AzTehsil.com

Xəbərlər
03 noyabr 2017
2 788

MEK-in təşkilati dəstəyi ilə “Müasir Azərbaycan hekayəsi antologiyası” kitabının təqdimatı keçirilib

AMEA Mərkəzi Elmi Kitabxanasının (MEK) təşkilati dəstəyi ilə Misirdə ərəb dilində işıq üzü görmüş "Müasir Azərbaycan hekayəsi antologiyası” kitabının təqdimatı keçirilib. Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin beynəlxalq layihələrindən olan yeni antologiya Misir Milli Tərcümə Mərkəzi ilə birgə ərsəyə gətirilib.

MEK-in Beynəlxalq və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Mübariz Göyüşlü ərəbdilli oxucular üçün hazırlanmış kitabı hər iki xalq arasında bağlılığın yaradılmasında, ədəbi-mədəni əlaqələrin yaxınlaşmasında mənəvi körpü olacağını bildirib.

Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin direktoru Afaq Məsud çıxış edərək yeni nəşrin məziyyətlərindən danışıb. Qeyd edilib ki, antologiyanın dünyanın bir sıra ölkələrində təqdimatı olub. Afaq Məsud deyib:

"Biz, eyni zamanda ərəb yazıçılarının seçilmiş hekayələrini Azərbaycan dilinə tərcümə etməklə "Xəzər” jurnalında oxucuların ixtiyarına veririk. Bizim bu işimiz Azərbaycanda ərəb dünyasına, ərəb dünyasında da Azərbaycana olan sevginin bariz nümunəsidir”.

Fələstinin Azərbaycandakı səfiri Nasir Əbdülkərim Əbdürrəhman, Mərakeşin Azərbaycandakı səfiri Məhəmməd Adil Embarş çıxış edərək layihənin əhəmiyyətindən söz açıblar.

Tədbirdə filoloq alimlər, professorlar İmamverdi Həmidov, Qulu Məhərrəmli, Nəsrulla Məmmədov, Paşa Kərimov çıxış edərək kitabla bağlı fikirlərini bölüşüb, nəşr olunan kitabı Azərbaycan ədəbiyyatını xarici aləmdə təbliğində müstəsna əhəmiyyət kəsb edən ən mühüm hadisə kimi dəyərləndiriblər və bu istiqamətdə əməyi olan hər kəsə minnətdarlıqlarını bildiriblər.

Kitabın tərcüməçisi, Misir səfirliyinin Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin rəhbəri Əhməd Sami Elaydi bildirib ki, Misirdə işıq üzü görən Azərbaycan ədəbiyyatını ərəb dünyasına ilk dəfə təqdim edən kitabda XX əsrdə yazıb-yaratmış yazıçılarımızın hekayələri yer alıb.

Sonda Mərkəzi Elmi Kitabxananın direktoru Leyla İmanova bu nəşrin kitabxananın həyata keçirdiyi ən böyük layihələrdən biri olan Milli Rəqəmsal Yaddaşa daxil ediləcəyini bildirib və Tərcümə Mərkəzi tərəfindən tərcümə edilmiş bütün əsərlərin elektron variantının həmin bazaya daxil edilməsi üçün kitabxanaya təqdim olunmasının vacibliyindən söz açıb.

O, MEK-in, Tərcümə Mərkəzi və Misir Mədəniyyət Mərkəzi ilə uğurlu əməkdaşlıq layihələri həyata keçirdiyini də açıqlayıb.

MEK-in təşkilati dəstəyi ilə “Müasir Azərbaycan hekayəsi antologiyası” kitabının təqdimatı keçirilib

MEK-in təşkilati dəstəyi ilə “Müasir Azərbaycan hekayəsi antologiyası” kitabının təqdimatı keçirilib

MEK-in təşkilati dəstəyi ilə “Müasir Azərbaycan hekayəsi antologiyası” kitabının təqdimatı keçirilib

MEK-in təşkilati dəstəyi ilə “Müasir Azərbaycan hekayəsi antologiyası” kitabının təqdimatı keçirilib

Загрузка...
Həmçinin oxuyun:
“Azərbaycan bayrağı” kitabının təqdimatı olub

“XIX əsr Azərbaycan ədəbiyyatı” dərsliyi həmin dövrün ədəbiyyatının öyrənilməsi üçün dəyərli elmi mənbədir

MEK-də sentyabr-oktyabr ayları ərzində MEK-ə daxil olan sənədlərin təqdimatı keçirilib

MEK-də akademik Hüseyn Həsənovun xatirəsinə həsr olunmuş kitabların təqdimatı keçirilib

AMEA-da yeni orfoqrafiya lüğətinin hazırlanması haqda qərar qəbul edilib

“Türk Milli Kültürü” kitabı Azərbaycan dilində

Yeni orfoqrafiya lüğətinin hazırlanması istiqamətində iş aparılır

MEK-də professor Aleksandr Umnyaşkinin kitab kolleksiyasının təqdimatı keçirilib

ADU-da Azərbaycan-Çin diplomatik münasibətlərinin 25-ci ildönümü qeyd olundu

ADU-da Frankofoniya Mərkəzi açıldı

ADU-da Frankofoniya Mərkəzi açıldı

ADU-da təqdimat mərasimi keçirilib

ADU-da təqdimat mərasimi keçirilib

ADU-da “Türk sonetləri” kitabının təqdimatı keçirildi

“Azərbaycan uşaq ədəbiyyatı antologiyası” ikicildliyi nəşr olunub

Mərkəzi Elmi Kitabxanada “MEK fondlarında mühafizə olunan təhsil, tədris, təlimə dair sənədlərin təqdimatı “ adlı tədbir keçirilib

BDU-da bu fakültə bağlanır

BDU-da bu fakültə bağlanır

BSU-da "Elm və Din" adlı kitabın təqdimatı keçirilib

ADU tələbəsi Koreyada Azərbaycanı təmsil edəcək

Heydər Əliyev Mərkəzinin parkında “Oxu Günü” keçirilib

Gürcüstan Yazıçılar Birliyində Azərbaycan bölməsi açıldı

ADU-da Azərbaycan-Çin münasibətləri haqqında kitabın təqdimat mərasimi keçirilib

ADPU-da “Twinning” layihəsinin özünütəhlil hesabatının növbəti təqdimatı keçirilib

Cinlər tərəfindən yazılan kitab- Dünyada cəmi bir nüsxəsi var

Çin səfiri BDU-da olub

Çin səfiri BDU-da olub