Xəbərlər
19 oktyabr 2017
3 518


Mehriban Əliyeva – birinci xanımın PORTRET cizgiləri

Mehriban Əliyeva – birinci xanımın PORTRET cizgiləri

Tarix və millət qarşısında məsuliyyətin zirvə örnəyi - Amalı insanlığa xidmət olan ictimai xadim…

 

I söhbət 

Allah insanı sevərək yaradıb, onu yaratdıqlarının ən üstünü edib. Bəndələr isə Allaha məhəbbətlərini insanlara münasibətləri ilə göstərməlidirlər. Allahı tanımaq – insan olmaq, insan olmaq isə insanlara qayğı, məhəbbət deməkdir.


O da Allahı başının üstündə görən insandır. Və yaxşı bilir ki, hər kəs əməllərinə görə Allahı və milləti qarşısında məsuliyyət daşıyır. Bilir ki, haqq olmayan yerdə iman olmaz, imansız cəmiyyətdə inkişaf. Haqqı görən zirvədə büdrəməz, xeyirxah sarsılmaz olar.


Danılmaz gerçəklikdir: həyat daha çox başqalarına səadət gətirənləri xoşbəxt insan kimi yüksəldir.


Xeyir və Şər... 


Dünya yaranandan belədir: tərəzinin bir gözündə mərhəmət, şəfqət, bir gözündə zalımlıq, qəddarlıq, rəzillik olub. Xeyirlə Şər yanaşı addımlayıb həmişə. Bu əbədi mövzudan yüzilliklər boyu danışılıb. Danışılacaq da. Bir həqiqət də odur ki, Şər nə qədər hiyləgər olsa belə, Xeyirə heç vaxt qalib gələ bilməyib. Xeyir Şəri enib hər zaman. Çünki pisliyə yalnız sevgi və məhəbbətlə qalib gəlmək olar. Bütün dövrlərdə gözəl görən, gözəl düşünən insanlar bu çağırışda olublar. Nuh əyyamından gəlir humanizm sədası. Böyük Nizami 12-ci əsrdə insanları xeyirxahlığa səsləyirdi. Sonrakı yüzilliklərdə də "mərhəmət" deyənlərin sədası bu günə qədər gəlib çatıb...


Amma əslində, yaxşı dünya olmayıb heç zaman, yaxşı adamlar olub ancaq! Abidə insanlar olub bu dünyada. Ad qoyub gediblər, İz qoyub gediblər. Bu dünyanı gözəlləşdiriblər. Min rəhmət onlara - dünyanın, tarixin yaddaşında xeyirxahlıq simvolu kimi qalanlara!..

...Yəhudi dini əsatirində deyilir ki, qədim Fələstin ərazisində Samariya adlı bir şəhər olub və iki yüz il paytaxt kimi tanınıb. Sonra Suriya padşahı tərəfindən alınıb və dağıdılıb. Əfsanəyə görə, həmin şəhərin sakinlərindən biri yolda quldurlar tərəfindən soyulmuş, varı-yoxu əlindən alınmış bir müsafirə kömək edib, onun yaralarını sarıyıb. Və həmin əfsanəyə əsasən, Samariya sakinləri dünyada xeyirxahlıq və şəfqət simvolu kimi məşhurlaşıblar. Hətta bir sıra Avropa ölkələrində xeyriyyə və şəfqət cəmiyyətlərinə "samariyalılar" adı da verilib...

....Fransız Marten öz paltosunun yarısını kəsib, bir kasıba verdiyi üçün müqəddəsləşdirilib…

....Tereza ana hafizələrdə mərhəmət rəmzi kimi daşlaşıb...

Və s. və i…..


Azərbaycan da millətinin fədaisi olan, onun tərəqqisi, firavanlığı naminə qeyrət göstərən soydaşlarımızdan xali deyil. Çox uzağa getməyək. Ötən əsrdən iki örnək yada salaq: Hacı Zeynalabdin Tağıyevin, Murtuza Muxtarovun mesenantlığı indi də dillər əzbəridir. Birini də xatırlatmaq istəyirəm: 20-ci əsrin əvvəllərində həkim işləmiş, sonra Gəncənin qubernatoru olmuş Xudadat bəy Ələkbər oğlu Rəfibəyov xəstəxanadakı işlərindən sonra evlərə – naxoşlara baş çəkərkən kasıb xəstələrə yazdığı reseptin altına pul da qoyarmış...


Mən hər zaman ruhən, mənən çox güclü olan bu insanlara rəhmət oxuyuram, amma həm də düşünürəm ki, bu gün də insanların, cəmiyyətin, dünyanın, bəşəriyyətin mərhəmət və şəfqətə əşəddi ehtiyacı var. Dünyamıza hər cür siyasi oyunlardan, hakimiyyət davasından, torpaq, ərazi iddialarından, ayrı-ayrı ölkələrə demokratiya dərsi keçməkdən çox mərhəmət lazımdır, özü də hava, su kimi.


Nə yaxşı, indi də abidə insanlar var dünyamızda! Yer üzü onların çiyinlərində saxlayır müvazinətini! Tanrı həmin insanların üzünə bağışlayır çox şeyi. Sağlığında bu mərtəbəyə qalxanlar, abidəyə dönənlər isə ikiqat qəhrəmanlardır. Və qəhrəmanlıq təkcə meydanlarda qılınc çalmaqda deyil! Qəhrəmanlıq dünyanı fəth etməkdə deyil! Qəhrəmanlıq böyük ürəyi ilə insanların qəlbini fəth etməkdədir. Qəhrəmanlıq insanların beyninə, düşüncəsinə xeyirxahlıq toxumu səpərək onların qəlbində abidəyə dönməkdədir!..


O da bu yuxusu qaçan dünyamızın, daim səksəkə içində olan zəmanəmizin qəhrəmanlarındandır. Etinasız, laqeyd sıra nəfərlərindən deyil. Ən yaxşıların ilk sırasında, birinci cərgəsindədir.


O, siyasət adamıdır. Amma onun üçün ən böyük siyasət insanların rahat, firavan yaşayışı, əmin-amanlığıdır. Onun üçün insan amili hər şeydən öndədir. O, Böyük Allahın yaratdıqlarına sayğı ilə, hörmətlə yanaşır. Bu cür görən, bu cür düşünən insandan isə pislik gözlənilməz...

Azərbaycanın birinci xanımı Mehriban Arif qızı Əliyeva...


O, mənim də müasirimdir. Həm də Fəxri prezidenti olduğu Azərbaycan Qadınlarının Milli Konfederasiyasında sıra nəfərlərindən biri kimi onun Azərbaycan və azərbaycançılıq naminə həyata keçirdiyi saysız-hesabsız layihələri böyük diqqət və qürurla izləyirəm. Gəldiyim nəticə isə belədir: o, daha böyük işlər görmək iqtidarındadır! Və həmin işləri mütləq görəcək!...

 

"Qızıl ürək"... 

 

O, sadə, ağıllı və təmkinlidir. Nəcib və nəzakətlidir. Mərhəmətli və səxavətlidir. Humanist və xeyirxahdır...

Onun əməllərinin mayasında böyük ürək, işıqlı təfəkkür, zəngin intellekt dayanır.

Tanrı hər yaratdığı bəndəsinə böyük ürək vermir...

Allah o kəslərin təfəkkürünü işıqlandırır ki, onlar buna layiqdirlər...

Zəngin intellekt də Yaradanın böyük sevgi və səxavətlə bəxş etdiyi istedadın cilalanmasıdır...


Mehriban Əliyeva fəaliyyəti ilə insanların ağıl, düşüncə, ürək və göz yaddaşında heç vaxt pozulmayacaq bənzərsiz bir lövhə yaradıb. Bu lövhə ən mahir rəssam tərəfindən min bir sevgi ilə kətana köçürülən, dünyanın məşhur sərgi salonlarını bəzəyən, tamaşaçıların qəlbini riqqətə gətirən ən möhtəşəm tablodan da qiymətlidir, məncə. Ən azı o səbəbdən ki, mənəvi ucalıqdan xəbər verən nəcibliyi tərənnüm edir, insanlığa xidmət edir – böyük hərflərlə yazılmış İNSANLIĞA...


Yeni təfəkkürlü bu xanımın taleyində çox yerdə birinci olmaq qisməti var. Və o, bu qismətin fərqindədir. Bu şansın məsuliyyətini dərk etdiyindəndir ki, indi əsl Azərbaycan qadınının simvoluna çevrilib. Bütün dünyaya Azərbaycan qadınının son dərəcə gözəl nümunəsini sərgiləyir. Fəaliyyəti ilə sübut edir ki, bu gün Azərbaycan qadını güclü olmalıdır. Güclü olmaq üçün isə hər kəsdən daha bilikli, daha adil, daha ağıllı, daha intellektli olmaq lazımdır. Qəlbimiz hər kəsinkindən daha çox insan sevgisi ilə dolu olmalıdır. Bax, o zaman bütün çətinlikləri enmək mümkündür...


O, taleyinə, qismətinə düşən dövrün nəbzini tutaraq ağlı, bəlkə də, yaşına uyuşmayan müdrikliyi, ən əsası, bunu gözəlləşdirən əməlləri ilə onun fövqünə ucalmağı bacardı, zamanın parlaq zərrəsinə çevrildi. İndi heç bir mübaliğəsiz, şişirtməsiz, hamının birmənalı qəbul etdiyi şəxsdir. Və etiraf edək ki, müxtəlif səviyyəli, fərqli dünyagörüşlü insanların qəlbinə nüfuz etmək, hamını razı sala biləcək qərarlar qəbul etmək asan deyil... O İSƏ BUNU BACARIR...


Əslində, o, insanları sevməklə özünü sevdirdi. Sadəliyi və xeyirxahlığı ilə az zamanda Azərbaycan sevgisini qazandı, amma təkcə bu məmləkətə sığmadı, dünyanın da diqqətini özünə cəlb etdi. Dünya bu zərif, incə xanımın insan sevgisi ilə dolu ürəyinə heyran qaldı, onun təəssübkeşliyi, xeyir-duası, dəstəyi ilə həyata keçirilən qlobal layihələri alqışladı. O, indi dünyada zəif və zərif cinsin ən güclü, ən qüdrətli simalarından biri kimi tanınır və qəbul olunur. O, indi dünyanın ən gənc və sevilən, hörmətlə yanaşılan birinci ledisidir. Ölkədə Birinci Ledi İnstitutunu formalaşdıran Mehriban Əliyeva az zamanda Azərbaycan qadınının kimliyini göstərdi dünyaya. Bu gün heç tərəddüd etmədən belə deyə bilərik: zəngin tarixi keçmişi, bu keçmişdə gözəl örnəkləri olan Azərbaycan qadınının ən parlaq səhifəsi indi açılır...

 

II söhbət 

Genetik yaddaş və xalq sevgisi... 

 

Alimlər insanın bioloyi varlıqdan şəxsiyyətə çevrilməsində, onun inkişafında, fitri istedadının püxtələşməsində genetik amillərin rolunu çoxdan təsqdiqləyiblər. Artıq inkarolunmayan həqiqətdir: yüksək intellektli valideynlərin ağıllı uşaqları olmaq ehtimalı daha böyükdür...

 

Mehriban Əliyeva ziyalı ailəsində doğulub. Valideynləri Azərbaycan elmində ağır çəkiyə malik insanlardır. Babaları da ədəbiyyatımızda, söz sənətimizdə izi olan, sözü, səsi eşidilən, qəbul edilən, yüksək vətəndaşlıq nümunəsi ilə seçilən ziyalılar olub. Bu, taleyin bəxşişidir Mehriban xanıma, valideynləri insan özü seçmir axı...


O həm də Azərbaycan tarixində əbədi qalacaq müdrik bir dövlət başçısının, ölkə birincisinin ailəsinə gəlin köçüb. Bu da qismətin işidir...

Və tale onu həm də Azərbaycanın birinci xanımı edib. Prezidentin ömür-gün yoldaşı, xanımı olmaq da alın yazısıdır...

Amma xalqın sevimli övladı olmaq, millətin sevgisini qazanmaq taleyin, qismətin işi deyil – bu MƏHƏBBƏTİ qazanmaq lazımdır. Tək-tək adama nəsib olan bu sevgini o öz əməlləri, ağlı, iradəsi, qabiliyyət və bacarığı ilə qazanıb...


O öz millətinə, xalqına olduqca saf, insanlara sadə, səmimi, təmənnasız münasibəti ilə buna nail olub. Bu gözəl münasibət onun ən qiymətli sərvətidir. Cavabı isə XALQIN MƏHƏBBƏTİdir. Çox uzağa getmək lazım deyil: 2005-ci il noyabrın 6-da Milli Məclisə seçkilər zamanı ən yüksək seçici səsi qazanması təsadüf deyildi. Namizədliyi Yeni Azərbaycan Partiyası tərəfindən 14 saylı Əzizbəyov (indiki Xəzər – F.N.) ikinci seçki dairəsindən irəli sürülmüş Mehriban Əliyeva 92.12% (23106 səs) səs toplayaraq deputat seçildi. Bu, fakt idi! Çoxlarına xalq sevgisinin nə olduğunu sübut edən tutarlı dəlil! Görk olası bir fakt! Bir həqiqət isə odur ki, xalq həmişə yalnız sevdiklərini ucaldır...


Heç şübhəsiz, insan müəyyən zaman və məkanla, yaşadığı ətraf mühitlə sıx bağlıdır. Platon deyib ki: "Heç kim təsadüfən yaxşı insan olmur." Və onun fəaliyyətində də sələflərinin izi var. O, genetik kodu, qan yaddaşı ilə ona ötürülən əməllərə sadiqdir. Bu mövzuya toxunanda bir məqamı da unutmaq lazım deyil. Ata-baba yolunu onların adına layiq, hələ ondan da artıq davam etdirmək də hər övladın, hər xələfin işi deyil. Tarixdə bu cür faktlar az deyil... Babası Mir Cəlal Paşayevin ədəbiyyatımızın inciləri sırasında özünə yer alan, hər birimizin təkrar-təkrar oxuduğu, dəyişən zamanlarda belə milli mənəvi dəyərlərə söykənən təsir gücünü, əhəmiyyətini itirməyən təkcə bir əsərini – "Bir gəncin manifesti"ni yada salaq. Əsl ziyalılıq etalonu olan bu yazıçının, bu söz adamının, bu alimin, bu ziyalının həmin əsəri gənclər üçün əsl tərbiyə məktəbi idi və indi də bu rolu oynamaqdadır.

 

"Bir gəncin manifesti"ndən hələ də öyrənəcəklərimiz çoxdur. Bir fakt da danılmazdır ki, belə bir əsər yalnız öz millətinə, xalqına, onun mənəviyyatına, mental dəyərlərinə sadiq olan bir insanın qələmindən çıxa bilərdi. Ana babası Nəsir İmanquliyevin jurnalist məktəbini keçmişik. Bu məktəbi keçən hər bir yurnalist isə yaxşı bilir ki, Nəsir müəllim bu sahəyə iliyinə qədər bələd olan peşəkar idi. Və onun nəzəri-təcrübi məktəbində dərs alıb, ondan nəsə öyrənməmək qeyri-mümkün idi. Öyrəndiklərimiz isə bu gün də əlimizdən tutur. Aida İmanquliyeva və Arif Paşayev – bu iki alimin, iki ziyalının da Azərbaycan elmi, Azərbaycan təhsili qarşısında sanballı xidmətləri heç kimə sirr deyil. Mehriban Əliyeva onların ailə tərbiyəsini görüb, onların nəsihətlərini, tövsiyyələrini eşidib.


Sonra da Azərbaycan xalqının böyük övladı, müdrik siyasətçi Heydər Əliyevin və bənzərsiz alim, gözəl insan, akademik Zərifə Əliyevanın gəlini kimi onların məsləhətlərini dinləyib. Və hər iki ailədə gördüklərini, öyrəndiklərini yaddaşına yazıb. Azərbaycana, azərbaycançılığa bitib-tükənməyən sevgisi də bu yaddaşdan su içir...

 

Bəşəriyyətin xəzinəsi...

 

Mehriban xanım Azərbaycan xalqının elçisidir, xalq yalnız sevdiyi insanlara bu müqəddəs kəlməni etibar edir, onu "elçi" adlandırır, onu özünə vəkil seçir.


Azərbaycan tarixində igid, cəsur, cəsarətli, qeyrətli diplomat qadınlar çox olub, tarixə nəzər salsaq, bunun şahidi olarıq. Amma tarix boyu indiyədək Azərbaycanı dünyada, beynəlxalq aləmdə Mehriban Əliyeva kimi təbliğ edən, şərəfləndirən ikinci qadın olmayıb. Bu müdriklik və xoşbəxtlik hələ heç bir Azərbaycan qadınına nəsib olmayıb. Yalnız siyasəti mərhəmətlə, şəfqətlə çulğalaşdıran, 21-ci əsrin xoş məramlar elçisinə çevrilən, bütün dünyada bu məramın carçısı kimi tanınan, qəbul edilən və sevilən Mehriban xanım Əliyeva bu işin öhdəsindən böyük məharət və ustalıqla gəlib. Mehriban xanım bu işi ona görə bacarıb ki, O, AZƏRBAYCANI SEVİB. Azərbaycan sevgisi isə ona sevgi gətirib.

Şəfqət dolu "qızıl ürəyi", ölkənin səhiyyə, mədəniyyət, təhsil sistemlərində gördüyü işlər Mehriban Əliyevanı Azərbaycan xalqının ürəyinə yazıb. Bu ürəkdə onun yeri əbədidir.


Mehriban Əliyeva əsl Aəzrbaycan xanımının simvoludur, nümunəsidir. Onun fəaliyyətinin kökündə mənsub olduğu xalqa, millətə sevgi dayanır. Mehriban Əliyeva bütün hərəkətləri, bütün qərarları ilə millidir. Vətəninə xidmət edir, onun tərəqqisini arzulayır, sabahının qayğısına qalır, mədəniyyətinin, təhsilinin inkişafına çalışır.


O, Azərbaycana məxsusdur, amma əməlləri bəşəridir, bəşəriyyətin xəzinəsidir. Bu cür insanlar harada doğulmalarından, harada yaşamalarından, hansı millətə, hansı xalqa, hansı dinə mənsub olmalarından asılı olmayaraq, onların fəaliyyəti ümumbəşəridir. Üstəlik, Mehriban Əliyevanın xeyriyyəçilik fəaliyyəti artıq Azərbaycan sərhədlərini çoxdan aşıb. Təsadüfi deyil ki, humanistliyini, başa-baş xeyirxahlığa köklənən arzu və ideyalarını həyata keçirmək istiqamətində bacarıq və qabiliyyətini təkcə öz xalqı yox, bütün dünya qiymətləndirdi. 9 sentyabr 2004-cü il tarixdə Mehriban Əliyevaya Parisdə YUNESKO-nun xoşməramlı səfiri adı təqdim olundu...


...2004-cü ilin mayından ulu öndər Heydər Əliyevin xatirəsinə ehtiram, ideyalarını yaşatmaq arzusu ilə yaradılan, onun adını daşıyan fonda rəhbərlik etməklə humanist ideyaların carçısına döndü Mehriban xanım. Onun təəssübkeşliyi, xeyir-duası, dəstəyi ilə həyata keçirilən qlobal layihələrdən indi həm ölkə daxilində, həm də ondan kənarda çox böyük hörmətlə söhbət açırlar.


"Mehriban xanım Əliyevanın fəaliyyəti sayəsində Azərbaycanla YUNESKO arasında sıx əməkdaşlıq yaranmışdır" – bu, YUNESKO-nun keçmiş Baş direktorui Koişiro Matsuuranın fkridir.


"Mehriban Əliyeva YUNESKO-nun xoşməramlı səfirləri üçün örnəkdir... O, çox fəaldır və fəaliyyəti çərçivəsində çox işlər görür. ...O, təhsil sahəsində, sosial sahədə olduqca çox işlər görür və bu, YUNESKO-nun ideyalarının yayılması üçün çox vacibdir" – bunu isə digər bir əcnəbi – Marsio Barbosa deyib.


YUNESKO-nun xoşməramlı səfiri olandan iki il sonra Mehriban Əliyeva müxtəlif sahələrdə genişmiqyaslı fəaliyyəti, ehtiyacı olan uşaqlara qayğısı, təhsilə, həmçinin islam aləmində görülən işlərə böyük dəstəyinə görə də diqqəti çəkdi və 2006-cı il noyabrın 24-də 51 müsəlman dövlətinin təmsil edildiyi nüfuzlu beynəlxalq mədəni-humanitar qurum olan İslam Ölkələri Elm, Təhsil və Mədəniyyət Təşkilatının – İSESCO-nun Xoşməramlı səfiri adına layiq görüldü.


Ulu öndərin zəngin irsini, həmçinin müəllifi olduğu azərbaycançılıq fəlsəfəsini, azərbaycançılıq ideyasını təbliğ etmək, gələcək nəsillərə çatdırmaq missiyasını öhdəsinə götürən Heydər Əliyev Fondu zamanın tələblərinə cavab verən vəzifələr müəyyənləşdirdi, dəyərli layihələr həyata keçirməyə başladı. Fondun gerçəkləşdirdiyi proqram və layihələr Azərbaycan təhsilinin, mədəniyyətinin qarşısında yaşıl işıq yandırdı...

 

Daha bir məqam. Azərbaycanın beynəlxalq imicinin yüksəldilməsi istiqamətində uğurlu addımlar atan Mehiban Əliyevanın fəaliyyəti artıq qlobal xarakter daşıyır. Artıq Heydər Əliyev Fondu bir sıra xarici ölkələrdə də təhsilə qayğı göstərir, məktəblər tikdirir, xeyriyyəçilik işləri görür. Məsələn, Əfqanıstan və Pakistanda artıq belə məktəblər tikilib. Fondun dünyanın bir neçə ölkəsində yaradılan nümayəndəliklərinin xeyriyyəçilik işləri gündən-günə daha da artır...

 

III söhbət 

"Dünyanı verək uşaqlara..." 

Yeri gəlmişkən... Ulu öndər Heydər Əliyev təkcə Azərbaycanı sevmirdi, onun sabahının da qayğısına qalırdı. Yaxşı bilirdi ki, gələcək uşaqların əlindədir. Dünyanın özündən deyən siyasətçilərini bənzərsiz gedişləri ilə mat qoyan bu böyük insan uşaqların yanında uşaqlaşırdı. Qızıl kimi qiymətli vaxtından kəsib məmnunluqla onların bayram tədbirlərinə gəlirdi. İşi başından aşsa da, heç vaxt uşaqların gözünü yolda qoymur, onların könlünü qırmır, proqramı ekran qarşısında izləyib, ürəyinin səsi ilə birbaşa studiyaya gəlirdi. Böyük məhəbbətlə, səbrlə uşaqları dinləyir, onlarla qol götürüb oynayırdı. Bu, onun böyüklüyü və böyüklüyündəki sadəliyi idi! Bu, onun Azərbaycanın sabahına sevgisi idi! Böyük öndəri öz iş yerimdə, tez-tez istifadə etdiyimiz studiyada görmək bir televiziya işçisi kimi mənim üçün də heç zaman unudulmayan xatirələrdəndir.

 

İndi Azərbaycan uşaqları onun adını daşıyan Fondun sevgisinə bürünüblər. Fondun prezidenti Mehriban Əliyevanın da məramı çox sadədir: Azərbaycan uşaqlarını bəxtəvər görmək. O istəyir ki, bu uşaqlar gözəl və müasir məktəblərdə təhsil alsınlar, Azərbaycan təhsili dünya standartları səviyyəsində olsun. O, istəyir ki, Azərbaycanda bir dənə də olsun internat və uşaq evi qalmasın, bütün balalar ana nəvazişi, ata qayğısı ilə böyüsünlər. Nazim Hikmət deyirdi ki:

 

"Dünyanı qoy verək uşaqlara, heç olmasa, bir günlüyə." Mehriban xanım isə hər şeyin və həmişəlik uşaqlara verilməsini istəyir, bu yolda əsl fədakarlıq nümunəsi göstərir. "Uşaqlara yaxşılıq nə qədər çox olsa, yenə azdır" – onun devizi belədir. Uşaqların elə bir problemi yoxdur ki, Mehriban xanımın gözündən yayınsın. "Yeniləşən Azərbaycana yeni məktəb" proqramı çərçivəsində az vaxtda iki mərhələdə çox sayda məktəbin tikilib istifadəyə verilməsi, "Uşaq evləri və internat məktəblərinin inkişafı proqramı" çərçivəsində həmin müəssisələrdə aparılan əsaslı təmir işləri də cəmiyyətdə böyük rezonansa səbəb oldu. "Kor və zəif görən insanların İKT-yə çıxışının təmin edilməsi" layihəsinin reallaşdırılması neçə-neçə insanı qaranlıqdan işıqlığa çıxardı...


 

Fondun həyata keçirdiyi "Diabetli uşaqlara ən yüksək qayğı", "Talassemiyasız həyat naminə" layihələri, çox sayda ürək-damar cərrahiyyə əməliyyatları, peyvəndləşdirmə aksiyaları isə əsl şəfqət və mərhəmət nümunəsinə döndü. İnsana sağlamlığını qaytarmaqdan böyük hədiyyə varmı, görən? "Qızıl ürək"li bu xanım ürəklərini, gözlərinin nurunu yenidən sahiblərinə qaytarır.


Siz heç ekrandan Mehriban Əliyevanın körpələrlə, uşaqlarla ünsiyyətini izləmizinizmi? Teleçəkilişlər vaxtı mən bunu lap yaxından izləmişəm və heyran olmuşam! Hələ Mehriban xanımla birgə uşaqların görüşünə gedən qızları Leylanın, Arzunun uşaqları əzizləməsini demirəm! Bunun xoş bir təbəssümə möhtac insana nəvazişin zirvə nümunəsi adlandırmaq olar!..


Bu ünsiyyət Fondun prezidentinin körpələrə, sadəcə, diqqəti deyil, əsl ANA NƏVAZİŞİDİR! "Həyatda yaxşılıq bacarmayanlar ana məhəbbətindən məhrum olanlardır" – bu fikir nahaq deyilməyib. O sözün mütləq anlamında ana olduğu üçün gördüyü işlər də ana məhəbbətinin gücündən, ana ürəyinin böyüklüyündən soraq verir. Mehriban xanım ən xırda detalı da diqqətdən qaçırmır, internatlarda olarkən mütləq mətbəxə də baş çəkir, uşaqların nə yeyib-içdikləri ilə maraqlanır, yataq şəraitini nəzərdən keçirir...


O, uşaqlar üçün nə edirsə-etsin, ürəyinin hökmü ilə edir, ürəklə edir. Uşaqlar da onu fərqli məhəbbətlə, layiq olduğu mərtəbədə sevirlər. Onun diqqətinə borclu qalmaq istəmir, hər yerdə onu gül-çiçəklə, təbəssümlə qarşılayır, minnətdarlıqlarını şeirləri, nəğmələri, rəqsləri ilə ifadə edir, əl işlərini iftixarla ona göstərir, onu sevindirməyə çalışır, hələ istəkli qonaqlarından bir tərif də eşitmək istəyirlər. Mehriban xanım heç vaxt onların könlünü qırmır, çıxışlarına məmnunluqla baxır, uşaqlarla söhbət edir, onları həvəsləndirir...


O, hər il Gülüstan sarayında internat və uşaq evlərində tərbiyə alan, eləcə də qaçqın və məcbüri köçkün uşaqlar üçün bayram şənlikləri keçirir, onları bir araya yığır, özü də uşaqlarla bir süfrə arxasında əyləşir. Bu unudulmaz görüşlər, Azərbaycanın birinci xanımı ilə çəkilən şəkillər uşaqların ömrünün ən əziz xatirəsinə dönür...


Xüsusi qayğıya ehtiyacı olan uşaqların problemlərinin həlli Mehriban Əliyeva üçün prioritetdir. Azərbaycanın birinci xanımı ömürlərinin ilk anından zamanın sərt üzünə tuş gələn, dünyanın isti-soyuğundan xəbərsizkən atılan körpələrə ana qayğısı göstərməklə onların gözündə ucalır, ürəyində abidəyə dönür. Uşaq evində, valideyn himayəsindən uzaq böyümüş gənclərin toy mərasimlərini təşkil etməklə, bu şənliklərə qatılmaqla, gəncləri nəvazişlə bağrına basıb xeyir-dua verməklə, həm də onları dünyaya gətirib, həyatlarını min bir sual altında qoyan, talelərinə qənim kəsilən analara dərs verir...


Azərbaycanın birinci xanımıının məhəbbəti uşaqlara hər şey verib: isti yer, yemək-içmək, geyim, təhsil almaq, peşə öyrənmək imkanı. Yəqin elə bu uşaqların da bəxti də onda gətirib ki, onları yüksək səviyyədə himayə edən dövlət, böyük humanistliklə qayğılarını çəkən insanlar var...

Təbii ki, bütün uşaqları bəxtəvər görmək xəyal kimi görünə bilər. Amma tək bunu arzulamaq yetər, çünki arzulayanlar, həm də mütləq bu arzuya sarı addım atmış olacaqlar. Alicənablığın şərti də yaxşılıq etməyə yol tapmaqdır. Uşaqların bəxtəvərliyini arzulayanlar özləri alqışa layiqdirlər...


Dünyanın xilasını uşaqlara qayğıda görən Mehriban Əliyeva onların həyatda öz yerlərini tapmaları üçün əsl fədakarlıq göstərir, missiyasını böyük inamla yerinə yetirir. "Sizin sevinciniz Heydər Əliyev Fondunun fəaliyyətinin ən böyük uğurudur" deyir. Azərbaycanın birinci xanımı zərif çiyinlərini nə qədər ağır yükün altına verdiyinin fərqindədir! Və bu çətinlikləri enməyə qadirdir! Bunun qarantı isə onun "Qızıl ürəyi"dir...

Mehriban Əliyeva çox sayda nüfuzlu mükafatlara layiq görülüb. "Ana, uşaq və ailə sağlamlığının qorunmasında və möhkəmləndirilməsinə müstəsna xidmətlərinə görə" Ümumdünya Səhiyyə Təşkilatının mükafatı da bu sıradadır. "Geniş həcmli xeyriyyəçilik fəaliyyətinə görə" 2007-ci il mayın 27-də Azərbaycanın birinci xanımına təqdim olunan "Qızıl ürək" də onun halalca haqqıdır. Mükafanın təqdimat mərasimində Mehriban xanımın "Mən hesab edirəm ki, bu mükafatın laureatlarının xeyirxah işləri mərhəmətliliyə çağırışdır. Arzu edirəm ki, xeyirxahlıq ilbəil artsın. Dərd, qüssə isə azacıq da olsa, əskilsin..." fikri onun humanizmə növbəti çağırışı idi…


Azərbaycan mədəniyyətinin təəssübkeşi 


Deyirlər, məşhur sərkərdə Şah İsmayıl Xətai Çaldıran müharibəsinə gedərkən rəssam Bəhzadın əsərlərini bir mağaraya yığıb gizlətdirir. Düşünür ki, bəlkə, müharibədə məğlub oldum, heç olmasa, Vətənimin gələcəyi naminə bu sənət əsərləri məhv olmasın. Sərkərdə müharibədə məğlub olub qayıdanda ilk növbədə həmin rəsmlərə baxır. Soruşurlar ki, sən nə üçün başqa şeylərin də qayğısına bu qədər qalmırsan, o cavab verir ki, mən bu rəsmlərə baxanda Vətənimin bütün gözəlliklərini, onun başı qarlı dağlarını, çaylarını, bərəkətli çöllərini görürəm və fəxr edirəm...

 

Mehriban Əliyeva – birinci xanımın PORTRET cizgiləri

Mehriban Əliyeva sərvaxt əsgər kimi Azərbaycan mədəniyyətinin keşiyində dayanıb. Onun ciddi səyləri nəticəsində Azərbaycan muğamı YUNESKO tərəfindən bəşəriyyətin qeyri-maddi irsinin şah əsəri elan edilib. Qobustan Dövlət Tarixi Bədii Qoruğu Ümumdünya İrs siyahısına salınıb. İçərişəhər Qoruğu YUNESKO-nun təhlükədə olan Ümumdünya İrsi siyahısından çıxarılıb. Aşıq sənəti və Novruz bayramı da YUNESKO-nun Qeyri-maddi mədəni irsi siyahısında özünə yer alıb. Muğam, aşıq sənəti, xalçaçılıq sənəti, Novruz bayramı ilə yanaşı, 2012-ci ilin dekabrında tar sənəti və ifaçılığı da YUNESKO-nun Qeyri-maddi Mədəni İrsin Reprezentativ siyahısına düşdü. Azərbaycanın ənənəvi klassik musiqisini dünya miqyasında tanıtmaq məqsədilə Bakıda Beynəlxalq Muğam Mərkəzi tikilib. Azərbaycanda Beynəlxalq Muğam festivalları, o cümlədən Qəbələdə Beynəlxalq Musiqi festivalları keçirilir. Yeri gəlmişkən, 2010-cu ilin iyulunda Qəbələdə 2-ci Beynəlxaq Musiqi festivalında iştirak edən YUNESKO-nun Baş Direktoru İrina Bokovanın Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun Xoşməramlı səfiri Mehriban xanım Əliyevaya təqdim etdiyi "Qızıl Motsart” medalı da onun bəşəriyyətin maddi və qeyri-maddi mədəni irsinin populyarlaşdırılması işinə sədaqətinin, mədəniyyətlərarası dialoqun inkişafı naminə göstərdiyi səylərin, mədəni müxtəlifliyin möhkəmləndirilməsinə sanballı töhfələrinin məntiqi nəticəsi idi...


 

Mehriban Əliyeva 1995-ci ildə Azərbaycan Mədəniyyətinin Dostları Fondunu yaradır, xalqımızın maddi və mənəvi sərvətlərinə sahib çıxmaq, onun ölümsüz incilərini yad əllərdən qorumaq, dünya xalqlarına tanıtmaq yolunda nəcib işə başlayır. Heydər Əliyev Fondu yarandıqdan sonra isə fəaliyyət dairəsi daha da genişlənir. Milli musiqimizin parlaq inciləri, sənət tacı olan muğamlarımıza qayğısı ilə damarlarında azəri qanı axan hər kəsin alqışını qazanır. Bu incilərin dünya mədəniyyəti xəzinəsinə daxil edilməsinə nail olur və fəaliyyətində davamlı olacağını bəyan edir: "Muğam da, aşıq yaradıcılığı da, milli musiqi alətlərimizin bənzərsiz melodiyaları da bu günə qədər qoruyub saxladığımız və gələcək gün naminə qorumağa borclu olduğumuz irsin yalnız bir hissəsidir. Azərbaycan Mədəniyyətinin Dostları Fondunun fəaliyyəti məhz bu məqsədə yönəldilmişdir, YUNESKO-nun xoşməramlı səfiri kimi mənim bütün gələcək fəaliyyətim də bu məqsədə yönələcəkdir".


Mehriban Əliyevanın  təsis etdiyi muğamla bağlı nəşrlər, tariximizə, mədəniyyətimizə işıq salan kitablar da Azərbaycan mədəniyyətinin təbliği və qorunmasında mühüm rola malikdir. O, mədəniyyətimizi bütün dünyada təbliğ etməklə öz xalqının adət-ənənələrinə hörmət və ehtiramını nümayiş etdirir. "Qarabağ xanəndələri" musiqi albomunun nəfis şəkildə nəşri də Heydər Əliyev Fondunun ən diqqətəlayiq layihələrindən biri kimi böyük rezonans doğurdu. 24 muğam ustasının ifasında səslənmiş muğamların toplandığı bu musiqi albomu, həm də Azərbaycanın haqq səsinin, Qarabağ dərdinin musiqinin – muğamın dili ilə dünyaya çatdırılması deməkdir…


Mehriban Əliyevanın gənc istedadlara qayğısı da ayrıca söhbətin mövzusudur. Gənc istedadlarımız, musiqi qrupları, "Azərbaycanın xoşməramlı mələkləri” dəfələrlə YUNESKO-nun iqamətgahında uğurla çıxış ediblər və edirlər. Ölkəmizin "Eurovision” mahnı müsabiqəsində iştirakı, sonralar davamlı olaraq qazanılan qələbələr, "Eurovision – 2012”nin Azərbaycanda yüksək səviyyədə keçirilməsində də Mehriban xanım Əliyevanın müstəsna xidməti var... 


İndi Azərbaycan nəinki mədəniyyət, idman sahəsində də Avropa ölkələrinin çoxunu qabaqlayır. Ölkəmiz mötəbər beynəlxalq idman yarışlarının məkanına çevrilib. Azərbaycanın birinci xanımının bu sahədəki uğurlu fəaliyyəti də göz önündədir. Və çox sevindirici haldır ki, 2015-ci ildə Bakıda keçiriləcək Birinci Avropa Oyunlarının Təşkilat Komitəsinə də Mehriban Əliyeva sədrlik edir. Bu isə elə indidən həmin tarixi hadisəyə inamla baxmağa əsas verir...

 

IV söhbət 

"Vətənimizin kiçik bir hissəsini Millətlər Sarayına" aparan da Azərbaycanın birinci xanımıdır. O, 2007-ci il mayın 18-də BMT-nin Cenevrədəki bölməsinin iqamətgahında "Azərbaycan otağı"nın açılışında belə dedi: "Vətənimizin kiçik bir hissəsini Millətlər Sarayına gətirməyə, öz zəngin mədəni və tarixi irsimizi, eləcə də ənənəvi incəsənətimizi nümayiş etdirməyə çalışdıq. Qədim vaxtlardan Azərbaycan Qərblə Şərqi nəinki coğrafi, həm də mənəvi baxımdan birləşdirmişdir. Yüksək dərəcədə dözümlülük, ümumbəşəri dəyərləri milli dəyərlərlə uzlaşdırmaq qabiliyyəti, mədəni və dini müxtəlifliyə hörmət – bütün bunlar Azərbaycan xalqının əsrlər boyu formalaşmış xasiyyətini təşkil edir. Arzu edirəm bu otaqda müzakirə olunacaq bütün məsələlər və problemlər dözümlülük və qarşılıqlı hörmət əsasında öz həllini tapsın və əminəm ki, tapacaqdır." Həmin tədbirdə BMT-nin Cenevrədəki bölməsinin baş direktoru Sergey Orconikidze Azərbaycanın birinci xanımının fəaliyyətini yüksək qiymətləndirdi: "...Siz ölkənizin mədəniyyətini bütün dünyada təşviq etmək üçün böyük işlər görmüsünüz. Siz, eyni zamanda, dünyadakı müxtəlif mədəniyyətlər arasında qarşılıqlı anlaşmanın və onlara dözümlülük əsasında yanaşmanın böyük tərəfdarısınız. Bu baxımdan, Sizin YUNESKO-nun xoşməramlı səfiri kimi rolunuzu da xüsusilə qeyd etmək lazımdır".


Heydər Əliyev Fondu memarlıq abidələrinin bərpasında da fəal iştirak edir. Son vaxtlar ölkəmizdə bir çox tarixi və dini abidələr bərpa edilib. Gəncənin sonuncu xanı Cavad xanın qəbri üzərində məqbərənin tikintisi isə Fondun təkcə paytaxtda yox, bölgələrdə də uğurlu fəaliyyətinin göstəricisidir.


Müqəddəs ziyarətgahlarımızın abadlaşdırılması da Mehriban xanımın fəaliyyətinin olduqca təqdirəlayiq hissəsidir. Pir Həsən ziyarətgahının, Möhsün Səlim məscidinin yenidən qurulması, digər layihələr Azərbaycanın birinci xanımının öz xalqının adət-ənənələrinə, dini dəyərlərinə hörmət və ehtiramını nümayiş etdirir.


Fondun gerçəkləşdirdiyi "Qarabağın tarixi haqqında məlumat", "Qarabağ münaqişəsinin başlanması", "Xocalı soyqırımı", "Azərbaycana qarşı erməni təcavüzünün nəticələri", "Erməni terror təşkilatlarının Azərbaycana qarşı fəaliyyəti" kitabçalarından ibarət "Qarabağ həqiqətləri" toplusu isə Mehriban Əliyevanın Qarabağ hadisələri ilə bağlı yorulmaz fəaliyyətinin təsdiqidir. Real faktlara söykənən bu zəngin toplu beynəlxalq ictimaiyyəti Qarabağ həqiqətləri, Xocalı soyqırımı, Ermənistanın təcavüzkar, işğalçılıq siyasəti haqqında məlumatlandırmaq məqsədi daşıyır.


"Müharibə və tarixi-mədəniyyət abidələrimiz" kitabı isə Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərində – Xankəndi, Xocalı, Şuşa, Laçın, Kəlbəcər, Ağdam, Qubadlı, Füzulidə düşmən tapdağında qalan və dağıdılan tarixi memarlıq abidələrimiz haqqındadır. Bu kitab ermənilərin qənim kəsildiyi tarixi mədəniyyət abidələrinin xilasına çağırışdır. Fondun bu istiqamətdə davamlı və məqsədli işi isə müsbət nəticələr əldə olunacağına inam yaradır...

 

Xeyirxahlıq və humanizm... 

 

Mehriban Əliyeva – birinci xanımın PORTRET cizgiləri

Qaçqın və məcburi köçkünlərin gün-güzəranından, onlara göstərilən dövlət qayğısından bəhs edən "Vətən həsrəti... Sönməyən ümidlər" sənədli filminin çəkilişləri zamanı görüşdüyüm insanların hamısının dilinin əzbəri idi Mehriban xanım. Onlar Prezident İlham Əliyevlə birgə Azərbaycanın birinci xanımının da yurdunu itirmiş insanlara qayğısından ağızdolusu danışırdılar. Mingəçevirdə dövlətin abad ev-eşiklə təmin etdiyi Xocalı köçkünü Nəsibə Allahyarovanın dedikləri indi də yaddaşımdadır: "Qəsəbəmizin açılışında Prezident İlham Əliyev və Mehriban Əliyeva bizdə də oldular. Onların sadəliyi, səmimiliyi bizi çaşdırmışdı. Elə bildim, qardaşım, bacım qonaq gəlib bizə... Problemlərimizlə maraqlandılar. Qızımızın nişanlı olduğunu biləndə Mehriban xanım dedi ki, onun bütün cehizini alacağıq..." Bunu dilə gətirmək, həm də onların Mehriban xanıma ərkləri, güvənmələri idi. Ərki isə yalnız doğma adama edərlər. Onlar Mehriban xanıma ona görə güvənirlər ki, o özü buna imkan, şərait yaradır, onların  arzularını, qayğılarını paylaşır...


 

Təkcə qaçqın və məcburi köçkünlərin yox, dara düşən hər kəsin dayağıdır, xeyirxahıdır Azərbaycanın birinci xanımı. Bəxtimizə düşən bu qarışıq dünyada, yoxsulluğun, terrorun, xəstəliklərin tüğyan etdiyi dünyada məhz onun kimi insanlar sönmüş ümidlərə işıq verir...

Bu günlərdə "Mərkəzi poçt”a getmişdim, məktub göndərirdim. Əməlli-başlı növbə vardı. Növbəm çatana qədər bir məqama mat qaldım: məndən əvvəl məktub göndərənlərin hamısı bircə ünvan, bircə ad söyləyirdi: "Heydər Əliyev Fondu, Mehriban xanım Əliyevaya.” Bəli, indi o, hər kəsin ümidlə üz tutduğu "mərhəmət ünvanı”na çevrilib. Bu gün ölkədə kasıbların, yoxsulların, imkansızların yanında ən çox "görünən” şəxs məhz ölkənin Birinci xanımıdır…


Daha bir məqamı unuda bilmirəm – Moskvada yaşayan, 4 əkiz uşağı doğulan azərbaycanlı ailənin sevincini. Azərbaycanın birinci xanımı onların mənzil problemini həll etmişdi. Bu ailə isə Vətəndən uzaqda olsa da, Azərbaycanda onların probleminə həssas münasibətin qürur və sevincini yaşayırdı...


Əlbəttə, belə faktlar çoxdur və bu, böyük bir missiyanı, xeyirxahlıq missiyasını həssas ürəklə yerinə yetirən Azərbaycan xanımının insansevərlik və nəcibliyindən soraq verir...


Mehriban Əliyeva Milli Məclisin deputatı kimi də böyük humanistlik nümayiş etdirir. Onun millət vəkili kimi fəaliyyəti də diqqətçəkəndir. Deputat seçildiyi rayonun sosial-iqtisadi inkişafında gördüyü işlər yenə də insan amili ilə bağlıdır. Millət vəkili Mehriban Əliyevanın təşəbbüsü ilə bir neçə dəfə gerçəkləşən Amnistiya Aktı nəticəsində minlərlə şəxs cəzadan azad olundu, onların yolunu intizarla gözləyən ailəsinə qovuşdu. "İnsanları bağışlamaqla biz, həm onları normal həyata qaytarırıq, həm də müasir Azərbaycanın humanizm prinsipləri əsasında inkişafını nümayiş etdiririk. Cəmiyyətdə olan bütün ağır problemləri mərhəmətlə, insansevərliklə həll etməyə çalışmaq lazımdır. Fikrimcə, vətəndaş cəmiyyəti elə bir cəmiyyətdər ki, orada bütün azadlıqlar, qanunun aliliyi mövcuddur, vətəndaşlar fəaldırlar, cəmiyyətdə birlik və həmrəylik var. Bu, vətəndaş cəmiyyətinin formalaşmasında ən əsas prinsiplərdən biridir" – bu da Mehriban Əliyevanın fikridir...


...Azərbaycanın birinci xanımı tez-tez xarici ölkələrə səfər edir. Bu səfərlər, bu görüşlər dünya arenasına yeni bir siyasətçi qadının, qadın-ictimai xadimin gəlişindən soraq verir. O, özünün parlaq səhifələrlə dolu ömür kitabını böyük məharətlə yazmaqdadır. Bu kitab haqqında fikri isə belədir: "Həyatda hər bir kəsin yerini və taleyini tarix müəyyən edir. Odur ki, nə böyük, nə də kiçik rollar olmur. Öz həyat kitabını yazmağa ancaq sənin şəxsi, dərk edilmiş məsuliyyətin imkan verir. Bu kitabda hər bir kəs özünü şəxsi həyatının və dünyanın qurub-yaradıcısı, yaxud dağıdıcısı kimi təcəssüm etdirir".


Bəli, o, çətin və məsuliyyətli bir yol seçib, siyasət meydanına atılıb və bu meydandakı fəaliyyəti və ən əsası böyük ürəyi ilə az qala bütün dünyanın diqqətini özünə cəlb edib...


...Həyatda hər kəsin, hətta torpağın, daşın, yarpağın, dənizin, suyun da öz nəğməsi var, deyirlər. Hərə öz dilində oxuyur nəğməsini. Mehriban xanım da təkrarsız bir nəğmənin müəllifidir: mərhəmət, şəfqət, xeyirxahlıq nəğməsinin. Bu nəğmə milyonların qəlbini ələ alır, insanları həyəcanlandıra, sevindirə bilir, onların dərdinə şərik çıxır, ağrılarını azaldır. Ən zalım insan belə, bu musiqinin qüvvəsi ilə ram olur, dəyişir, saflaşır, nəcibləşir. Bu nəğmə, həm də sabaha ümid nəğməsidir...

"Dünyanı gözəllik xilas edəcək" - bu, Dostoyevskinin fikridir. Metyu Arnold isə deyib ki: "Bizi poeziya xilas edəcək." Böyük idrak sahiblərinin bu qənaətlərinə sayğı göstərməklə yanaşı, sonda olduqca adi və sadə bir fikrin üzərində dayanmaq istəyirəm: dünyanı humanizm, xeyirxahlıq və mərhəmət xilas edəcək.


Qadın gözəlliyinin zərif örnəyi, mübarək bir lövhəsi olan Mehriban Əliyeva bütün dünyaya xeyirxahlığın zirvə nümunəsini sərgiləməkdə davam edir. Ən parlaq işlər is hələ qabaqdadır. Onun getdikcə yeni çalar qazanan ictimai-siyasi fəaliyyəti bunu diqtə edir.

 

Burada Prezident İlham Əliyevin fikrini xatırlatmaq yerinə düşür: "O, insanlara xoş münasibəti, xoş niyyəti, xoş ünsiyyəti ilə seçilib. Bu, onun xasiyyətinin ən fərqləndirici cəhətidir. Mən əminəm ki, Mehriban Əliyeva xeyriyyəçilik, insansevərlik, mərhəmət, Azərbaycan xalqının mentalitetinə, mədəniyyətinə, düşüncəsinə, əsrlərdən bəri formalaşan ənənələrimizə xas olan ən gözəl keyfiyyətləri davam etdirməyə çalışacaq".

Onu öz xalqına sevdirən də elə bu gözəl keyfiyyətlərdir. İndi öz xalqının nəzərində onun gözəl və ağıllı, müdrik xanım kimi olduqca müsbət imici, gündən-günə artan nüfuzu var...


Bəli, onun portret cizgiləri müasirlərinin yaddaşında məhz bu cür əbədiləşib. Bir aforizmdə deyildiyi kimi: "Gözəlsənsə, sənə baxırlar, ağıllısansa, valeh olurlar, ağıllı və gözəlsənsə, səni unuda bilmirlər...".

 

Firuzə Nadir 

 







Загрузка...
Həmçinin oxuyun:
Bu gün Mehriban Əliyevanın ad günüdür - Tarix yazan xanım

Bu gün Mehriban Əliyevanın ad günüdür - Tarix yazan xanım

Mehriban Əliyeva: “Azərbaycanda təhsil sahəsinə diqqət ən prioritet istiqamətlərdən biridir”

Mehriban Əliyeva: “Azərbaycanda təhsil sahəsinə diqqət ən prioritet istiqamətlərdən biridir”

Azərbaycanın “xeyirxah ledisi”

Azərbaycanın “xeyirxah ledisi”

Mehriban Əliyevanın iştirakı ilə “Qızlara təhsil verməklə zorakı ekstremizmə qarşı mübarizə” mövzusunda “dəyirmi masa” təşkil olunub

Mehriban Əliyevanın iştirakı ilə “Qızlara təhsil verməklə zorakı ekstremizmə qarşı mübarizə” mövzusunda “dəyirmi masa” təşkil olunub

ADNSU-da yığıncaq keçirilib -Birinci vitse-prezidentlə bağlı

ADNSU-da yığıncaq keçirilib -Birinci vitse-prezidentlə bağlı

“Səmimi təbriklərinizdən çox təsirlənmişəm” - Mehriban Əliyeva

“Səmimi təbriklərinizdən çox təsirlənmişəm” - Mehriban Əliyeva

Birinci vitse-prezident: Məktəb illəri silinməz iz qoyur – FOTO

Birinci vitse-prezident: Məktəb illəri silinməz iz qoyur – FOTO

Prezident 20 nömrəli məktəbin açılışında iştirak edib

Prezident 20 nömrəli məktəbin açılışında iştirak edib

ADPU-da hesabat-seçki iclası keçirilib

ADPU-da hesabat-seçki iclası keçirilib

BSU-da Beynəlxalq Qadınlar Günü qeyd olunub

BSU-da Beynəlxalq Qadınlar Günü qeyd olunub

Lider yoxsa idarəçi ?- Mehriban Məmmədova

Lider yoxsa idarəçi ?- Mehriban Məmmədova

Təhsil eksperti Mikayıl Cabbarovu istefaya səslədi

Təhsil eksperti Mikayıl Cabbarovu istefaya səslədi

Həqiqi müəllim adını daşıyan insan həmişə......

Həqiqi müəllim adını daşıyan insan həmişə......

ADPU-da Xocalı soyqırımının iyirmi beşinci ildönümünə həsr edilən anım mərasimi keçirilib

ADPU-da Xocalı soyqırımının iyirmi beşinci ildönümünə həsr edilən anım mərasimi keçirilib

Heydər Əliyev Mərkəzinin parkında “Oxu Günü” keçirilib

Heydər Əliyev Mərkəzinin parkında “Oxu Günü” keçirilib

ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEV- İDARƏÇİLİYİN BARİZ NÜMUNƏSİ.

ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEV- İDARƏÇİLİYİN BARİZ NÜMUNƏSİ.

Biz Azərbaycan müəllimi olaraq yolumuz da bəllidir ,məqsədimiz də.. Cənab nazir bəs sizin ?

Biz Azərbaycan müəllimi olaraq yolumuz da bəllidir ,məqsədimiz də.. Cənab nazir bəs sizin ?

BDU-nun son Elmi Şurası Qubanın II Nügədi kəndində keçirildi

BDU-nun son Elmi Şurası Qubanın II Nügədi kəndində keçirildi

Bakıda direktorlar iclasa başladı – Bir həftədir nə axtarırlar?

Bakıda direktorlar iclasa başladı – Bir həftədir nə axtarırlar?

ADU-dan milli dəyərlərimizə daha bir töhfə

ADU-dan milli dəyərlərimizə daha bir töhfə

5 Oktyabr...Müəllim nüfuzu...Thomas...

5 Oktyabr...Müəllim nüfuzu...Thomas...

ADPU-da 20 yanvarla bağlı anım tədbiri keçirilib

ADPU-da 20 yanvarla bağlı anım tədbiri keçirilib

"Pulumuzu-paramızı bu uşaqlara xərcləməliyik ki, dünyada bizi həm də zəkamızla tanısınlar!"

"Pulumuzu-paramızı bu uşaqlara xərcləməliyik ki, dünyada bizi həm də zəkamızla tanısınlar!"

Ağstafa rayonu Dağ Kəsəmən kənd 2 saylı tam orta məktəbdə “Mehriban səma” mövzusunda açıq dərs kecirilib

Ağstafa rayonu Dağ Kəsəmən kənd 2 saylı tam orta məktəbdə “Mehriban səma” mövzusunda açıq dərs kecirilib