çıxış yolu gözəl xrizantemlər yetişdirdiyi çiçək bağıdır. Müəllif xrizantemlərdən Elisanın və hər bir qadının daxili şəxsiyyətinin simvolu kimi istifadə edir. Elisa həyatından məyus olur, çünki Henri ilə evliliyində uşaqları və romantikası yoxdur. Bundan əlavə, əri onun qadın keyfiyyətlərini və emosional ehtiyaclarını qiymətləndirə bilmir. Tirkerlə qarşılaşma onun seksuallığını oyandırır və Elisaya daha həyəcanlı,romantik bir evlilik ümidi verir, lakin o, həyatının dəyişməyəcəyini yolda atılan gülləri görəndə anlayır. Belə bir uğursuz həyatla kifayətlənmək məcburiyyətində qalması onu tamamilə məhv edir. Elisa həyat yoldaşı ilə birlikdə şəhərə gedən yolda səssizcə ağlayır, çünki o, qadın rolunun sıxıntıları və həyatının dözülməz şərtləri ilə üzləşir. Onun xoşbəxt olduğu və tək olmadığı yeganə vaxt xrizantemlərə qulluq etməsidir. Onlar ona yoldaşlıq edir və məmnunluq hiss etdirirlər. Tinker gələndə o, öz tənhalığını və basdırılmış istəklərini dərk edir. Elisa o istəklərin yerinə yetirilməməsindən xəbərsizdir, lakin tinkerin gəlişi ilə o oyanmağa başlayır. Tinker Elisanın həyatında çatışmayan macəranın simvoludur. Gecələr ulduzlar haqqında danışanda onun danışıq tərzi çox həssas olur. Onun tinker kişinin qarşısında diz çökməsi cinsi itaət mövqeyidir. Cinsi istəkləri oyandıqdan sonra o, aqressiv olur, əvvəlcə utanır, sonra isə tinker xrizantemləri atdıqda, rədd edildiyini hiss edir və ağlayır.Tinkerlə etdiyi söhbət onun darıxdırıcı həyatına bir qədər həyəcan qatır və gizli cinsi istəklərini oyadır, bir qadın olaraq, tələyə düşür. Tinkerlə danışdıqdan Elisa həyəcanlanmağa başlayır, bu dəyişiklik əlcəklərinin çıxarılmasında əks olunur. Sevimli saçlarını göstərərək papağını da çıxarır. Tinkerdən ayrıldıqda Elisa demək olar ki, ritualistik bir transformasiyaya məruz qalır. O, soyunur, çimir, güzgüdə çılpaq bədəninə baxır, sonra geyinir. O, dəbli alt paltarları, yaraşıqlı paltar geyinir və makiyaj edir. Bu geyimlər onun bağçılıq geyimləri ilə kəskin şəkildə ziddiyyət təşkil edir və yeni enerjili, seksual Elizanı əks etdirir. Tinker xrizantemlərə diqqət yetirdikdə, o, ona diqqət yetirirmiş kimi sevinir. Ona xrizantemləri verəndə o da bir şəkildə özünü ona təklif edir, lakin o, onu rədd edir, xrizantemləri yol qırağına tullayır. Elisa rədd edildiyini anlayır və bu, onu ağlamağa məcbur edir. İnsanlar onun çiçəklərinə dəyər vermədikləri kimi ona da dəyər vermirlər. Hətta Henri də həyat yoldaşına heç vaxt kifayət qədər diqqət və dəyər verməyərək o gülləri bəzək əşyaları kimi görür. Diqqət yetirməli olan bir şey budur ki, tinker onun xrizantem sevgisindən sadəcə öz xeyrinə istifadə edirdi . Tinker Henridən daha həyəcanlıdır, lakin o, yalnız işi üçün ondan faydalanır. Sonra o, gülləri atır və Elisa onun tərəfindən tamamilə rədd edildiyini başa düşür və beləliklə, “qoca qadın” kimi ağlayır. Elisa kimi çiçəkləri də ehtirassız və əhəmiyyətsizdir: hər ikisi sadəcə dekorativ əşyadır.


Xrizantemlər Elisanın uşaqlarını, Elisanın qadınlığını, qadın rolunu və seksuallığını simvollaşdırır. Əvvəlcə övladlarını simvollaşdırırlar, sonra onun qadınlığını və cinsiyyətini təmsil edirlər. O, bağçasına qulluq edir və xrizantemlərə öz uşaqları kimi sevgi və qayğı ilə yanaşır. Elisa çiçəklərini çox qoruyur və ətrafına məftillə hasar çəkir, o, çiçəkləri ilə fəxr edir. Çiçəklərə öz övladları kimi baxan Elisanın portreti qadın obrazıdır, lakin onun kişi obrazı da onun “sərt süpürülmüş və cilalanmış” evində müşahidə olunur. Bu görüntü onun əri ilə münasibətinə təsir edir. Eliza hiss edir ki, Henri onun qadınlığını tanımır və təqdir etmir, bu hiss onun ərinə qarşı antaqonist olmasına səbəb olur, qəlbində ərinə qarşı inciklik var. Tirkerlə qarşılaşma Elisaya ümid verir və onun daha dolğun həyata hazırlaşmasına səbəb olur, Tirker Elisaya sanki qadın olduğunu hiss etdirir, onun dişil enerjisini oyadır. Bundan sonra Elisa yuyunur, yuyunandan sonra ayna qarşısına keçərək çılpaq bədənini zövqlə izləyir, xüsusilə də qadınlarda qadınlığı, intim nöqtəni simvolizə edən sinələri qabartmağa çalışır, bədəninə, qadınlığına heyran qalır. Elisada eril enerji o qədər güclü idi ki, onu yüksəltmək heç ağlının ucundan belə keçmirdi. 


Bu hekayədəki əsas münaqişə insan özünə qarşıdır . Elisa həyatından tam razı qalmadığı daxili münaqişə ilə məşğul olur. O, evliliyində hiss edilməsindən, rəftar olunmasından tam razı deyil. Elisa yad kişi ilə qarşılaşdıqdan sonra yenilənmiş enerji və yaşamaq həvəsi hiss edir. O , geyinib özünü gözəl hiss etmək üçün səy göstərir və ərinə romantik bir axşam keçirə bilmələri üçün paltarlar hazırlayır.Elisa əri ilə birlikdə gecəyə hazırlaşır, güzgüdə çılpaq bədənini öyrənir,şəffaf corablar və gözəl paltar geyinir, makiyaj edir, əri ilə axşam bərabər bir gün keçirəcəyini səbirsizliklə gözləyir. O, ümid edirdi ki, Henri onun bir qadın kimi ehtiyaclarını dərk edəcək və ona həsrət qaldığı romantikanı, həyəcanı yaşadacaq. Lakin bu ümid tezliklə puç olur, Elisanın xəyalları suya düşür. Həyat yoldaşının bu dəyişimini görən Henri  "Sən dizinin üstündən buzov qıracaq qədər güclü görünürsən” deməklə ona “kompliment” deyir. Elisanın bu cür “təqdir edilməsi” xoşuna gəlmir. Onun görünüşünə dair bu xoşagəlməz “iltifat” Elizanın bir qadın kimi eqosunu tətmin etmir. “Sonuncu ölən ümidlərdir” fikri ilə yola çıxaraq, deyə bilərik ki, Elisanın da sonuncu ümidləri yolda gülləri görəndə ölür. Bitkiləri atmaqla, tinker simvolik olaraq Elizanı və onun qadınlığını,seksuallığını rədd edir. Gül qabı boş olduğu kimi, Elisa da özünü boş hiss edir. O, həmçinin gender rolu ilə məhdudlaşdırılaraq əzildiyini hiss edir, dərk edir ki, həyatı heç vaxt dəyişməyəcək, onun qadınlığı və seksuallığı Henri tərəfindən heç vaxt qiymətləndirilməyəcək, başa düşülməyəcək. Elisa həyəcansız əri ilə kifayətlənməyi öyrənməlidir, qəbullanmalıdır ki, əri romantik deyil, ona dəyər vermir, onun qadın kimi varlığını hiss etmir, Elisanın monoton həyatı heç vaxt dəyişməyəcək. Sonda zəif qadın kimi ağlayır.Göz yaşları burada onun gücsüzlüyünü, yaşam tərzini qəbullanmağını, təslimçiliyini simvolizə edir. “Xrizantemlər" əsərində müəllif Elisanın ümidini itirməsini göstərmək üçün ironiyadan istifadə edir. Hekayənin sonunda Elisa şam yeməyi ilə şərab istəməsi onun həyatda daha geniş imkanlar açdığını göstərir . O, nəhayət ki, məhdud varlığından qurtula biləcəyini və şanslarını sınaya biləcəyini başa düşdü. Elisa öz bədbəxtliyində günahkar olduğunu başa düşür. O, heç dəyişmir, hekayəyə təcrid olunmuş, tənha bir qadın kimi başlayır və eyni şəkildə bitirir. Elisanın əsas dəyişməsi, özünün yerinə yetirilməməsinin fərqində olmayan bir qadından həyatında nəyin əskik olduğunu dərk edən bir qadına çevrilir. Onun mövcud vəziyyəti dərk etməsi, fərqindəlik qazanması həqiqətən bir oyanışdır.


Hekayədə Elizanı nə simvollaşdırır? Hekayə boyu Elisanın xrizantemləri özünü simvolizə edir və xüsusilə də onun gizli, məhdud potensialını ifadə edir. Onun sevimli, güclü çiçəklərlə birbaşa əlaqəsi onun gözəlliyini,həyatı yaratmaq üçün fitri qabiliyyətini nəzərdə tutur. Boş dibçək boşa çıxan qadınlığı simvollaşdırır.

Henri Allen yaxşı ərdirmi? Elisanın əri Henri yaxşı, möhkəm adamdır, lakin arvadını razı sala bilmir. Henri Elisa qədər ağıllı deyil, amma fermanı idarə edən, özünü və arvadını dolandıran, biznes sövdələşmələri edən odur. Elizanın edə biləcəyi yeganə şey işini yerinə yetirərkən onu uzaqdan izləməkdir. Fermanın idarə olunması ilə bağlı hər hansı məlumatı bilavasitə olaraq Henridən alır, o, həyat yoldaşına bərabər tərəfdaş kimi yanaşmaq əvəzinə yalnız qeyri-müəyyən, alçaldıcı tərzdə yanaşır. Cəmiyyətinin standartlarına görə, Henri bir qadının ərdən istəməsi lazım olan hər şeydir, hər bir qadının arzuladığı həyat yoldaşı tipidir: o, onu maddi olaraq hər şeylə təmin edir, ona hörmətlə yanaşır və hətta hərdən onu bayıra da çıxarır.Ancaq Henri çatışmazlıqlarını görmür, yanındakı qadının ruhu, arzuları, istəkləri, mənəvi tələbləri ilə maraqlanmır. Onların aralarında harmoniya yoxdur, bir-birlərindən xəbərsizdirlər, fərqli dünyaların insanlarıdır, bu da Elisanın Henridən narazı olmasına səbəb olur. Henri onu heç bir məmnuniyyətlə təmin edə bilmir və o bu ailə həyatından zövq ala bilmir. Əri onunla ancaq alçaldıcı yumoristik şəkildə danışır. Onu və istəklərini başa düşmür. Elisanın ev qulluqçusu və bağban kimi bacarıqları ilə fəxr edir. Henri kişi ilə danışanda uzaqlaşıb danışır ki, Elisa bu söhbəti eşitməsin, çünki o,qadındır, o belə söhbətlərdə iştirak etməməlidir. Hekayə açıq şəkildə onun əsas mətləbindən bəhs etmir, bizə öz izahatlarımızı vermək qalır. Onların evliliyində ehtiras yoxdur, evlilik funksional xarakter daşıyır. Boşanmanın müxtəlif növləri var, onlardan biri də emosional boşanmadır. Bax Elisa ilə Henri də emosional boşanmaya aid cütlük idilər. Henri, onun üçün uyğun tərəfdaş deyil, eyni yumor hissini paylaşmırlar və hər ikisi çox fərqlidir. Bu da Elisanın özünü təcrid olunmuş hiss etməsinə səbəb olur. Onlar bir-birlərinə həyat yoldaşlarından daha çox  bacı-qardaş və ya dost kimi yanaşırlar. Evliliklərinin Elisanın ehtiyaclarına ödəməməsinə baxmayaraq, Elisa seksual insan olaraq qalır, yazıçı bu keyfiyyəti normal və arzuolunan kimi göstərir. Onun emosional və cinsi ehtiyaclarını təmin edəcək heç kim yoxdur. O, tənhadır və hekayədəki kişilər dünyanı araşdırmaq üçün yola düşərkən evin qayğısına qalmaq ona düşür. Bu ailə tipik Azərbaycan ailələrinə misaldır. Təəssüf ki, bu problem bizim ölkədə də hələ də aktuladır. Hələ də qadına yüklənən rollar var, qadın obyekt kimi görünür.


Hekayənin sonunda Elisa niyə ağlayır? O, tinkerin öz ruhunu düşünmədən rədd etməsindən məyus olduğunu hiss edir.O, əri kimi onu bir qadın olaraq, bənzərsiz edən keyfiyyətləri qiymətləndirə bilməyib. Elisa həyatının heç vaxt dəyişməyəcəyini anlayır.

Əsərdə qayçı nəyi simvollaşdırır? Əsərdə qayçı kişi gücü və nəzarət hissini, eril enerjini ifadə edir. Elisa hekayənin çox hissəsində nadir hallarda qayçısız olur. Önlüyündə qayçısına aid xüsusi cibi var.

Elisanın paltarları nəyi simvolizə edir? Hekayə başlayanda Elisa ağır ayaqqabılar, qalın əlcəklər, kişi papağı və iti alətlərlə zəngin önlüklə tamamlanan androgen formalı bağçılıq paltarı geyinir. Müəllif onun bədənini "tıxanmış və ağır" kimi təsvir edir. Elisanın geyimi və forması kişiliyi, onun aseksual varlığını əks etdirir. 


Elisa və xrizantem necə oxşardır? Xrizantem həm Elizanı, həm də onun həyatının məhdud dairəsini simvollaşdırır. Elisa kimi xrizantemlər də sevimli, güclü və çiçəklənir. Onların gül yatağı, Elizanın evi kimi, səliqə-sahmanlıdır. Xrizantem hekayə boyunca xatırlanır və Elizanın simvolu kimi görünür. Xrizantem gövdələri uzun, güclü və sərtdir ki, bu da Elisanın kişi keyfiyyətlərinin simvoludur. Bununla belə, çiçəyin özü zərifdir, bu da Elisanın qadına xas olan hissələrini təmsil edir. Xrizantemlərin həm güclü, həm də gözəl olmasının ziddiyyətli xüsusiyyətləri, Elisanın həm kişi, həm də qadın olması üçün qadına xas atipik xüsusiyyətlərin olduğunu təcəssüm etdirir. Eliza yolun ortasında çiçəkləri görəndə Elisa bunu özünü azadlığa buraxmaq və nəticədə yaralanmaq kimi qiymətləndirdi. Bir çox tənqidçilər xrizantemlərin Elisanın məyusluğunun simvolu olduğunu iddia edirlər. 


Əsərdə simvollar.

Zəiflik: Elisa ilə qəribə adamın qarşılaşması Elisanın zəifliyini ortaya qoyur. Kişi onu asanlıqla üstələyə bilərdi. O, Elizaya yaxınlaşır, onu manipulyasiya edir və ona yalan deyir. 

Gender rolları: Steynbek kişilərin və qadınların cəmiyyətdə xüsusi rollara malik olması fikrini dəstəkləyir. 

Seksuallıq: Cinsəlliyini repressiya etsə də, Elisa hələ də seksual insandır. Onun və ərinin inkişaf edən cinsi əlaqəsi yoxdur, bu, Elisanın güclü və məhsuldar bədəninə baxmayaraq, uşaqlarının olmamasında görünür.

Qadınlıq: Qadınlıq cinsiyyətlə əlaqələndirilir. Hekayənin əvvəlində Elizanın eril enerjiyə sahib görünüşü var. Bununla belə, o, tinkerlə söhbət edərkən kiçik bir cinsi oyanışdan sonra, şəhərə getməyə hazırlaşanda daha qadın görünmək üçün əlindən gələni edir.

Qış: Hekayə qısırlığın simvolu olan qışda baş verir. 

Döyüşlər: Döyüşlər ''kişi dünyası'' ideyasının simvoludur. Döyüşlər qadınların ümumiyyətlə iştirak edə bilməyəcəyi məkan hesab olunur.

Həbslə bağlı simvolizm: Salinas Vadisi Elisanın emosional həyatını simvollaşdırır. Hekayə Salinas vadisinin uzun təsviri ilə açılır. Bu, Elisanın şəxsi mənfəəti üçün onu aldatmağa cəhd edə biləcək insanlardan xəbərsiz olması ilə yanaşı, Xrizantem yetişdirməklə ərini həqiqətən razı sala bilməyəcəyi vəziyyətini xəbər verir. Steynbek vadini üstü dumandan hazırlanmış qapaqlı qazana bənzədir. Vadinin “qapalı qazan” metaforası Elisanın havasız bir dünyanın içində sıxışdırıldığını və onun varlığının qaynama nöqtəsinə çatdığını göstərir. Onu da öyrənirik ki, yaxınlıqda Günəş olsa da, vadiyə heç bir işıq girmir. Günəş işığı çox vaxt xoşbəxtliklə əlaqələndirilir və nəticə ondan ibarətdir ki, onun yaxınlığındakı insanlar xoşbəxt olsalar da, Elisa xoşbəxt deyil. Dekabr ayıdır və vadidə soyuq hava hökm sürür, lakin hələ də sakinlər ümidsiz deyil, hava yəqin ki açılacaq. Havanın və vadinin sakinlərinin ümumi əhval-ruhiyyəsinin bu cür təsviri Elisaya da eyni dərəcədə aiddir. İlk olaraq Kaliforniyadakı bir vadinin lirik təsviri kimi görünən şey Elisanın klostrofobik, bədbəxt, lakin ümidli daxili həyatının zəngin simvolu kimi ortaya çıxır.

İnəklər: Henrini fermadan uzaqlaşdıran hadisə yaradırlar ki, Elisa evdə tək olarkən tinkerlə qarşılaşa bilsin. 

Sarı xrizantemlər: Elisanın şəxsiyyət xüsusiyyətlərini və həyata baxışını göstərir. 

Salinas Vadisi: onun qorunan həyat tərzini göstərir və oxucunu həyatda ən böyük arzularını həyata keçirməyə aparır.

Hekayənin sonunda Eliza atışmalardan sonra göz yaşlarını gizlətmək üçün paltosunun yaxasını yuxarı çəkir. Steynbek qadın şüurunun mürəkkəbliklərini dəf etmək üçün qeyri-adi bir qabiliyyət nümayiş etdirir. Əsər 3-cü bir şəxs tərəfindən nəql olunsa da, bütünlüklə Elizanın nöqteyi-nəzərindən təqdim olunur. Bu texnika ona onun psixikasını araşdırmağa və dünyanı onun gözü ilə göstərməyə imkan verir. Biz onun yerinə özümüzü qoyuruq və onun məyusluqlarını,hisslərini yaşayırıq, onunla empatiya qururuq. Çünki o, Henrinin kostyumlu kişilərlə nə müzakirə etdiyini bilmir, biz də bilmirik. Çünki o, tinkeri yaraşıqlı kişi kimi görür, biz də görürük. O, qazanlarını düzəldəndə dodaqlarına baxdığı üçün biz də onunla birlikdə onlara baxırıq. Nəticədə hekayənin sonunda onun həsrətini və xarakterini ərindən daha çox başa düşürük.  

Bir çox kişilər qadınlara lazım olan yeganə şeyin işləyən ərlərin və kifayət qədər pulun olmasını düşünürdülər. Yazıçı Elisanı heç vaxt qınamır və əvəzində onun istedadının, enerjisinin və ambisiyasının israfını faciə kimi təsvir edir. Bizdən Elizanı sərt mühakimə etməyi xahiş etmək əvəzinə, bizi onun niyə belə davrandığını anlamağa, onunla empatiya qurmağa dəvət edir. Steynbek Henri və tinkerdən patriarxal cəmiyyətlərin, paternalizminin dayaqları kimi istifadə edir: necə ki, onlar qadınların potensialına məhəl qoymurlar, cəmiyyət də qadınlara o cür davranır. Steynbek cinsi doyuma  ehtiyac olduğunu müdafiə edir və onun arxasınca düşmək insanların irrasional şəkildə hərəkət etməsinə səbəb ola bilər. Obrazın ödənməmiş istəkləri nəticəsində tinkerin Elisanı cəlb etməsi təhlükəli və idarəolunmazdır.

Oxucu Elisanın ərinin arvadının gözəlliyini görmədiyinə görə günahkar olduğunu öyrənir. Yazıçı Elisanın şəxsiyyətlə mübarizəsini göstərmək üçün 20-ci əsrin kişi və qadın rollarını təsvir edir. Elizanın həyat yoldaşı kimi rolu ona həyat yoldaşı olaraq verilən tapşırıq vasitəsilə üzə çıxır. Eliza bir neçə səviyyədə qarşılaşdığı hər bir insanla, eləcə də bağçaya qulluq etdiyi və həyat sürdüyü təbiətin özü ilə münaqişə yaşayır. Bağın özü hekayənin inkişafı ilə Elisanın fiziki xüsusiyyətlərini dəyişir. Müəllif kim olduğu və həyatdan nə istədiyi ilə bağlı daxili qarışıqlıqlarla dolu bir obrazı ortaya qoyan qısa hekayə boyunca çoxsaylı dialoqlarda bunu ifşa edir. 

Xrizantemlər Elisanın həyatının böyük bir hissəsidir və onun özünə necə baxdığını, necə davrandığını simvollaşdırır, yazıçı Elisanın gücünü simvollaşdırmaq üçün xrizantemdən istifadə edir. Xrizantem budaqlarını kəsmək üçün çox güc tələb olunur ki, bu da Elisanın qayçıdan istifadə etməsi ilə vurğulanır. Bir qayda olaraq, çiçəklər gözəl və zərif təsvir olunur, lakin xrizantem möhkəm və sərtdir. Steynbek xüsusi olaraq xrizantemlərdən istifadə etməyi seçdi, çünki onlar Elisanın gücünü simvollaşdırır,o, özünə güvənən, güclənmiş qadındır, lakin onun bütün gücü, xrizantemlərin bağının divarları arasında bağlandığı kimi cəmiyyətin standartları daxilində məhdudlaşır. Onun vəzifəsi xrizantemlərə qulluq etməkdir, onda qadınlıq gücünü nümayiş etdirəcək bir situasiya yaranmamışdı.Tinkerlə sonradan bu situasiya yarandı. Yazıçı Elisanın geyimindən onun eril qüvvəsini, xarici dünyadan təcrid olunmasını simvolizə etmək üçün istifadə edir ki, cəmiyyətin standartları qadınların fürsətlərdən necə məyus olmasına səbəb olur. 

Əsərin başlığı ədəbi texnikanın simvolizmini ortaya qoyur. Xrizantem çiçəyi qəhrəmanlarının düşüncələrini, hisslərini və fikirlərini açıqlayır. Steynbekin qəhrəmanı ərinin səhlənkarlığından əziyyət çəkir və buna görə Elisa öz təcrid olunmuş dünyasına üz tutur. Xrizantem çiçəyi kimi gözəldirsə, səhlənkarlıqdan əziyyət çəkir, necə ki gülə qarşı diqqətsiz olsan, onu sulasan, gül solar, qadın da elədir. 

Əsərin əsas mövzulardan biri kişilərin hakim olduğu cəmiyyətdə qadının məhdudiyyətləridir. Hasar onun evliliyini, bağ isə həyatını təkrarlayır. Henri heç vaxt Elisanın xrizantemlərinə maraq göstərmirdi, yəni həyat yoldaşı ona maraqlı deyildi. Bağ hasarla əhatə olunub. Müəllif evlilik həyatından narazılığını və məyusluğunu taxta hasardan istifadə edərək göstərir. Çay dərədən çıxan bir yol kimi dayanan hekayədə görünən simvollardan biridir. Bu o mənada simvolikdir ki, Elizanı təcrid olunmasına məhəl qoymadan dar təsərrüfat dünyasından çıxarmağa bənzəyir. Bəziləri bunu onun “qapalı qazanda” ağırlaşdırılmış həyatdan qaçması kimi simvolik hesab edir. Hekayəni oxuyandan sonra görmək olar ki, Elisa heç vaxt bu fürsətdən istifadə etmir, amma başqaları onun hasarlanmış həyatından qoparaq yanına gəlirlər. O, təcrid olunmuş səltənətinə girən zərgərdən xoşlanır. Elisanın kənar adamın əsl xarakterini tanıya bilməməsi çox aydındır ki, onun quruya su damcıları kimi gəlməsi müsbətdir. Hekayədə su məsumluq və təmizlik obrazı kimi simvollaşdırılıb. Müəllif “su kimi aydın” yazanda Elizanın gözü ilə aydın görünür.Tirkerin gözlərinə baxanda nəzərəçarpacaq bir dəyişiklik görə bilərsiniz və o, bunu maraqlı hiss edir. Steynbek qadın və kişi davranışının patriarxal cəmiyyətin diktə etdiyi tipik modellərini nümayiş etdirmişdir. Eliza və digər personajlar bu nizamın zərərli olduğu fikrini göstərir, çünki o, böyük insanların potensialını yalnız bir insanın qadın olması səbəbindən məhv edir.

Müəllif: Sərvanə Dağtumas

2005-2016 illərdə Fuad Fərhadoğlu adına 230 nömrəli tam orta məktəbin məzunu.

2016-2020 illərdə Bakı Slavyan Universiteti, Azərbaycan dili və ədəbiyyat müəllimliyi.

Hazırda Bakı Slavyan Universitetində magistrantdır (ədəbiyyatşünaslıq)

Psixologiya və pedaqogika üzrə Türkiyədə ixtisaslaşıb.

2018-ci ildə AXC-nin 100 illiyinə həsr olunmuş "AXC müsəlman Şərqində ilk demokratik Cümhuriyyətdir" mövzusunda fəal iştirakına görə fakültə dekanı tərəfindən sertifikatla təltif olunub.

2019-cu ildə Nəsiminin 650 illik yubileyi münasibətilə esse-yazı müsabiqəsində 1-ci yerə çıxıb və rektor tərəfindən diplomla təltif olunub.

Bir sıra təşkilatlarda psixologiya və pedaqogika üzrə 3 il təlimçi kimi fəaliyyət göstərib.





Загрузка...
Həmçinin oxuyun:
Kurikulumun tələbləri dərsliklərdə necə reallaşdırılır

Kurikulumun tələbləri dərsliklərdə necə reallaşdırılır

Gender bərabərliyinin təminatları haqqında Azərbaycan Respublikasının Qanunu

Gender bərabərliyinin təminatları haqqında Azərbaycan Respublikasının Qanunu

Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür

Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür

Azərbaycan qadını cəmiyyətimizin tərəqqisində müstəsna rol oynayır

Azərbaycan qadını cəmiyyətimizin tərəqqisində müstəsna rol oynayır

MEK-in təşkilati dəstəyi ilə “Müasir Azərbaycan hekayəsi antologiyası” kitabının təqdimatı keçirilib

MEK-in təşkilati dəstəyi ilə “Müasir Azərbaycan hekayəsi antologiyası” kitabının təqdimatı keçirilib

KİŞİNİN HƏYAT YOLDAŞINDA BƏYƏNDİYİ 98 KEYFİYYƏT

KİŞİNİN HƏYAT YOLDAŞINDA BƏYƏNDİYİ 98 KEYFİYYƏT

Mehriban Əliyeva – birinci xanımın PORTRET cizgiləri

Mehriban Əliyeva – birinci xanımın PORTRET cizgiləri

QƏRAR   № 103  "Ümumi təhsil pilləsinin dövlət standartı və proqramları (kurikulumları)"nın təsdiq edilməsi haqqında

QƏRAR № 103 "Ümumi təhsil pilləsinin dövlət standartı və proqramları (kurikulumları)"nın təsdiq edilməsi haqqında

Bacarıqlı rəhbər-uğurlu məktəb formulu(Beynəlxaq təcrübədən faydalanaraq)

Bacarıqlı rəhbər-uğurlu məktəb formulu(Beynəlxaq təcrübədən faydalanaraq)

Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

"Qadınlara qarşı gender əsaslı zorakılıq mübarizədə gənclərin rolu” adlı layihə icra edildi

"Qadınlara qarşı gender əsaslı zorakılıq mübarizədə gənclərin rolu” adlı layihə icra edildi

Kollektivdə sağlam psixoloji mühit, tənqid və özünütənqid

Kollektivdə sağlam psixoloji mühit, tənqid və özünütənqid

“Ümumi təhsildə gender yönümlü yanaşmanın təşviqi” layihəsinin icrasına başlanılıb

“Ümumi təhsildə gender yönümlü yanaşmanın təşviqi” layihəsinin icrasına başlanılıb

Uşaq intiharına laqeyd yanaşan Whatsapp qadınları

Uşaq intiharına laqeyd yanaşan Whatsapp qadınları

İnstitutda elmi konfrans: “Repressiya və folklor”

İnstitutda elmi konfrans: “Repressiya və folklor”

Uşaq niyə sözə baxmır? Valideynlərin 7 tipik səhvi

Uşaq niyə sözə baxmır? Valideynlərin 7 tipik səhvi

Ağıllı olduğunuzu göstərən 11 əlamət

Ağıllı olduğunuzu göstərən 11 əlamət

Uşağa qulluq qadınlıq rolu olaraq analığın davamıdırmı?

Uşağa qulluq qadınlıq rolu olaraq analığın davamıdırmı?

Ənənəvi və interaktiv təlim metodlarının müqayisəli təhlili

Ənənəvi və interaktiv təlim metodlarının müqayisəli təhlili

Hər kəsin oxumalı olduğu dünyaca məşhur kitablar - SİYAHI 25 kitab

Hər kəsin oxumalı olduğu dünyaca məşhur kitablar - SİYAHI 25 kitab

Tarixi ədalətin təntənəsi və ya Hacı Zeynalabdin Tağıyevin fenomenal maarifçilik fəaliyyəti

Tarixi ədalətin təntənəsi və ya Hacı Zeynalabdin Tağıyevin fenomenal maarifçilik fəaliyyəti

“Təhsilə indi rəhbərlik edənlər tənqiddən nəticə çıxarmağa çalışırlar” - MÜSAHİBƏ

“Təhsilə indi rəhbərlik edənlər tənqiddən nəticə çıxarmağa çalışırlar” - MÜSAHİBƏ

“Bədən dili”ndən necə düzgün istifadə etmək olar? - VİDEO

“Bədən dili”ndən necə düzgün istifadə etmək olar? - VİDEO

Beynəlxalq Qadınlar Günü

Beynəlxalq Qadınlar Günü