AzTehsil.com


Xəbərlər / Ziyalılar
26 avqust 2017
4 046


Bu gün Mehriban Əliyevanın ad günüdür - Tarix yazan xanım



 

Azərbaycanın tarixində igid, cəsur, qeyrətli diplomat qadınlar çox olub. Amma indiyədək Azərbaycanı beynəlxalq aləmdə Mehriban xanım Əliyeva kimi təbliğ edən, tanıtdıran ikinci qadın olmayıb. Siyasəti mərhəmət, şəfqət amilləri ilə zənginləşdirən, XXI əsrin xoş məramlar elçisinə çevrilən, bütün dünyada bu məramın carçısı kimi tanınan Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti xanım Mehriban Əliyeva bu işin öhdəsindən böyük məharətlə gəlib. Onun fəaliyyətinin kökündə mənsub olduğu xalqa sevgi dayanır. O, bütün qərarları ilə millidir: Vətəninin tərəqqisinə xidmət edir, ölkəsinin mədəniyyətinin, təhsilinin, səhiyyəsinin, idmanının inkişafına çalışır, sabahının qayğısına qalır.

Tanrı insana yar ola bilər, ona gözəl tale qismət edə bilər, amma o, tam kamilliyə xalqın alqışı, duası ilə çatır. Mehriban Əliyevanın Vətənə, xalqa xoşməramlı xidmət amalının dəyişməz qalması təsadüfi deyil. Bu, eyni zamanda, həyat prinsipləri ləyaqət, mərhəmət, intellekt və mehribanlıq olan Azərbaycanın birinci xanımının əxlaqi ideallara sadiqliyindən, son dərəcə təbii olmasından, onun daxili dünyasının mənəviyyat bulağına bənzəməsindən qaynaqlanır.

Ötən illərdə Mehriban xanım Əliyeva ümummilli amallar naminə gərgin səylər göstərib. Onun rəhbərliyi ilə reallaşdırılan layihələr milli-mənəvi ideallara, humanist, insanpərvər dəyərlərə sadiq gənc nəslin formalaşdırılmasına, gender bərabərliyinin təmini, sivilizasiyalararası dialoqun genişləndirilməsi, nüfuzlu beynəlxalq qurumlarla əməkdaşlığın dərinləşdirilməsi, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasına istiqamətlənib. Mehriban xanım qısa müddətdə dünyada ən işgüzar qadın imicinə sahib olub, müasir Azərbaycan qadınının ideal obrazını yaradıb, ölkəmizdə qadın hərəkatının aparıcı simasına çevrilib, xanımlar xanımı olduğunu reallıqda sübuta yetirib.

Mehriban Əliyeva fəaliyyəti ilə insanların ağıl, düşüncə, ürək və göz yaddaşında heç vaxt pozulmayacaq bənzərsiz bir lövhə yaradıb. Bu lövhə ən mahir rəssam tərəfindən min bir sevgi ilə kətana köçürülən, tamaşaçıların qəlbini riqqətə gətirən möhtəşəm tablodan da qiymətlidir. Ən azı o səbəbdən ki, mənəvi ucalıqdan xəbər verən nəcibliyi tərənnüm edir, insanlığa xidmət edir. O, Azərbaycana məxsusdur, amma əməlləri bəşəridir, bəşəriyyətin xəzinəsidir. Bu cür insanlar harada doğulmalarından, harada yaşamalarından, hansı millətə, hansı dinə mənsub olmalarından asılı olmayaraq, onların fəaliyyəti ümumbəşəridir.

Mehriban xanımın rəhbərlik etdiyi Heydər Əliyev Fondu təhsil, elm, informasiya-kommunikasiya texnologiyaları, səhiyyə, mədəniyyət, sosial, ekologiya, idman və digər prioritet sahələrdə silsilə, orijinal və nadir layihələr reallaşdırıb. "Xocalıya ədalət!” kampaniyası çərçivəsində 2008-ci ildən bəri dünyanın 70-dən çox ölkəsində müxtəlif tədbirlər keçirilib, bir sıra dövlətlərin və beynəlxalq təşkilatların Xocalı soyqırımının tanınmasında bu ardıcıl və kompleks işlər həlledici rol oynayıb.

Humanizm, həmrəylik və dözümlülük dəyərlərinə sadiqlik nümayiş etdirən Heydər Əliyev Fondu Azərbaycanın dünyada tolerantlığın mərkəzinə çevrilməsində əvəzsiz rol oynayıb, "Tolerantlığın ünvanı Azərbaycan” layihəsi çərçivəsində xeyli mühüm işlər görülüb.

Azərbaycanın zəngin mədəni irsinin qorunmasında və təbliğində Mehriban xanımın mühüm xidmətləri var. Məhz onun gərgin səyləri nəticəsində Qobustan Milli Tarix-Bədii Qoruğu, İçərişəhər, Qız qalası, Şirvanşahlar saray kompleksi UNESCO-nun mədəni irs siyahısına salınıb. Azərbaycan muğamı, aşıq, xalçaçılıq, tar ifaçılıq, kəlağayı sənətləri, Novruz bayramı UNESCO-nun Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilib. Xalqımızın son illərdə muğama daha dərindən bağlanmasında Mehriban Əliyevanın rolu əvəzsizdir. "Qarabağ xanəndələri” musiqi albomunun nəfis şəkildə nəşri ən mühüm layihələrdən biri kimi böyük əks-səda doğurdu. Qəbələ Beynəlxalq Musiqi Festivalı, Beynəlxalq Muğam Festivalı, Mstislav Rostropoviç adına Beynəlxalq Musiqi Festivalı, eləcə də dünya şöhrətli musiqiçilərin mötəbər səviyyədə yubileylərinin keçirilməsi gözəl ənənəyə çevrilib. "Qız qalası” kimi bir-birindən üstün beynəlxalq incəsənət festivalları təşkil edilib. "Bakıya uçuş: Azərbaycanın müasir incəsənəti” sərgisi isə ölkəmizin beynəlxalq aləmdə hərtərəfli tanıdılmasında böyük rol oynayır.

Heydər Əliyev Fondunun prezidenti xarici ölkələrdə də mədəni irsin qorunmasına töhfələrini əsirgəmir. Fondun xətti ilə Versal sarayı, Luvr muzeyi, Berlin qəsri, Kapitoli muzeyində mühüm yenidənqurma işləri görülüb. Vatikan arxivlərində Azərbaycan orta əsrlər əlyazmalarının bərpası və onların rəqəmsallaşdırılması tədbirləri davam etdirilir. Beynəlxalq əməkdaşlığın möhkəmləndirilməsinə də töhfələrini əsirgəməyən Fond Pakistan, Niderland, Gürcüstan, Misir, Rumıniya, Rusiya və digər ölkələrdə məktəblərin tikintisi və bərpasında yaxından iştirak edib. Beynəlxalq Humanitar Forum, Dünya Dini Liderlərinin Zirvə Görüşü, Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu kimi mötəbər tədbirlər, respublikamızda ilk Beynəlxalq Multikulturalizm Mərkəzinin yaradılması Azərbaycanın əsrlər boyunca formalaşan tolerantlıq ənənələrinin qorunub saxlanması və yeni inkişaf mərhələsinə yüksəldilməsi baxımından vacib rol oynayıb. Heç şübhəsiz, görülən bütün bu işlər dünya mədəniyyətinə, mədəniyyətlərarası dialoqa töhfə olmaqla yanaşı, Azərbaycanın beynəlxalq nüfuzunu daha da artırır.

"Yeniləşən Azərbaycana yeni məktəb” layihəsi çərçivəsində ölkəmizin dörd bir tərəfində neçə-neçə yeni təhsil ocağı tikilib, ən müasir avadanlıqla təchiz olunub. Gənc istedadların dəstəklənməsi daim diqqət mərkəzində saxlanılıb. Fiziki qüsurlu insanların informasiya-kommunikasiya texnologiyalarının imkanlarından yararlanmaları üçün regional inkişaf mərkəzləri və digər müvafiq qurumlar yaradılıb. Uşaq evləri və internat məktəbləri, məktəbəqədər təhsil müəssisələri tikilib və təmir olunub. Tibb müəssisələrinin inşası və yenidən qurulması da geniş vüsət alıb, diabetli uşaqlara ən yüksək qayğı və talassemiyasız həyat naminə ardıcıl tədbirlər görülüb. Ətraf mühitin qorunması ilə bağlı silsilə layihələr reallaşdırılıb. Təkcə, "Hərəmiz bir ağac əkək” layihəsi çərçivəsində paytaxtda və respublikamızın müxtəlif bölgələrində xeyli yeni yaşıllıqlar salınıb. Ölkəmizin paytaxtının müasirləşdirilməsi və dünyanın ən gözəl şəhərlərindən birinə çevrilməsində də birinci xanımın müstəsna xidmətləri var. Fondun reallaşdırdığı sosial layihələrin isə sayı-hesabı yoxdur. Bu sırada məcburi köçkün ailələri üçün inşa edilən yeni yaşayış komplekslərini xüsusi qeyd etmək olar.

Humanizm və mərhəmət prinsiplərini hər an uca tutan Mehriban Əliyevanın təşəbbüsü ilə amnistiya aktlarının icrası yüzlərlə ailəyə böyük sevinc hissi yaşadıb. Heydər Əliyev Fondunun uşaqlar üçün təşkil etdiyi Novruz və Yeni il şənlikləri balacalara təkrarolunmaz ovqat bəxş edir. Valideyn sevgisindən, nəvazişindən məhrum körpə qəlblərində ümid qığılcımı alovlandırmaq, onları işığa kökləmək əsl xeyirxahlıqdır. Öz doğma övladına ana şəfqətini əsirgəməməyi çoxları bacarır, xalqının hər bir övladına yiyə durmaq, qucaq açmaq isə heç də hamıya müyəssər olmur. Dünyada ən böyük fəzilətlərdən biri də təmənnasız xeyirxahlıqdır. Mehriban Əliyevanın rəhbərliyi ilə təşkil olunan hər bir tədbirdə xeyirxahlıq ruhunun hökm sürdüyü danılmaz reallıqdır. Bu, Heydər Əliyev Fondunun prezidentinin körpələrə sadəcə diqqəti deyil, əsl ana nəvazişidir. O, uşaqlar üçün nə edirsə-etsin, ürəyinin hökmü ilə edir. Uşaqlar da onu fərqli məhəbbətlə, layiq olduğu mərtəbədə sevirlər.

Mehriban xanımın təşəbbüsü ilə reallaşan istər yerli, istərsə də beynəlxalq səviyyəli layihələr həqiqətən də yeni üslub, etalon xarakteri daşıyır. Bu baxımdan Bakıda keçirilən "Eurovision-2012” mahnı müsabiqəsinin əks-sədası neçə illərdir ki, eşidilir. Avropa Oyunları tarixinin ilk səhifəsinin Azərbaycan tərəfindən uğurla yazılması da ölkəmizin birinci xanımının məharətini bir daha əyani şəkildə nümayiş etdirdi. Bu mötəbər yarış müstəqillik illərində respublikamızın əldə etdiyi nailiyyətlərin məntiqi nəticəsi idi. Birinci Avropa Oyunları xalqımız üçün qürurverici tarix kimi unudulmaz, əlamətdar bir hadisəyə çevrildi.

Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunlarının da Təşkilat Komitəsinin sədri olan Mehriban Əliyevanın fəaliyyəti sayəsində Azərbaycan müstəqillik tariximizin ən böyük uğurlarından birinə imza atdı. Bu beynəlxalq idman tədbirinin Azərbaycan Prezidenti İlham Əliyevin ölkəmizdə elan etdiyi "İslam Həmrəyliyi İli”ndə baş tutması özlüyündə mühüm hadisə olmaqla yanaşı, Azərbaycanın gücünü, onun müsəlman dünyasında oynadığı rolu göstərdi. İslam Həmrəyliyi Oyunları təkcə idman yarışı deyildi, bu Oyunlar, eyni zamanda, bütün İslam dünyasının birlik, həmrəylik günlərinə çevrildi. Oyunlar ölkəmizin müasir tarixində şanlı hadisə kimi qaldı və müsəlman ölkələri üçün idman bayramı olmaqla yanaşı, həm də İslam dininə etiqad edən xalqlar arasında əlaqələrin və ümumbəşəri dəyərlərin möhkəmlənməsinə şərait yaratdı. Bütün bunlar Mehriban xanımın həm də yüksək təşkilatçılıq bacarığını sübut etdi.

Mehriban Əliyevanın istər Azərbaycan, istərsə də dünya mədəni irsinin qorunması, təbliği və inkişafı istiqamətində gördüyü işlər xalqımızın rəğbətini qazanmaqla yanaşı, xaricdə də daim yüksək qiymətləndirilir. O, insanları sevməklə özünü sevdirib. Sadəliyi və xeyirxahlığı ilə sevgi qazanıb və bu sevgi dünyanın da diqqətini cəlb edib. Dünya Mehriban xanımın insan sevgisi ilə dolu ürəyinə heyran qalıb, onun təəssübkeşliyi, xeyir-duası, dəstəyi ilə həyata keçirilən qlobal layihələri alqışlayır.

Xanım Mehriban Əliyeva Yeni Azərbaycan Partiyasının sədr müavini kimi ictimai-siyasi proseslərdə fəal iştirak edib. Onun fəaliyyət dairəsi o qədər hüdudsuz, zəka işığı o qədər parlaqdır ki, gördüyü işləri təsnifatlaşdırmaq qeyri-mümkündür. Amma hansı sahəyə üz tutmağından asılı olmayaraq, bütün işləri ilə dövlət siyasətini tamamlayır, ulu öndər Heydər Əliyevin ideyalarını yaşadır, Prezident İlham Əliyevin titanik fəaliyyətinə dəstək verir. Mehriban Əliyeva gerçəkləşdirdiyi layihələrə elmi-nəzəri fundamental yanaşması ilə seçilir. Odur ki, Prezident İlham Əliyevin xalqımız və dövlətimiz qarşısındakı xidmətlərini nəzərə alaraq Mehriban Əliyevanı Azərbaycan Respublikasının Birinci vitse-prezidenti təyin etməsi böyük siyasi və ictimai əhəmiyyəti olan hadisə idi. Bu, ilk növbədə, Azərbaycan qadınının cəmiyyətdə tutduğu yüksək statusu göstərdi, digər tərəfdən, yüksək bilik və bacarıqlara malik Mehriban Əliyevanın fəaliyyətinin ölkənin balanslı inkişafına yönəldilməsində bu təyinatın böyük əhəmiyyəti var.

Azərbaycanın iqtisadi inkişafı və xalqımızın rifahı naminə milli məqsədlərə nail olmaqla bağlı üzərinə nəcib missiya və yeni öhdəliklər götürən Birinci vitse-prezident Mehriban Əliyeva elə fəaliyyətinin ilk tədbirlərini yenə də humanist missiyaya köklədi. O, diqqətini cəmiyyətin ən çox yardıma və dəstəyə ehtiyacı olan hissəsinə - qaçqın və məcburi köçkünlərin sosial problemlərinin həllinə, həyat şəraitlərinin yaxşılaşdırılmasına yönəltdi. Azərbaycanın Birinci vitse-prezidenti bu kateqoriyadan olan insanlar üçün yeni qəsəbələrin tikilməsini, yaşayış massivlərinin salınmasını diqqət mərkəzində saxlayaraq bu məsələyə daha çox ictimai dəstəyi təmin etdi.

Ötən illər göstərdi ki, Mehriban Əliyevanın rəhbərliyi ilə həyata keçirilən çoxsaylı layihələr nadirliyi, orijinallığı, yetkinliyi və fəlsəfi bitkinliyi ilə seçilir, kompleks xarakter daşıyır. Ən başlıcası, Mehriban xanımın qısa zaman kəsiyində bu qədər işin öhdəsindən bacarıqla və yaradıcı şəkildə gəlməsi insanlarda dərin ehtiram hissi doğurur. Təbii ki, Azərbaycanın birinci xanımının üzərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəlməsində Heydər Əliyev ucalığının təcəssümü olan ailəsi onun üçün tükənməz güc mənbəyidir. Etdiklərinin müqabilində Mehriban xanımın həyatda ən böyük qazancı isə xalqımızın ona da, ailəsinə də ömürlük bəs edəcək qədər ürəkdən gələn alqışı və duasıdır.



Загрузка...
Həmçinin oxuyun:
ADNSU-da yığıncaq keçirilib -Birinci vitse-prezidentlə bağlı

ADNSU-da yığıncaq keçirilib -Birinci vitse-prezidentlə bağlı

Mehriban Əliyeva: “Azərbaycanda təhsil sahəsinə diqqət ən prioritet istiqamətlərdən biridir”

Mehriban Əliyeva: “Azərbaycanda təhsil sahəsinə diqqət ən prioritet istiqamətlərdən biridir”

Mehriban Əliyevanın iştirakı ilə “Qızlara təhsil verməklə zorakı ekstremizmə qarşı mübarizə” mövzusunda “dəyirmi masa” təşkil olunub

Mehriban Əliyevanın iştirakı ilə “Qızlara təhsil verməklə zorakı ekstremizmə qarşı mübarizə” mövzusunda “dəyirmi masa” təşkil olunub

BSU-da Beynəlxalq Qadınlar Günü qeyd olunub

BSU-da Beynəlxalq Qadınlar Günü qeyd olunub

ADPU-da hesabat-seçki iclası keçirilib

ADPU-da hesabat-seçki iclası keçirilib

BDU-nun son Elmi Şurası Qubanın II Nügədi kəndində keçirildi

BDU-nun son Elmi Şurası Qubanın II Nügədi kəndində keçirildi

ADPU-da Xocalı soyqırımının iyirmi beşinci ildönümünə həsr edilən anım mərasimi keçirilib

ADPU-da Xocalı soyqırımının iyirmi beşinci ildönümünə həsr edilən anım mərasimi keçirilib

Heydər Əliyev Mərkəzinin parkında “Oxu Günü” keçirilib

Heydər Əliyev Mərkəzinin parkında “Oxu Günü” keçirilib

ADU-da “İxtisas ölkələrində dini həmrəylik və islam” mövzusunda dəyirmi masa keçirilib

ADU-da “İxtisas ölkələrində dini həmrəylik və islam” mövzusunda dəyirmi masa keçirilib

Prezident Bakıda 257 nömrəli məktəbin yeni korpusunun açılışında iştirak edib - YENİLƏNİB

Prezident Bakıda 257 nömrəli məktəbin yeni korpusunun açılışında iştirak edib - YENİLƏNİB

“Ulu öndər Heydər Əliyevin milli ordu quruculuğu siyasəti” mövzusunda dərsin təqdimatı olub

“Ulu öndər Heydər Əliyevin milli ordu quruculuğu siyasəti” mövzusunda dərsin təqdimatı olub

ADPU- da Azərbaycanın dövlət müstəqilliyinin bərpasının iyirmi beşinci ildönümünə həsr edilmiş tədbir keçirilib

ADPU- da Azərbaycanın dövlət müstəqilliyinin bərpasının iyirmi beşinci ildönümünə həsr edilmiş tədbir keçirilib

ADPU-da 20 yanvarla bağlı anım tədbiri keçirilib

ADPU-da 20 yanvarla bağlı anım tədbiri keçirilib

ADU-dan milli dəyərlərimizə daha bir töhfə

ADU-dan milli dəyərlərimizə daha bir töhfə

AzMİU-da 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü qeyd olunub

AzMİU-da 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü qeyd olunub

ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEV- İDARƏÇİLİYİN BARİZ NÜMUNƏSİ.

ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEV- İDARƏÇİLİYİN BARİZ NÜMUNƏSİ.

Müəlllimlərin Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyevaya məktubu

Müəlllimlərin Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyevaya məktubu

ADPU-nun Heydər Əliyev Mərkəzində Ümummilli Liderin anadan olmasının 94 illiyinə həsr olunmuş elmi-praktik konfrans keçirildi

ADPU-nun Heydər Əliyev Mərkəzində Ümummilli Liderin anadan olmasının 94 illiyinə həsr olunmuş elmi-praktik konfrans keçirildi

6 nömrəli məktəb-liseydə növbəti “Novruz mühazirəsi” keçirilib

6 nömrəli məktəb-liseydə növbəti “Novruz mühazirəsi” keçirilib

ADU-da Azərbaycan-Çin münasibətləri haqqında kitabın təqdimat mərasimi keçirilib

ADU-da Azərbaycan-Çin münasibətləri haqqında kitabın təqdimat mərasimi keçirilib

Ümummilli lider Heydər Əliyevin 93 yaşı tamam olur

Ümummilli lider Heydər Əliyevin 93 yaşı tamam olur

Ağstafa rayonu Dağ Kəsəmən kənd 2 saylı tam orta məktəbdə “Mehriban səma” mövzusunda açıq dərs kecirilib

Ağstafa rayonu Dağ Kəsəmən kənd 2 saylı tam orta məktəbdə “Mehriban səma” mövzusunda açıq dərs kecirilib

Bitki Mühafizə və Texniki Bitkilər Elmi Tədqiqat İnstitutunun direktoru vəfat edib

Bitki Mühafizə və Texniki Bitkilər Elmi Tədqiqat İnstitutunun direktoru vəfat edib

Memarlıq və İnşaat Universitetində İslam Həmrəyliyi Oyunlarının təbliğatı aparılıb

Memarlıq və İnşaat Universitetində İslam Həmrəyliyi Oyunlarının təbliğatı aparılıb